AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
03.10.1997
QEYDİYYAT NÖMRƏSİ
377-IQ
ADI
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-1998, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 14)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə

 

Azərbaycan RESPUBLİKASININ Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 3 oktyabr 1997-ci il

                № 377-IQ

 


 

Azərbaycan Respublikasının

1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

«Hərbi xidmətkeçmə haqqında»

 

Əsasnamə

 

I fəsil

 

Ümumi müddəalar

 

 1. Bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

 2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəisləri və onların müavinləri üçün nəzərdə tutulmuş hüquqlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş Əsasnamələrlə müəyyən edilir.

 Müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün özlərinin razılığı ilə icra və ya qanunvericilik hakimiyyəti orqanlarına (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına və yaxud Azərbaycan Respublikasının Milli Məclisinə) ezam edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdə saxlanılmaqla bu Əsasnaməyə müvafiq olaraq həqiqi xidmət keçirlər və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hüquq, güzəşt və imtiyazlardan istifadə edirlər.

 3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir.

 Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar.

 Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər.

 «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir:

 əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidməti;

 əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidməti;

 hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti;

 gizirlərin və miçmanların həqiqi hərbi xidməti;

 zabitlərin həqiqi hərbi xidməti.

 Ehtiyatda xidmət toplanışları keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.

 4. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.

 5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər.

6. Kursantlara hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir. [1]

7. Gizir və miçmanlara könüllü həqiqi hərbi xidmət keçən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərbi rütbələr verilən aşağıdakı hərbi qulluqçular aiddir: [2]

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmiləri (katerləri) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələri istisna olmaqla) və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) - kiçik gizir, gizir, baş gizir; [3]

Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmilərində (katerlərində) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələrində - kiçik miçman, miçman, baş miçman.

8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür:

kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər);

baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər);

ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər);

hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.

9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür.

Zabit heyətindən ehtiyatda olan şəxslər, Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq zabit vəzifələrində istifadə olunmaq üçün dinc dövrdə həqiqi hərbi xidmətə qəbul oluna bilərlər:

 Könüllü qaydada və ya çağırış üzrə — 1 il 6 ay müddətinə;

 yaşı 35-dən çox olmayan şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sayda və hərbi uçot ixtisası üzrə. Dinc dövrdə həqiqi hərbi xidmətə çağırılan, bu maddəyə uyğun olaraq, bu Əsasnamənin digər maddələrində — ehtiyatdan çağırılan zabitlər adlandırılacaq şəxslər — həqiqi hərbi xidmət keçərkən bütün vəzifələri yerinə yetirirlər və bu Əsasnamənin nəzərdə tutduğu xüsusiyyətlərin uçotu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri kadr zabiti heyətindən olan şəxslərlə bərabər bütün hüquqlardan, imtiyazlardan və təminat növlərindən istifadə edirlər.

 Ehtiyatdan çağırılan zabitlər çağırış müddəti bitdikdən sonra onların arzusuna görə kadr zabitləri heyətinə keçirilə bilərlər.

 Dinc dövrdə zabit heyətindən olan şəxslərin həqiqi hərbi xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə fərdi qaydada aparılır.

 10. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı hərbi rütbələr verilir:

 

Qeyd:           1. Hərbi baytarlıq xidmətinin zabit heyətindən olan şəxslərə tibb xidməti hərbi rütbələri verilir. Mühəndis — aviasiya hazırlığı olan aviasiyanın mühəndis heyətinə aviasiyanın zabit heyəti üçün müəyyən edilmiş hərbi rütbələr verilir. 2. Ehtiyatda olan şəxslərin hərbi rütbələrinə «ehtiyatda olan» sözləri, istefada olanların hərbi rütbələrinə isə «istefada olan» sözləri əlavə edilir.

 11. Hərbi qulluqçular və toplanışda olan hərbi vəzifəlilər hərbi rütbə və qoşun (xidmət) növü üzrə fərqlənmə nişanları olan hərbi geyim forması geyinirlər.

 12. Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir:

 a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:

 ali təhsili olanlar — 1 il;

 (çıxarılıb) [4]

 qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay. [5]

Müvəffəqiyyətsizliyinə, oxumaq istəmədiklərinə (18 yaşı tamam olmayan xəstəliyə və ya ailə vəziyyətinə görə hərbi təhsil müəssisələrindən xaric edilən şəxslər istisna olmaqla), yaxud intizamsızlığa görə hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi təhsil müəssisəsinə daxil olana qədər müddətli həqiqi hərbi xidmətə çağırılmayan və yaxud çağırılan, ancaq müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini keçməyən kursantlar müəyyən edilmiş müddətə müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Hərbi hissədə 6 aydan az olmayan müddətdə qüsursuz xidmət etdikdə hərbi hissə komandirlərinin vəsatəti üzrə korpus komandirinin və ona bərabər şəxslərin qərarı ilə həmin hərbi qulluqçuların hərbi təhsil müəssisəsində təhsil aldığı müddət həqiqi hərbi xidmət müddətinə daxil edilir. [6]

 Hərbi həkim komissiyaları tərəfindən səhhətinə görə hərbi təhsil müəssisələrində təhsil almağa yararsız sayılan (peşə yararsızlığı), lakin hərbi xidmətə yararlı olan kursantlar Azərbaycan Respublikası Silahlı Qüvvələrində müəyyən edilmiş müddətə müddətli həqiqi hərbi xidmət keçmək üçün hazırlıq profilinə görə Silahlı Qüvvələrin növünə (qoşun növünə) yaxın olan hərbi hissələrə göndərilirlər;

 əgər onlar hərbi tədris müəssisəsinə daxil olana qədər müddətli həqiqi hərbi xidmətə çağırılmamışlarsa, yaxud çağırılıb ancaq müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini keçməyiblərsə, o zaman hərbi təhsil müəssisəsində təhsil aldıqları müddət bu hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə daxil edilir.

 Xəstəliyinə və ya ailə vəziyyətinə görə vaxtından əvvəl ehtiyata buraxılmış və yenidən səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılana qədər hərbi xidmətdə olduqları dövr həqiqi hərbi xidmət dövrünə daxil edilir.

Məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır. [7]

b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:

 müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar — 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla bilər;

 v) kursantlar üçün — hərbi təhsil müəssisəsində təhsil müddətindən asılı olaraq;

 q) gizirlər və miçmanlar üçün — 5 il. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər;

 d) zabitlər üçün: ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olanlar — 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olanlar — 3 ilə qədər.

 13. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər:

müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş; [8]

müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş;

kiçik zabitlər üçün - 48 yaş;

baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş;

polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş;

ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. [9]

Ordu generalı üçün son yaş həddi müəyyən edilməmişdir.

14. Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). [10] Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla, bu Əsasnaməyə 3 saylı əlavədə göstərilən şərtlərə uyğun olaraq aşağıdakı qaydada hərbi xidmətdə saxlanıla bilərlər: [11]

 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirinin, ona bərabər və ondan yuxarı komandirin qərarı ilə;

 gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və onlardan yuxarı olanların qərarı ilə: zabitlər: kiçik zabitlər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və onlardan yuxarı olanların qərarı ilə;

 baş zabitlər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə;

 ali zabitlər — müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə.

 Onlardan hər hansı birinin həqiqi hərbi xidmətdə saxlanılması həmin ixtisaslı hərbi qulluqçulara ehtiyac olduqda həll edilir.

 Ayrı-ayrı hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanılması haqqında vəsatət adbaad siyahıları (1, 2 və 3 saylı əlavələr) təqdim etməklə hərbi qulluqçunun şəxsi raportu əsasında alay (briqada) komandiri, ona bərabər və ondan yuxarı olan birbaşa rəis tərəfindən ildə bir dəfə oktyabr ayının 1-nə kimi komanda üzrə qaldırılır və hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlamağa hüququ olan rəislərin təsdiqinə verilir.

 Hərbi qulluqçunun həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanılması hər dəfə müvafiq müvafiq əmrlə rəsmiləşdirilir. [12]

 Hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılması barədə qəbul edilmiş qərar hərbi hissə komandirləri tərəfindən onlara şəxsən elan edilir. Bu hərbi qulluqçuların şəxsi işində onların kimin qərarı ilə və həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hansı müddətə hərbi xidmətdə saxlandıqları barədə qeyd edilir (yazılır).

 Həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılan hərbi qulluqçular həmin müddət qurtaranadək tərxis oluna bilərlər.

 15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir:

 xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr zabitlərindən başqa);

 xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən;

ştatların ixtisarına görə — ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

ailə vəziyyətinə görə — qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları;

xidməti uyğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa;

hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər;

törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə.

16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır:

a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: [13]

çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün;

intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün;

b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində:

müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün;

hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

 v) kursantların həqiqi hərbi xidmətində:

 çağırışçılar, hərbi vəzifəlilər (zabitlərdən başqa) və qadınlar üçün — hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün;

 q) gizirlərin və miçmanların həqiqi hərbi xidmətində:

 müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün;

ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə getmək günündən tez olmayaraq, gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün;

ehtiyatda olan gizirlər və miçmanlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

 d) zabitlərin həqiqi hərbi xidmətində:

 hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün;

zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün;

ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur.

 17. Hərbi uçotda olmayan qadınlar üçün hərbi xidmətin başlanğıcı hərbi komissarlığın sərəncamında göstərilmiş yerə getmə günündən tez olmayaraq hərbi rütbə verilməsi haqqında əmr imza edilən gün sayılır.

 18. Müddətli həqiqi hərbi xidmətə çağırılmış Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə göndərilməsi hərbi komissarlıq tərəfindən Respublika toplanış məntəqəsi (muxtar respublikanın toplanış məntəqəsi) vasitəsi ilə həyata keçirilir.

 Həqiqi hərbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl rayon (şəhər) hərbi komissarlıqları müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər.

 19. Hərbi xidmətə ilk dəfə çağırılmış və ya daxil olmuş Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər.

 Əvvəllər hərbi and içməmiş, toplanışlara çağırılmış hərbi vəzifəlilər də hərbi and içirlər.

 Hərbi qulluqçuların hərbi andiçmə qaydası Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi ilə müəyyən edilmişdir.

 Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunvericilik aktlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər (4 saylı əlavə).

 Bağlaşma üç il müddətinədək və bu müddət bitdikdən sonra yenidən bağlana bilər.

 20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır:

 bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;

 hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət idarələrində, müəssisələrində və təşkilatlarında işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün.

 21. Səfərbərlik elan olunarkən hərbi xidmətdə olan bütün şəxslər onlar üçün müəyyən edilmiş normada pul və natural təminat saxlanılmaqla xüsusi sərəncam verilənədək hərbi xidmətdə saxlanılırlar.

 22. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə), vəzifəyə təyin edilmək və ya həqiqi hərbi xidmətdən buraxılmaq üçün təqdim olunan hərbi qulluqçulara (müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, kursant və bağlaşma üzrə hərbi xidmət keçənlərdən başqa) hərbi hissələrdə alay (briqada), əlahiddə tabor komandiri, onlara bərabər və onlardan yuxarı birbaşa rəislər tərəfindən (5 və 6 saylı əlavələr) imzalanan təqdimatlar tərtib edilir və vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq qurumların vasitəsilə qərar qəbul edilməsi üçün komanda üzrə müvafiq rəislərə göndərilir. Qeyd olunan məsələlər üzrə təqdimatları imzalamaq hüququ olmayan hərbi hissə bölmələrinin komandirləri və digər birbaşa rəislər komanda üzrə raport verməklə bu barədə vəsatət qaldırırlar.

 23. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə), vəzifəyə təyin olunmaq və ya həqiqi hərbi xidmətdən (kursantlar üçün — kursantların həqiqi hərbi xidmətindən) buraxılmaq üçün təqdim olunan müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və kursantlara hərbi hissələrdə (hərbi təhsil müəssisələrində) bu barədə bilavasitə və yuxarı birbaşa rəislər (komandirlər) tərəfindən imzalanan vəsatət qaldırılır və raport verməklə komanda üzrə müvafiq qurumların vasitəsilə vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq rəislərə göndərilir.

 24. Müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, eləcə də hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar gizir (miçman) heyətinin hərbi rütbələri verilməklə, gizirlər (miçmanlar) tutan vəzifələrə təyin olunmağa təqdim edildikdə, hərbi hissələrdə onlara təqdimatlar bu Əsasnamənin 22-ci maddəsinin tələblərinə müvafiq olaraq tərtib edilir.

 25. Bu Əsasnamənin tələblərinin hərbi qulluqçulara tətbiqi Əsasnamə ilə hüquq verilmiş birbaşa rəislərin qərarı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və direktivləri ilə həyata keçirilir. Müəyyən edilmiş hallarda bu qərar şəxsi heyət və ya nizami hissə üzrə əmrlərlə tərtib edilir.

 Rəis müvəqqəti olaraq yerində olmadıqda hərbi xidmətin keçilməsi məsələləri üzrə qərarlar rəisin vəzifəsini icra edən şəxs (əgər vəzifənin müvəqqəti icra edilməsi haqqında əmr verilibsə) tərəfindən qəbul edilir.

25-1. Hərbi qulluqçuların fiziki hazırlığı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. [14]

II fəsil

Hərbİ xİdmətə qəbul (daxİlolma)

 26. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:

 a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə — qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

b) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər. [15]

v) gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə — azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

 q) zabitlərin həqiqi hərbi xidmətinə — hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

 27. Könüllü həqiqi hərbi xidmətə daxil olduqda (bu Əsasnamənin 9-cu maddəsi) həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları (kursantların hərbi təhsil müəssisələrinə və zabitlərin hərbi xidmətinə daxil olan vətəndaşlardan başqa) «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə ilə tanış olduqdan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmək barədə yazılı öhdəlik götürürlər (7 saylı əlavə).

 Dövlət və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə könüllü daxil olmaq istəyən digər dövlətin vətəndaşı arasında tərəflərin qarşılıqlı vəzifələri, məsuliyyəti və bağlaşmanın ləğv edilməsi əks olunan bağlaşma bağlanır (4 saylı əlavə).

 Hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada vəsiqələr verilir. Kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına hərbi bilet verilir.

 Hərbi qulluqçuların bu Əsasnamənin 12-ci maddəsinin «b», «q», «d» bəndləri ilə müəyyən edilmiş müddətlərə həqiqi hərbi xidmət müddətinin uzadılması barədə öhdəlikləri hərbi hissənin müvafiq qurumları və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (7 saylı əlavə). Öhdəliklər hərbi qulluqçuların əvvəllər götürdüyü öhdəliklər üzrə xidmət müddətinin qurtarmasına üç ay qalandan gec olmayaraq tərtib edilməlidir.

 Hərbi qulluqçuların şəxsi işi və digər uçot sənədləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin uçotu üzrə təlimata uyğun aparılır.

 28. Hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar arasından həqiqi hərbi xidmətə qəbul üçün namizədlərin seçilməsi hərbi hissə komandirlərinin tələbnamələri və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuların heyəti üzrə sərəncamları əsasında rayon (şəhər) hərbi komissarlıqları tərəfindən fərdi qaydada aparılır. Hərbi hissə komandirlərinin tələbnamələrində və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sərəncamlarında həqiqi hərbi xidmətə qəbul üçün hərbi vəzifəlilərin və hərbi uçotda olmayan qadınların seçilməli olduqları hərbi hissələr, onların yerləşmə məntəqəsi, hərbi-uçot ixtisasları, vəzifələri və həmin vəzifələr üzrə pul təminatı haqqında məlumatlar verilir.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında həqiqi hərbi xidmətə daxil olmaq istəyən həqiqi hərbi xidmət qulluqçularının, hərbi vəzifəlilərin və hərbi uçotda olmayan qadınların seçilməsini və sənədlərinin tərtib edilməsini həmin orqanların müvafiq qurumları həyata keçirir. 29. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxslər (hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar) həqiqi hərbi xidmət keçdikləri hərbi hissəyə (yaşayış yeri üzrə hərbi komissarlığa) aşağıdakı sənədləri təqdim edirlər:

 komanda üzrə raport (hərbi komissarın adına ərizə);

 həqiqi hərbi xidmətə daxil olmağa könüllü razılığı barədə yazılı öhdəlik (kursantların və zabitlərin hərbi xidmətinə daxil olan Azərbaycan Respublikasının vətəndaşlarından başqa);

 şəxsən yazılmış tərcümeyi-hal;

 qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş aşağıdakı sənədlər;

 təhsil haqqında sənədin surəti;

 doğum haqqında şəhadətnamənin surəti;

 nikah haqqında şəhadətnamənin surəti;

 uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

 xidmət (iş və ya təhsil) yerindən xidməti xasiyyətnamə;

 hərbi hissədən (evlər idarəsindən, müvafiq icra hakimiyyəti orqanlarından) ailə tərkibi və yaşayış yeri haqqında arayış;

 səhhətinə görə müvafiq qoşun növündə (xidmətdə, lazım gəldikdə, həm də müvafiq ərazidə) hərbi xidmətə yararlı olması barədə hərbi-həkim komissiyasının qərarı;

 2 ədəd fotoşəkil (başıaçıq, anfas) 3 x 4 sm ölçüdə və 2 ədəd 9 x 12 sm ölçüdə (kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5 x 6 sm ölçüdə);

 rejim obyektlərində isə buraxılışı rəsmiləşdirmək üçün sənədlər.

 Könüllü həqiqi hərbi xidmətə daxil olmağa arzusunu bildirən və bu Əsasnamənin 26-cı və 27-ci maddələrinin tələblərinə cavab verən bütün şəxslərə hərbi hissə qərargahları və rayon (şəhər) hərbi komissarlıqları iki nüsxədə şəxsi iş tərtib edirlər.

 Həqiqi hərbi xidmətə namizəd olan şəxslərin adına tərtib edilmiş şəxsi işlər göndərilir (təqdim edilir):

 Könüllü həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular üçün — müvafiq hərbi hissə komandirlərinin adına və ya bu hərbi hissələrin daxil olduğu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müvafiq qurumlarına;

 Hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün alınan naryadlara (tələbnamələrə) uyğun olaraq müvafiq hərbi hissə komandirlərinin adına hərbi vəzifəlilərin və qadınların hərbi hissələrə göndərilməsi onların həqiqi hərbi xidmətə rəsmiləşdirildikləri yer üzrə hərbi komissarlıqlar tərəfindən aparılır. Hərbi hissəyə göndərməzdən əvvəl rayon (şəhər) hərbi komissarlıqları həqiqi hərbi xidmətə çağırılan şəxslər üçün müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və onlara şəxsiyyət vəsiqələrinin alınması barədə qəbz və hərbi komissarlığın sərəncamını verir.

 Həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmiş hərbi vəzifəlilər və qadınlar hərbi hissəyə çatanadək müəyyən edilmiş normalar üzrə ərzaq-yol pulu ilə təmin edilirlər. Yaşayış yerindən hərbi hissənin yerləşdiyi yerə ailənin və ev əşyalarının aparılmasının xərcini hərbi hissə ödəyir.

 30. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından və onların qoşunlarından, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən hərbi qulluqçuların həqiqi hərbi xidmətə qəbul olunması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

III fəsil

Hərbİ qulluqçular tərəfİndən tutulmalı olan vəzİfələrİn komplektləşdİrİlməsİ

 31. Hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, müəssisələrin, hərbi təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur. [16]

 32. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:

 a) gənc əsgərlər üçün müəyyən edilmiş proqram üzrə həm tədris hissələrində (çavuşlar və mütəxəssislər — əsgərlər və matroslar hazırlayan tədris birləşmələrində, hissələrində, mərkəzlərində, dəstə və məktəblərində), həm də bilavasitə hərbi hissələrdə və gəmilərdə hazırlıq qurtaran, Azərbaycan Respublikasına və öz xalqına sadiqliyə hərbi and içən çağırışçılarla;

 b) tədris hissələrində müəyyən edilmiş proqram həcmində hazırlıq qurtarmış və imtahan vermiş çavuşlarla və mütəxəssis əsgər və matroslarla;

 v) müvəffəqiyyətsizliyə, intizamsızlığa və oxumaq istəmədiyinə, həmçinin səhhətinə görə hərbi təhsil müəssisələrindən, gizir, miçman məktəblərindən və tədris hissələrindən xaric edilmiş kursantlarla;

 q) hərbi rütbələrindən məhrum edildikləri halda müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini keçməmiş gizirlər və miçmanlarla.

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları tərəfindən tutulmalı olan vəzifələrin komplektləşdirilməsi çağırış üzrə «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında» Qanuna əsasən aparılır. Çavuşların, eləcə də mütəxəssis əsgər və matrosların hazırlanması tədris hissələrində aparılır. Müvafiq mülki ixtisasa və zəruri təhsilə malik olan hərbi qulluqçulardan mütəxəssis əsgər və matrosların, eləcə də çavuşların hazırlanması bilavasitə hərbi hissə və gəmilərdə praktiki işdə aparıla bilər.

 Tədris hissələrində çavuşların və mütəxəssis əsgər və matrosların hazırlanması üzrə ixtisasların siyahısı və təlim müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə müəyyən edilir.

 Təlim Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müvafiq silahlı qüvvə növləri komandanlarının, qoşun növləri komandanlarının (rəislərinin), idarə (şöbə, xidmət) rəislərinin işləyib hazırladığı proqramlar üzrə aparılır.

 Tədris hissələrində təlim keçən əsgər və matroslar kursantlar adlandırılırlar.

 Kursantların müvəffəqiyyətsizliyə, intizamsızlığa, oxumaq istəmədiyinə, həmçinin səhhətinə görə hərbi təhsil müəssisələrindən, gizir, miçman məktəblərindən (tədris hissələrindən) xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hərbi məktəb, gizir, miçman məktəbləri (hərbi hissə komandirləri) rəislərinin təqdimatı üzrə aparılır.

 33. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:

 a) müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;

 b) ehtiyatda olan əsgər, matros və çavuşlarla, eləcə də hərbi uçotda olmayan qadınlarla.

 Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar 8 sinifdən aşağı olmayan təhsilə malik olmaqla hərbi ixtisası yaxşı bilməli, Silahlı Qüvvələrin müvafiq növlərində, qoşun növlərində və orqanlarda xidmət etmək üçün zəruri tələblərə cavab verməlidirlər, eləcə də xidmət və ya iş (təhsil) yerindən müsbət xarakterizə edilməlidirlər.

 Hərbi qulluqçuları və hərbi vəzifəliləri, eləcə də qadınları müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etmək və onların xidmət müddətini uzatmaq hüququna korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yüksək hüquqlara malik olan rəislər malikdirlər.

 34. Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılmazdan üç ay əvvəl müddətdən artıq həqiqi hərbi xidmət keçmək istədikləri hərbi hissəni (korpusu, Silahlı Qüvvələrin növünü) göstərməklə yazılı öhdəlik götürürlər.

 Hərbi hissələrin qərargahları bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq həmin hərbi qulluqçulara dair tərtib edilmiş sənədləri hərbi hissə komandirinin rəyi ilə müvafiq hərbi hissəyə (korpusa, Silahlı Qüvvələrin növünə) göndərirlər.

 Hərbi hissədən (korpusdan, Silahlı Qüvvələrin növündən) haqqında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməsinə razılıq daxil olmuş hərbi qulluqçular onların öz yaşıdlarının həmin hərbi hissədən buraxılması başlanan kimi hərbi hissə komandirinin əmri ilə yeni xidmət yerinə ezam edilirlər (əgər hərbi qulluqçular öz hərbi hissəsində xidmət etməyi arzulamışsa, hərbi hissədə saxlanılırlar). Əgər yeni xidmət yeri üzrə hərbi hissədə (gəmidə) müddətli həqiqi hərbi xidmət müddəti 2 il müəyyən edilibsə və hərbi qulluqçu müddətli həqiqi hərbi xidməti müddəti 1 il 6 ay olan hərbi hissədə keçmişsə onda o, müddətli həqiqi hərbi xidmət müddəti uzadılmadan müddətdən artıq xidmətə qəbul edilir.

 35. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, ehtiyatda olan əsgər, matros və çavuşların, hərbi uçotda olmayan qadınların tutmalı olduqları vəzifələrin komplektləşdirilməsi bu Əsasnamənin 33-cü maddəsinə və 26-cı maddəsinin «a» bəndinə müvafiq olaraq aparılır.

 Qadın hərbi qulluqçuların müvafiq hərbi ixtisaslar üzrə hazırlanması bilavasitə bölmələrdə aparılır.

 36. Hərbi təhsil müəssisələri kursantlarının tutmalı olduqları vəzifələr bu Əsasnamənin 26-cı maddəsinin «b» bəndində göstərilən şəxslərlə komplektləşdirilir.

 37. Hərbi təhsil müəssisələrinin kursantlarla komplektləşdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi-tədris müəssisələrinə müvafiq Qəbul qaydalarına əsasən aparılır.

 Ali hərbi təhsilli zabit kadrları hazırlayan hərbi təhsil müəssisələrinə (Hərbi Akademiyalara) Azərbaycan Respublikasının və digər dövlətlərin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən ali xüsusi-hərbi və ya mülki ali təhsili olan və ali hərbi təhsil müəssisələrinin aid olduqları Silahlı Qüvvələrin qoşun (xidmət) növlərində, orqanlarında xidmət edən zabitlər qəbul edilirlər. Bu hərbi tədris müəssisələrində təhsil alan zabitlər dinləyicilər adlandırılırlar.

 Hərbi təhsil müəssisəsinə daxil olmaq arzusunu bildirən Azərbaycan Respublikasının və digər dövlətlərin hərbi vəzifəliləri, Azərbaycan Respublikasının və digər dövlətlərin silahlı qüvvələrinin hərbi qulluqçuları qəbul ilinin mart ayının 15-ə kimi komanda üzrə hərbi hissə komandirinin (yaşayış yeri üzrə hərbi komissarın) adına raport yazırlar (bağlaşma imzalayırlar) və bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq zəruri sənədləri tərtib edirlər.

 38. Gizirlərin və miçmanların tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:

 a) müvafiq hərbi ixtisas hazırlığının profilinə yaxın olan ali və ya orta ixtisas təhsilli müddətli (müddətli həqiqi hərbi xidmətdə bir ildən az olmayaraq xidmət etmiş) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;

 b) orta ixtisas təhsilli təhsil müəssisəsinin proqramı üzrə texniklər məktəbini bitirmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə; [17]

 v) gizir və miçman məktəblərini bitirmiş müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;

 q) müvafiq hərbi ixtisas hazırlığının profilinə yaxın olan ali və ya orta ixtisas təhsilli ehtiyatda olan əsgər, matros və çavuşlarla;

 d) ehtiyatda olan gizirlərlə və miçmanlarla;

 e) müvafiq xüsusi hazırlıqlı hərbi uçotda olmayan, ali və ya tam orta təhsilli qadınlarla. [18]

 Qadınların tuta biləcəyi gizir və miçman vəzifələrinin siyahısı, eləcə də bu vəzifələrin digər şəxslər tərəfindən tutulmaq qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə müəyyən edilir.

 39. Gizir və miçmanların tutmalı olduqları vəzifələrin komplektləşdirilməsi bu Əsasnamənin 38-ci maddəsi və 26-cı maddəsinin «v» bəndinin tələblərinə müvafiq olaraq aparılır.

