AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
26.11.2020
QEYDİYYAT NÖMRƏSİ
205-VIQ
ADI
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-12-2020, Nəşr nömrəsi: 252), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2020, Nəşr nömrəsi: 12 (I kitab), Maddə nömrəsi: 1429)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.260.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202011260205
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.12.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilsin.

Maddə 2. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 noyabr 2020-ci il

№ 205-VIQ

 

 


 

 

Azərbaycan Respublikasının

2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanunu

ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” (bundan sonra - “Vətən Müharibəsi Qəhrəmanı”) adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

1.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının təsviri qanunla müəyyən olunur.

 

Maddə 2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi qaydası

 

2.1. “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

2.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

2.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:

2.3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı;

2.3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

2.4. “Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.

 

Maddə 3. Yekun müddəalar

 

3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda “Qızıl Ulduz” medalından əvvəl taxılır.

3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

3.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilirlər.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status