AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.04.2020
QEYDİYYAT NÖMRƏSİ
151
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası “ müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” 1992-ci il 19 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 1994-cü il 17 fevral tarixli 67 nömrəli, “Müharibə veteranı, silahlı qüvvələr veteram və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli və “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” 2002-ci il 12 avqust tarixli 128 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2020, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 497)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası “ müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiy

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası “ müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” 1992-ci il 19 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 1994-cü il 17 fevral tarixli 67 nömrəli, “Müharibə veteranı, silahlı qüvvələr veteram və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli və “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” 2002-ci il 12 avqust tarixli 128 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına “Azərbaycan Respublikası müdafiə” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin,” sözləri, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun” sözləri əlavə edilsin;

1.2. 3-cü hissədə “mülki nazirlik və idarələrə” sözləri “dövlət orqanlarına” sözləri ilə, “nazirlik və idarələr” sözləri “dövlət orqanları” sözləri ilə əvəz edilsin;

1.3. 6-cı hissəyə “rəisləri” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Hərbi Prokuroru” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

“6-1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin hərbi qulluqçularına əlavə pul təminatının və pul mükafatlarının ödənilməsi qaydası Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi tərəfindən müəyyən olunur.”;

1.5. 7-ci hissədə “nazirlik və idarələrin” sözləri “dövlət orqanlarının” sözləri ilə əvəz edilsin;

1.6. aşağıdakı məzmunda 7-1 -ci hissə əlavə edilsin:

“7-1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin hərbi qulluqçularına maddi əmlak əvəzinə pul kompensasiyası və hərbi paltar tikdirmək üçün müəyyən olunmuş normalara əsasən pul vəsaiti verilməsi məsələsini Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi həll edir.”.

2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissənin ikinci və on yeddinci abzaslarında “praporşiklərə” sözü “gizirlərə” sözü ilə əvəz edilsin;

2.2. 2-ci hissədən “təsdiq edilən Əsasnamə ilə” sözləri çıxarılsın.

3. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasa “silahlı birləşmələrdə” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında” sözləri əlavə edilsin;

3.2. üçüncü-altıncı abzaslar müvafiq olaraq dördüncü-yeddinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi xidmətə təyin olunma günündən;”;

3.3. yeddinci-on doqquzuncu abzaslar müvafiq olaraq səkkizinci-iyirminci abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən;”;

3.4. on ikinci abzasa “Azərbaycan Ordusunda” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində,” sözləri, “orqanlarında” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda” sözləri əlavə edilsin.

4. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli Qərarına aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin hərbi qulluqçularına məharət dərəcələri Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi tərəfindən təyin edilir.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməmin“ 2. Silahlı qüvvələrin veteranları” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. dördüncü abzasa “aidiyyəti üzrə” sözlərindən sonra “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti,” sözləri əlavə edilsin;

5.2. altıncı abzasa “xərcləri” sözündən sonra “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin,” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 539; 2003, № 6, maddə 342; 2006, № 10, maddə 903; 2007, № 2, maddə 199; 2008, № 2, maddə 130; 2010, № 10, maddə 903; 2012, № 12, maddə 1357; 2013, № 6, maddə 756; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 610) ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın 2-ci hissəsinə “Müdafiə Nazirliyi” sözlərindən əvvəl “Təhlükəsizlik Şurası katibinin xidməti,” sözləri, “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Fövqəladə Hallar Nazirliyi,” sözləri, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözlərindən sonra “, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 27 aprel 2020-ci il

№ 151

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status