 Hərbi qulluqçuların, hərbi vəzifəlilərin və qadınların gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbulu və onların xidmət müddətini uzatmaq hüququna Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı səlahiyyəti olan rəislər malikdirlər.

 Gizir və miçman məktəblərinə qəbul edilmiş şəxslər bu məktəblərdə təhsil aldıqları müddətdə hərbi məktəb kursantları vəziyyətində olurlar.

 Gizir və miçman məktəblərində hazırlığın qaydası və müddəti, hərbi qulluqçuların müddətli həqiqi hərbi xidmət dövründə (çağırışdan sonra bir ildən tez olmayaraq) bu məktəblərə oxumağa göndərilməsi, eləcə də gizir və miçmanların yenidən hazırlanmasının və ixtisas artırmasının qaydası və müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə müəyyən edilir.

 Texniklər məktəblərində gizirlərin və miçmanların hazırlığının tədris planları, proqramları və müddətləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 40. Zabitlərin tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:

 a) hərbi təhsil müəssisələrini bitirmiş və zabit rütbəsi almış hərbi qulluqçularla;

 b) «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin «q» bəndinə müvafiq olaraq 1 il 6 ay müddətə həqiqi hərbi xidmətə çağırılmış ehtiyatda olan zabitlərlə;

 v) bu maddənin «b» bəndində göstərilən və zabit heyəti vəzifələrində bir il xidmət etdikdən sonra öz arzuları ilə zabit kadr heyətinə daxil edilən zabitlərlə;

 q) könüllü olaraq həqiqi hərbi xidmətə qəbul edilən ehtiyatda olan zabitlərlə;

 d) ali təhsilli və orta hərbi təhsil müəssisələrinin proqramları üzrə ekstern imtahanlar vermiş gizir və miçmanlarla;

 e) müvafiq hərbi ixtisas hazırlığı profilinə yaxın, əsasən ali mülki təhsilli, öz razılıqları ilə müddətli və müddətdən artıq həqiqi hərbi xidmət əsgərləri, matrosları və çavuşları, gizirləri və miçmanları zabit heyəti vəzifələrinə təyin edilmiş və zabit rütbəsi almış hərbi qulluqçularla;

 j) müvafiq hərbi ixtisas hazırlığı profilinə yaxın, əsasən ali mülki təhsilli zabit rütbəsi verilməklə könüllü qaydada həqiqi xidmətə təyin edilən hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlarla.

 Zabitlərin həqiqi hərbi xidmətinə daxil olmaq arzusunu bildirən, bu Əsasnamənin 26-cı maddəsinin «q» bəndinin tələblərinə cavab verən, bu maddədə sadalanan hərbi qulluqçular, hərbi vəzifəlilər və qadınlar bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq sənədlər tərtib edirlər.

 Hərbi qulluqçuları, hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul etmək hüququna Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı malikdir.

IV Fəsil

Hərbİ rütbələrİn verİlməsİ

 41. Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir.

 Hərbi rütbə verilməsi haqqında əmrlər təntənəli şəraitdə sıra qarşısında (hərbi hissənin təntənəli yığıncağında) müəyyən edilmiş fərqlənmə nişanları ilə birgə paqonlar verilməklə elan edilir.

 42. Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir. [19]

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, idarə və müəssisələrə ezam edilmiş hərbi qulluqçulara növbəti hərbi rütbələr bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq orqanların, idarə və müəssisələrin təqdimatı ilə verilir:

 kiçik zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

 baş zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

 ali zabitlərə — Müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.

 Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən zabitlərə həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddətinin, bir qayda olaraq, ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə onların tutduqları vəzifə müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər.

 Zabitlərə həvəsləndirmə qaydasında, polkovnik hərbi rütbəsi də daxil olmaqla vaxtından əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə bütün xidmət dövründə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir dəfə verilə bilər.

 43. Hərbi qulluqçular hərbi rütbə verilməsinə bu Əsasnaməyə müvafiq olaraq təqdim edilirlər.

 Növbəti hərbi rütbələrin verilməsi hərbi xidmətə stimul yaradılması, bölmələrdə, hissələrdə və gəmilərdə hərbi qulluqçuların döyüş hazırlığının, döyüş və ictimai-siyasi hazırlıq keyfiyyətinin artırılması, intizamın möhkəmləndirilməsi, yüksək məsuliyyət hissinin, hərbi rütbəyə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətə görə qürur hissinin tərbiyə edilməsi üçün tam şəkildə istifadə edilməlidir.

 Müvafiq ştat vəzifələri tutan və müsbət attestasiya olunan hərbi qulluqçulara növbəti hərbi rütbələrin vaxtında verilməsi məqsədilə, təqdimatlar qabaqcadan elə hesabla (qoşunların dislokasiyasının uçotu ilə) göndərilir ki, hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti, müvafiq hərbi rütbəni vermək hüququna malik olan rəisin təqdimata baxdığı gün tamam olsun.

 44. İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir.

 Törətdikləri cinayətə görə şərti və ya barələrində hökmün icrası təxirə yaxud hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya, məhkum edilmiş və bu Əsasnamənin 158-ci maddəsinin «b» bəndi ilə nəzərdə tutulmuş qaydada həqiqi hərbi xidmətdə saxlanılan hərbi qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq və ya hökmün icrasının təxirə salınma müddəti qurtarmayanadək növbəti hərbi rütbə verilməyə təqdim edilmirlər. [20]

 45. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olması müddəti aşağıdakı kimi müəyyən edilir: [21]

 


 

Hərbi rütbələrin adları

Aviasiyanın uçun heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün

Digər hərbi qulluqçular üçün

Kiçik çavuş

6 ay

6 ay

Çavuş

6 ay

6 ay

Kiçik gizir (kiçik miçman)

2 il

2 il

Gizir (miçman)

3 il

5 il

Kiçik leytenant

1 il

1 il

Leytenant

2 il

3 il

Baş leytenant, kapitan (kapitan-leytenant)

3 il

4 il

Mayor (3-cü dərəcəli kapitan)

4 il

5 il

Polkovnik-leytenant

(2-ci dərəcəli kapitan)

5 il

6 il

 

Əsgər, matros, baş əsgər, baş matros, baş çavuş, baş gizir, baş miçman, polkovnik (1-ci dərəcəli kapitan) və ali zabit hərbi rütbələri üçün xidmət müddəti müəyyən edilmir.

 Ali hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün "leytenant" hərbi rütbəsində olma müddəti aşağıdakı kimi müəyyən edilir: aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün - 1il; digər hərbi qulluqçular üçün - 2il. [22]

 Hərbi qulluqçuya verilmiş hərbi rütbədə olma müddəti həmin rütbənin verilməsi haqqında əmr imzalanan gündən hesablanır. Hərbi qulluqçunun aşağı salınmış hərbi rütbədə olma müddəti bərpa edilmiş hərbi rütbənin xidmət müddətinə daxil edilmir. Şərti məhkum olunduqda məhkəmə tərəfindən müəyyən edilmiş sınaq və ya hökmün icrasının təxirə salınma müddəti hərbi rütbədə xidmət müddətinə daxil edilmir. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum edilmiş hərbi qulluqçuların hərbi rütbəsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 132-ci maddəsi ilə müəyyən edilmiş qaydada həll olunur. [23]

Xidmət üzrə yerini dəyişən hərbi qulluqçuya növbəti hərbi rütbə verilmək üçün xidmət illərinin müddətini təyin etdikdə, bu maddə ilə bu Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilən hərbi qulluqçunun növbəti hərbi rütbəyə təqdim olunduğu gün onun tutduğu vəzifəyə uyğun olan xidmət müddəti tətbiq edilir.

 Ehtiyatdan könüllü qaydada və ya çağırış üzrə həqiqi hərbi xidmətə qəbul edilmiş və vəzifəyə təyin edilmiş hərbi qulluqçuların hərbi rütbədə olma müddətinə bu maddə və bu Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilmiş xidmət müddəti nəzərə alınmaqla onların ehtiyatda həmin hərbi rütbədə olduqları müddət daxil edilir.

 46. Bərabər hərbi rütbəyə yenidən attestasiya edilmiş hərbi qulluqçulara hərbi rütbədə olma müddəti onun yeni attestasiyaya qədər olduğu hərbi rütbənin verilməsi haqqında əmr imzalandığı gündən hesablanır.

 Zabit heyəti vəzifələrini tutmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən, onlara yenidən attestasiya edilmə qaydasında, lakin tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti rütbəsi verilir. [24]

 47. «Əsgər» və «matros» hərbi rütbələri verilir:

 a) müddətli həqiqi hərbi xidmətə çağırılanlara — hərbi hissə siyahısına daxil edilmələri ilə eyni vaxtda;

 b) hərbi qulluqçu qadınlara — vəzifəyə təyin edilmə və hərbi hissə siyahısına daxil edilmələri ilə eyni vaxtda;

 v) vətəndaşlara, eləcə də C.C.Naxçıvanski adına ibtidai hərbi məktəb məzunlarına — hərbi təhsil müəssisəsinə təhsilə daxil edilmələri ilə eyni vaxtda.

 48. «Baş əsgər» və «baş matros» hərbi rütbələri xidməti vəzifələrini nümunəvi yerinə yetirən, təhsildə yaxşı və əla göstəriciləri olan və intizamlı müddətli hərbi xidmət əsgərlərinə və matroslarına «əsgər» və «matros» rütbəli qadın hərbi qulluqçulara, «baş əsgər» və «baş matros» hərbi rütbələr nəzərdə tutulmuş vəzifələrə təyin olunanda, eləcə də ən yaxşı əsgər və matroslara ehtiyata buraxılanda verilir.

 49. «Kiçik çavuş» hərbi rütbəsi verilir:

 a) çavuş hazırlığı proqramı üzrə tədris hissəsini bitirmiş və müəyyən edilmiş imtahan vermiş kursantlara — tədris hissəsindən buraxılanda;

 b) «əsgər», «matros», «baş əsgər» və ya «baş matros» hərbi rütbələrində olan hərbi təhsil müəssisəsi kursantlarına «kiçik çavuş», «çavuş» hərbi rütbələri nəzərdə tutulmuş vəzifəyə təyin olunanda (hərbi təhsil müəssisəsinə daxil olana qədər çavuş rütbəsi verilmiş kursantlar üçün həmin rütbələr saxlanılır);

 v) çavuş vəzifəsini icra edən, xidməti vəzifələrini nümunəvi yerinə yetirən, təhsildə və intizamda yaxşı və əla göstəriciləri olan «əsgər», «matros», «baş əsgər» və ya «baş matros» rütbəli müddətli həqiqi hərbi xidmət əsgər və matroslarına — müəyyən edilmiş proqram üzrə imtahan verdikdən sonra, lakin müddətli həqiqi hərbi xidmətə daxil ediləndən ən azı 6 ay keçdikdən sonra;

 q) çavuş vəzifəsini icra edən, xidməti vəzifələrini nümunəvi yerinə yetirən, təhsildə və intizamda yaxşı və əla göstəriciləri olan müddətdən artıq həqiqi hərbi xidmət əsgər və matroslarına, qadın hərbi qulluqçulara — müəyyən edilmiş proqram üzrə imtahan verdikdən sonra, lakin müddətdən artıq həqiqi hərbi xidmətə daxil ediləndən ən azı 6 ay keçdikdən sonra;

 «Kiçik çavuş» hərbi rütbəsinin verilməsi üçün imtahanların keçirilməsi məqsədilə hərbi hissə komandirinin əmri ilə xüsusi komissiya təyin edilir. İmtahanın nəticələri barədə «kiçik çavuş» və «çavuş» rütbələri vermək hüququna malik olan komandirlərə (rəislərə) məlumat verilir.

 d) əsgərlərə, matroslara, hərbi vəzifəlilərə və hərbi uçotda olmayan qadınlara — müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla eyni vaxtda çavuş vəzifəsinə təyin edildikdə.

 50. «Çavuş» hərbi rütbəsi verilir:

 a) çavuş hazırlığı proqramı üzrə tədris hissəsini əla qiymətlə bitirmiş kursantlara — tədris hissəsindən buraxılanda;

 b) «kiçik çavuş» hərbi rütbələrində olan hərbi təhsil müəssisələri kursantlarına — «çavuş», «baş çavuş» hərbi rütbələri nəzərdə tutulmuş vəzifələrə təyin olunanda;

 v) «çavuş», «baş çavuş» rütbələri nəzərdə tutulmuş vəzifələrə təyin olunmuş, növbəti hərbi rütbə verilməsinə layiq olan və ya ehtiyata buraxılan «kiçik çavuş» hərbi rütbəsində olan müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına.

 51. «Baş çavuş» hərbi rütbəsi verilir:

 a) «baş çavuş» hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə təyin olunduqda — «çavuş» rütbəsində olan hərbi təhsil müəssisələrinin kursantlarına;

 b) «baş çavuş» hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə təyin olunan, növbəti hərbi rütbə verilməsinə layiq olan və ya ehtiyata buraxılan «çavuş» rütbəsində olan müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, qadın hərbi qulluqçulara.

 52. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgər, matros və çavuşlar heyəti hərbi rütbələrini vermək hüququna aşağıda göstərilən şəxslər malikdirlər:

 a) «baş əsgər» və «baş matros» hərbi rütbələrini — tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam səlahiyyətindən istifadə edən, əmr vermək hüququna malik olan əlahiddə hissələrin komandirləri (rəisləri), onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar;

 b) «kiçik çavuş» və «çavuş» hərbi rütbələrini — hərbi hissə komandirləri, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar;

 v) «baş çavuş» hərbi rütbəsini — korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar.

 53. «Kiçik gizir» və «kiçik miçman» hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin «a» - «q» və «e» bəndlərinə müvafiq olaraq orta ixtisas təhsilli gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən şəxslərə verilir.

 54. «Gizir» və «miçman» hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin «a» - «q» və «e» bəndlərinə müvafiq olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən ali təhsilli şəxslərə «gizir», «miçman», «baş gizir», «baş miçman» rütbələri nəzərdə tutulmuş vəzifələrə təyin olunmuş, növbəti hərbi rütbə verilməsinə layiq olan kiçik gizir və kiçik miçmanlara verilir.

 55. «Baş gizir» və «baş miçman» hərbi rütbələri verilir:

 a) növbəti hərbi rütbə verilməsinə layiq olan, ştatlarda «baş gizir», «baş miçman» hərbi rütbələri nəzərdə tutulan vəzifələrə təyin edilən əvvəlki hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti bitdikdə onun ən azı bir ili müddətində baş gizir, baş miçman və ya zabitlərlə komplektləşdirilməli olan vəzifələrdə qulluq edənlərə;

 b) tutduğu vəzifədən asılı olmayaraq 15 il fasiləsiz gizir və miçmanların həqiqi hərbi xidmətində qüsursuz xidmət edənlərə;

 v) tutduğu vəzifədən asılı olmayaraq, əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə, 10 il ərzində fasiləsiz ildə 70 sutkadan az olmayaraq döyüş növbəsi (döyüş xidməti) çəkənlərə.

 56. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir və miçman heyəti hərbi rütbələrini vermək hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin komandanları, onlara bərabər olanlar və onlardan yuxarı olan rəislər malikdirlər.

 57. «Kiçik leytenant» hərbi rütbəsi verilir:

 a) müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş hərbi qulluqçulara;

 b) mülki orta ixtisas təhsilli, müddətli həqiqi hərbi xidməti keçmiş, zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə çağırılan hərbi vəzifəlilərə;

 v) müvafiq hərbi ixtisas hazırlığına yaxın mülki orta ixtisas təhsilli müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilərə — ehtiyat zabit heyətinə attestasiya olunduqda;

 q) müddətli həqiqi hərbi xidmət keçmiş orta təhsilli hərbi vəzifəlilərə — ehtiyat zabitləri hazırlanması üzrə tədris toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra;

 d) hərbi ixtisas hazırlığına yaxın mülki orta ixtisas təhsilli müharibə dövründə zabit heyəti vəzifələrinə təyin edilmiş və vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmiş gizir və miçmanlara;

 e) gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara — hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra;

 j) müvafiq hərbi ixtisasa yaxın mülki orta ixtisas təhsilli, zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və bir ildən az olmayaraq bu vəzifələri müvəffəqiyyətlə yerinə yetirən qadınlara.

 58. «Leytenant» hərbi rütbəsi verilir:

 a) hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçulara;

 bu halda ehtiyatda olan «leytenant» hərbi rütbəsi bilavasitə hərbi-tədris müəssisəsini bitirdikdən sonra hərbi xidmətdən ehtiyata buraxılan aşağıdakı hərbi qulluqçulara verilir:

 qadın-məzunlara ailə vəziyyətinə görə;

 dinc dövrdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan alınan şikəstlik nəticəsində səhhətinə görə hərbi xidmətə yararsız sayılan məzunlara (müharibə dövründə 6 və ya 12 aydan sonra yenidən müayinə olunmaqla);

 b) hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddətini bitirən, habelə orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahan verən və ya hərbi rütbədə xidmət müddətindən asılı olmayaraq müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsil almış kiçik leytenantlara;

 v) müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş ali təhsilli hərbi qulluqçulara;

 q) tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında «ehtiyatda olan leytenant» hərbi rütbəsi verilir;

 d) müvafiq hərbi ixtisas hazırlığına yaxın ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilərə — ehtiyatda olan zabit heyətinə attestasiya edildikdə;

 e) ehtiyatda olan zabit hazırlığı proqramı üzrə müəyyən edilən imtahanları vermiş ali təhsilli əsgər, matros və çavuşlara — müddətli həqiqi hərbi xidməti bitirdikdə;

 ə) ali təhsilli və orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, eləcə də ali hərbi tədris müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş və ya müvafiq hərbi ixtisas hazırlıq profilinə yaxın mülki ali təhsil almış, zabit heyəti vəzifələrinə təyin edilmiş və bu vəzifələri bir ildən az olmayaraq müvəffəqiyyətlə icra edən (onların yaşının və bu ixtisas üzrə zabitlərə ehtiyacın olmasının uçotu ilə) — gizirlərə və miçmanlara;

 j) ehtiyat zabitlərinin hazırlığı üzrə təlim toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra — müddətli həqiqi hərbi xidmət keçmiş ali təhsilli hərbi vəzifəlilərə;

 z) zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara;

 i) mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi hərbi xidmətə — zabit heyəti vəzifələrinə təyin edilən hərbi vəzifəlilərə.

 59. Hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir.

 60. İlk zabit rütbəsi verilməsinə təqdim edilən hərbi qulluqçulara bu Əsasnamənin 57-ci maddəsinin «a», «d», «e» bəndlərinə, 58-ci maddəsinin «a», «v», «q», «ə», «z» bəndlərinə müvafiq olaraq bu Əsasnamənin 89-cu və 94-cü maddələrində nəzərdə tutulmuş qaydada attestasiya tərtib edilir və ilk zabit rütbəsi verilməsi üçün komanda üzrə göndərilir.

 61. Bu Əsasnamənin 57-ci maddəsinin «v», «q», «d» bəndlərinə (dinc dövrdə), «j» bəndinə (müharibə dövründə) və 58-ci maddəsinin «a» bəndinə (hərbi təhsil müəssisəsini bitirməklə bilavasitə ehtiyata buraxılarkən), «q», «d», «e», «ə», «j» bəndlərinə müvafiq olaraq ehtiyatda olan ilk zabit rütbəsi verilir.

 «Ehtiyatda olan zabit proqramı» üzrə hərbi hazırlıq keçmiş mülki ali tədris müəssisəsinin məzunları ali təhsil haqqında diplom aldıqdan sonra 60 günlük toplanışa çağırılır və toplanışın sonunda hərbi hazırlıq üzrə imtahan verirlər. Həmin şəxslər toplanışın keçirildiyi hərbi hissə (gəmi) komandirləri tərəfindən «ehtiyatda olan leytenant» hərbi rütbəsi almaq üçün attestasiyadan keçirilirlər.

 62. İlk zabit rütbəsi zabit vəzifələrinə təyin edilmiş və bu vəzifələri müvəffəqiyyətlə icra edən dinc dövrdə əsasən ali hərbi təhsil müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş, yaxud hərbi ixtisas hazırlığı profilinə yaxın mülki ali təhsil almış və ya hərbi ixtisas hazırlığı profilinə yaxın olmayan ali təhsil almış, lakin ali hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, bir qayda olaraq, yaşı 35-dən çox olmayan və belə ixtisaslı zabitlərə ehtiyac olduqda gizirlərə və miçmanlara verilir (bu Əsasnamənin 57-ci maddəsinin «d» və «e» bəndləri, 58-ci maddəsinin «ə» bəndi).

 63. Bu Əsasnamənin 57-ci maddəsinin «j» və 58-ci maddəsinin «z» bəndinə müvafiq olaraq ilk zabit rütbəsi qadınlara dinc dövrdə 35 yaşınadək verilə bilər.

 Könüllü qaydada zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş zabit qadınların təyin oluna biləcəkləri zabit heyəti vəzifələrinin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmri ilə müəyyən edilir.

 64. Hərbi qulluqçulara növbəti zabit rütbələrini verirlər:

 «mayor» hərbi rütbəsi də daxil olmaqla — Silahlı Qüvvələr növləri komandanları, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olan rəislər;

 «polkovnik» hərbi rütbəsi də daxil olmaqla — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.

 65. Polkovnik, general-mayor, general-leytenant növbəti hərbi rütbələrinin verilməsinə dair təqdimatlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında baxılır.

 Ali hərbi təhsil müəssisələrinin dinləyicisi olan (o cümlədən xaricdə oxuyan) zabitlərə və adyunktlara növbəti hərbi rütbələr bu Əsasnamənin 42-ci maddəsinin tələbləri nəzərə alınmaqla zabit təhsilə qəbul olduqdan sonra həmin vəzifə üzrə hərbi rütbə ştatında baş verən dəyişikliklər (artma və ya azalma) nəzərə alınmamaqla növbəti hərbi rütbə zabitin təhsilə qəbul olmazdan əvvəl tutduğu vəzifə üzrə hərbi rütbəyə uyğun olduqda — təhsil dövründə verilir.

 Hərbi rütbədə müəyyən edilmiş xidmət müddətini keçmiş ali hərbi təhsil müəssisələrinin dinləyiciləri olan zabitlərə və adyunktlara təhsildəki uğurlarına görə müstəsna hallarda, həvəsləndirmə qaydasında ikinci kursu (adyunkturada ikinci tədris ilini) qurtardıqdan sonra əvvəlki təhsil dövrü üzrə tədris planının bütün fənlərindən yaxşı və əla qiymətlər almış (adyunkt hazırlığının təsdiq edilmiş planını müvəffəqiyyətlə yerinə yetirən) təhsilə qəbul olmazdan əvvəl dinləyicinin (adyunktun) tutduğu vəzifəyə uyğun hərbi rütbədən bir pillə yuxarı növbəti hərbi rütbəni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir.

 Ehtiyatdan çağırılmış zabitlərə növbəti hərbi rütbə onların hərbi xidmət keçdikləri dövrdə və ya hərbi rütbədə olma müddəti başa çatdıqda ehtiyata buraxılan zaman (ehtiyatda olduğu zaman bu hərbi rütbədə olma müddəti də daxil edilməklə) verilir.

 66. Ali zabitlər tərəfindən tutulmalı olan vəzifələrə təyin olunan hərbi qulluqçulara «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq ali zabit hərbi rütbələrini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir.

(Çıxarılıb) [25]

V fəsil

Hərbİ rütbələrdən məhrum etmə, hərbİ rütbələrİn aşağı salınması və bərpa edİlməsİ

 67. Hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. [26]

 Bundan başqa, hərbi qulluqçular (zabit heyətindən başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum edilə və hərbi rütbədə bərpa edilə bilərlər.

 Hərbi qulluqçunu hərbi rütbədən məhrum edilməyə təqdim etmə son tədbirdir və görülən digər tədbirlər müsbət nəticə vermədikdə və ya hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyətlə bir araya sığmayan xata (cinayət) törətdikdə müstəsna hallarda həyata keçirilir.

 Məhkəmə tərəfindən azadlıqdan məhrum edilməyə məhkum edilənlərdən başqa hərbi rütbədən məhrum edilmiş şəxslər sülh dövründə əsgər kimi ehtiyata buraxılır (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), müharibə dövründə isə hərbi xidmətdə saxlanılmaqla müvafiq əsgər və matros vəzifələrinə keçirilirlər.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum edilmiş gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilənədək müddətli həqiqi hərbi xidmət üçün müəyyən edilmiş müddəti bitirməyən hərbi qulluqçular (qadın hərbi qulluqçulardan başqa) əsgər, matros vəzifələrinə keçirilir və öz yaşıdları ilə birgə ehtiyata buraxılırlar.

Hərbi rütbədən məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada icra edilir. [27]

68. Cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir.

 69. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən edilmiş müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir.

 70. Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər.

 Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir.

VI fəsil

Vəzİfəyə təyİn edİlmə, xİdmət üzrə yerdəyİşmə və İrəlİ çəkİlmə

 71. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə müvafiq olaraq hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi məktəblərin) ştatlarında nəzərdə tutulur. [28]

 Ali zabitlərin tutmalı olduqları vəzifələrin vahid siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

 Digər hərbi qulluqçular heyətinin tutmalı olduqları vəzifələrin siyahılarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

(Çıxarılıb) [29]

72. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər.

 Hərbi qulluqçuları vəzifələrə təyin edərkən aşağıdakı şərtlərə riayət edilir:

 qüvvədə olan qanunvericiliyə uyğun olaraq, belə əvəzçiliyə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi müstəsna hallardan başqa, hərbi qulluqçuların əvəzçilik üzrə mülki müəssisələrdə, təhsil müəssisələrində, idarələrdə və təşkilatlarda işləməsi, yəni əsas, daimi işi ilə yanaşı, digər pullu işi yerinə yetirmələri qadağandır.

 a) hərbi qulluqçuların vəzifələri — həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların müvafiq heyətinə aid olan şəxslərlə komplektləşdirilir.

 Hərbi qulluqçuların tutmalı olduqları vəzifələrə istisna hal kimi, bu sahədə iş təcrübəsi və hazırlıq səviyyəsi olan müvafiq ixtisaslı mülki mütəxəssislər müvəqqəti təyin edilə bilərlər.

