AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.11.2020
QEYDİYYAT NÖMRƏSİ
466
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 41 nömrəli, “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 dekabr tarixli 584 nömrəli, “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 5 yanvar tarixli 1 nömrəli, “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nın təsdiq edilməsi haqqında” 2018-ci il 23 yanvar tarixli 21 nömrəli və “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 64 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 03-12-2020, Nəşr Nömrəsi: 253), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2020, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1409)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202011300466
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.12.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 41 nömrəli, “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 dekabr tarixli 584 nömrəli, “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 5 yanvar tarixli 1 nömrəli, “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nın təsdiq edilməsi haqqında” 2018-ci il 23 yanvar tarixli 21 nömrəli və “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 64 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 294; 2018, № 4, maddə 819, № 11, maddə 2432; 2019, № 3, maddə 517, № 12, maddə 2071) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın 2.3-cü bəndinin birinci cümləsinə “Səhiyyə Nazirliyi tərəfindən” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2531; 2018, № 8, maddə 1798; 2019, № 5, maddə 944; 2020, № 4, maddə 481) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.3-3.9-cu və 3.11-ci bəndlər ləğv edilsin;

2.2. 14.1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 14.2-14.9-cu bəndlər əlavə edilsin:

“14.2. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu;

14.3. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi;

14.4. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;

14.5. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu;

14.6. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu;

14.7. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;

14.8. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu;

14.9. Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 118, № 12 (II kitab), maddə 2741) ilə təsdiq edilmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.3.4-cü yarımbənddə və 2.5-ci bənddə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

3.2. həmin Normalara 3 nömrəli əlavə - “Məhəllədaxili, təhsil, səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin tikintilərinin layihələndirilməsi zamanı məhdud istifadəli yaşıllıqların ərazi balansı” üzrə:

3.2.1. adında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

3.2.2. “Məhdud istifadəli yaşıllıqların yerləşdiyi obyektlər” sütununun üçüncü sətrində “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 23 yanvar tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 137) ilə təsdiq edilmiş “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nın 3.1.2-ci yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 367, № 11, maddə 2433) ilə təsdiq edilmiş “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın 8.3-cü bəndində “ərazi üzrə səhiyyə müəssisəsi” sözləri “ərazi üzrə dövlət tibb müəssisəsi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 30 noyabr 2020-ci il

                      № 466

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status