AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.10.2020
QEYDİYYAT NÖMRƏSİ
402
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 mart tarixli 37 nömrəli və “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 22-10-2020, Nəşr Nömrəsi: 218), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2020, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1290)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.10.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202010200402
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.10.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 mart tarixli 37 nömrəli və “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1675-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 noyabr tarixli 1562 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara, tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli 37 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 251; 2008, № 2, maddə 130; 2010, № 8, maddə 763) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “tibbi, defektoloji və psixoloji” sözləri “tibbi və defektoloji” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası” üzrə:

1.2.1. adında, 1-ci, 2-ci və 3-cü hissələrində “tibbi, defektoloji və psixoloji” sözləri “tibbi və defektoloji” sözləri ilə əvəz edilsin;

1.2.2. 4-cü hissədə “tibbi, defektoloji və ya psixoloji” sözləri “tibbi və ya defektoloji” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 290; 2010, № 2, maddə 162; 2015, № 7, maddə 879) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissəyə “psixoloji” sözündən sonra “reabilitasiya və psixoloji korreksiyası” sözləri əlavə edilsin;

2.2. 7.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.2. insan alveri qurbanlarına psixoloji yardım “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq ödənişsiz həyata keçirilir;”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 20 oktyabr 2020-ci il

    № 402

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status