 Hərbi qulluqçuların digər heyətləri tərəfindən ştat vəzifələrinin tutulmasına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmri ilə müəyyən edilmiş qaydada və bu Əsasnamənin 73, 75-ci maddələri ilə nəzərdə tutulmuş hallarda yol verilir;

 b) vəzifəyə təyin edildikdə və hərbi qulluqçuların bütün xidmət üzrə yerdəyişmə hallarında onların əsas və ya yaxın ixtisas üzrə və ya mövcud təcrübəsinə müvafiq istifadə olunması təmin edilməlidir. Hərbi qulluqçuların onlar üçün yeni ixtisasda istifadə olunması zəruri olduqda vəzifəyə təyin edilməzdən əvvəl onlar, bir qayda olaraq, müvafiq kurslarda (toplanışlarda) yenidən hazırlıq keçməlidirlər;

 v) ali və orta hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular, eləcə də ehtiyatdan həqiqi hərbi xidmətə təyin olunanlar buraxılışdan (ehtiyatdan çağırıldıqdan) sonra, bir qayda olaraq qoşunlara təyin edilirlər;

 q) hərbi qulluqçuların təşkilati tədbirlərlə, xidmət müddəti müəyyən edilmiş yerlərdə plan üzrə dəyişiklik aparılması ilə, təhsil almağa göndərilməklə, özünün və ya ailə üzvlərinin səhhətinin vəziyyəti ilə, intizam qaydasında və ya müvafiq hərbi qulluqçular heyətinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəməsinin vəsatəti ilə, vəzifəsinin aşağı salınması ilə, hərbi təhsil müəssisələri məzunlarının vəzifəyə təyin edilməsi ilə, həqiqi hərbi xidmətdən tərxis edilməklə əlaqədar xidmət yerlərinin dəyişilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində yay və qış təlim dövrləri qurtardıqdan, hərbi təhsil müəssisələrinin, mülki təhsil müəssisələrinin, hərbi və hərbi-dəniz kafedralarının (bölmələrinin, şöbələrinin) komanda və professor-müəllim heyətinin isə — tədris ili qurtardıqdan sonra aparılır;

 d) hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilmədən aparılır. Müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Hərbi təhsil müəssisələrinin məzunları hərbi təhsil müəssisəsini bitirdikdən sonra müvafiq vakant vəzifələrə təyin edilirlər, müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilənlər isə hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar verilmiş məzuniyyəti istifadə edərək korpusa, diviziyaya, gəmi briqadasına bilavasitə gəldikdən sonra təyin edilirlər.

 Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir;

 e) vakant vəzifəni təcili tutmaq zərurəti olduqda, birbaşa rəisdən, hərbi hissə komandirindən başlayaraq, ona bərabər və ondan yuxarı səlahiyyətə malik olanlara, bu vəzifəyə təyin etmək hüququ olan rəisin razılığı ilə hərbi qulluqçunu, onun vəzifəyə təyin edilməsi üçün sənədlərini dərhal tərtib etməklə vəzifəni müvəqqəti icra etməyə buraxmağa icazə verilir;

 j) hərbi-həkim komissiyası tərəfindən dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, səhhətinə, hazırlığına və xidməti təcrübəsinə görə vəzifələrini yerinə yetirə bilən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış, tutduqları vəzifələrdən başqa vəzifələrə keçirilən hərbi qulluqçuların yerdəyişməsinin zəruriliyi və təcililiyi hərbi-həkim komissiyasının rəyi əsasında hərbi hissə komandirindən başlayaraq, müvafiq birbaşa rəislər tərəfindən müəyyən edilir.

 Hərbi-həkim komissiyası tərəfindən səhhətinə görə uçuşa, gəmilərdə, köməkçi gəmilərdə, üzən baza vasitələrində və xüsusi qurğularda xidmətə yararsız hesab edilən, lakin həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan və səhhətinə görə hərbi xidmətə, yaxud dinc dövrdə sıradankənar xidmətə yararlı olan hərbi qulluqçular, uçuşun yerinə yetirilməsi ilə, gəmilərdəki xidmətlə, yaxud xüsusi qurğularda işlə əlaqədar olmayan vəzifələrə təyin edilirlər;

 z) həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan, səhhətinə görə hərbi xidmətə, yaxud dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, lakin səhhətinə, yaxud ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir.

 Bu zaman səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən hərbi qulluqçular ehtiyata buraxılmağa və ya istefaya göndərilməyə təqdim edilirlər.

 Xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy «Hərbi qulluqçuların və onların ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında Təlimata» uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən verilir.

 Bu məqsədlə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinə arvad (ər), hərbi qulluqçunun öhdəsində olan həddi-buluğa çatmamış uşaqlar, həddi-buluğa çatmış uşaqlar-şagirdlər, eləcə də birinci və ikinci dərəcə əlilliyi olan övladları aiddirlər. Hərbi qulluqçunun öhdəsində olan və onunla birgə yaşayan qalan ailə üzvləri səhhətlərinə görə daimi kənar qulluğa ehtiyacları olduğu və başqa yaxın qohumları olmadığı hallarda tibbi müayinəyə göndərilə bilərlər. [30]

 Xidmət üzrə başqa yerə dəyişilməsi haqqında hərbi qulluqçunun öz qoca və xəstə valideynlərinə, yaxud onun arvadının (ərinin) ayrı yaşayan valideynlərinə qulluq etməklə əlaqədar müraciəti ilə bağlı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) müstəsna hallarda, korpus, Silahlı Qüvvələr növünün müvafiq qurumları tərəfindən onların yaşadıqları yer üzrə hərbi komissarlığa onların səhhəti barəsində hərbi-həkim komissiyasının rəyi, ailə vəziyyəti və başqa qohumlarının olub-olmaması haqqında məlumat almaq üçün sorğu göndərilə bilər.

 i) bir-biri ilə yaxın qohumluq-qudalıq əlaqəsində olan hərbi qulluqçulara (valideynlər, ər-arvadlar, qardaşlar, bacılar, oğullar və qızlar, eləcə də ər-arvadın qardaşları, bacıları, valideynləri və uşaqları) onların bir hərbi hissədə (idarədə, təşkilatda, hərbi təhsil müəssisəsində, müəssisədə), birləşmədə həqiqi hərbi xidmət keçməsinə əgər birinin digərinə tabeliyi və ya nəzarəti altında olması ilə bağlıdırsa icazə verilmir;

 k) hərbi qulluqçuların xidməti əvəzçilik qaydasında hərbi hissələrdə, idarə, müəssisə və təşkilatlarda və hərbi təhsil müəssisələrində vəzifəyə təyin olunması qadağandır.

 Hərbi qulluqçuların ştatdankənar hərbi senzor vəzifələrinə əvəzçilik üzrə təyin edilməsi «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi senzura haqqında Əsasnaməyə» müvafiq həyata keçirilir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, belə əvəzçiliyə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi müstəsna hallardan başqa hərbi qulluqçuların əvəzçilik üzrə mülki müəssisələrdə, təhsil müəssisələrində, idarələrdə və təşkilatlarda işləməsi, yəni əsas daimi işi ilə yanaşı digər pullu iş yerinə yetirmələri qadağandır.

 73. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aldıqları hərbi ixtisas üzrə və verilmiş hərbi rütbəyə müvafiq ştat vəzifələrinə təyin edilirlər.

 Çavuşlar çatışmadıqda, ştatlar ilə «kiçik çavuş», «çavuş» rütbələri nəzərdə tutulan vəzifələrə yaxşı hazırlıqlı və intizamlı baş əsgərlər, baş matroslar, əsgərlər və matroslar təyin edilə bilərlər.

 Baş çavuşlar çatışmadıqda baş çavuşların tutmalı olduqları vəzifələrə ən yaxşı, qüsursuz, intizamlı çavuşlar təyin edilə bilərlər.

 Səhhətlərinə görə sıradankənar xidmətə yararlı hesab edilən əsgər, matros və çavuşlar öz hərbi hissələrinin ştat vəzifələrinin siyahısına müvafiq olaraq sıradankənar xidmətə yararlı olan şəxslərin təyin edilə biləcəyi arxa xidməti mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, qulluqetmə heyətinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. Bu hərbi qulluqçuların vəzifəyə təyin olunması fərdi qaydada, səhhətinə və tibbi göstəricilərinə görə həmin vəzifə borcunu yerinə yetirmək imkanı nəzərə alınmaqla həyata keçirilir. Onların xidmət etdikləri hərbi hissələrdə müvafiq vəzifələr olmadıqda, həmin hərbi qulluqçular belə vəzifələr olan başqa hərbi hissələrə keçirilirlər.

 Gəmilərdə, köməkçi gəmilərdə üzən baza vasitələrində xidmət edən, lakin öz səhhətlərinə görə belə xidmətə yararsız hesab edilən matros və çavuşlar hərbi dəniz qüvvələrinin sahil hissələrinə keçirilməlidirlər.

 74. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını vəzifələrə təyin etmək hüququ aşağıdakı şəxslərə verilir:

 a) manqa komandirlərini və onlara uyğun olanları — tabor komandirlərinin intizami səlahiyyətindən istifadə edən, əmr vermə hüququna malik əlahiddə hissə komandirləri və onlara bərabər hüquqlardan istifadə edən rəislər və onlardan yuxarı səlahiyyətə malik olanlar;

 b) taqım komandirlərinin müavinlərini və onlara bərabər olanları alay (briqada) komandirləri, onlara bərabər və ya onlardan yuxarı səlahiyyətə malik rəislər.

 75. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, gizirlərin və miçmanların vəzifələrə təyin olunması onların xidməti ixtisasları, iş təcrübəsi, işgüzarlıq və mənəvi keyfiyyətləri nəzərdə alınmaqla müddətdən artıq həqiqi hərbi xidmətə, gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul etmək hüququ olan komandir və rəislərin əmrləri ilə həyata keçirilir.

 Gizir, miçman məktəblərini bitirmiş hərbi qulluqçuları vəzifəyə təyin etmək hüququna Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı malikdir.

 Gizirlər, miçmanlar çatışmadıqda, onların tutmalı olduqları vəzifələrə müvəqqəti olaraq həm müddətli həqiqi hərbi xidmət, həm də müddətdən artıq həqiqi hərbi xidmətlərin ən yaxşı, qüsursuz və intizamlı çavuşları və baş çavuşları təyin edilə bilərlər.

 Ali və ya orta ixtisas təhsilli gizirlər və miçmanlar onların işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınmaqla zabitlərin tutmalı olduqları vəzifələrə təyin edilə bilərlər. Gizirlərin və miçmanların zabit vəzifələrinə təyin edilməsi bu vəzifələrə zabitləri təyin etmə hüququ olan komandirlərin (rəislərin) əmrləri ilə həyata keçirilir. Bu vəzifələri tutmaq üçün zabitlər olduqda və vakant zabit vəzifəsi olmadıqda, zabit vəzifələrini tutan gizirlər və miçmanlar gizir və miçman vəzifələrinə keçirilirlər.

 76. Kursantların (dinləyicilərin) kurs (bölük, batareya) baş çavuşlarının, taqım komandirləri müavinlərinin, tədris qruplarının, manqaların komandirləri vəzifələrinə təyin edilməsi hərbi təhsil müəssisəsi rəisinin əmri ilə həyata keçirilir.

 77. Hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir:

 ştatda «kapitan» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar;

 ştatda «mayor» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar;

 ştatda «polkovnik» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.

 Hərbi təhsil müəssisələrini bitirmiş məzunların vəzifələrə və hərbi qulluqçuların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında vəzifələrə təyin edilməsi hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aiddir.

 Hərbi qulluqçuların ali zabitlərin tutmalı olduqları hərbi vəzifələrə təyin edilməsi və xidmət yerinin dəyişilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 Zabit heyətindən olan şəxslərin hərbi komissarlıqlarda, mülki təhsil müəssisələrinin hərbi kafedralarında (şöbələrində, bölmələrində) vəzifələrə təyin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Hərbi prokurorluqların zabit heyətindən olan şəxslərinin vəzifələrə təyin edilməsi və xidmət üzrə yer dəyişməsi (seçkili vəzifələr istisna olmaqla) "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. [31]

Mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların vəzifəyə təyin edilməsini və xidmət üzrə yer dəyişməsini həmin hərbi qulluqçuların ezamiyyətinin məqsədinə müvafiq olaraq mülki idarə, müəssisə və təşkilat rəhbərləri həyata keçirirlər. Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi və xidmət üzrə yer dəyişməsi barədə həmin idarə, müəssisə və təşkilatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verirlər. Onlara bütün növ təminatlar hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada işlədikləri idarə, müəssisə və təşkilatların hesabına verilir.

 Mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların müəyyən edilmiş xidmətkeçmə qaydalarına riayət edilməsinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir:

 a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında;

 b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün;

 v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə;

 q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla.

 Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir.

 79. Hərbi qulluqçuların xidmət üzrə irəli çəkilməsi onların mənəvi və işgüzar keyfiyyətlərə, həvalə edilmiş sahələrdə əldə etdikləri nəticələrə və yuxarıda duran vəzifə üzrə vəzifələri icra edərkən göstərdiyi qabiliyyətə uyğun olaraq və mürəkkəb xidmət şəraitində vəzifələrin yerinə yetirilməsi nəzərə alınmaqla həyata keçirilir.

 Hərbi hissələrdə, birləşmələrdə, orqanlarda, müəssisələrdə, hərbi təhsil müəssisələrində, qoşun növlərində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının idarələrində, xidmətlərində, müstəqil şöbələrində, Silahlı Qüvvələr növlərində attestasiyaarası dövrdə attestasiya nəticələrinin həyata keçirilməsi və xidmət üzrə irəli çəkilməli və təhsilə göndərilməli olan namizədlərin hazırlanmış ehtiyatının yaradılması üzrə perspektiv planlar işlənib hazırlanır.

 Attestasiya nəticələrinin həyata keçirilməsi və xidmət üzrə irəli çəkilməli və təhsilə göndərilməli olan namizədlərin hazırlanmış ehtiyatının yaradılması üzrə perspektiv planlar sərbəst formada işlənib hazırlanır.

 Alaydan (briqadadan) və onlardan yuxarı olan hərbi hissələrdə, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında hər il tədris ili qurtardıqda əldə edilmiş nəticələrin və hərbi intizamın vəziyyətinin uçotu ilə gələn il konkret yuxarı vəzifələrə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün zabitlərin ehtiyatı yaradılır (8 və 9 saylı əlavələr).

 Bu zaman ehtiyata daxil edilmiş hər bir zabitlə konkret vəzifəyə və ya təhsilə hazırlıq üzrə hansı işin aparılacağı müəyyən edilir.

 Müvafiq birbaşa rəisin qərarı ilə ehtiyata daxil edilmiş şəxslər bərabər vəzifəyə keçirildikdə onların xidməti xasiyyətnamələrinə əvvəlki xidmət yerində ehtiyatda olmaları barədə qeyd olunur.

 Yüksək mənəvi və döyüş keyfiyyətləri, döyüş əməliyyatlarında, yaxud Azərbaycan Respublikasının müdafiəsi zamanı digər hərbi xidmət vəzifələrinin yerinə yetirilməsində yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş və xidmət üzrə irəli çəkilməyə təqdim edilmiş hərbi qulluqçular yüksək vəzifələrə birinci növbədə təyin edilməyə namizəddirlər.

 Alay (briqada) komandiri və onlardan yuxarı rəhbər vəzifələrə təqdim edilmiş namizədlərin məsələsinə təyin olunmazdan (təyin edilməyə təqdim edilməzdən) əvvəl Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında baxılır.

 Şərti məhkum edilmiş və ya törətdiyi cinayətə görə hökmün icrası təxirə salınmaqla məhkum edilmiş və bu Əsasnamənin 158-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada həqiqi hərbi xidmətdə saxlanılmış hərbi qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq müddəti və ya hökmün təxirə salınma müddəti ərzində xidmət üzrə irəli çəkilməyə təqdim edilmirlər. Cinayət məsuliyyətinə qeyri-qanuni cəlb edilməsi ilə əlaqədar tutduqları vəzifələrdən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qaydada əvvəllər tutduqları və ya onlara bərabər vəzifələrə bərpa edilirlər.

 80. Xidmət müddəti müəyyən edilmiş yerlərdə hərbi xidmət keçən hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və müddət daxilində yerlərini dəyişirlər. Yüksək vəzifəyə təyin olunduqda, təhsil almağa göndərildikdə və digər zəruri hallarda müəyyən edilmiş xidmət müddəti bitənə qədər də onların yerləri dəyişdirilə bilər.

 81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər:

 a) ştatlar ixtisar olunduqda;

 b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə;

 v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə;

 q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən;

 d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə.

 Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir.

 İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Hərbi qulluqçuların müvafiq heyətlərinin şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir.

 Yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmiş hərbi qulluqçular sonradan bu Əsasnamənin 79-cu maddəsinin tələblərinin və səhhətinin vəziyyətinin uçotu ilə, intizam cəzası qaydasında vəzifəsi aşağı salınanlar isə bundan əlavə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən edilmiş müddət bitdikdə xidmət üzrə irəli çəkilə bilərlər.

 Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər.

 82. Hərbi qulluqçular bir hərbi hissədən başqa hərbi hissəyə aşağıdakı hallarda keçirilirlər:

 a) hərbi-həkim komissiyasının rəyi ilə səhhətinə görə vəzifələrini yerinə yetirmək, yaxud həmin ərazidə xidmət etmək hərbi qulluqçunun səhhətinə əks-göstəriş olduqda;

 b) ailə vəziyyəti ilə əlaqədar hərbi-həkim komissiyasının rəyinə görə xidmət yerində yaşamaq hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ailə üzvlərinə əks-göstəriş olduqda;

 v) təşkilati tədbirlərin keçirilməsi ilə əlaqədar xidmət yerində hərbi qulluqçunun ixtisasına, hazırlıq səviyyəsinə, yaxud iş təcrübəsinə uyğun vakant vəzifələr olmadıqda;

 q) məhdud müddətli həqiqi hərbi xidmət yerlərində müəyyən edilmiş xidmət müddəti bitdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

 d) ərin (arvadın) yeni xidmət yerinə keçirilməsi ilə əlaqədar (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

e) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarı olduqda. [32]

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, gizirlərin (miçmanların), qadın-hərbi qulluqçuların köçürülmə müavinəti ödənilməklə təkrar xidmət müddətini keçmək üçün başqa hərbi hissələrə və qarnizonlara yerdəyişməsi onların razılığı və keçirildikləri hərbi hissələrdə vakant vəzifələr olduqda edilir.

 Xidmət üzrə yerləri dəyişdirilən hərbi qulluqçular, işləri və vəzifələri təhvil verdikdən sonra, hərbi qulluqçunun növbəti məzuniyyətdə, yaxud müalicədə olduğu hallardan başqa hərbi hissə tərəfindən yerdəyişmə haqqında əmr, yaxud yazılı bildiriş aldığı gündən bir aydan gec olmayaraq təzə xidmət yerinə ezam olunmalıdırlar.

 83. Yerdəyişmə və köçürmə hüququ aşağıdakı şəxslərə verilir:

 a) hərbi hissə daxilində:

 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını — bu Əsasnamənin 74-cü maddəsinin «a», «b» bəndlərində nəzərdə tutulmuş hüquqlar çərçivəsində hərbi hissə komandirinə;

 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, gizirləri, miçmanları — diviziya, korpus komandirinə, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlara;

 zabitləri — komandirlərə və rəislərə bu Əsasnamənin 77-ci maddəsində onlar üçün nəzərdə tutulmuş hüquqlar çərçivəsində.

 b)korpus (diviziya) daxilində bir hərbi hissədən digərinə:

 müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, gizirləri və miçmanları — diviziya, korpus komandirinə, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlara;

 zabitləri — komandirlərə və rəislərə bu Əsasnamənin 77-ci maddəsində onlara verilmiş hüquqlar çərçivəsində;

 v)korpuslar arasında:

 müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına;

 gizirləri, ştatda «mayor» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə təyin edilən zabitləri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına;

 ştatda «polkovnik» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə təyin edilən zabitləri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına;

 d) Silahlı Qüvvələr növləri arasında:

 müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına;

 gizirləri, miçmanları və zabitləri (ştat cədvəlinə uyğun ali zabit rütbəsi nəzərdə tutulan vəzifələrə təyin olunan ali zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına.

 Ayrı-ayrı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələr növləri arasında hərbi qulluqçunun xidmət müddəti dəyişdirilmədən köçürülməsi qarşılıqlı razılaşma əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə yerinə yetirilir.

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin bir növündən (qoşun növündən) digərinə xidmət müddətlərinin müvafiq dəyişmələri ilə keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yerinə yetirilir.

 Hərbi hissələrin tərtibi, açılması, yerdəyişməsi, yeni gəmilərin sıraya daxil edilməsi ilə əlaqədar və digər xidməti zərurət olduğu hallarda hərbi qulluqçular bu maddənin verdiyi hüquqlar çərçivəsində vəzifəli şəxslərin qərarı ilə yerlərini dəyişirlər.

 84. Hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən — Silahlı Qüvvələrin şəxsi heyət siyahılarından çıxarılmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam oluna bilərlər.

 Hərbi qulluqçuların bu maddəyə uyğun olaraq ezam edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəhbərliyi arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) yerinə yetirilir və müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və həmin birləşmənin əmrləri ilə rəsmiləşdirilir.

 85. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə ezam edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəis müavinlərinin sərəncamı ilə yerinə yetirilir.

VII fəsil

Attestasİya keçİrmə

 86. Hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir.

 Attestasiya zaman hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir.

 Hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onların xidmətdə və davranışda şəxsi nümunəviliyini təmin etməyə, onlarda tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə etməyə, şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onların təşkilatçılıq bacarığının inkişafına yönəldilməlidir.

 87. Dinc dövrdə zabitlərin attestasiyası dörd ildə bir dəfə keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bütün hərbi qulluqçuların, yaxud ayrı-ayrı kateqoriyalarının attestasiyası başqa müddətlərdə də keçirilə bilər. Bu zaman zabitlərin attestasiyası aşağıdakı qaydada keçirilir:

 ali hərbi təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının zabitləri-dinləyiciləri (adyunktları) — hərbi təhsil müəssisələrini (adyunkturaları) bitirdikdə onlar yeni xidmət yerində hərbi təhsil müəssisəsini (adyunkturanı) bitirdikləri il attestasiya edilmirlər; [33]

 ilk zabit rütbəsi almış, yaxud həqiqi hərbi xidmətə ehtiyatdan könüllü qaydada qəbul edilmiş zabitlər — onların bir il zabit vəzifələrində xidmət keçməsindən tez olmayaraq (əgər bu zabitlərin zabit vəzifələrində bir illik xidmət müddəti növbəti attestasiya müddəti sona yetənədək bitməyibsə, onlar sonrakı attestasiya müddətinə attestasiya edilirlər);

 ehtiyatdan həqiqi hərbi xidmətə 1 il 6 ay müddətinə çağırılmış zabitlər — kadr zabit heyətinə daxil edildikdə.

 88. Zabitlərin attestasiyasından əvvəl hazırlıq işi (təşkilati və tərbiyəvi tədbirlər, attestasiya edilənlərlə fərdi şəxsi söhbətlər və s.) görülməlidir.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən zabit heyətinin attestasiyasının keçirilməsi müddətləri müəyyən edildikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin müvafiq qurumları, qoşun növlərinin komandanları (rəisləri), Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin idarə, müstəqil şöbə, xidmət rəisləri zabit heyətinin attestasiyasının hazırlanması və keçirilməsi planını işləyib hazırlayırlar. Planlar müvafiq olaraq həmin orqanların, idarələrin, müstəqil şöbələrin, xidmətlərin tabe olduğu rəislər tərəfindən təsdiq edilir.

 Təsdiq edilmiş planlara müvafiq olaraq aşağı komandirlər və rəislər attestasiya keçirmək üçün hazırlıq işini planlaşdırır və zabit heyətinin müəyyən edilmiş müddətlərdə attestasiyasını keçirirlər.

 Planlarda aşağıdakı tədbirlər nəzərdə tutulur: bütün zabit heyəti ilə attestasiya qaydasının öyrənilməsi, attestasiya vərəqələrinin tərtib edilməsi, onlara baxılması, təsdiq olunma və elan edilməsinin son müddətlərinin müəyyənləşdirilməsi, attestasiya komissiyalarının təyin edilməsi və onların əmrlərlə elan edilməsi;

 bütün dərəcələrdən olan komandirlər və rəislər, müvafiq qurumların zabitləri, attestasiya komissiyalarının sədrləri və üzvlər ilə qarşıdakı attestasiya məsələləri üzrə əvvəlki təcrübə nəzərə alınmaqla məşğələlərin keçirilməsi, attestasiya sxemlərinin hazırlanması, onların müvafiq komandirlər (rəislər) tərəfindən təsdiq edilməsi, istifadə edilməsi və zabit heyətinə çatdırılması üçün hərbi hissələrə göndərilməsi (attestasiya edilmənin nümunəvi sxemi — 10 saylı əlavə);

attestasiya vərəqəsi blanklarının, yaddaşların, yaxud digər metodik vəsaitlərin hazırlanması və attestasiya edənlərə göndərilməsi;

 rəhbər heyətlərin müşavirələrində attestasiyanın hazırlanması və keçirilməsinin gedişi, eləcə da attestasiya nəticələrinin həyata keçirilməsi, tapşırıqlar verilməsi və attestasiya yekunlarının müzakirəsi.

 Təsdiq edilmiş planlara müvafiq olaraq aşağı komandirlər və rəislər attestasiya keçirmək üçün hazırlıq işini planlaşdırır və zabit heyətinin müəyyən edilmiş müddətlərdə attestasiyasını keçirirlər.

 89. Attestasiya vərəqələri attestasiya edilənlərin bilavasitə rəisləri tərəfindən tərtib edilir. İlk zabit rütbəsinin verilməsi haqqında attestasiya vərəqələri bölük komandirindən başlayaraq, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəislər tərəfindən tərtib edilir.

 90. Növbəti attestasiyanın başlanmasına 3 ay qalmış hərbi hissə, idarə, hərbi təhsil müəssisəsi komandirləri və rəisləri vəzifələrindən gedən şəxslər (xidməti uyğunsuzluqla əlaqədar vəzifələrdən azad edilmiş komandir və rəislərdən başqa) bilavasitə tabeliklərində olan zabitlər üçün attestasiya vərəqələri tərtib etməli və gedənə qədər şəxsən bu barədə böyük komandirə (rəisə) məlumat verməlidirlər.

 Növbəti attestasiyanın başlanmasına 3 ay qalmış yeni təyinat almış zabitlər (əvvəlki rəislərin tabeliyindən çıxmaqla) üçün attestasiya vərəqələri əvvəlki xidmət yerində tərtib edilir. Həmin attestasiya vərəqələri hərbi hissədən gedənədək müzakirə və təsdiq edilir və attestasiya edilənlərə elan olunur.

 Hərbi hissələrin siyahılarından çıxarılmaqla xarici ölkələrdə ezamiyyətdə olan zabitlər üçün müəyyən edilmiş qaydada xidməti xasiyyətnamələr tərtib edilir.

 Könüllü hərbi-vətənpərvərlik idman-texniki cəmiyyətindən (KHVİTC) başqa mülki idarə, müəssisə və təşkilatlara həqiqi hərbi xidmətdə saxlanmaqla ezam edilmiş zabitlər üçün attestasiya vərəqələri tərtib edilmir. Onları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına geriyə ezam etdikdə, yaxud ehtiyata, ya da istefaya buraxdıqda onlar üçün iş yerindən xidməti xasiyyətnamələr tərtib edilir, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri tərəfindən təsdiq olunur və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. KHVİTC-ya ezam edilmiş zabit heyətindən olan şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində attestasiya keçirilməsi ilə eyni vaxtda attestasiya olunurlar.

 Mülki ali təhsil müəssisələri hərbi kafedralarının rəisləri üçün attestasiya vərəqələri müəyyən edilmiş profillərə müvafiq olaraq hərbi hazırlığın xüsusi məsələləri üzrə onların bilavasitə tabe olduqları vəzifəli şəxslər tərəfindən tərtib edilir. Attestasiya vərəqələri tərtib edilərkən ali təhsil müəssisələri rektorlarının rəyləri nəzərə alınır. İşin qiymətləndirilməsi üçün tələbələrin hərbi tərbiyəsinin və təliminin vəziyyəti əsas götürülür.

