AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.08.2020
QEYDİYYAT NÖMRƏSİ
311
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 30-08-2020, Nəşr Nömrəsi: 173), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2020, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1128)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202008290311
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.09.2020
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlav

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1.2-ci bənddə “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə, “31 avqust saat 06:00-dək” sözləri “30 sentyabr saat 00:00-dək” sözləri ilə əvəz edilsin;

1.3. 1.1.3-cü yarımbənd ləğv edilsin;

1.4. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr” üzrə:

1.4.1. 6.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.11-ci bənd əlavə edilsin:

“6.11. fərdi, qrup halında tədris və repetitor xidmətləri (10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən məşğələlər istisna olmaqla).”;

1.4.2. aşağıdakı məzmunda 12-ci hissə əlavə edilsin:

“12. Muzey və sərgi zallarının fəaliyyəti.”.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. mətnində “31 avqust” sözləri “30 sentyabr” sözləri ilə əvəz edilsin;

2.2. 1.9-cu bənd ləğv edilsin.

3. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. mətnində “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə əvəz edilsin;

3.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin;

“2.1. 2020-ci il 5 sentyabr saat 00:00-dan 2020-ci il 7 sentyabr saat 06:00-dək, 2020-ci il 12 sentyabr saat 00:00-dan 2020-ci il 14 sentyabr saat 06:00-dək, 2020-ci il 19 sentyabr saat 00:00-dan 2020-ci il 21 sentyabr saat 06:00-dək, 2020-ci il 26 sentyabr saat 00:00-dan 2020-ci il 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”;

3.3. 2.2-ci bənddə “31 avqust” sözləri “15 sentyabr” sözləri ilə əvəz edilsin.

4. Müəyyən edilsin ki, bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.

5. Bu Qərar 2020-ci il 31 avqust saat 06:00-dan qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 29 avqust 2020-ci il

                     № 311

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 13 sentyabr 2020-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1209)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 13 sentyabr 2020-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1209) ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status