AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.05.2020
QEYDİYYAT NÖMRƏSİ
171
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2020, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 642)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.05.2020
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasın

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 490, № 6, maddə 1229) ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bəndin birinci cümləsinə “vəsaitin” sözündən sonra “0,2 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra - EMTA) cari bank hesabına,” sözləri əlavə edilsin;

1.2. 2.4-cü bəndə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azərişıq” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqq və həmin haqqın məbləği üzrə qalıq borc barədə üzləşmə aktı, habelə” sözləri, “təqdim edilir,” sözlərindən sonra “EMTA-ya ödənilən haqqın ödənilməmiş hissəsi üzrə dəqiqləşmələr, habelə” sözləri və “qalıq borcun məbləği” sözlərindən sonra “EMTA-nın cari, qalan məbləğdən isə” sözləri əlavə edilsin;

1.3. 2.4-1-ci bəndin birinci cümləsinə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azərişıq” ASC-nin EMTA-ya qalıq borcunun EMTA-nın cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azərişıq” ASC və EMTA tərəfindən təsdiq edilmiş üzləşmə aktı, habelə” sözləri və “əvvəlinə olan qalığı” sözlərindən sonra “EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləği EMTA-nın cari hesabına, qalan məbləğ isə” sözləri əlavə edilsin;

1.4. 2.5-ci bənddə “dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının” sözləri “dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların” sözləri ilə əvəz edilsin;

1.5. 3.3-cü bəndin birinci cümləsinə “15 faizi” sözlərindən əvvəl “0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində EMTA-nın cari bank hesabına,” sözləri əlavə edilsin;

1.6. 3.3-1-ci bəndə “uyğun olaraq” sözlərindən sonra “EMTA-nın cari hesabına,” sözləri əlavə edilsin;

1.7. 3.4-cü bəndə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azəreneıjj” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqq və həmin haqq məbləği üzrə qalıq borc barədə üzləşmə aktı, habelə” sözləri, “Komissiyaya təqdim edilir,” sözlərindən sonra “EMTA-ya ödənilən haqqın ödənilməmiş hissəsi üzrə dəqiqləşmələr, habelə” sözləri və ikinci halda “Azərenerji” ASC tərəfindən” sözlərindən sonra “EMTA-nın cari, qalan məbləğdən isə” sözləri əlavə edilsin;

1.8. 3.4-1-ci bəndin birinci cümləsinə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azərenerji” ASC-nin EMTA-ya qalıq borcunun EMTA-nın cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azərenerji” ASC və EMTA tərəfindən təsdiq edilmiş üzləşmə aktı, habelə” sözləri və “iş gününün əvvəlinə olan” sözlərindən sonra “qalıq məbləğindən EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləği EMTA-nın cari hesabına, qalan” sözləri əlavə edilsin;

1.9. 3.5-ci bənddə “dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının” sözləri “dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların” sözləri ilə əvəz edilsin;

1.10. 4.6-cı bəndin ikinci cümləsinə “15 faizi” sözlərindən əvvəl “0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində EMTA-nın cari bank hesabına,” sözləri əlavə edilsin;

1.11. 4.7-ci bəndə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azəriqaz” İstehsalat Birliyi tərəfindən EMTA-ya ödənilməli olan haqq və həmin haqqın məbləği üzrə qalıq borc barədə üzləşmə aktı, habelə” sözləri, “Komissiyaya təqdim edilir,” sözlərindən sonra “EMTA-ya ödənilən haqqın ödənilməmiş hissəsi üzrə dəqiqləşmələr, habelə,” sözləri və “qalıq borcun məbləği” sözlərindən sonra “EMTA-nın cari, qalan məbləğdən isə” sözləri əlavə edilsin;

1.12. 4.7-1-ci bəndin birinci cümləsinə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azəriqaz” İstehsalat Birliyinin EMTA-ya qalıq borcunun EMTA-nın cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azəriqaz” İstehsalat Birliyi və EMTA tərəfindən təsdiq edilmiş üzləşmə aktı, habelə” sözləri və “iş gününün əvvəlinə olan qalığı” sözlərindən sonra “EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləği EMTA-nın cari hesabına, qalan məbləğ isə” sözləri əlavə edilsin;

1.13. 4.8-ci bənddə “dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının” sözləri “dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 14 may 2020-ci il

№ 171

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status