 91. Attestasiya vərəqəsi tərtib edən rəislərin vəzifəsidir:

 a) zabit heyətinin qüvvədə olan attestasiya edilmə qaydasını öyrənmək;

 b) attestasiya edilənin işgüzar və mənəvi keyfiyyətlərini hərtərəfli öyrənmək və qiymətləndirmək:

 bundan ötrü: - attestasiya edilənin ictimai siyasi, əməliyyat taktiki, hərbi-texniki və xüsusi hazırlığı attestasiyalararası müddətin hər ili üçün ixtisas hazırlığının hərbi uçot vərəqələrinin göstəricilərini bu Əsasnamənin 109-cu maddəsi, eləcə də attestasiya edilən zabitin tutduğu vəzifədə işinin konkret göstəriciləri, onun komandirlik etdiyi bölmədə (hərbi hissədə, birləşmədə, birlikdə), yaxud onun cavabdeh olduğu iş sahəsində işlərin vəziyyəti nəzərə alınmaqla təhlil etmək və qiymətləndirmək;

 attestasiya edilən haqqında müvafiq vəzifəli şəxslərlə fikir mübadiləsi etmək;

 attestasiya edilənlə onun xidmət keçməsi məsələləri, təkmilləşməsi, işgüzar, mənəvi döyüş və mənəvi keyfiyyətləri, peşə hazırlığı, stili, iş üsulları üzrə ən azı üç fərdi söhbət (birinci — növbəti attestasiya keçirilməsi haqqında göstərişlərin elan edilməsi ilə, ikinci — attestasiyaya hazırlığın gedişində və üçüncü bilavasitə attestasiya vərəqələri tərtib edilməzdən əvvəl) keçirməli və çatışmazlıqların aradan qaldırılması, şəxsi hazırlığın və onun cavabdeh olduğu sahədə işlərin vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar zəruri məsləhətlər və tövsiyələr vermək;

 v) attestasiya ediləni hərtərəfli öyrənmək əsasında attestasiya vərəqəsinin məzmunu və onunla əlaqədar nəticələri müəyyənləşdirmək;

 q) şəxsən öz əli ilə tabeliyində olan üçün attestasiya vərəqəsini tərtib etmək və attestasiya edilən üçün aparılan şəxsi işlərin sayı qədər çap edilmiş bütün attestasiya vərəqələrinin nüsxələrini imzalamaq;

 d) komanda üzrə təsdiqedici instansiyaya qədər son rəy almaq və təsdiq edilmək üçün attestasiya vərəqəsinin bütün nüsxələrini (o cümlədən əslini) təqdim etmək.

 92. Attestasiya vərəqələri blankda tərtib edilir. Sərbəst formada yazılan attestasiya vərəqəsinin mətnində attestasiya ediləni xarakterizə edən aşağıdakı məsələlər əks olunmalıdır:

 özünə və tabeliyində olanlara tələbkarlıq, şəxsi intizam və icraçılıq;

 işdə mütəşəkkilliyi, yüksək döyüş və səfərbərlik hazırlığının təminatı vəzifələrini həll edərkən əsas istiqaməti müəyyənləşdirmək bacarığı, verilmiş tapşırıqları keyfiyyətlə yerinə yetirmək, təşəbbüs göstərmək, mürəkkəb şəraitdə oriyentiri tez müəyyən etmək və bacarıqla hərəkət etmək qabiliyyəti;

 tabeliyində olanlara rəhbərlik etmək keyfiyyəti, onları təlim və tərbiyə etmək, onlara qayğı göstərmək bacarığı;

 attestasiya edilənin komandirlik etdiyi bölmənin (hərbi hissənin birləşmənin, birliyin), yaxud cavabdeh olduğu iş sahəsinin vəziyyətinin qiymətləndirilməsi (intizam, döyüşə hazırlıq, döyüş və ictimai siyasi hazırlığı, hərbi texnikaya və silaha yiyələnmə, silahların, döyüş texnikasının və maddi vasitələrin vəziyyəti, istehsalat tapşırıqlarının yerinə yetirilməsi, komandir, peşə hazırlığı və tabeliyində olan zabitlərin ixtisas dərəcəsinin yüksəldilməsi ilə əlaqədar işin vəziyyəti, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək və s. üçün namizədlər ehtiyatının olması);

 əməliyyat-taktiki, peşə hazırlığı səviyyəsi, hərbi nizamnaməni, təlimatları, tutduğu vəzifə borclarını bilmək və onları yerinə yetirmək, komandir hazırlığı sistemində və müstəqil şəkildə peşə biliklərini təkmilləşdirmək və ixtisas dərəcəsi, elmi dərəcəsi və elmi adı, xarici dilləri bilməsi, qazanılan bilikləri təcrübədə tətbiq etmə bacarığı, attestasiya edilənin daha yüksək bacarıq nümayiş etdirdiyi və yüksək nəticələr əldə etdiyi fəaliyyət sahəsi, döyüş təcrübəsinin olması; [34]

 öz fəaliyyətini tənqidi qiymətləndirmək, işə yaradıcılıqla yanaşmaq qabiliyyəti, xidməti vəzifələri yerinə yetirməkdə inadcıllıq;

 kollektivdə nüfuzu, dövlət sirrini qorumaq bacarığı; [35]

 səhhətinin vəziyyəti və iş qabiliyyəti, eləcə də attestasiya ediləni xarakterizə etmək üçün vacib olan digər məsələlər.

 93. Attestasiya üzrə nəticədə attestasiya edilənin tutduğu vəzifəyə uyğun olub-olmadığı göstərilir, bundan sonra işgüzar və mənəvi keyfiyyətlərindən, iş təcrübəsindən, bacarıq və meyllərindən, eləcə də işin mənafeyindən asılı olaraq onun gələcəkdə daha məqsədəuyğun xidməti istifadəsi haqqında rəy göstərilir.

 Bu zaman aşağıdakı tövsiyələr verilə bilər:

 yuxarı vəzifəyə irəli çəkilməsi haqqında (hansı vəzifəyə və nə vaxt);

 hərbi təhsil müəssisəsinə, yaxud kurslara oxumağa göndərilməsi haqqında;

 bərabər vəzifəyə keçirilməsi haqqında (hansı vəzifəyə keçirmək məqsədəuyğundur və keçirilmənin səbəbi: başqa vəzifələrin komplektləşdirilməsi zərurəti, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı dəyişdirilmənin keçirilməsi, daha məqsədəuyğun istifadəsi üçün və digər səbəblər);

 başqa işə keçirilməsi haqqında — komanda, qərargah, müəllimlik və digər işə (keçirilmə səbəbləri göstərilməklə);

 hansı vəzifəyə, nə vaxt təyin etmək;

 həmin vəzifəyə təyin etməkdən qabaq nə vaxt hansı kurslara, yaxud toplanışlara göndərmək;

 yuxarı vəzifələrdən aşağı vəzifəyə keçirmək, hansı əsasla (bu Əsasnamənin 81-ci maddəsi) və hansı vəzifəyə təyin etmək məqsədəuyğundur;

 həqiqi hərbi xidmətdən buraxılma haqqında və hansı əsasla.

 Attestasiya üzrə nəticədə attestasiya edilənə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etməklə və onun sonrakı xidməti istifadəsi haqqında tövsiyələri göstərməklə yanaşı, attestasiya edilənin xidmətdə və şəxsi davranışda hansı çatışmazlıqlarının aradan qaldırılmasının zəruri olduğu göstərilə bilər.

 Nəticə və tövsiyələr attestasiya vərəqəsinin mətnindən irəli gəlməlidir.

 Öz tabeliyindəkiləri attestasiya edən rəislər attestasiyanın obyektivliyi, çıxarılan nəticələrin əsaslandırılması və tövsiyələr üçün şəxsi məsuliyyət daşıyırlar.

 94. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının ali hərbi təhsil müəssisələrini (adyunkturasını) bitirmiş zabitlər və ilk zabit rütbəsi verilməsinə təqdim olunan hərbi qulluqçular üçün attestasiya vərəqələri bu Əsasnamənin 92-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilir. Bu şəxslər üçün attestasiya vərəqələrində, həmçinin tədris planının əsas fənləri üzrə onların mənimsəmə dərəcəsi, dövlət imtahanlarında aldıqları qiymətlər, diplom işinin mövzusu və onun qiyməti göstərilir. Attestasiyanın nəticəsində attestasiya edilənə ilk zabit rütbəsi verilməsi haqqında tövsiyə verilir və ona hansı vəzifəyə təyin etməyin məqsədəuyğunluğu göstərilir.

 İlk zabit rütbəsi verilməsinə təqdim edilən hərbi qulluqçular üçün attestasiya vərəqələri xüsusi blankda tərtib edilir (11 saylı əlavə).

 95. Zabitlər üçün tərtib edilmiş attestasiya vərəqələri attestasiya komissiyaları tərəfindən müzakirə edilməlidir. Attestasiya komissiyaları yaradılır:

 əlahiddə tabor (divizion) da daxil olan hərbi hissələrdə;

 hərbi komissarlıqlarda;

 mülki müdafiə qərargahlarında;

 briqadalarda (alaylarda);

 hərbi təhsil müəssisələrində;

 elmi müəssisə və təşkilatlarda və mərkəzi zabitlər kursunda; [36]

 korpuslarda (diviziyalarda);

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qoşun növləri komandanlarının (rəislərinin) idarələrində;

 Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin idarələrində, müstəqil şöbələrində və xidmətlərində;

 Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tərkibinə daxil olmayan idarələrdə, müstəqil şöbələrdə və xidmətlərdə;

 Müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarələrdə, müstəqil şöbələrdə və xidmətlərdə;

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarələrdə, müstəqil şöbələrdə və xidmətlərdə;

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında

 Ali Attestasiya Komissiyası (AAK), müvafiq icra hakimiyyəti orqanında isə Mərkəzi Attestasiya Komissiyası (MAK) daim fəaliyyət göstərir.

 96. Attestasiya komissiyaları aşağıdakı tərkibdə yaradılır:

 sədr — hərbi hissə komandirinin birinci müavini (müavini);

 üzvlər — komandir müavinləri və hərbi hissənin müvafiq qurumunun rəisi;

 katib - hərbi hissə zabitlərindən biri.

 Bunlardan başqa, komissiyalarda üzv kimi işləməyə qoşun növlərinin (xidmətlərin) komandanları (rəisləri) və müvafiq qoşun növünün (xidmətin) zabitlərinin attestasiyaları müzakirə ediləndə mütəxəssislər də cəlb edilirlər.

 Attestasiya komissiyasının heyəti (tutduqları vəzifələrə görə) müvafiq hərbi hissə komandirinin əmri ilə elan edilir.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tərkibinə daxil olan və olmayan idarələrin, müstəqil şöbələrin və xidmətlərin attestasiya komissiyalarının heyəti müvafiq olaraq həmin idarə, müstəqil şöbə və xidmətlərin rəislərinin əmri ilə təyin edilir.

 Silahlı Qüvvələr dövlət növləri idarələrinin attestasiya komissiyalarının heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin komandanlarının əmri ilə təyin edilir.

 Müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarələrin, müstəqil şöbələrin, xidmətlərin ümumi attestasiya komissiyalarının heyətləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin komandanlarının əmri ilə təyin edilir.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Mərkəzi attestasiya komissiyasının heyəti müvafiq icra hakimiyyəti orqanının əmri ilə təyin edilir.

 Ali attestasiya komissiyasının heyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.

 97. Attestasiya komissiyaları attestasiya vərəqələrini hərtərəfli öyrənməli və onların attestasiya edilənlərin həqiqətən işgüzar və mənəvi keyfiyyətlərinə uyğunluğunu müəyyən etməli və bunun əsasında nəticə çıxarmalıdırlar:

 a) alay (briqada) əlahiddə tabor (divizion) komissiyası — alayın (briqadanın), taborun (divizionun) bütün zabitləri üçün, alay (briqada), əlahiddə tabor (divizion) komandirinin tərtib etdiyi attestasiya vərəqələrindən başqa;

 b) korpus (diviziya) komissiyası — korpus (diviziya) zabitləri üçün alay (briqada, əlahiddə tabor, divizion) attestasiya komissiyalarında baxılmış və korpus (diviziya) komandirinin tərtib etdiyi attestasiya vərəqələrindən başqa.

 Digər attestasiya komissiyalarında attestasiya vərəqələrinə elə həmin qaydada baxılır, yəni məlum hərbi hissənin bütün zabit heyəti üçün aşağı attestasiya komissiyalarında baxılmış attestasiya vərəqələrindən, eləcə də yuxarı attestasiya komissiyasında baxılmalı hərbi hissə komandirinin tərtib etdiyi attestasiya vərəqələrindən başqa.

 Mərkəzi attestasiya komissiyalarında bu Əsasnamənin 12 saylı əlavəsində göstərilən attestasiya vərəqələrinə baxılır.

 Ali attestasiya komissiyasında Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, diviziya, korpus komandirləri, qoşun növləri komandanlarının (rəislərinin) bilavasitə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tabe olan idarə, müstəqil şöbə, xidmət və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəislərinin attestasiya vərəqələrinə baxılır.

 Attestasiya komissiyalarının arayış və izahat almaq üçün öz iclaslarına həm attestasiya edilənlərin özlərini, həm də attestasiya vərəqələri tərtib etmiş komandirləri (rəisləri) çağırmaq hüquqları vardır.

 Tutduğu vəzifəyə uyğun olmamaq haqqında nəticə çıxarılan attestasiya vərəqələrinə, eləcə də attestasiya edilənlərdə əhəmiyyətli çatışmazlıqların olduğu qeyd edilmiş attestasiya vərəqələrinə attestasiya edilənləri attestasiya komissiyalarının iclaslarına çağırılmaqla baxılmalıdır.

 98. Attestasiya komissiyaları və attestasiya vərəqələrini təsdiq edən rəislərə qədər olan birbaşa rəislər attestasiya edilənlər haqqında çıxardıqları nəticələri attestasiya vərəqələrində qərar şəklində ifadə edirlər.

 Qərargah, xidmət rəisləri və mütəxəssislər haqqında attestasiya vərəqələrindəki rəyləri, həmçinin qərargahların, xidmətlərin yuxarı rəisləri və mütəxəssislər verirlər.

 İlk zabit rütbəsi verilməsi haqqında attestasiya vərəqələrinə attestasiya komissiyaları tərəfindən baxılmır.

 Attestasiya vərəqələrinə baxan və onları təsdiq edən attestasiya komissiyaları və rəislər rəylər verərkən bu Əsasnamənin 93-cü və 94-cü maddələrinin tələblərinə riayət etməlidirlər.

 Attestasiya vərəqələrini təsdiq edən rəislər attestasiya vərəqələrinin əsl nüsxələrində müvafiq bölməyə attestasiya rəyini öz əlləri ilə yazmalı və imzalamalıdırlar.

 Attestasiya komissiyasının rəyi iclasın axırında komissiyanın sədri, üzvləri və katibi tərəfindən imzalanır, protokola (13 saylı əlavə) yazılır. Attestasiya komissiyasının rəyi sədrin, üzvlərin vəzifələri, hərbi rütbələri və soyadları göstərilməklə protokoldan attestasiya vərəqələrinin bütün nüsxələrinə köçürülür və komissiyanın katibi tərəfindən təsdiq edilir.

 99. Attestasiya vərəqələrinə bir attestasiya komissiyasında baxılır. Attestasiya vərəqələrini təsdiq edən rəisin qərarı ilə attestasiya vərəqələrinə təkrar baxıla bilər.

 100. Zabitin tutduğu vəzifəyə uyğun olması haqqında nəticəsi olan, yaxud yuxarı vəzifəyə irəli çəkilmək, təhsil almağa göndərilmək, bərabər vəzifəyə keçirilmək, ya da yaşa, yaxud xəstəliyə görə ehtiyata (istefaya) buraxılmaq tövsiyəsi olan attestasiya vərəqələri birbaşa rəis tərəfindən təsdiq edilir:

 taqım komandirləri, bölük komandirləri müavinləri və onlara bərabər olanlar üçün — əlahiddə tabor (divizion) komandirindən aşağı olmayan hərbi hissə komandiri tərəfindən;

 bölük komandirləri, tabor komandiri müavinləri və onlara bərabər olanlar üçün — alay (briqada) komandiri tərəfindən;

 tabor komandirləri və onlara bərabər olanlar üçün — korpus (diviziya) komandiri tərəfindən;

 əlahiddə tabor komandirləri, alay (briqada) komandirləri müavinləri üçün — korpus komandiri tərəfindən;

 alay (briqada) komandirləri, diviziya (korpus) komandirləri müavinləri üçün — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

 ali zabitlərin tutmalı olduqları vəzifələrdə olan zabitlər üçün — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.

 Ali hərbi təhsil müəssisələrinin dinləyici və adyunktları, elmi müəssisə və təşkilatların adyunktları olan zabitlər üçün attestasiya vərəqələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının hərbi təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların rəhbərləri tərəfindən təsdiq edilir. [37]

 İlk zabit rütbəsinin verilməsi haqqında attestasiya vərəqələri təsdiq edilir: hərbi təhsil müəssisələrinin məzunları üçün — hərbi təhsil müəssisələrinin rəisləri, digər hərbi qulluqçular üçün — korpus (diviziya) komandirləri, müvafiq qoşun növləri idarələrinin müstəqil şöbələrinin, xidmətlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı xidmətlərinin rəisləri tərəfindən.

 Başqa vəzifələr tutan zabitlər üçün bu maddədə göstərilən nəticələri olan attestasiya vərəqələri müvafiq attestasiya etmə sxeminə uyğun olaraq birbaşa rəislər, lakin attestasiya edilən hərbi qulluqçunun tutduğu vəzifə təyinat nomenklaturuna daxil olan rəisdən yuxarı olmayan rəis tərəfindən təsdiq edilir.

 101. Bilavasitə rəisin, böyük rəisin, yaxud attestasiya komissiyasının attestasiya edilən zabitin tutduğu vəzifəyə uyğun olmaması, aşağı vəzifəyə keçirilməsi, ya da ehtiyata buraxılması (ehtiyata yaşla, yaxud xəstəliklə əlaqədar buraxılmaqdan başqa) zərurəti haqqında nəticələri olan attestasiya vərəqəsi hərbi qulluqçuları həmin vəzifəyə təyin etmək hüququ olan rəis tərəfindən təsdiq edilir.

 102. Zabit üçün attestasiya vərəqəsinin yenidən tərtib edilməsi haqqında qərar əgər attestasiya zamanı bu Əsasnamədə verilən attestasiya keçirmə qaydası haqqında tələblərin pozulmasına yol verildikdə, attestasiya vərəqəsini təsdiq etmək hüququ olan rəis tərəfindən qəbul olunur.

 103. Attestasiya vərəqəsinin əsl nüsxəsində rəisin öz əli ilə yazdığı rəy yuxarı rəisə təqdim olunanadək rəyi verən rəisin vəzifəsi, hərbi rütbəsi və soyadı göstərilməklə (təsdiqsiz) çap olunmuş attestasiya vərəqəsinin qalan nüsxələrinə köçürülür.

 Attestasiya vərəqəsini təsdiq edən rəisin rəyinin nəticəsi attestasiya vərəqələrinin qalan nüsxələrinə köçürülür, onlar attestasiya vərəqələrinin əsl nüsxəsi ilə tutuşdurulduqdan sonra müvafiq qurumlar tərəfindən təsdiqlənir (təsdiqlənmiş nəticənin aşağısında çəkilmiş xəttin altından yazılır: «Əsl nüsxəyə uyğundur»). Çap edilmiş attestasiya vərəqəsini təsdiq etmiş komandirin (rəisin) və attestasiya vərəqəsinin əsli ilə uyğunluğunu təsdiq etmiş müvafiq qurum rəisinin imzaları gerbli möhürlə də təsdiq edilir.

 104. Təsdiq edən instansiyanın müvafiq qurumları tərəfindən təsdiq edilmiş attestasiya vərəqələri 10 gün müddətinə aşağıdakı ünvanlara göndərilir:

 attestasiya edənin öz əli ilə yazılmış əsl nüsxə və çap edilmiş bir nüsxə — attestasiya edilənin xidmət etdiyi hərbi hissəyə;

 attestasiya vərəqəsinin qalan nüsxələri — «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin uçotu üzrə Təlimata» müvafiq olaraq attestasiya edilənin şəxsi işlərini aparan müvafiq qurumlara.

 Attestasiya materiallarının saxlanması və göndərilməsi məxfi kargüzarlıq qaydalarına riayət edilməklə yerinə yetirilir.

 Müstəsna hallarda hərbi qulluqçu onun üçün attestasiya vərəqəsi təsdiq edilənədək yeni xidmət yerinə (təhsil müəssisəsinə) getdikdə attestasiya vərəqəsinin bütün nüsxələri təsdiq edildikdən sonra 3 gün müddətində korpusun (diviziyanın), zabitin yeni xidmət yerinin, təhsil müəssisəsinin müvafiq qurumuna onu attestasiya edilənə elan edilməsi, sonradan isə müəyyən edilmiş qaydada paylaşdırmaq üçün göndərilir. [38]

 105. Təsdiq edilmiş attestasiya vərəqələri attestasiya edilənlərin bilavasitə rəisləri tərəfindən attestasiya vərəqələri hərbi hissəyə daxil olduqdan sonra 10 gün müddətində attestasiya edilənlərə elan edilir. Yalnız ezamiyyətdə, məzuniyyətdə, yaxud müalicədə olan zabitlər barədə istisnaya yol verilir: təsdiq edilmiş attestasiya vərəqələri onlar hərbi hissəyə qayıdan kimi dərhal elan olunur.

Hərbi təhsil müəssisəsini bitirənlərə ilk zabit rütbəsi verilməsi haqqında və digər hallarda attestasiya vərəqələri hərbi qulluqçulara onlara zabit rütbəsi verilməsi haqqında əmr aldıqdan sonra elan edilir.

 Attestasiyanı elan edərkən bilavasitə rəis fərdi söhbət aparır, attestasiya edilən attestasiya vərəqəsinin əsl nüsxəsində qol çəkir və onunla tanış olma tarixini göstərir.

 Attestasiya qaydasının pozulması və attestasiyanın qeyri-obyektivliyi ilə əlaqədar şikayət müəyyən edilmiş qaydada attestasiyanın elan edildiyi gündən 1 aydan gec olmayan müddətdə verilə bilər. Şikayət üzrə son qərarı attestasiya vərəqəsini təsdiq etmiş rəis qəbul edir. Hərbi qulluqçunun şikayəti əsaslı sayıldıqda, attestasiya vərəqəsinə müvafiq dəyişikliklər edilir, yaxud yeni attestasiya tərtib edilir.

 106. Zabit heyətindən olan şəxslər attestasiya vərəqələrində qeyd edilmiş çatışmazlıqları aradan qaldırmalıdırlar. Birbaşa rəislər hərbi qulluqçulardan çatışmazlıqları aradan qaldırmağı tələb etməli və bu işdə onlara kömək etməli, attestasiya edildikdən sonra zabitin praktiki fəaliyyəti nəzərə alınmaqla attestasiya nəticələrinin həyata keçirilməsini təmin etməli, layiqli hərbi qulluqçuların yuxarı vəzifələrə təyin edilməsində və təhsil almağa göndərilməsində əsassız gecikmələrə yol verməməlidirlər.

 107. Attestasiya nəticələrinin həyata keçirilməsini təmin etməkdən ötrü hərbi hissənin müvafiq qurumlarının borcudur:

 attestasiyaların nəticələrindəki tövsiyələr əsasında attestasiyalararası dövrdə attestasiya nəticələrinin həyata keçirilməsi və xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilməkdən ötrü hazırlanmış namizədlər ehtiyatı yaradılmasının perspektiv planlarını işləyib hazırlamaq;

 yüksək vəzifələrə irəli çəkilmək, yaxud təhsil almağa göndərilməkdən ötrü attestasiya edilmiş zabitləri qarşıdakı hər il üçün yuxarı vəzifələrə irəli çəkilmək və təhsil almağa göndərilməkdən ötrü ehtiyata daxil etmək, eləcə də yuxarı instansiyanın müvafiq qurumuna onun təyinat nomenklaturasına daxil olan vəzifələrə irəli çəkilməkdən, yaxud belə vəzifələrdən təhsil almağa göndərilməkdən ötrü ehtiyata tövsiyə edilmiş namizədlər haqqında məlumat vermək;

 aşağı vəzifələrə başqa işə keçirilməyə və ehtiyata, yaxud istefaya buraxılmağa attestasiya edilmiş zabitlərin nəzarət siyahılarını tərtib etmək (14 saylı əlavə).

 108. Attestasiya dövrü başa çatdıqda komandirlər və rəislər zabit heyətinin attestasiya edilməsi üzrə aparılmış işə yekun vururlar və bu, komanda üzrə təqdim edilən məruzədə aşağıdakı şəkildə əks etdirilir:

 müsbət iş təcrübəsi;

 attestasiya keçirilərkən baş vermiş çatışmazlıqlar;

 zabit heyətinin attestasiya edilməsinin gələcəkdə təkmilləşdirilməsinə yönəldilmiş təkliflər.

 Məruzəyə attestasiya keçirmənin nəticələri haqqında məlumatlar əlavə olunur. Həmin məlumatlar bundan başqa attestasiya dövründə hər ay artan yekun kimi təqdim edilir.

 109. Attestasiyalararası dövrdə hərbi hissələrdəki xidmət yerində, gəmilərdə və birləşmələrdə zabitlərin peşə hazırlığının fərdi uçotu aparılır, onun nəticələri növbəti attestasiyada nəzərə alınır. Zabitlərin peşə hazırlığının fərdi uçot vərəqələri hər il bu Əsasnaməyə 15 nömrəli əlavədə göstərilən forma üzrə attestasiyalararası dövr üçün işlənilir. Onlar şəxsi işdə saxlanılır, zabitin yeni xidmət yerinə göndərilir və təlim ilinin sonunda zabitlə söhbət və attestasiya keçirmə zamanı nəzərə alınır və attestasiya keçirmə qurtardıqda məhv edilir.

 Attestasiyalararası dövrdə xidmət yerinin dəyişdirilməsinə, ehtiyata və ya istefaya təqdim olunan zabit heyətindən olan şəxslər üçün axırıncı attestasiya vərəqəsində əks olunmayan, lakin qərar qəbul edilməsi üçün zəruri olan xarakterik məlumatlar yerdəyişmə (tərxis) təqdimatında göstərilir.

 Xidmət müddəti müəyyən edilmiş yerlərdə yerdəyişmə, təhsil almağa göndərmə zamanı, eləcə də digər hallarda əgər sonuncu attestasiya vərəqəsinin təsdiq edildiyi gündən 1 ildən artıq vaxt keçibsə, zabitlərə birbaşa rəislərin tələbi ilə xidməti xasiyyətnamələr yazılır.

 110. Gizirlərin və miçmanların attestasiyası dinc dövrdə beş ildə bir dəfə, onların hərbi hissəyə həqiqi hərbi xidmətə könüllü daxil olması barədə öhdəliyin sona çatdığı il keçirilir.

