AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.10.2020
QEYDİYYAT NÖMRƏSİ
414
ADI
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 27-10-2020, Nəşr Nömrəsi: 222), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2020, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1302)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.10.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202010260414
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.10.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373, № 11, maddə 654; 2000, № 2, maddə 116; 2001, № 1, maddə 70, № 5, maddə 350; 2002, № 11, maddə 675; 2006, № 11, maddə 994; 2009, № 10, maddə 846; 2015, № 10, maddə 1223, № 11, maddə 1411; 2016, № 10, maddə 1708; 2017, № 4, maddə 657, № 5, maddə 965; 2018, № 3, maddə 629) ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”nin III bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissənin altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“icra məmurlarına “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi üçün.”.

2. 5-ci hissənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsində.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 26 oktyabr 2020-ci il

                       № 414

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status