 Gizirlərin və miçmanların attestasiya keçirmə qaydaları zabitlər üçün olduğu kimi keçirilir (bu Əsasnamənin 86, 88 — 93, 95 — 108-ci maddələri).

 111. Gizirlərin və miçmanların attestasiya vərəqələri dekabr ayında gələn il üçün tərtib edilmiş təqvim planına uyğun olaraq aşağıdakı qaydada aparılır:

 attestasiyadan keçənin soyadı, adı və atasının adı, attestasiya müddəti, attestasiya aparanların soyadı, attestasiya komissiyası iclasının protokolunun tarixi və sayı, attestasiya vərəqəsinin hərbi hissənin komandiri tərəfindən təsdiqinin tarixi;

 attestasiyanın nəticəsi;

 attestasiyanın nəticələrinin icrası barədə qeydlər.

 Attestasiya planı hərbi hissə komandiri tərəfindən təsdiq olunur.

 112. Gizirlərin və miçmanların attestasiya vərəqəsində bu Əsasnamənin 93-cü maddəsində attestasiyanın nəticələri barədə sadalanan təkliflərdə, həmçinin həqiqi hərbi xidmət müddətinin uzadılmasının məqsədəuyğunluğu göstərilir.

 113. Gizirlərin və miçmanların attestasiya vərəqələri hərbi hissə komandiri tərəfindən təsdiq edilir.

 Attestasiya nəticələrinin icrasına nəzarəti hərbi hissələrin müvafiq qurumları həyata keçirir.

VIII fəsil

Məzunİyyətlər

 114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir:

 a) növbəti məzuniyyət;

 b) qısa müddətli məzuniyyət;

 v) xəstəliyə görə məzuniyyət;

 q) tədris-təlimi zamanı məzuniyyət;

 d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət;

 e) tədris məzuniyyəti;

 y) yaradıcılıq məzuniyyəti;

 z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər;

 i) əlavə məzuniyyət.

 115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur.

 Komandirlər (rəislər) məzuniyyət verərkən hərbi hissələrin, birləşmələrin və idarəetmə orqanlarının daimi döyüş hazırlığının saxlanılması zərurətini nəzərə almalıdırlar.

 Hərbi təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların, mülki təhsil müəssisələrinin hərbi və hərbi-dəniz kafedralarının (şöbələrinin, bölmələrinin), hərbi qulluqçularına mülki nazirlik, idarə və təşkilatlara ezam olunmuş hərbi qulluqçulara və həmçinin adyunktlara məzuniyyət bütün hərbi qulluqçulara aid olan ümumi əsaslarla verilir. İşi istintaqda və məhkəmədə olan hərbi qulluqçulara hər hansı işə görə, habelə zərər çəkən, şahid, ekspert kimi cəlb olunanlara məzuniyyət yalnız müvafiq istintaq və məhkəmə orqanlarının razılığı ilə verilə bilər. [39]

 116. Hərbi qulluqçuların növbəti, qısa müddətli, təhsil, habelə xəstəliyə və hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar məzuniyyətlər verildikdə, müəyyən edilmiş məzuniyyət müddətindən əlavə məzuniyyət yerinə gedib-gəlmək müddəti də 3 gündən çox olmamaq şərti ilə verilir.

 Hərbi qulluqçunun məzuniyyəti keçirmə yerinə gedib-gəlməsi üçün əlavə olunan müddət ona hansı nəqliyyat növündə getmək üçün pul verilibsə, həmin nəqliyyat növünün hərəkət cədvəli ilə hesablanır.

 Əgər hərbi qulluqçu məzuniyyət yerinə hava nəqliyyatı ilə gedibsə və ona əlavə müddət digər nəqliyyat üçün hesablanıbsa, onda o xidmət yerinə hava nəqliyyatı üçün sərf etdiyi müddət hesabı ilə qayıtmalıdır.

 Məzuniyyət yerinə şəxsi nəqliyyatda gedilərsə, onda gedib gəlmək üçün əlavə müddət hərbi qulluqçunun hansı nəqliyyat növündə pul almaq hüququ varsa, həmin nəqliyyat növünün cədvəli ilə verilir.

 Dəmir yol nəqliyyatı olduğu halda, məzuniyyət yerinə su nəqliyyatı ilə gedirlərsə, onda gediş-gəliş üçün əlavə müddət dəmir yolunun cədvəli ilə hesablanır.

 Məzuniyyət bir neçə məntəqədə keçirilərsə, hərbi qulluqçuya əlavə müddət xidmət yerindən bu məntəqələrdən birinə gedib-gəlmək üçün verilir.

 Məzuniyyət turist putyovkaları üzrə keçirilərsə, gediş üçün müddət xidmət yerindən turist marşrutunun başladığı məntəqəyə kimi, geriyə isə turist marşrutunun axırıncı məntəqəsindən xidmət yerinə kimi verilir.

 117. Məzuniyyətin keçirildiyi yerə çatan kimi hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizon və qarovul xidmətləri Nizamnaməsində nəzərdə tutulduğu qaydada hərbi uçota durmalı, qayıdanda isə uçotdan çıxmalıdırlar.

 Yolda, ya da məzuniyyətin keçirildiyi yerdə hərbi qulluqçu məzuniyyət biletini (vəsiqəsini) itirdiyi halda, bu barədə ən yaxında yerləşən dəmir yolu (su) sahəsi (stansiya, liman, port) hərbi komendantına, dəniz limanı idarəsinə, torpaq yolla hərəkət edərsə qarnizon komendantına, hərbi komissarlığa, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, habelə məzuniyyətin keçirildiyi yerdə qarnizon komendantına (hərbi komissara) məlumat verməlidir. [40]

 Qarnizon komendantı (hərbi komissar) uçot məlumatı əsasında, məlumatların olmadığı təqdirdə isə hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdiriləndən sonra ona hərbi qulluqçunun məzuniyyətdə olmasının qanuniliyini təsdiq edən arayış verir və bu barədə hərbi qulluqçunun xidmət yeri üzrə hərbi hissə komandirinə xəbər verir, hərbi qulluqçunun xidmət yerinə vaxtında qayıtmasına nəzarət edir.

 118. Məzuniyyət aşağıdakı hallarda uzadıla bilər:

 a) nəqliyyatın hərəkətində fasilə yaradıldıqda və ya hərbi qulluqçunun xəstəliyinə görə məzuniyyət yerinə gec çatdıqda. Bu zaman dəmir yolu və su nəqliyyatı ilə hərəkət edərkən yaxınlıqdakı dəmir yolu (su) sahəsi (stansiya, liman, port) hərbi komendantı, dəniz limanı idarəsi, torpaq yolla gedərkən isə qarnizon komendantı, hərbi komissarlıq, yerli bələdiyyə orqanı tərəfindən faktiki gecikmə müddəti məzuniyyət biletində (vəsiqəsində) qeyd edilməli və ya gecikmənin səbəbi barədə ayrıca arayış verilməlidir; [41]

 b) hərbi qulluqçunun ailəsi yanğına və ya təbii fəlakətə məruz qaldıqda, ailə üzvlərinin (ata, ana, arvad, uşaqlar, qardaşlar, bacılar) və tərbiyəsi altında olduğu başqa şəxslərin ölümü və ağır xəstələnməsi ilə bağlı — 7 günə qədər;

 v) nəqliyyatın hərəkətində fasilə yarandıqda və ya hərbi qulluqçunun xəstəliyi üzündən məzuniyyət keçirildiyi yerdən geri qayıtmağa maneçilik yarandıqda — həmin maneçiliyin aradan qaldırılmasına lazım olan müddət. Məzuniyyət hərbi qulluqçunun məzuniyyət keçirdiyi yerdə qarnizon komendantı və ya hərbi komissar tərəfindən ləngimənin səbəbləri araşdırıldıqdan sonra uzadıla bilər.

 Gecikmənin səbəbləri və müddəti barədə qarnizon komendantı (hərbi komissar) dərhal hərbi qulluqçunun məxsus olduğu hərbi hissənin komandirinə məlumat verir və hərbi qulluqçunun məzuniyyət biletində (vəsiqəsində) bu barədə qeydlər edir.

 Müəyyən edilən vaxtda məzuniyyətdən geri qayıtmayan və gecikmənin səbəbləri barədə məlumat verilməyən hərbi qulluqçu barədə hərbi hissə komandiri dərhal hərbi qulluqçunun məzuniyyət keçirdiyi yerin qarnizon komendantına (hərbi komissara) sorğu göndərir.

 Hərbi qulluqçu məzuniyyəti keçirəcəyi yerə gəlib çıxmayıb və ya oradan öz hərbi hissəsinə vaxtında yola düşüb cavabı alınarsa, hərbi hissə komandiri müəyyən edilmiş qaydada axtarış təşkil edir.

 119. Hərbi vəziyyət, səfərbərlik elan edildikdə, bu Əsasnamənin 114-cü maddəsinin «v» və «z» bəndləri üzrə məzuniyyət almış hərbi qulluqçular istisna olmaqla məzuniyyətdə olan hərbi qulluqçular dərhal öz hərbi hissələrinə qayıtmalıdırlar. Əgər hərbi hissə öz əvvəlki yerini dəyişibsə, hərbi qulluqçular yaxınlıqda yerləşən hərbi komendaturaya və ya hərbi komissarlığa gəlməlidirlər.

 Xəstəliyə görə məzuniyyətdə olanlar hərbi komissarlığa gəlib yenidən müayinədən keçməlidirlər, səhhətinə görə gələ bilmədikdə isə müalicə edən həkimin arayışı ilə birlikdə yazılı xəbər göndərməlidirlər.

 120. Növbəti məzuniyyət aşağıdakılara verilir:

 a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün;

 b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün;

 v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün;

 q) zabitlərə — hər təqvim ili üçün 45 gün.

 Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir.

 Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.

 121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər.

Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. [42]

 122. Xidməti zərurət olduqda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ümumi müddət çərçivəsində 2 dəfəyə verilə bilər.

 Əlavə məzuniyyət almaq hüququ olan hərbi qulluqçuların (bu Əsasnamənin 136-cı maddəsi) bu məzuniyyəti onların növbəti məzuniyyəti ilə cəmlənərək birlikdə verilir. Bu zaman uşağının 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadın hərbi qulluqçulara verilən əlavə məzuniyyət istisna olmaqla məzuniyyətin ümumi müddəti 60 gündən artıq olmamalıdır. Xidmət üzrə yerdəyişmələrə görə əlavə məzuniyyət hüququnu itirən hərbi qulluqçulara növbəti məzuniyyət yerdəyişmə haqqında əmr hərbi hissəyə daxil olandan sonra yeni xidmət yerində (yeni vəzifəsinə görə) ümumi əsaslarla verilir. Bu halda birləşdirilmiş məzuniyyətdən istifadə etməmiş hərbi qulluqçulara ötən il üçün növbəti məzuniyyət xidmət yerini dəyişənə qədər ala biləcəkləri məzuniyyət müddəti qədər verilir.

 Üzürsüz səbəblərə görə xidmətə çıxmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət xidmətə çıxmadığı günlərin sayı qədər azaldılır. Belə olduqda növbəti məzuniyyət 15 gündən az olmamalıdır.

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına növbəti məzuniyyət 5 gündən artıq olmayaraq onların hauptvaxtda olduqları müddət qədər azaldıla bilər.

 Növbəti məzuniyyətin azaldılması barədə qərarı məzuniyyət vermək hüququ olan komandir (rəis) qəbul edir. Bu qərar nizami hissə üzrə əmrlə rəsmiləşdirilir və hərbi qulluqçunun imzası alınmaqla ona elan edilir.

 Hərbi qulluqçunun hərbi hissəni dəyişdiyinə görə növbəti məzuniyyətdən istifadə etməməsi haqqında arayış onun şəxsi işi ilə birlikdə hərbi qulluqçunun yeni xidmət yerinə göndərilir.

 123. Həqiqi hərbi xidmətə ehtiyatdan könüllü və ya çağırışla qəbul edilmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi xidmətə qəbul edildikləri ildə (həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları ildə) məzuniyyətin müddəti aşağıdakı kimi hesablanır:

 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət etdiyi hər tam ay üçün — 2,5 gün;

 gizirlərin və miçmanların xidmət etdikləri hər tam ay üçün — 3,0 gün;

 zabitlərin xidmət etdikləri hər tam ay üçün — 3, 75 gün.

 Bu zaman 10 gün və artıq növbəti məzuniyyətə hüququ olan hərbi qulluqçulara məzuniyyətin keçiriləcəyi yerə gedib-gəlmək üçün yol xərci verilir və yola sərf olunacaq müddət məzuniyyətə əlavə olunur. 10 gündən az olan məzuniyyət hərbi qulluqçunun arzusu ilə növbəti ildə növbəti məzuniyyətlə birlikdə verilə bilər.

 124. Ştatlı vəzifə tutmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət verilərkən növbəti məzuniyyətin müddəti hərbi qulluqçuların müvafiq komandirlərin (rəislərin) sərəncamında olduğu ümumi müddətdən çıxılır.

 Buraxılma zamanı növbəti məzuniyyət verilən hərbi qulluqçuların (həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata, yaxud istefaya göndərilməklə əlaqədar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması növbəti məzuniyyət bitdikdən sonra işlərin və vəzifənin təhvil-təsliminə zəruri olan müddət hesaba alınmaqla həyata keçirilir.

 125. Hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi aşağıdakılar tərəfindən müəyyən edilir:

 Müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxslərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

 Müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxslərinə Silahlı Qüvvələr növlərinin, Qoşun növlərinin komandanlarına (rəislərinə), Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarə, müstəqil şöbə, xidmət rəislərinə, korpus, diviziya komandirlərinə, həmçinin onların müavinlərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

 Silahlı Qüvvələr növlərinin, qoşun növlərinin əlahiddə bölmələrinin, hissə və birləşmələrinin komandirlərinə — Silahlı Qüvvələr növlərinin, Qoşun növlərinin komandanları;

 Mərkəzi tabelikdə olan əlahiddə hissələrin və bölmələrin komandirlərinə, həmçinin onların müavinlərinə — onların tabe olduqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Qoşun növlərinin, idarə, müstəqil şöbə, xidmət komandanları (rəisləri);

 alay (briqada) komandirlərinə və onların müavinlərinə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə diviziya (korpus) komandirləri;

 qalan hərbi qulluqçulara — hərbi hissələrin komandirlərindən başlayaraq birbaşa rəislər, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar.

 126. Hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətləri planı tutulur və hərbi qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir.

 Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay hərbi hissə hərbi qulluqçularının 10 — 12 faizinin məzuniyyətdə olması hesabı ilə verilir.

 Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin) gərgin dövründə məzuniyyətlərin aylıq normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin aylıq norması təhsil müəssisələrinin rəisləri tərəfindən müəyyən edilir.

 Döyüş əməliyyatlarında, habelə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətin digər vəzifələrini yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) almış və ya şikəst olmuş hərbi qulluqçulara növbəti məzuniyyətdən ilin istənilən münasib vaxtında istifadə etmək hüququ verilir. [43]

 Müvafiq qurumlar təsdiq olunmuş plan əsasında hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinə daimi nəzarət etməli və bu barədə müvafiq komandirə (rəisə) məlumat verməlidirlər. İlin əvvəlində korpus (diviziya), Silahlı Qüvvələr növünün müvafiq qurumu keçən ildə növbəti məzuniyyətə getməyənlər və onların səbəbləri barədə məlumatları ümumiləşdirir və yanvarın 10-na kimi korpus (diviziya) komandirinə, qoşun növü komandanına yeni ilin birinci rübündə həmin hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi barədə öz təkliflərini verir. Korpus (diviziya), Silahlı Qüvvələr növü komandanının qərarı hərbi qulluqçuları növbəti məzuniyyətə getməmiş hərbi hissələrin komandirlərinə çatdırılır.

 127. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ərzində xəstələnərlərsə, onlar sağaldıqdan sonra məzuniyyətin müddəti istifadə edilməmiş günlərin sayı qədər artırılır. Bu halda məzuniyyətin müddəti onu verən rəis tərəfindən uzadılır.

 128. Hərbi qulluqçunun növbəti məzuniyyətdən geri çağırılmasına xüsusi əhəmiyyətli xidməti zərurət yarandıqda, korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəisin icazəsi ilə yol verilə bilər. Növbəti məzuniyyətdən geri çağırılanda onun istifadə olunmamış hissəsi adətən cari ildə verilir. Bu vaxt əgər məzuniyyətin istifadə olunmamış hissəsi 10 gün və artıq olarsa, onda geri çağırıldığı məntəqədən uzaq olmamaq şərti ilə məzuniyyət yerinə getməyə və qayıtmağa pul verilir və yola sərf olunan günlər məzuniyyətə əlavə edilir.

 129. 10 günədək qısa müddətli məzuniyyətlər dinc və müharibə dövründə hərbi qulluqçulara həvəsləndirmə qaydasında (dinc dövrdə yalnız müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) və ailə vəziyyətinə görə verilir.

 Qısa müddətli məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir.

 Dinc dövrdə qısa müddətli məzuniyyətlər həvəsləndirmə qaydasında müddətli həqiqi hərbi xidmət zamanı əsgər, matros və çavuşlara bir dəfə verilə bilər.

 Müharibə dövründə qısa müddətli məzuniyyət bu Əsasnamənin 194-cü maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuların bütün kateqoriyalarına verilə bilər.

 Dinc və müharibə dövründə ailə vəziyyətinə görə qısa müddətli məzuniyyət aşağıdakı hallarda verilə bilər:

 a) hərbi qulluqçuların ailə üzvlərinin (atası, anası, arvadı, əri, uşaqları, qardaşları, bacıları) və himayəsində olduğu digər şəxslər ağır xəstələndikdə və vəfat etdikdə;

 b) hərbi qulluqçunun ailəsi yanğın və ya təbii fəlakət hallarına məruz qaldıqda;

 v) hərbi hissə komandirinin rəyinə görə hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olduğu digər xüsusi hallarda.

 Ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə hərbi komissarlıq və ya yerli bələdiyyə orqanı, ya da müalicə müəssisəsi tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir.

 Sənədlər məzuniyyət barədə vəsatət qaldırıldığı zaman və ya heç olmasa məzuniyyətdən qayıtdıqdan sonra təqdim olunmalıdır.

 130. Dinc və müharibə dövründə xəstəliyə görə məzuniyyət hərbi qulluqçuya hərbi-həkim komissiyasının rəyinə görə verilir.

 Xəstəliyə görə məzuniyyətin müddəti xəstəliyin xarakterinə görə müəyyənləşdirilir. Qüvvədə olan qanunvericiliyə görə bəzi xəstəliklərlə bağlı daha uzun müddətli müalicələrin nəzərdə tutulması halları istisna olmaqla dinc dövrdə fasiləsiz olaraq müalicə müəssisələrində və xəstəliyə görə məzuniyyətdə olmaq bütünlükdə 6 aydan artıq olmamalıdır. Bu müddət müalicə müəssisəsinin rəyi əsasında korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəislərin qərarı ilə uzadıla bilər. Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq müddəti bitəndən sonra hərbi qulluqçunun hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək üçün o, hərbi-həkim komissiyasında yenidən müayinədən keçməlidir.

 Xəstəliyə görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir.

 Hərbi qulluqçuların müalicə müəssisələrində müalicə olunduğu və xəstəliyə görə məzuniyyətdə olduğu (6 aydan artıq olmamaq şərti ilə) zaman ehtiyata və ya istefaya buraxılması həyata keçirilmir.

 Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət bitdikdən sonra hərbi qulluqçuların hərbi-həkim komissiyasında yenidən müayinədən keçməsi barədə qərar qəbul edilibsə və onlar dinc dövrdə hərbi xidmətə yararsız və ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılıblarsa, onları ehtiyata və ya istefaya buraxmaq olar. [44]

 Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin başqa tapşırıqlarının icrası zaman xəsarət (yaralanma, travma, kontuziya) almış və ya şikəst olmuş, ya da Azərbaycan Respublikasının müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların hərbi xidmətə yararlılığı barədə hərbi-həkim komissiyasının müayinəsi yalnız müalicə müəssisəsində müalicə başa çatdıqdan sonra həyata keçirilir. [45]

 Dinc dövrdə vərəm xəstəliyinə tutulduqda hərbi qulluqçunun müalicədə və xəstəliyə görə məzuniyyətdə olma müddəti 12 aydan artıq ola bilməz.

 Hərbi qulluqçunun hər hansı səbəb üzündən xəstəliyə görə məzuniyyəti hərbi hissədən kənarda keçirə bilmədiyi hallarda o, məzuniyyət dövründə bütün məşğələlərdən və xidmət naryadlarından azad edilmək şərti ilə hərbi hissədə saxlanıla bilər.

 Gəmilərin hərbi qulluqçuları (yalnız müddətli və müddətdən artıq həqiqi hərbi xidmətin hərbi qulluqçuları) belə hallarda əlahiddə donanma komandasının, ekipajının, yarım ekipajının dəyişən heyətinin siyahısına salınır (gəminin siyahısından çıxarılmamaq şərti ilə). Onların olmadığı yerlərdə isə hərbi dəniz qüvvələri komandanının sərəncamı ilə sahil hissələrindən birinə yerləşdirilir və bütün təminatlarla təmin edilirlər.

 Hərbi qulluqçular həqiqi hərbi xidmətdən buraxılarkən onlara xəstəliyə görə məzuniyyət verilmir (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətinin başa çatmasına iki aydan az qalıbsa onlar ehtiyata buraxılırlar).

 Müharibə dövründə xəstəliyə görə məzuniyyət bu Əsasnamənin 195-ci maddəsinin tələblərinə uyğun olaraq verilir.

 131. Hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçulara tədris məşğələlərində fasilə zamanı tədris planı ilə müəyyən edilmiş müddətə tətil məzuniyyətləri verilir.

 Tədris tətil məzuniyyətləri növbəti məzuniyyətin hesabına daxil edilmir.

 132. Hərbi təhsil müəssisəsini bitirdiyinə görə ilk zabit rütbəsi verilmiş şəxslərə xidmət yerinə göndərilməzdən əvvəl 30 gün müddətinə məzuniyyət verilir (ali hərbi təhsil müəssisəsini, hərbi akademiyanı bitirmiş zabitlərə — 45 gün).

 Mülki ali və orta ixtisas təhsili müəssisəsini bilavasitə bitirdikdən sonra həqiqi hərbi xidmətə qəbul edilmiş zabitlərə məzuniyyət bu maddənin tələbləri əsasında hərbi təhsil müəssisələrini bitirib ilk zabit rütbəsi almış zabitlərə olduğu kimi ümumi əsaslarla verilir. Bu məzuniyyətlər, habelə mülki ali və orta ixtisas təhsili müəssisələrini bitirəndən sonra həqiqi hərbi xidmətə qəbul edilən zabitlərə verilən məzuniyyət cari il üçün verilən növbəti məzuniyyətin hesabına daxil edilir. [46]

 133. Tədris məzuniyyətləri mülki ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsinə təhsil almağa icazəsi olan (bu Əsasnamənin 150-ci maddəsi) və qiyabi adyunkturada təhsil alan hərbi qulluqçulara verilir. Elmi dərəcə almaq üçün elmi iş hazırlayanlara yaradıcılıq məzuniyyəti verilir (bu Əsasnamənin 134-cü maddəsi). [47]

 Tədris məzuniyyətləri növbəti məzuniyyətin hesabına daxil edilmir.

 Tədris məzuniyyətləri aşağıdakı hərbi qulluqçulara verilir:

 a) qəbul imtahanlarına hazırlaşmaq üçün icazəsi olan hərbi qulluqçulara:

 ali təhsil müəssisələrinə — 15 təqvim günü müddətində;

 orta ixtisas təhsili müəssisələrinə — 10 təqvim günü müddətində.

 Korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəis tərəfindən verilmiş arayış-icazə (arayış-icazənin forması Azərbaycan Respublikası Silahlı Qüvvələrində kargüzarlıq və xidməti yazışma haqqında Təlimatla müəyyən edilmişdir) hərbi qulluqçu üçün ali mülki və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsinə qəbul imtahanları vermək üçün tədris məzuniyyətinə hüquq verən sənəd hesab edilir;

 b) adyunkturaya hazırlaşmaq və qəbul imtahanlarını vermək üçün icazəsi olanlara:

 qəbul imtahanlarına buraxılanlara — 30 təqvim günü;

 namizədlik imtahanını qismən verməklə daxil olanlara və müvafiq imtahanları verməkdən azad olanlara qalmış hər bir imtahan üçün — 10 təqvim günü.

 Adyunkturaya qəbul imtahanları verməyə tədris məzuniyyəti almaq üçün hüquq verən sənəd ali təhsil müəssisəsinin və ya elmi müəssisə və təşkilatın rəhbərinin imzası ilə qəbul imtahanlarına buraxılmaq barədə göndərilən bildiriş vərəqəsidir; [48]

 v) ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində, qiyabi adyunkturada təhsil alanlara: [49]

 1-ci və 2-ci kurslarda təhsil alanlara istiqamətverici dərsləri keçmək, laboratoriya işlərini yerinə yetirmək, imtahan və zaçotları vermək üçün;

 ali tədris müəssisələrinin axşam şöbəsində təhsil alanlara hər il 20 təqvim günü; [50]

 orta ixtisas məktəblərinin axşam şöbəsində təhsil alanlara — hər il 10 təqvim günü;

 ali və orta ixtisas müəssisələrinin qiyabi şöbələrində təhsil alanlara — hər il 30 təqvim günü.

 Üçüncü və yuxarı kurslarda təhsil alanlara laboratoriya işlərini yerinə yetirmək, zaçot və imtahanları vermək üçün:

 ali tədris müəssisələrinin axşam şöbəsində təhsil alanlara — hər il 30 təqvim günü;

 orta ixtisas məktəblərinin axşam şöbəsində təhsil alanlara hər il 20 təqvim günü;

 ali və orta ixtisas məktəblərinin qiyabi şöbəsində təhsil alanlara hər il 40 təqvim günü;

 ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində dövlət imtahanlarının verilməsi üçün 30 təqvim günü;

 Diplom layihəsinin (işinin) hazırlanması və müdafiəsi üçün:

ali təhsil müəssisələrinin qiyabi şöbəsində - 4 ay;

       orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində - 2 ay; [51]

 adyunkturanın qiyabi şöbəsində namizədlik imtahanlarının verilməsi və dissertasiyaya aid işlərin yerinə yetirilməsi üçün — ildə 30 təqvim günü. Adyunkturada oxuyarkən hərbi qulluqçuya istirahət və iş günü hesab edilməyən bayram günlərindən başqa həftədə 1 sərbəst gün və 2 sərbəst axşam (saat 18.00-dan sonra) verilir (hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilir və ondan çıxarış adyunktun oxuduğu ali təhsil müəssisəsinə və ya elmi müəssisə və təşkilata göndərilir); [52]

 q) ali və orta ixtisas məktəbləri nəzdindəki hazırlıq kurslarında oxuyanlara buraxılış imtahanlarının verilməsi üçün 15 təqvim günü.

 134. Elmi dərəcə almaq üçün çalışan hərbi qulluqçulara aşağıdakı müddətə yaradıcılıq məzuniyyəti verilir;

 elmlər doktoru elmi dərəcəsi almaq üçün çalışanlara — 6 ay;

 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün çalışanlara 3 ay. [53]

 Yaradıcılıq məzuniyyəti xidməti fəaliyyətin elmi işlə müvəffəqiyyətlə əlaqələndirilməsi şərti ilə ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın elmi şurasının təklifi və Silahlı Qüvvələr, qoşun növü komandanlarının, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının idarə, müstəqil şöbə və xidmət rəislərinin onlara bərabər və onlardan yuxarı olan şəxslərin razılığı ilə elmi iş müəllifinin xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilir. [54]

 135. Hamiləliyə və doğuşa görə məzuniyyət pul və natural təminatı saxlanılmaqla, habelə qüvvədə olan qanunvericilik əsasında bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər. Bundan başqa onlara öz arzuları ilə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyətlər verilir.

 Qismən ödənilən və uşağa qulluq etmək üçün pulsuz və natural təminatsız əlavə məzuniyyətlər verildikdə, hərbi hissə komandirinin ona bərabər və ondan yuxarı olanların əmri ilə qadın hərbi qulluqçu tutduğu vəzifədən azad edilir və hərbi hissə komandirinin sərəncamına keçirilir. Bu məzuniyyətlər qurtardıqdan sonra qadın-hərbi qulluqçuya onun əvvəlki vəzifəsi, yaxud ona bərabər vəzifə verilir (bu məzuniyyətlər zamanı öhdəlik müddəti bitən qadın hərbi qulluqçular istisna olmaqla).

 Qadın hərbi-qulluqçulara hamiləliyə və doğuşa görə məzuniyyətlər onların raportları və müvafiq tibb müəssisələrinin arayışları əsasında doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü (qeyri-normal doğuş, yaxud iki və daha çox uşaq doğulduqda 70 təqvim günü) müddətində məzuniyyət verilir.

 Əgər hamiləliyə görə xidməti vəzifələrinin icrasından azad edildiyi gündən doğuş gününə kimi doğuşdan əvvəl müəyyən edilmiş məzuniyyət günlərinin sayından çox, yaxud az gün keçibsə, onda pul və natural təminat faktiki olaraq doğuşdan əvvəl verilmiş məzuniyyətin faktik istifadə olunan günlərinin sayından asılı olmayaraq ödənilir. Doğuşaqədər məzuniyyətin artırılması, yaxud əksinə tam istifadə olunmaması doğuşdan sonrakı məzuniyyət müddətinə təsir etmir.

 Doğuşdan sonrakı məzuniyyət doğuş günü də daxil edilməklə doğuş günündən hesablanır.

 Qadın hərbi qulluqçulara qismən ödənilən və əlavə məzuniyyət onların arzusu ilə tam və hissə-hissə verilir. Qadın hərbi qulluqçunun verilmiş məzuniyyət müddəti bitənə qədər də öz xidməti vəzifələrinin icrasına başlamaq hüququ vardır. Bu məzuniyyətlərin müddəti hərbi qulluqçuların müvafiq heyətlərinin vəzifələrdəki xidmət illərinə, eləcə də pensiya üçün xidmət illərinə əlavə edilmək məqsədilə hesablanır.

 Hamiləliyə və doğuşa görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. Qadın-hərbi qulluqçulara öz arzuları ilə hamiləliyə və doğuşa görə məzuniyyətdən qabaq, yaxud bilavasitə ondan sonra cari il üçün növbəti məzuniyyət verilir.

 Uşağa xidmət üçün məzuniyyətin qurtardığı ildə növbəti məzuniyyət, bu məzuniyyətin qurtardığı gündən təqvim ilinin sonuna qədər mütənasib surətdə hesablanır və bu Əsasnamənin 123-cü maddəsinin tələbləri nəzərə alınmaqla ilə təqdim edilir.

 136. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir:

 a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü;

 b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla;

 v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m . və daha yüksək) — hər il 15 təqvim günü.

 Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər.

 Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir.

IX fəsil

ezamİyyətlər

 137. Hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir:

 a) toplanışlar keçmək və kurslarda oxumaq üçün;

 b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün;

 v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün;

 q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün;

 d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün;

 e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün;

 ə) ordenlər və medal almaq üçün;

 j) (çıxarılıb) [55]

 z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi kimi iştirak etmək üçün;

 idman və mədəni-kütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı digər işlərdə iştirak etmək üçün.

 138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir.

 Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir.

 139. Məhkəmə və barəsində istintaq işi olanlar ezamiyyətə yalnız müvafiq məhkəmə və istintaq orqanlarının razılığı ilə göndərilirlər.

 140. ezamiyyətə göndərilənlərə müəyyən formada ezamiyyət vəsiqəsi verilir.

 ezamiyyət məntəqəsinə çatan kimi hərbi qulluqçular sərəncamına ezam olunduqları vəzifəli şəxsin yanına gəlir və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizon və qarovul xidmətləri Nizamnaməsində müəyyən edilmiş qaydada uçota dururlar.

 141. ezamiyyətə göndərilərkən və qayıdarkən ezamiyyət vəsiqəsində göstərilmiş marşrutdan kənara çıxmağa və aralıq məntəqələrdə özbaşına dayanmağa icazə verilmir.

 ezamiyyətə gedən şəxsdən asılı olmayan səbəblərə görə yolda gecikmələr baş verərsə, onda ezam olunan dəmiryolu və ya su nəqliyyatı ilə hərəkət edərsə, ən yaxında yerləşən dəmir (su) yolu sahəsi (stansiyası, limanı, portu) komendantından, dəniz limanı idarəsindən, bunlar olmazsa, dəmiryolu stansiyası (liman) rəhbərliyindən, avtomobil nəqliyyatı ilə gedəndə isə qarnizon komendantından, hərbi komissarlıqdan, yerli bələdiyyə orqanından gecikmənin səbəbləri barədə ayrıca arayış alır və ya ezamiyyət vəsiqəsində xüsusi qeyd edilir. [56]

 142. ezam olunan yolda gedərkən sənədləri itirərsə, bu barədə ən yaxın dəmir (su) yolu sahəsi (stansiyası, limanı, portu) hərbi komendantına, dəniz limanı idarəsinə avtomobil nəqliyyatı ilə getdikdə qarnizon komendantına, hərbi komissarlığa, yerli bələdiyyə orqanına xəbər verməlidir. [57]

 143. Daimi xidmət yerinə qayıtmağa mane olan üzürlü səbəblər varsa, ezam olunan bu barədə onu ezamiyyətə göndərən rəisə məlumat verir və uçota durduğu orqanı xəbərdar edir.

 ezamiyyətdə göstərilən müddətdən artıq yubanmağa üzürlü səbəb yalnız fövqəladə hadisələr (hərəkətə mane ola biləcək xəstəlik, təbii fəlakət və b.) ola bilər. Gecikmənin səbəbləri müvafiq sənədlərlə təsdiq edilməlidir.

 ezamiyyət vəsiqəsində göstərilən müddətdən artıq yubanmanın səbəbləri barədə sərəncamına ezam olunan vəzifəli şəxs və ya qarnizon komendantı (hərbi komissarlıq) ezamiyyətə göndərən rəisə gecikmənin səbəblərini göstərməklə məlumat verir.

 144. Müəyyən olunmuş vaxtda ezamiyyətdən qayıtmayan və ya gecikmələrinin səbəbləri barədə məlumat daxil olmayan hərbi qulluqçular haqqında hərbi hissə komandiri dərhal hərbi qulluqçuların sərəncamına göndərildiyi vəzifəli şəxsə və ya qarnizon komendantına (hərbi komissarlığa) sorğu göndərir. ezam olunanların lazımi məntəqəyə gəlib çıxmadıqları və ya vaxtında öz hərbi hissəsinə yola düşdükləri barədə cavab alınarsa, hərbi hissə komandiri müəyyən olunmuş qaydada axtarış təşkil edir.

 145. Hərbi vəziyyət və səfərbərlik elan olunduqda ezamiyyətdə olan hərbi qulluqçu yollandığı hərbi hissənin rəisinin icazəsilə dərhal öz hərbi hissəsinə qayıtmalıdır.

 Əgər hərbi hissə əvvəlki yerindən çıxıb getmiş olsa, onda hərbi qulluqçu ən yaxın hərbi komendaturaya və ya hərbi komissarlığa gəlməlidir.

X fəsil

Hərbİ qulluqçuların və hərbİ vəzİfəlİlərİn hüquqları, vəzİfələrİ və məsulİyyətİ

 146. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar.

 Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir.

 Hərbi qulluqçunun vəzifəsidir:

 vətəni — Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək. Vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək: hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, Nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək;

 həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq; [58]

 vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq.

 Hərbi qulluqçular tərəfindən öz vəzifələrinin vicdanla yerinə yetirilməsi və tapşırılan sahədə müvəffəqiyyətlər əldə edilməsi komandanlıq tərəfindən mənəvi və maddi həvəsləndirmələr ilə qeyd edilə bilər.

 Əsgəri borcunu yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə döyüş və ictimai-siyasi hazırlıqda əla göstəricilərə, yeni və mürəkkəb hərbi texnikanı əla mənimsədiyinə, qoşunlara nümunəvi rəhbərlik etdiyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısındakı digər görkəmli xidmətlərinə görə hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edilə bilərlər.

 147. Təlim və yoxlama toplanışlarına çağırılmış hərbi qulluqçular və hərbi vəzifəlilər dövlət hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun olaraq pul və natural təminat (və ya pul kompensasiyası) alırlar.

 Hərbi xidmətin istənilən növünə çağırılmış və ya qəbul edilmiş işçilər, həmçinin təqaüd alan ali təhsil müəssisələrinin tələbələrinə, orta ixtisas təhsili müəssisələri və məktəblərinin şagirdlərinə müəyyən olunmuş qaydada işdənçıxarma müavinəti ödənilir.

 Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və onların ailələri xidmət yerinə gəlməsindən 3 aydan gec olmayaraq xidməti mənzil ilə təmin edilirlər və ondan istifadə haqqını qüvvədə olan qanunvericiliyə uyğun olaraq güzəştlə ödəyirlər.

 Hərbi xidmətdə olan, ehtiyata, yaxud istefaya buraxılmış «Polkovnik», ona bərabər və ondan yuxarı rütbəli zabitlərə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əlavə yaşayış sahəsi verilir. [59]

 Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. [60]

 Ali hərbi təhsil müəssisələrinin ailəli kursantları ailəvi yataqxanalarda yerləşdirilirlər. Belə yataqxanalar olmadıqda, onlara müvəqqəti yaşayış sahəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda pul kompensasiyası ödənilir.

 Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. [61]

 Hərbi xidməti qüsursuz keçmiş və Silahlı Qüvvələrin veteranı vəsiqəsini almış, habelə həqiqi hərbi xidmətdən yaşına, xəstəliyinə görə buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılmış zabitlərdən başqa) üçün yaşayış sahəsinə görə güzəştli ödənc hüququ saxlanılır. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və zabitləri və onların ailə üzvlərinin xidmətə qədər tutduqları yaşayış sahələri həqiqi hərbi xidmət keçdikləri müddətdə onlar üçün saxlanılır. Onlar yaşayış sahəsi almaq üçün növbə siyahısından çıxarıla bilməz.

 Toplanışa çağırılmış və ya komandir məşğələlərinə cəlb edilmiş işçilər toplanış (komandir məşğələləri) ərzində, hərbi hissəyə gəlib çatması və geri qayıtması vaxtı da nəzərə alınmaqla tutduğu vəzifəsi (işi) saxlanılır və onlara iş yerində orta əmək haqqı verilir.

 Göstərilən şəxslər çağırış vərəqəsi aldığı gündən toplanışdan (komandir məşğələlərindən) qayıdana kimi mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatın tam ləğv olunması istisna olunmaqla işdən çıxarıla bilməzlər.

 Hərbi vəzifəlilərin işlədiyi idarə, müəssisə, təşkilat ləğv olunduğu halda toplanış (komandir məşğələləri) müddəti ərzində onların alacağı əmək haqqı və ya digər maddi təminat ləğv olunan müəssisə, idarə, təşkilat və ya onların hüquqi varisi olan təşkilat, ya da ləğv olunana qədər tabe olduqları idarə tərəfindən ödənilir.

 Əgər hərbi qulluqçu toplanış (komandir məşğələləri) ərzində xəstələnsə və onların müddəti qurtardıqdan sonra da xəstəliyi davam etsə, müəyyən olunmuş qaydada onların iş yeri, vəzifəsi saxlanılır, toplanışın (komandir məşğələlərinin) müddətinin qurtarmasından sonrakı vaxt üçün isə ona mövcud qanunvericiliyə uyğun müvəqqəti əmək qabiliyyətini itirməsinə görə müavinət ödənilir.

 Təhsil müəssisələrində oxuyarkən həqiqi hərbi xidmətə çağırılmış şəxslərin ehtiyata buraxılanda həqiqi hərbi xidmətə çağırılanadək oxuduqları həmin təhsil müəssisəsinə və həmin kursa bərpa olunmaq hüququ saxlanılır.

 148. Hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. [62]

 Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılır. [63]

 Bu maddədə göstərilən və mülki idarə, müəssisə və təşkilatlara ezam olunmuş (orada işləmiş) və ehtiyata və ya istefaya buraxılmış baş və ali zabit heyətindən olan şəxslər və onların ailə üzvləri də bilavasitə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən buraxılmış şəxslərlə bərabər hüquq, güzəşt və üstünlüklərə malikdirlər. Əgər göstərilən şəxslər üçün müəyyən olunmuş qaydada ehtiyata və ya istefaya buraxılana qədər qeydiyyatında olduqları poliklinikalardan istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ saxlanılarsa onda, poliklinikalar tərəfindən onlara və onların ailə üzvlərinə sanatoriya və istirahət evlərinə verilən putyovkaların haqqının ödənilməsindəki güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 149. Hərbi qulluqçular və onların ailə üzvləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq güzəştlərdən istifadə edirlər.

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi hissələrdən yola salınan məktubları pulsuz göndərilir. Eyni zamanda hərbi qulluqçuların xidmət yerinə göndərilən məktublar da pulsuz göndərilir.

 150. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və kursantlardan başqa) korpus (diviziya) və ona bərabər olan birbaşa rəislərin icazəsi ilə ali mülki və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki ali təhsil müəssisələrinin, nazirlik və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə) oxuya bilərlər. [64]

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının bu Əsasnamənin 37-ci maddəsinin tələblərinə uyğun olaraq, hərbi təhsil müəssisələrinə daxil olmaq, hərbi xidməti keçdiyi yerdə axşam ümumtəhsil məktəblərində oxumaq hüququ vardır.

 Ali hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular müvafiq ali mülki və ya orta ixtisas təhsil müəssisələrini bitirmişlərə bərabər tutulurlar.

 Ali hərbi təhsil müəssisələrini bitirən və həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra mülki təhsil müəssisələrinə müəllim və ştata uyğun hərbi rəhbər götürülmüş hərbi qulluqçular ixtisasına görə pedaqoji institutları bitirmiş şəxslərə bərabər tutulurlar. Orta hərbi ixtisas məktəblərini bitirən və həqiqi hərbi xidmətdən buraxılandan sonra mülki təhsil müəssisələrinə hərbi fənlər üzrə müəllim və ştata uyğun hərbi rəhbər götürülmüş hərbi qulluqçular təhsilinə görə pedaqoji texnikum bitirmiş şəxslərə bərabər tutulurlar.

 151. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. [65]

 Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.

 152. Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin digər vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçular əlilliyə görə əmək pensiyası hüququna malikdirlər. Bu maddədə göstərilən şəxslərin öldüyü və həlak olduğu hallarda onların ailələri ailə başçısının itirilməsinə görə əmək pensiyası almaq hüququna malikdirlər. [66]

 Hərbi qulluqçulara və onların ailələrinə pensiya təminatı qüvvədə olan qanunvericiliyin müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.

 Yaşına, səhhətinə və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılan və pensiya hüququ olmayan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılan zabitlərdən başqa) bir il müddətində rütbələrinə görə maaş almaq hüququna malikdirlər.

 Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.

 Hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qoşunlarında və orqanlarında həqiqi hərbi xidmətdə olduğu müddət qüvvədə olan qanunvericiliyə uyğun olaraq onların ümumi və fasiləsiz iş stajına və ixtisas üzrə iş stajına daxil edilir.

 153. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi rütbəsindən, tutduğu vəzifədən və əvvəlki xidmətlərindən asılı olmayaraq hərbi intizamı və ictimai asayişi pozduqlarına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun törətdikləri cinayətə görə — cinayət məsuliyyəti, vurduqları maddi zərərə görə — dövlətə vurulmuş zərərə görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. [67]

İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz. [68]

154. Hərbi xidmətlə bağlı olaraq hərbi qulluqçuların bəzi hüquq və azadlıqları məhdudlaşdırılır. Onlara siyasi partiya və təşkilatlarda olmaq, onların seçkili orqan və vəzifələrə müstəqil namizədlərin xeyrinə bu və ya digər formada təbliğat aparmaq, seçkilərdə səsə qoyulmaq, tətil elan etmək və onda iştirak etmək qadağan olunur.

 Hərbi qulluqçular vicdan azadlığına malikdirlər. Hərbi qulluqçular qanuna görə ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan dini ayinlərdən başqa digər dini ayinləri icra edə bilərlər.

 Hərbi xidmətdə olan şəxslərin peşə, elmi-texniki, mədəni və idman cəmiyyətlərində birləşmək hüququ vardır. Təkbaşçılıq prinsipinə, ordu qaydalarına və intizama zidd olan həmkarlar və digər təşkilatlar istisna edilir.

 Hərbi qulluqçulara xarici vətəndaşlarla nikah bağlamaq, mitinq, iclas və həmkarlar xətti ilə keçirilən mərasim və nümayişlərdə iştirak etmək (xidməti tapşırıqlardan başqa), həmçinin xarici ölkələrə getmək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir. [69]

 Hərbi qulluqçuların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məxsus olan və ya onlarla bağlı olan kommersiya təşkilatlarından başqa digər kommersiya təşkilatlarına rəhbərlik etmək və ya onlarda bilavasitə iştirak etmək ixtiyarı yoxdur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. [70]

XI fəsil

Həqİqİ hərbİ xİdmətdən buraxılma

 155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır:

 a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar;

 b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.

 Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər.

 Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.

 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:

 a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa);

 b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar;

 v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar;

 q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

 d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları).

 Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar:

 uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə;

 hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə;

 mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə;

 qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda);

 həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda;

 e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

 ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

 j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.

 157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar:

 a) yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda;

b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda. [71]

 158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar:

 a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar; [72]

 b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər.

 Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar — məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar. [73]

 Bu maddənin «b» bəndində göstərilən şəxslər (azadlıqdan məhrum edilmək cəzası çəkməkdən amnistiya ilə azad olunanlardan başqa) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə, bir qayda olaraq, ştatla tabeliyində hərbi qulluqçular olmayan vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər.

 Şərti məhkum edilmiş, yaxud cəzasının icrası təxirə salınmaqla məhkum edilmiş və müvafiq birbaşa rəislər tərəfindən həqiqi hərbi xidmətdə saxlanılan hərbi qulluqçuların davranışlarına nəzarət müəyyən edilmiş qayda ilə hərbi hissə komandirləri tərəfindən həyata keçirilir.

 Göstərilən həqiqi hərbi xidmətdə saxlanılan şəxslərin barəsində sonradan buraxılma üçün qərar verildiyi hallarda buraxılma belə icra olunur:

 sınaq müddəti, yaxud hökmün icrası başa çatanadək (hökmün çıxarıldığı gündən iki ildən çox keçməmək şərti ilə) — bu maddənin «b» bəndi ilə şərti məhkum olunması, yaxud hökmün icrasının təxirə salınması və müttəhimin cəzasını azadlıqdan məhrum olunma kimi çəkmək üçün göndərilməsi barədə məhkəmə qərardad çıxardıqda, bu maddənin «a» bəndi ilə;

 sınaq müddəti, yaxud hökmün icrasının təxirə salınması qurtardıqdan sonra və bundan asılı olmadan şərti olaraq, hökmün çıxarılmasından iki il ötdükdən sonra bu Əsasnamənin 156 və 157-ci maddələrində nəzərdə tutulmuş tələblər əsasında.

 Xidməti vəzifəsini yerinə yetirərkən xəstələnmiş, yaxud xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular həmçinin sınaq, yaxud hökmün icrasının təxirə salınma müddətləri başa çatmadan bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslara görə ehtiyata, yaxud istefaya buraxıla bilərlər. [74]

 Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər.

 Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar.

 Törətdikləri cinayətə görə hərbi rütbələrindən məhrum olunmadan azadlıqdan məhrum edilmiş hərbi qulluqçular cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra əgər onlar bu Əsasnamənin 155-ci maddəsinin «a» bəndinin tələblərinə uyğun gəlsələr, ehtiyatda olan hərbi qulluqçuların müvafiq heyətinin hərbi uçotuna alınırlar. [75]

 159. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, idarələrə və onlara tabe olan idarələrə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçular bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslarla, həmin orqanların, idarə və təşkilatların təqdimatı ilə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar.

 160. Dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir:

 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, ali zabit heyəti — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları vaxtından əvvəl (bu Əsasnamənin 15-ci maddəsi) səhhətlərinə görə — hərbi hissə komandiri, ona bərabər və ondan yuxarı olanlar tərəfindən, ailə vəziyyətlərinə görə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən;

 gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən;

 zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar.

 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. [76]

 Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

 162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır.

 Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.

 Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. [77]

 Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır:

 polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən;

 korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya onun müavini tərəfindən;

 Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün rəisi tərəfindən;

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən;

 polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

 general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.

 Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər.

 Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir.

 İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir.

 Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.

 Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər:

 həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər.

 Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər.

 Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir.

 164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir.

 Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir.

 Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir.

 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.

 Müsbət attestasiya olunub ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular üçün işlərini və vəzifəsini təhvil verdikdən sonra aşağıdakı şəkildə təntənəli yola salma mərasimi keçirilir:

 həqiqi hərbi xidmətdən buraxılan bölmə, hərbi hissə və birləşmə komandirlərini, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını — hərbi bölmə komandirlərinin təntənəli yola salınması qaydası barədə göstərişə uyğun olaraq şəxsi heyətin düzülməsi ilə (16 saylı əlavə);

 həqiqi hərbi xidmətdən buraxılan digər hərbi qulluqçulara — hərbi hissənin şəxsi heyətinin iclasında.

 Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir.

 Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir.

 Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir.

 Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.

 Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir.

 166. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz.

167. Ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular «Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimat»la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. Dinc dövrdə xəbərsiz itkin düşmüş və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılması korpus (diviziya) komandirinin, Silahlı Qüvvələr növlərinin komandanlarının, mərkəzi tabelikdə olan bölmələrin və hərbi hissələrin komandirlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, idarə, müstəqil şöbə (xidmət) rəislərinin vəsatəti əsasında hərbi qulluqçunun yoxa çıxması haqqında məlumatın alınmasından 3 ay gec olmayaraq onun xəbərsiz yoxa çıxmasının səbəblərinin və şəraitin təhqiqatının nəticələrinə görə müvafiq icra hakimiyyəti orqanının əmri ilə həyata keçirilir.

Əgər hərbi qulluqçu:

a) Azərbaycan Respublikasının müdafiəsi zamanı və ya başqa hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində; [78]

b) hərbi əməliyyatlarda iştirak edən birləşmələrin və birliklərin tərkibinə daxil olan hərbi hissələrdə, qərargahlarda və ya idarələrdə hərbi xidmətkeçmə zamanı xəstələnmə nəticəsində;

v) «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən hallarda hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində həlak olmuşsa (ölmüşsə), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılma barədə əmrdə, hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrası ilə bağlı ölümünün səbəbləri göstərilir. [79]

 Əmlak və ya digər mülki hüquq məsələlərinin həllinə ehtiyac olduqda, hərbi qulluqçunun məhkəmə qaydasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunması Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

Törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti icra olunması üçün hərbi hissəyə daxil olduğu vaxtdan, ali hərbi rütbədən məhrum etmə hallarında isə bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılırlar. [80]

168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

XII fəsil

Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİndə ehtİyatda olanların xİdmət keçməsİ

 169. Hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş hərbi qulluqçular (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılanlardan başqa) ehtiyata keçirilirlər. [81]

 170. Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından buraxılan hərbi qulluqçular, habelə hərbi xidmətdən azad edilən və ehtiyata keçirilən şəxslər yaşayış yerlərinə çatandan sonra üç gün müddətində hərbi uçota durmaq üçün hərbi komissarlıqlara gəlməyə borcludurlar. [82]

 Yaşayış yerlərini 3 aydan artıq müddətə dəyişən hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerləri üzrə hərbi uçotdan çıxmalı, yeni, yaxud müvəqqəti yaşayış yerində hərbi uçotda durmalıdırlar.

 Ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında belə məqsədlər üçün yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu komissiyaların tərkibində iştirak etmək üçün həkimlər və başqa lazımi tibbi heyət müalicə müəssisələrindən müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılırlar. [83]

 Göstərilən komissiyaların işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əmək haqları saxlanılır.

 171. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyəti aşağıdakılardan yaradılır:

 a) əsgərlərdən, matroslardan və çavuşlardan:

 Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq həqiqi hərbi xidməti qurtardıqdan sonra, habelə xəstəliklərə, yaxud ailə vəziyyətinə görə ehtiyata buraxılmış əsgərlərdən, matroslardan, çavuşlardan və hərbi inşaatçılardan;

 rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız sayılmış kişi cinsindən olan çağırış yaşlı (18—35 yaşlı) vətəndaşlardan; [84]

 Azərbaycan Respublikasının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında» Qanununun tələblərinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fərmanlarına uyğun olaraq həqiqi hərbi xidmətdən möhlət almış və son çağırış yaşına (35 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlardan; [85]

 bu maddədə göstərilən cəzaçəkmə müəssisələrindən azad edilmiş və məhkəmənin hökmü ilə müəyyən edilmiş cəza növlərini çəkib qayıtmış vətəndaşlardan; [86]

 b) müddətdən artıq həqiqi hərbi xidmət əsgərlərindən, matroslarından və çavuşlarından;

 Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış hərbi qulluqçulardan;

 Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər, matros və çavuş vəzifələrində könüllü surətdə həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış qadın hərbi qulluqçulardan;

 Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərində, Azərbaycan Respublikasının KHVİTC-nin təhsil təşkilatlarında, kurslarda, yaxud əməli işdə tibbi və başqa ixtisaslara yiyələnmiş, yaxud «Ehtiyatda olan gizir, miçman, əsgər və çavuşların uçotu haqqında Təlimatda göstərilən ixtisaslar almış, Azərbaycan Respublikası Silahlı Qüvvələri ehtiyatında olan 19 yaşından 45 yaşına qədər hərbi xidmətə yararlı olan qadınlardan;

 v) gizirlərdən və miçmanlardan:

 Azərbaycan Respublikası Silahlı Qüvvələrində könüllü həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış gizir və miçmanlardan;

 q) zabitlərdən:

 həqiqi hərbi xidmətdən buraxılıb ehtiyata keçirilmiş zabitlərdən;

 həqiqi hərbi xidmət keçmiş və ehtiyata buraxılarkən müəyyən olunmuş imtahanları verdikdən sonra zabit rütbəsi almış ali təhsilli çavuşlardan, əsgərlərdən və matroslardan;

 mülki ali və orta ixtisas məktəblərində hərbi hazırlıq keçmiş müəyyən olunmuş imtahanları verdikdən sonra zabit rütbəsi almış şəxslərdən;

 hazırlıq profilinə görə müvafiq hərbi ixtisasa yaxın olan mülki ali, yaxud orta ixtisas təhsili almış gizirlərdən, miçmanlardan, çavuşlardan, əsgərlərdən və matroslardan onlara zabit rütbəsi verildikdən sonra;

 həqiqi hərbi xidmətdə olmuş ali və orta təhsillə təlim toplanışlarından sonra ehtiyat zabitləri hazırlanması üçün müəyyən olunmuş imtahanları vermiş ehtiyatda olan gizirlərdən, miçmanlardan, çavuşlardan, əsgərlərdən və matroslardan.

 172. Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq, ehtiyatda olan hərbi vəzifəlilər yaş dərəcələrinə bölünür və aşağıdakı yaş hədlərinə qədər ehtiyatda qalırlar:

 

Hərbi vəzifəli qadınlar yaşlarından və hərbi rütbələrindən asılı olmayaraq üçüncü dərəcəli ehtiyata keçirilirlər.

 Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50 yaşdır.

 Hərbi həkim komissiyası tərəfindən xəstəliyə görə dinc dövrdə 6, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə, müharibə dövründə hərbi xidmətə yararsız sayılan hərbi vəzifəlilər üçüncü dərəcəli ehtiyata keçirilirlər.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan gizirləri, miçmanları, çavuşları, əsgərləri və matroslarının uçotu qaydası «Ehtiyatda olan gizir, miçman, əsgər və çavuşların uçotu» haqqında Təlimata» uyğun tərzdə təşkil olunur, hərbi vəzifəlilərin və ehtiyatda olan zabit heyətinin attestasiyası, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi qulluqçuların ilk ehtiyat zabiti rütbəsinə təqdim olunmaları, ehtiyat zabitlərinin növbəti hərbi rütbələrə təqdim edilmələri, habelə ehtiyat zabitlərinin uçotunun təşkili qaydaları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat zabitlərinin uçotu və attestasiyasına dair Təlimatın tələbləri əsasında təşkil edilir.

173. Ehtiyatda olmağın yaş həddini keçmiş, yaxud hərbi-həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular hərbi qeydiyyatdan və hərbi uçotdan çıxarılır və istefaya keçirilirlər. [87]

 174. Hərbi vəzifəlilər hər an Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında durmaq üçün daim hazır olmağa, özlərinin hərbi hazırlıqlarını inadla artırmağa borcludurlar.

 175. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi (təlim və yoxlama) və xüsusi toplanışlara çağırılırlar.

 Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar:

 birinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

 ikinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

 üçüncü dərəcəli ehtiyatda olanlar — bir ay müddətinə bir dəfə. Ehtiyatda olan birinci dərəcəli uçuş heyəti bu maddədə göstərilən təlim toplanışlarında iştirakdan başqa, birinci dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər biri 40 gün müddətinə olmaqla beş dəfə toplanışa çağırılırlar.

 Toplanışlar arasında ehtiyatda olan zabitlərlə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və hərbi komissarlıqlar tərəfindən təşkil edilən 30-60 tədris saatı həcmində komandir məşğələləri keçirilir. Ehtiyatda olan zabitlər komandir məşğələlərinə üç ildə bir dəfə cəlb olunurlar. Məşğələlər yaşayış yerləri üzrə keçirilir: şəhərdə yaşayanlarla — istehsalatdan ayrılmadan, yaxud cüzi ayrılmaqla (bütün təlim müddətində iki sutkayadək): kənd yerlərində yaşayanlarla — istehsalatdan ayrılmaqla.

 Zabit vəzifəsi tutmaq üçün hazırlanan birinci dərəcəli hərbi vəzifəlilər üç aylıq təlim toplanışına çağırılırlar.

 Hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.

 Hərbi toplanışların vaxtı və müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 Hərbi toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı hər il Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

 Ehtiyatda olma dövründə hərbi toplanışların ümumi müddəti 18 aydan çox olmamalıdır.

 Hərbi vəzifəlilər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə fövqəladə vəziyyət şəraitində, fövqəladə vəziyyətlərin nəticələrini aradan qaldırmaq, yaxud qarşısını almaq üçün (böyük qəzalar, təbii fəlakət, güclü epidemiya və başqa hallarda respublika əhalisinin hamısının, yaxud bir qisminin həyatını, yaxud normal həyat şəraitini təhlükəyə uğradan, yaxud uğrada bilən vəziyyətlərdə) üç ay müddətinə xüsusi toplanışlara çağırıla bilərlər.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə lazım gəldikdə hərbi vəzifəlilər qüvvədə olan qanunlara əsasən müəyyən edilmiş hərbi və xüsusi toplanışlarda vaxtından artıq üç ay müddətinə saxlanıla bilərlər.

 176. Hərbi vəzifəlilərə ilk zabit rütbəsi bu Əsasnamənin 57 və 58-ci maddələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

 177. Ehtiyatda olan zabitlərin hərbi rütbələrdə olma müddəti belə müəyyən edilir:

 kiçik leytenant rütbəsində — 3 il;

 leytenant rütbəsində — 3 il;

 baş leytenant rütbəsində — 4 il;

 kapitan rütbəsində — 4 il;

 mayor rütbəsində — 5 il;

 polkovnik-leytenant rütbəsində — 6 il.

 178. Ehtiyatda olan zabitlərə baş leytenant hərbi rütbəsi də daxil olmaqla baş leytenantadək növbəti hərbi rütbələr bu Əsasnamənin 177-ci maddəsinə əsasən əvvəlki rütbədə olma müddəti bitdikdən sonra və müsbət attestasiya olunduqda verilir.

 Ehtiyatda olan zabitlərə kapitandan polkovnikədək (polkovnik hərbi rütbəsi də daxil olmaqla) növbəti hərbi rütbələr bu Əsasnamənin 177-ci maddəsinə əsasən əvvəlki rütbədə olma müddəti bitdikdən sonra, müsbət attestasiya olunduqda və vəzifəsi üzrə tədris toplanışlarını müvəffəqiyyətlə keçdikdə verilir.

 Verilmiş hərbi rütbədə olma müddətində toplanışlardan keçməmiş ehtiyat zabitlərinə kapitandan başlayaraq yuxarı növbəti hərbi rütbələr xalq təsərrüfatında hərbi uçot ixtisaslara yaxın lazımi iş təcrübəsi, yaxud onların həqiqi hərbi xidmətə çağırılacaqları halda təyin ediləcəkləri vəzifələr nəzərə alınmaqla zabit heyəti vəzifələrində xidmət təcrübəsi olduqda verilir.

 179. Dinc dövrdə ehtiyatda olan zabitlərə hərbi rütbələr aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən verilir:

 kiçik zabitlərə — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

 baş zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

 ali zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.

 180. Ehtiyatda olan zabitlərə növbəti hərbi rütbələr ardıcıllıqla verilir.

 Yüksək hazırlıqlı və hərbi xidmətdə tətbiq edilən ixtisaslar üzrə böyük təcrübəsi olan ayrı-ayrı ehtiyatda olan zabitlərə, onlar həqiqi hərbi xidmətə təyin edildikdə (çağırıldıqda), yaxud müharibə dövründə qabaqcadan vəzifəyə təyin edildikdə, istisna qaydasında, xidməti illərindən asılı olmayaraq, bu Əsasnamənin 177-ci maddəsində nəzərdə tutulduğu qaydada, lakin onun təyin edildiyi vəzifədə nəzərdə tutulan hərbi rütbədən yuxarı olmayaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi rütbəsindən bir — üç pillə yuxarı hərbi rütbə verilə bilər.

 181. Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər:

 gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.

 Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər.

 Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər.

 Ehtiyatda, yaxud istefada olan ali zabitlər heyətindən olan şəxslərin hərbi rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağı salına, sonra müvafiq halda müsbət xasiyyətnaməyə layiq görüldükdə bərpa oluna bilər. Ehtiyatda, yaxud istefada olan həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınmış ali zabitlər heyətindən olan şəxslərə əvvəlki rütbələri yenidən verilə bilər.

 Əvvəlki hərbi rütbələrində bərpa edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların hərbi rütbələri aşağı salınana qədər istifadə etdikləri hüquq və güzəştlər verilir.

 Həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınan şəxslərə hərbi rütbələri ehtiyatda, yaxud istefada olarkən əvvəlki hərbi rütbələri verilibsə, onda onlar həqiqi hərbi xidmətdən buraxıldıqları vaxt müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər.

182. Ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq hərbi rütbələrindən məhrum edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan gizirlər, miçmanlar və zabitlər müvafiq icra hakimiyyəti orqanı, ali zabitlər isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi rütbədən məhrum edilə bilərlər. [88]

Hərbi rütbələrindən məhrum edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların qüsursuz davranışlarından sonra bu Əsasnamənin 68-ci maddəsinə əsasən hərbi rütbələr verilə bilər.

183. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaqdan məhrum edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

184. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir.

XIII fəsil

Müharİbə dövründə hərbİ xİdmət keçmənİn xüsusİyyətlərİ

 185. Müharibə dövründə hərbi qulluqçular hərbi xidməti bu fəsillə və müharibə dövrü üçün qəbul edilmiş digər normativ hüquqi aktlarda nəzərdə tutulan xüsusiyyətlərin uçotu ilə keçirlər.

 Bu fəsildə və müharibə dövrü üçün qəbul edilmiş başqa normativ hüququ aktlarda müharibə dövründə hərbi qulluqçularla iş aparılması, onlara hərbi rütbələr verilməsi, attestasiyadan keçirilməsi, məzuniyyətlərin verilməsi və hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamı ilə tətbiq olunur.

 186. Səfərbərlik elan edildikdə:

 a) həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar (bu Əsasnamənin 21-ci maddəsi). Hərbi hissələrin heyətləri siyahısından çıxarılmamış hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları barədəki əmrlər, xəstəliklərinə görə istefaya buraxılanlardan başqa ləğv edilir. Bu hərbi qulluqçular əvvəlki vəzifələrini icra etməyə başlayırlar, bu vəzifələrin başqa hərbi qulluqçular tərəfindən tutulduğu təqdirdə — müvafiq birbaşa rəislərinin göstərişləri ilə istifadə olunurlar;

 b) bütün məzuniyyətlər, xəstəliyə, hamiləliyə və doğuşla əlaqədar məzuniyyətlərdən başqa (bu Əsasnamənin 119-cu maddəsi), habelə ezamiyyətlər (bu Əsasnamənin 145-ci maddəsi) dayandırılır və məzuniyyətdə olan hərbi qulluqçular dərhal öz xidmət yerlərinə qayıtmağa borcludurlar;

 v) müəyyən edilmiş müddətli xidmət yerlərində xidmət edən hərbi qulluqçuların dəyişdirilməsi dayandırılır;

 q) hərbi vəzifəlilər səfərbərlik əmrnamələrində, rayon (şəhər) hərbi komissarlarından aldıqları çağırış vərəqələrində, yaxud əmrlərində göstərilən müddət ərzində məntəqələrə gəlməlidirlər;

 d) həqiqi hərbi xidmətdə olan və müharibə dövrünün ştatına görə əvvəlcədən vəzifələrə təyin edilmiş hərbi qulluqçular, habelə hərbi hissələrə təhkim edilmiş hərbi vəzifəlilər səfərbərliyə görə əvvəlcədən təyin olunduqları öz vəzifələrinin icrasına başlayırlar.

 Səfərbərliklə əlaqədar göstərilmiş məntəqələrə vaxtında gəlməyən hərbi vəzifəlilər, vətəndaşların bu çağırış məntəqələrinə vaxtında gəlmələrinə mane olan idarə, müəssisə və təşkilatların, o cümlədən təhsil müəssisələrinin vəzifəli şəxsləri və başqa vəzifəli şəxslər, habelə üzürlü səbəblər olmadan məzuniyyətlərdən və ezamiyyətlərdən öz xidmət yerlərinə qayıtmayan hərbi qulluqçular müharibə dövrünün qanunları ilə məsuliyyət daşıyırlar.

 187. Müharibə dövründə hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə səfərbərliyə görə sonrakı çağırılmaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanının əmrlərinə müvafiq olaraq hərbi komissarlıqlar tərəfindən həyata keçirilir.

 188. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti müharibə dövründə bu Əsasnamənin 32, 33, 38, 40 («b» və «q» bəndlərindən başqa) və 171-ci maddələrinə uyğun hərbi qulluqçularla və hərbi vəzifəlilərlə komplektləşdirilir.

 189. Hərbi rütbələrin verilməsi (bu Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilmiş döyüş fəaliyyətində iştirak edən hərbi qulluqçuların hərbi rütbələrdə xidmət müddətləri nəzərə alınmaqla), hərbi rütbələrin aşağı salınması, vəzifələrə təyin edilmə, hərbi qulluqçuların müharibə dövründə xidmət yerinin dəyişdirilməsi dinc dövrdəki kimi yerinə yetirilir.

 190. Döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin hərbi qulluqçuları üçün hərbi rütbədə olması müddəti aşağıdakı kimi müəyyən edilir:

 

Korpus idarələri hərbi qulluqçuları üçün qoyulmuş xidmət müddətləri müharibə dövründə növbəti hərbi rütbə verilərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı idarələrinin, müstəqil şöbələrinin, Silahlı Qüvvələrin növləri xidmətlərinin hərbi qulluqçularına onların döyüş əməliyyatlarında yerinə yetirdikləri tapşırıqların xarakterindən və əhəmiyyətindən asılı olaraq tətbiq oluna bilər. Belə hallarda hərbi rütbədə olma illərinin ixtisarı məsələsini şəxsən göstərilən hərbi qulluqçulara şəxsən növbəti hərbi rütbə verən rəislər icra edir.

 191. Müharibə dövründə hərbi qulluqçuların hərbi rütbədən məhrum edilməsi, yaxud rütbədə bərpa olunması bu Əsasnamənin 5-ci fəslində müəyyən edilmiş qaydalar üzrə yerinə yetirilir.

 Müharibə dövründə hərbi rütbədən məhrum edilmiş şəxslərə sonradan özlərini əvvəlki, yaxud ona bərabər vəzifələri tutmağa layiq göstərsələr, onda onlara əvvəlki rütbələrinə bərabər, yaxud aşağı rütbələr verilə bilər. Belə hallarda rütbələrin verilməsi bu rütbəni verməyə hüququ olan vəzifəli şəxslər tərəfindən icra olunur.

 192. Müharibə dövründə hərbi qulluqçuları vəzifələrə təyin etmək hüququna malik olan komandirlər və rəislər boş qalan yerləri vaxtında komplektləşdirmək məqsədi ilə daim vəzifədə irəli çəkilmək üçün namizədlər ehtiyatına malik olmalıdır.

 Döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr, birləşmələr və idarəetmə orqanları hərbi qulluqçularla birinci növbədə daha tam komplektləşdirilməlidir.

 193. Müharibə dövründə gizirlərin, miçmanların və zabitlərin attestasiyadan keçirilməsi onların xidmət üzrə başqa hərbi hissələrə yerdəyişməsi zamanı, eləcə də yuxarı birbaşa rəislərin tələbləri ilə aparılır. Attestasiya, onu imzalayan şəxsin alay (briqada), əlahiddə tabor komandirləri və onlara bərabər komandirlərdən aşağı olmayan ən yaxın birbaşa rəisi tərəfindən, attestasiya komissiyasında baxılmadan təsdiq edilir.

 194. Müharibə dövründə hərbi qulluqçulara məzuniyyət yerlərinə gedib-qayıtma vaxtı sayılmadan 10 gün müddətində (bu Əsasnamənin 129-cu maddəsi) qısa müddətli məzuniyyətlər verilə bilər:

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin komandanlarına, qoşun növləri komandanlarına (rəislərinə), birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tabe olan idarələrin, müstəqil şöbələrin, xidmətlərin rəislərinə, korpus (diviziya), alay (briqada) komandirlərinə, həmçinin onların müavinlərinə — müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

 Silahlı Qüvvələrin və qoşun növlərinin əlahiddə bölmələri, hərbi hissələrin və birləşmələrin komandirlərinə və onların müavinlərinə qoşun növlərinin komandanları tərəfindən;

 Mərkəzə tabe olan əlahiddə bölmələrin hissələrinin komandirlərinə, habelə onların müavinlərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına qoşun növlərinin komandanları (rəisləri), idarə, müstəqil şöbələri rəisləri tərəfindən;

 Qalan hərbi qulluqçulara — hərbi hissə komandirləri və onlara bərabər və yuxarı birbaşa rəislər (onların bilavasitə rəislərinin razılığı ilə) tərəfindən.

 195. Müharibə dövründə hərbi qulluqçuların müalicəsi müalicə müəssisələrində başa çatdırılmalıdır. Hərbi həkim komissiyasının qərarı ilə müstəsna hallarda hərbi hissələrin komandirləri (bəzi hallarda isə hərbi hissənin siyahısından çıxarıldıqda hərbi müalicə müəssisəsinin rəisləri) tərəfindən xəstəliyə görə 30 gün müddətində məzuniyyət verilə bilər. Bu müddət qurtardıqdan sonra hərbi-həkim komissiyasının qərarı ilə xəstəliyə görə məzuniyyət yenə bu müddətə artırıla bilər, müvafiq tibbi göstəricilərə görə daha bir dəfə artırıla bilər. Ümumilikdə xəstəliyə görə məzuniyyət üç aydan çox olmamalıdır. Xəstəliyə görə məzuniyyət başa çatdıqdan sonra hərbi-həkim komissiyası hərbi qulluqçunun hərbi xidmətə yararlı olub-olmaması barədə qərar çıxarır.

 196. Həqiqi hərbi xidmətdə olan, hərbi-həkim komissiyası tərəfindən müharibə dövründə hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçular xəstəliyə görə istefaya buraxılırlar. Müharibə dövründə 6, yaxud 12 aydan sonra yenidən tibbi müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar isə ehtiyata buraxılırlar;

 onların buraxılma əmrlərində göstərilən müddət keçdikdən sonra yenidən tibbi müayinədən keçmələrinin zəruri olduğu göstərilir.

 Müharibə dövründə hərbi-həkim komissiyasının qərarına görə hərbi xidmətə yararsız, yaxud 6, ya da 12 aydan sonra yenidən tibbi müayinədən keçirilməklə müharibə dövründə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasını bu Əsasnamənin 160-cı maddəsində göstərilən, dinc dövrdə buraxılmanı həyata keçirən rəislər icra edirlər.

 197. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir.

 Səfərbərlikdən tərxisetmə üzrə hərbi xidmətdən buraxılan hərbi qulluqçular bir dəst geyim və ayaqqabı ilə təmin olunurlar. Belə hərbi qulluqçuların yaşayış yerlərinə aparılması və yolda qida ilə təmin edilməsi dövlət hesabına edilir.

 198. Müharibə dövründə hərbi qulluqçuların uçotunun xüsusiyyətləri «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin uçotuna dair Təlimat»la müəyyən edilir.


«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə
1 saylı əlavə

___________________________________________ Komandirinə (rəisinə)

«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq son yaş həddindən artıq 5 il müddətinə qədər həqiqi hərbi xidmətdə saxlanmaları məqsədəuyğun olan ______________________________________________________________ siyahısını təqdim edirəm.

(hərbi hissənin adı, hərbi qulluqçuların heyəti)

Sıra №-si

Hərbi rütbəsi, soyadı, adı, atasının adı və tutduğu vəzifə

Təvəllüdü, nə vaxt və hansı hərbi, yaxud mülki ixtisas məktəbini bitirmişdir

Hansı müddətə xidmətdə saxlanması təklif edilir

Xidmətdə saxlanmasının məqsədəuyğunluğunun əsaslandırılması

1

Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik Cəfərov İlqar Mahmud oğlu, Bakı Ali hərbi Birləşmiş, Komandanlıq məktəbinin taktika kafedrasının rəisi (ştat kateqoriyası polkovnik-leytenant)

28 yanvar 1946-cı il, Frunze adına Hərbi Akademiya, 1976-cı il, hərb elmləri namizədi

_____ ilə qədər

Yüksək ixtisaslı, döyüş təcrübəsinə malik mütəxəssisdir

________________________________

(hərbi hissənin adı)

komandiri (rəisi) _____________________________________

(hərbi rütbəsi, imzası, soyadı)

«_____»____________________ 19___ il

 


 

«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə
2 saylı əlavə

__________________________________ Komandirinə (rəisinə)

«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanmaları məqsədəuyğun olan ____________________ _______________________________________________________________________________________

(hərbi hissənin adı, hərbi qulluqçuların heyəti)

siyahısını təqdim edirəm.

Sıra №-si

Hərbi rütbəsi, soyadı, adı, atasının adı və tutduğu vəzifə

Təvəllüdü, nə vaxt və hansı hərbi, yaxud mülki ixtisas məktəbini bitirmişdir

Hansı müddətə xidmətdə saxlanması təklif edilir

Xidmətdə saxlanmasının məqsədəuyğunluğunun əsaslandırılması

1

2

3

4

5

1

Baş gizir Rzayev Samir İmran oğlu, radio stansiyasının rəisi

18 avqust 1950-ci il, Bakı Rabitə texnikumu Xidmət illəri: (təqvim üzrə) — 18 il 7 ay,

güzəştli ____ il

_____ ilə qədər

İş bacarandır.

Xidmət illəri 20 il olana qədər

________________________________

(hərbi hissənin adı)

komandiri (rəisi) _____________________________________

(hərbi rütbəsi, imzası, soyadı)

«_____»____________________ 19___ il

 

 


«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə

3 saylı əlavə

 

Hərbi qulluqçuların son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanması üçün siyahıların tərtib edilməsi

 

 Qaydaları

 

 Siyahılar hərbi qulluqçuların heyətləri üzrə ayrılıqda, zabit heyəti üçün isə, bundan əlavə kiçik zabitlər, baş zabitlər, generallar və admirallar üzrə, əlifba sırasına ciddi riayət etməklə 5 il müddətə qədər və ikinci 5 il müddətə qədər həqiqi hərbi xidmətdə saxlananlar üçün ayrı-ayrı tərtib edilir.

 Hərbi qulluqçuların 5 il müddətə qədər olan siyahısına o şəxslər daxil edilirlər ki, onlar həqiqi hərbi xidmətdə son yaş həddinə cari ildə çatıblar və 5 il müddətinə hərbi xidmətdə saxlanılmaları məqsədəuyğundur.

 Hərbi qulluqçuların ikinci 5 il müddətə qədər olan siyahısına yüksək ixtisaslı elə hərbi qulluqçular daxil edilir ki, onlar cari ildə həqiqi hərbi xidmətdə olmalarının son yaş həddindən 5 il artıq xidmət etmiş olacaqlar, lakin onların daha 5 il müddətə qədər həqiqi hərbi xidmətdə saxlanılmasına xüsusi ehtiyac var.

 Siyahının 2-ci qrafasında, həmçinin hərbi qulluqçuya verilmiş Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adları, onun hərbi rütbəsi olduğu vəzifənin ştatı ilə nəzərdə tutulan hərbi rütbədən yuxarı olduğu hallarda tutduğu vəzifənin ştat kateqoriyası da göstərilir. [89]

 3-cü qrafanı doldurarkən hərbi qulluqçuya verilmiş elmi dərəcə, elmi ad, fəxri ad, eləcə də onun hazırlığını və xidmətlərini xüsusilə qabarıq şəkildə səciyyələndirən digər məlumatlar (döyüş təcrübəsi, dövlət mükafatları və s.) göstərilir. Xidmət illəri yalnız o hərbi qulluqçular üçün göstərilir ki, növbəti il yanvarın 1-dək onların xidmət illəri 20 ildən az olsun. Xidmət illəri hərbi hissənin müvafiq qurumları tərəfindən, zəruri hallarda isə maliyyə orqanını da cəlb etməklə xidmət illəri hesablanma vərəqəsi tərtib edilmədən hesablanır. [90]

 Hərbi qulluqçunun saxlanıla biləcəyi 5 illik müddət, belə ixtisaslı hərbi qulluqçuya ehtiyac olub-olmamasının, onun səhhətinin vəziyyətinin, iş qabiliyyətinin, attestasiya nəticələrinin, eləcə də praktiki imkanlarının və tutduğu, yaxud digər vəzifədə istifadə olunmasının uçotu ilə müəyyən edilir.

 Siyahılara bütün instansiyalarda baxılması və onların şəxsi heyətin tərbiyəsi üzrə orqanların, qərargahların, qoşun növlərinin və xidmətlərin rəisləri ilə razılaşdırılması vəzifəyə təyin edilmə təqdimatlarına baxılması üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

 

 


 

 

 

 

«TƏSDİQ EDİRƏM»
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı

________________________________

«___» __________________ 19 _____ il

«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə
4 saylı əlavə

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
hərbi xidmətə qəbul haqqında
BAĞLAŞMA

«_____» ______________ 19 ______ il

Biz, aşağıda imza edənlər, bir tərəfdən ________________________________ komandiri (rəisi)

(hərbi hissənin adı)

_______________________________________________________________________________ şəxsində

(hərbi rütbəsi, soyadı, adı, atasının adı)

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, digər tərəfdən ______________ ________________________________________________________________________________________

(bağlaşma bağlayan şəxsin hərbi rütbəsi, soyadı, adı, atasının adı)

«Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun müvafiq Nizamnamə və Əsasnamələri rəhbər tutaraq aşağıdakı bağlaşmanı bağladıq.

Tərəflər öz üzrlərinə aşağıdakı öhdəlikləri götürürlər:

1. Mən, _________________________________________________________________________________

(bağlaşma bağlayan şəxsin hərbi rütbəsi, soyadı, adı, atasının adı)

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bağlaşma üzrə könüllü surətdə hərbi xidmətə daxil olarkən:

a) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində _____ il müddətində _________________ ______________________________________________________________ vəzifəsində xidmət etməyi;

(hərbi hissənin və vəzifənin adı)

b) bağlaşma üzrə hərbi xidmətdə olduğum müddətdə mənə həvalə edilmiş vəzifələri həmişə namus və vicdanla yerinə yetirməyi;

v) komandanlığın əmr, sərəncam və tələblərini yerinə yetirməyi;

q) Azərbaycan Respublikasının Konstitusiyasına, Nizamnamələrə, Təlimatlara və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrlərinə sözsüz tabe olmağı;

ğ) törətdiyim hüquqa zidd əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tam məsuliyyət daşımağı öhdəmə götürürəm.

2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:

a) ______________________________________________________________________________________

(bağlaşma bağlayan şəxsin hərbi rütbəsi, soyadı, adı, atasının adı)

və onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqi müdafiəni, sosial zəmanət və güzəştləri təmin etməyi;

b) hər ay ştat vəzifəsində nəzərdə tutulmuş _____________ manat hesabında pul təminatı ilə təmin etməyi;

v) hər il məzuniyyətin keçiriləcəyi yerə getmək və oradan geri qayıtmaq üçün yola sərf edilən vaxt nəzərə alınmadan _________ gün illik məzuniyyət verməyi;

q) bağlaşmanın müddəti başa çatdıqdan sonra bu bağlaşmanın 2-ci bəndinin «b» yarımbəndində nəzərdə tutulmuş _______________ manat məbləğində pul ödəməyi, onun və bütün ailə üzvlərinin (arvadı, uşaqları) Azərbaycan Respublikası daxilində yeni yaşayış yerinə getmələri üçün onları yol pulu və nəqliyyatla təmin etməyi, ev əşyalarını göndərmək üçün bir ədəd 5-tonluq dəmir yol konteynerinin daşınma xərcini ödəməyi öhdəsinə götürür.

Tərəflərdən biri öz vəzifələrini yerinə yetirmədiyi halda, Tərəflər öz üzərində bu bağlaşmanı ləğv etmək hüququnu saxlayırlar. Bağlaşmanın qüvvədə olma müddəti bağlaşma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi andan başlayır.

Bu bağlaşma hər biri eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilmişdir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında ______________________ ___________________________________________

(hərbi hissənin adı)

Bağlaşma bağlayan şəxs

___________________________________________

(hərbi rütbəsi)

Komandiri (rəisi) _________________________ ___________________________________________

(hərbi rütbəsi, imzası, soyadı)

___________________________________________

(imzası, soyadı)

Razılaşdırılmışdır:

 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxsi

___________________________________________

(hərbi rütbəsi, imzası, soyadı)

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxsi

___________________________________________

(hərbi rütbəsi, imzası, soyadı)

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxsi

___________________________________________

(hərbi rütbəsi, imzası, soyadı)

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxsi

___________________________________________

(hərbi rütbəsi, imzası, soyadı)

 


 

«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə
5 saylı əlavə

 

 

 

I. TƏQDİMAT

___________________________________________________________________________________

(hərbi rütbəsi, soyadı, adı, atasının adı,

___________________________________________________________________________________

vəzifəsi və nə vaxtdan, ştat kateqoriyası,

___________________________________________________________________________________

ştat nömrəsi)

___________________________________________________________________________________ ___________________________________________________________________________________ ___________________________________________________________________________________ ____________________________________________________________________ təqdim olunur.

Doğulduğu tarix ________________________ Doğulduğu yer _____________________________

Milliyyəti _____________________________

_______________________________________________________________ hərbi rütbə verilib.

(nə vaxt, hansı əmrlə)

________________________________________ Azərbaycan Respublikası

Silahlı Qüvvələrdə hərbi xidmətdədir.

Təhsili: ___________________________________________________________________________

a) mülki ___________________________________________________________________________

b) hərbi (hərbi ixtisas) ____________________________________________________________ ___________________________________________________________________________________

Döyüş əməliyyatlarında iştirakı, xəsarət (yaralanma, travma, kontuziya) alması barədə [91]

_____________________19___ ildə verilmiş sonuncu attestasiya üzrə çıxarılan nəticə:

___________________________________________________________________________________ ___________________________________________________________________________________

Şəxsi nömrəsi ______________________________ Kod _________________________________

 

II. TƏQDİMATIN ƏSASLANDIRILMASI

 

Komandir (rəis) ___________________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, imzası, soyadı)

«______» ________________________ 19 ______ il

M.Y.

 

III. BİLAVASİTƏ RƏİSLƏRİN RƏYİ

 

___________________________________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, imzası, soyadı)

«_____» __________________________ 19 _____ il

___________________________________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, imzası, soyadı)

«_____» __________________________ 19 _____ il

___________________________________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, imzası, soyadı)

«_____» __________________________ 19 _____ il

___________________________________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, imzası, soyadı)

«_____» __________________________ 19 _____ il

 

 

 

IV. ƏMR VERƏN MÜVAFİQ QURUM İNSTANSİYASININ RƏYİ

___________________________________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, imzası, soyadı)

«_____» __________________________ 19 _____ il

 

V. TƏQDİMAT ÜZRƏ QƏRAR

___________________________________________________________________________________ ___________________________________________________________________________________ ___________________________________________________________________________________ ___________________________________________________________________________________ ___________________________________________________________________________________

 

VI. SƏNƏDİN UÇOTU HAQQINDA QEYDLƏR

 

(İnstansiyalar üzrə kargüzarlıqda)

Əlavə: _____________________________________________________________________________ ___________________________________________________________________________________ ___________________________________________________________________________________ ___________________________________________________________________________________ ___________________________________________________________________________________

Çıxarış: № ______________ «______»____________________19______ ildə

 


 

«Hərbi xidmətkeçmə haqqında»

Əsasnaməyə

6 saylı əlavə

 

 

Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi

Qaydaları

 

 1. Təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir.

 2. Təqdimatda göstərilir:

 a) hərbi qulluqçunun olduğu və verilməyə təqdim edildiyi hərbi rütbələr haqqında — həmin hərbi rütbələrin adı tam (ixtisarsız) göstərilir. Hərbi qulluqçu bərabər hərbi rütbəyə yenidən attestasiya olunduqda, yaxud əvvəlki hərbi rütbəyə bərpaya təqdim edildikdə, bu barədə verilməsi lazım olan hərbi rütbədən sonra müvafiq olaraq göstərilir: «yenidən attestasiya qaydasında», yaxud «hərbi rütbəyə bərpa qaydasında». Hərbi qulluqçu hərbi rütbəsinin aşağı salınmasına təqdim edildikdə, hansı hərbi rütbəyə qədər aşağı salınması göstərilir, hərbi rütbədən məhrum etməyə təqdim edildikdə isə hansı rütbədən məhrumedilmə göstərilir;

 b) hərbi qulluqçunun tutduğu və təyin olunmağa təqdim edildiyi vəzifələr haqqında — həmin vəzifələrin ştata görə tam adı, müəyyən edilmiş hallarda isə ştatda göstərilən ixtisar adı. Başqa hərbi hissəyə (birləşməyə, birliyə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növünə) keçirildikdə, hara və hansı vəzifəyə keçirilməsi, yaxud hərbi qulluqçunun hansı vəzifələrdə istifadə oluna bilməsi göstərilir;

 v) milliyyəti, təhsili, döyüş əməliyyatlarında iştirakı, xəsarət (yaralanma, travma, kontuziya) almaları haqqında — xidməti vərəqənin müvafiq bölmələrində yazıldığı kimi; [92]

 q) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət haqqında — həqiqi hərbi xidmətin başlandığı ay və il. Hərbi xidmətdə fasilələr olubsa, onda xidmətə təyinedilmə və buraxılma ayı və ili göstərilməklə həqiqi hərbi xidmətin bütün mərhələləri ardıcıllıqla yazılır. Ehtiyatdan 1 il 6 aylığa çağırılmış, yaxud ehtiyatdan həqiqi hərbi xidmətə könüllü gəlmiş zabitlər üçün hərbi xidmətin başlanmasından bir ay və bir il sonra müvafiq olaraq «çağırışla 1 il 6 aylığa», «könüllü qaydada 3 illiyə» yazılır.

 3. «Təqdimatın əsaslandırılması» adlı II bölmədə göstərilir:

 a) növbəti hərbi rütbə verilməsinə təqdim edilərkən — hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin, peşə hazırlığının, vəzifə borclarını mənimsəmə dərəcəsinin, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsində şəxsən gördüyü işlər və əldə edilən nəticələrin, komandirlik etdiyi bölmədə (hərbi hissədə, birləşmədə) hərbi intizamın və qayda-qanunun möhkəmləndirilməsi, yaxud cavabdeh olduğu iş sahəsində vəziyyətin qısa xarakteristikası. Axırıncı attestasiyada qeyd olunan çatışmazlıqlar nə dərəcədə aradan qaldırılıb.

 Polkovnik, ona bərabər və daha yuxarı növbəti hərbi rütbə verilməsi, vaxtından əvvəl növbəti hərbi rütbə, yaxud tutduğu vəzifə üzrə ştatla nəzərdə tutulan hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilməsi, hərbi rütbənin aşağı salınması və əvvəlki hərbi rütbəyə bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi ilə əlaqədar təqdimatlarda bundan başqa əsas vəzifələrdə xidmət illəri də göstərilir.

 Vaxtından əvvəl hərbi rütbə, yaxud tutulan vəzifə üzrə ştatla nəzərdə tutulan hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilməsi ilə əlaqədar təqdimatlarda, həmçinin hərbi qulluqçunun hansı konkret xidmətlərinə, ya da işdə göstəricilərinə görə hərbi rütbəyə təqdim edilməsi, ona əvvəllər bu qaydada hərbi rütbənin və hansının verilib-verilməməsi göstərilir.

 Hərbi qulluqçu hərbi rütbədə aşağı salınmağa, yaxud hərbi rütbədən məhrum edilməyə təqdim olunduğu halda onun xidməti və şəxsi keyfiyyətlərinin xarakteristikası ilə birlikdə, onun məhz nəyə görə hərbi rütbədə aşağı salınmağa, yaxud hərbi rütbədən məhrum edilməyə təqdim olunması və ona əvvəllər hansı təsir tədbirlərinin görüldüyü göstərilir. Əgər hərbi qulluqçu hərbi rütbədə aşağı salınmağa, zabitlərin (gizirlərin, miçmanların) yoldaşlıq şərəf məhkəməsinin vəsatətilə təqdim edilirsə, təqdimata şərəf məhkəməsi qərarının surəti əlavə olunur:

 b) vəzifəyə təyin edilməyə təqdim olunarkən — təyinata hansı qaydada təqdim olunur: yuxarı vəzifəyə çəkilir, bərabər, yaxud aşağı pilləli vəzifəyə təyin edilir. Hərbi qulluqçu bütün xidmət dövrü ərzində necə attestasiya olunur (əgər qüsurları olubsa, onda onların daha səciyyəvi olanları göstərilir). Axırıncı attestasiyada əks olunmayan, lakin təyinat haqqında məsələnin həlli üçün vacib olan səciyyəvi məlumatlar. Hərbi qulluqçunun iş və mənəvi keyfiyyətlərinin, ictimai siyasi və peşə hazırlığının, hərbi qulluqçunun komandiri olduğu bölmədə (hərbi hissədə, birləşmədə) döyüş və səfərbərlik hazırlığının yüksəldilməsində, hərbi intizamın və qayda-qanunun möhkəmləndirilməsində, yaxud cavabdeh olduğu iş sahəsində vəziyyətə görə şəxsən gördüyü işlərin və əldə edilmiş nəticələrin xarakteristikası. Bu Əsasnamənin 78-ci və 81-ci maddələrinə müvafiq olaraq bərabər vəzifəyə, ya da aşağı vəzifəyə keçirməklə yerdəyişmənin əsas səbəbləri. Başqa hərbi hissəyə (birləşməyə, birliyə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növünə) keçirilmənin səbəbləri.

 Əgər hərbi qulluqçu köçürülməyə onun, yaxud ailə üzvlərinin səhhətinin vəziyyəti ilə təqdim edilirsə, hərbi-həkim komissiyasının rəyi. Xidmətdə yerdəyişmə, yaxud köçürülmə hallarında göstərilməsi zəruri olan digər məlumatlar (Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət illəri və pul təminatı haqqında, ali mülki məktəbin hərbi kafedrasına təyinat zamanı rektorla razılaşma haqqında və s.). Təqdim olunan hərbi qulluqçu ilə kim söhbət edib və onun təyinata (köçürülməyə) münasibəti;

 v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən:

 hərbi qulluqçunun buraxılmağa təqdim olunduğu bu Əsasnamənin maddəsi və bəndi hərbi geyim forması daşımaq hüququ haqqında təqdimatın başlanğıcında göstərilir;

 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət illəri haqqında — müəyyənləşdirilmiş qaydada tərtib edilib hazırlanmış hesablamaya müvafiq olaraq təqvim və güzəştli hesabla illərin, ayların, günlərin miqdarı, hesablamanın tərtibi tarixi;

 əmək stajı nəzərə alınmaqla pensiya hüququ olan hərbi qulluqçular barədə, həmçinin əmək stajı illərinin sayı da göstərilir. Hərbi qulluqçunun pensiya hüququ verən xidmət illəri olmadıqda, onda hərbi hissənin müvafiq qurumlarının hesabladığı xidmət illəri və onların hansı tarixə kimi hesablandığı göstərilir;

 hərbi xidmətə yararlılıq dərəcələri — nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə bunun səbəbi göstərilir;

 xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin edilməsi haqqında — hansı yaşayış məntəqəsində, o cümlədən müəyyənləşdirilmiş qaydada ayrılıb saxlanan kooperativ, yaxud şəxsi mənzili (otağı) var;

 nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti;

 hərbi uçota göndərilmə haqqında;

 rayon (şəhər), rayon bölgülü şəhər, Muxtar Respublika hərbi komissarlığının adı;

 həvəsləndirmə tədbirləri haqqında — hərbi geyim forması daşımaq hüququ haqqında vəsatət (bu Əsasnamənin 164-cü maddəsinin tələbləri nəzərə alınmaqla), təşəkkür elan edilməsi haqqında, buraxılarkən Təşəkkürnamə ilə təltif edilməsi, buraxıldıqda növbəti hərbi rütbə verilməsi haqqında.

 Bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «d», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi üzrə buraxılarkən əlavə olunan attestasiyada əks olunmayan məlumat və şəraiti xarakterizə edən xüsusi səbəb və əsaslar haqqında.

 4. «Birbaşa rəislərin rəyi» adlı III bölmədə ardıcıl olaraq komandirin (rəisin), komandanın rəyi köçürülür — təqdimatda razılıq göstərilir, yaxud təqdimatı imzalayan hərbi hissə komandirinə təqdimatın yubadılması haqqında qərarın səbəbləri bildirilir. Birbaşa rəis hərbi rütbəyə, yaxud vəzifədə aşağı salınma, hərbi rütbədən məhrum edilmə, buraxılma haqqında (zabitlərin, gizirlərin, miçmanların yoldaşlıq şərəf məhkəməsinin vəsatəti ilə) təqdimatla razılaşmadıqda hərbi qulluqçuya qarşı hansı digər intizam cəzası tədbirinin tətbiq edilməli olduğu göstərilir.

 Son qərar qəbul etmək hüququ verilmiş rəisin qəti qərar qəbul etməsi üçün komanda üzrə göndərilməli olan, zabitlərin (gizirlərin, miçmanların) yoldaşlıq şərəf məhkəməsinin vəsatəti ilə hərbi rütbənin, vəzifənin aşağı salınması və həqiqi hərbi xidmətdən buraxılması haqqında təqdimatlar istisna olmaqla, rədd edilmiş təqdimatların bundan sonra göndərilməsi dayandırılır.

 Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılmasına etiraz, yaxud onun yubadılması haqqında qərar, ona verilmiş hüquqlar çərçivəsində və buraxılma ilə bağlı olan məsələlərin müəyyən olunmuş qaydalara riayət edilməklə baxılması və həlli birbaşa rəis tərəfindən qəbul edilir. Hərbi qulluqçuların və müvafiq rəislərin hüquqları əks etdirilmiş belə qaydalar bu Əsasnamənin 14, 23, 158, 159, 160-cı maddələrində verilib.

 Hərbi hissənin daimi fəaliyyət göstərən attestasiya komissiyalarında müzakirədən keçirilmiş təqdimatlarda müvafiq komandirin (rəisin) rəyindən sonra «Attestasiya komissiyasında müzakirə olunub və bəyənilib, _______________ 200 _______ il tarixli ______ №-li protokol» qeydi edilir.

 5. Təqdimatları imzalayan, eləcə də onlar üzrə rəylər verən rəislər şəxsi heyətin tərbiyəsi orqanlarının qoşun növləri və xidmət qərargahları rəislərinin fikrini nəzərə alırlar.

 6. «Müvafiq qurumun rəyi» adlı IV bölmədə təqdimatda göstərilən məsələnin həlli üzrə müvafiq qurumun əsaslandırılmış təklifi ifadə olunur.

 7. «Təqdimat üzrə qərar» adlı V bölmədə müvafiq qurumlar tərəfindən qərar qəbul etmək hüququna malik olan rəisin təqdimat üzrə qəbul etdiyi qərar (əmr) yazılır.

 8. «Sənədin uçotu haqqında qeydlər» adlı VI bölmədə sənədə verilmiş məxfilik qrifinin onda ifadə olunan məlumatların məzmunlarına uyğunluğu yoxlandıqdan sonra instansiya üzrə ardıcıllıqla kargüzarlıq orqanları tərəfindən qeydlər yazılır.

 Eyni ünvana bir neçə təqdimat göndərildikdə, onlar müşayiət məktubu ilə göndərilirlər.

 9. Təqdimatla birlikdə aşağıdakı sənədlər göndərilir:

 vəzifəyə təyinetmə təqdim edildikdə: sonuncu attestasiya, müəyyənləşdirilmiş hallarda isə xidməti xasiyyətnamə;

 şəxsi iş, müəyyən edilmiş nümunədə arayış və digər sənədlər (onların təqdimolunma zərurəti yuxarı müvafiq qurum tərəfindən göstərilibsə);

 zabitlərin, gizirlərin, miçmanların yoldaşlıq şərəf məhkəməsi (şərəf məhkəməsinin vəsatəti ilə vəzifəsi aşağı salınmağa təqdim edilərkən) qərarının surəti;

 ali zabit heyətinə hərbi rütbə verilməyə təqdim edildikdə;

 parad formasında 9x12 ölçülü fotoşəkillə müəyyən edilmiş nümunədə arayış;

 hərbi rütbədən məhrum edilməyə təqdim edildikdə;

 hərbi qulluqçunun inzibati istintaq (əgər o keçirilibsə) materialları üzrə rəy əlavə edilmiş şəxsi işi;

 xidməti xasiyyətnamə;

 xidmət kartoçkası;

 həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə:

 söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda);

 ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər;

 məhkəmənin hökmünün surəti (bu Əsasnamənin 158-ci maddəsi ilə buraxıldıqda). [93]

 

 

 

 

 

 

 

 


 

«Hərbi xidmətkeçmə haqqında»

Əsasnaməyə

9 saylı əlavə

 

 

Qarşıdakı ildə zabit heyətindən yuxarı vəzifələrə irəli çəkilmək və oxumağa göndərilmək üçün ehtiyatın uçotuna dair

 İzahat

 

 1. Yuxarı vəzifələrə irəli çəkilmək və oxumağa göndərilmək üçün ehtiyatın uçotu aşağıdakı şəkildə aparılır:

 a) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumunun rəisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nomenklaturuna aid vəzifələrə təyin edilmək üçün zabit ehtiyatlarının uçotunu;

 b) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq qurumların rəisləri tərəfindən öz nomenklaturaları və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nomenklaturası vəzifələrinə təyin edilmək üçün müvafiq icra hakimiyyəti orqanının ehtiyatının uçotunu;

 v) Silahlı Qüvvələr növlərinin müvafiq qurumlarının rəisləri, qoşun növlərinin komandanları (rəisləri) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının idarələrinin, müstəqil şöbələrinin, xidmətlərinin rəisləri və birləşmə (idarələr, hərbi təhsil müəssisələri, müəssisələr, təşkilatlar) müvafiq qurumun rəisi də daxil olmaqla, aşağı müvafiq qurumların rəisləri tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Komandanın (komandirin, rəisin) nomenklaturuna və yuxarı instansiyaların nomenklaturuna aid vəzifələrə təyin edilmək üçün nəzərdə tutulan zabit ehtiyatı heyətinin uçotunu;

 q) hərbi hissə komandiri tərəfindən — hərbi hissə zabitlərindən yuxarı vəzifələrə irəli çəkilməyə və oxumağa göndərilməyə layiq olan zabitlər heyəti ehtiyatının uçotunu.

 2. Qarşıdakı ildə hərbi qulluqçuları yuxarı vəzifələrə irəli çəkmək və oxumağa göndərmək üçün ehtiyat siyahısına fərdi qaydada daxil etmək üçün hərbi qulluqçunun attestasiyasının nəticələri, qərargahın, qoşun növləri və xidmət rəislərinin, müvafiq qurumların rəyləri və hərbi qulluqçunun əməli işdə öyrənilməsinin nəticələri nəzərə alınmaqla müvafiq birbaşa rəisin (hərbi hissə, birləşmə və i.a. komandirinin) qəbul etdiyi qərar əsas götürülür.

 3. Yuxarı instansiyaların təyin edəcəyi nomenklatura vəzifələrinə irəli çəkilmək, yaxud belə vəzifələrdən oxumağa göndərilmək üçün tövsiyə edilmiş zabitlər heyətindən olan şəxslər haqqında (informasiya kimi) komanda üzrə təyin edən instansiyanın müvafiq qurumuna qədər məlumat verilir.

 4. 4-cü qrafada namizədlərin hazırlanmasına aid tədbirlər göstərilir: toplanışlara, kurslara (nə vaxt, hansı kurslara və hansı profil üzrə) göndərilsin, namizədin təlimdə və bir pillə yuxarı vəzifənin icrası zaman fəaliyyəti öyrənilsin, söhbətlər aparılsın (hansı məsələlər üzrə, kim aparır), qəbul imtahanlarına hazırlaşmaq üçün boş vaxt verilsin və i.a.

 5. 5-ci qrafada hərbi qulluqçunun yuxarı vəzifəyə təyin edilməsi, oxumağa göndərilməsi, hərbi hissədən getməsi, yaxud ehtiyat siyahısından çıxarılması barədə qeyd edilir və qeydin əsası göstərilir.

 Hərbi qulluqçunun ehtiyat siyahısından çıxarılması barədə qərar hərbi qulluqçu işinin keyfiyyətini pisləşdirdikdə, yaxud onun yuxarı vəzifəyə təyin edilməsinin və ya oxumağa göndərilməsinin qeyri — mümkünlüyünü göstərən qəbahətlərə yol verdikdə, bu izahatın 2-ci bəndində göstərilən rəislər tərəfindən qəbul edilir.

 6. Zabit heyətindən olan şəxslərin ehtiyat siyahısına daxil edilməsi və ehtiyat siyahısından çıxarılması hərbi qulluqçuya onun birbaşa böyük rəisi tərəfindən şəxsi söhbətdə bildirilir.

 7. Yuxarı vəzifələrə irəli çəkilmək və oxumağa göndərilmək üçün ehtiyatın uçotu ayrıca kitablarda aparılır.

 Müvafiq qurumların rəisləri ehtiyat siyahısına daxil edilmiş hərbi qulluqçuları səciyyələndirən məlumatları bilməli və nəzərə almalı, kadrları əməli işdə öyrəndikcə bu məlumatları dəqiqləşdirməli və tamamlamalıdırlar.

 


 

«Hərbi xidmətkeçmə haqqında»

Əsasnaməyə

10 saylı əlavə

 

Azərbaycan Respublikası Silahlı Qüvvələri zabitlərinin attestasiya edilməsinin Nümunəvi sxemi

 

 

Vəzifənin adı

Attestasiya vərəqəsini kim tərtib edir

Attestasiya barədə kim rəy verir

Attestasiya vərəqəsini kim təsdiq edir

1

2

3

4

Quru qoşunları üzrə

Əlahiddə taborda (divizionda) taqım komandiri

Bölük (batareya) komandiri

Əlahiddə taborun (divizionun) attestasiya komissiyası

Əlahiddə tabor (divizion) komandiri

Alayda (briqadada) taqım komandiri

Bölük (batareya) komandiri

Tabor (divizion) komandiri, alayın (briqadanın) attestasiya komissiyası

Alay (briqada) komandiri

Əlahiddə taborda (divizionda) bölük (batareya) komandiri

Əlahiddə tabor (divizion) komandiri

Diviziyanın (korpusun) attestasiya komissiyası

Diviziya (korpus) komandiri

Mərkəzi tabelikdə olan əlahiddə taborda (divizionda) bölük (batareya) komandiri

Əlahiddə taborun (divizionun) komandiri

Müvafiq qoşun növünün, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı idarəsinin, müstəqil şöbəsinin, xidmətinin attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növünün komandanı (rəisi), idarə, müstəqil şöbə, xidmət rəisi

Alayda (briqadada) bölük (batareya) komandiri

Tabor (divizion) komandiri

Alayın (briqadanın) attestasiya komissiyası

Alay (briqada) komandiri

Əlahiddə tabor (divizion) qərargahı rəisinin köməkçisi

Əlahiddə tabor (divizion) qərargahı rəisi

Əlahiddə taborun (divizionun) attestasiya komissiyası

Əlahiddə tabor (divizion) komandiri

Əlahiddə tabor (divizion) komandirinin müavini

Əlahiddə tabor (divizion) komandiri

Diviziyanın (korpusun) attestasiya komissiyası

Diviziya (korpus) komandiri

Mərkəzi tabelikdə olan əlahiddə tabor (divizion) komandirinin müavini

Əlahiddə tabor (divizion) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növü, idarəsi, müstəqil şöbə və xidmətinin attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, müvafiq qoşun növünün komandanı, idarəsi, müstəqil şöbə və xidmətinin rəisi

Alayda (briqadada) tabor (divizion) komandirinin müavini

Tabor (divizion) komandiri

Alayın (briqadanın) attestasiya komissiyası, alay (briqada) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növünün komandanı, idarəsi, müstəqil şöbə və xidmətinin rəisi

Əlahiddə tabor (divizion) komandiri

Müvafiq qoşun növünün, diviziyanın (korpusun) xidmət rəisi

Diviziyanın (korpusun) attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növünün komandanı, idarəsi, müstəqil şöbə və xidmətinin rəisi

Mərkəzi tabelikdə olan əlahiddə tabor (divizion) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növünün komandanı, (rəisi), idarə, müstəqil şöbə və xidmətinin rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarə, müstəqil şöbə və xidmətlərin ümumi attestasiya komissiyaları

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Alayda (briqadada) tabor (divizion) komandiri

Alay (briqada) komandiri

Diviziyanın (korpusun) attestasiya komissiyası

Diviziya (korpus) komandiri

Mərkəzi tabelikdə olan alay (briqada) qərargahı rəisinin müavini

Mərkəzi tabelikdə olan alay (briqada) qərargahı rəisi

Alayın (briqadanın) attestasiya komissiyası, alay (briqada) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növünün komandanı, idarəsi, müstəqil şöbə və xidmətinin rəisi

Alay (briqada) qərargahı rəisinin müavini

Alay (briqada) qərargahı rəisi

Alayın (briqadanın) attestasiya komissiyası, alay (briqada) komandiri

Diviziya (korpus) komandiri

Mərkəzi tabelikdə olan alay (briqada) rabitə xidmətinin rəisi

Alay (briqada) qərargahı rəisi

Alayın (briqadanın) attestasiya komissiyası, alay (briqada) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Rabitə xidmətinin rəisi

Alay (briqada) rabitə xidmətinin rəisi

Alay (briqada) qərargahı rəisi

Alayın (briqadanın) attestasiya komissiyası, alay (briqada) komandiri, diviziyanın (korpusun) rabitə xidmətinin rəisi

Diviziya (korpus) komandiri

Mərkəzi tabelikdə olan alay (briqada) komandiri müavininə bilavasitə tabe olan xidmətin rəisi

Mərkəzi tabelikdə olan alay (briqada) komandirinin müvafiq müavini

Alayın (briqadanın) attestasiya komissiyası, alay (briqada) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq idarə, müstəqil şöbə və xidmətinin rəisi

Alay (briqada) komandirinin müavininə bilavasitə tabe olan xidmətin rəisi

Alay (briqada) komandirinin müvafiq müavini

Alayın (briqadanın) attestasiya komissiyası, alay (briqada) komandiri, diviziyanın (korpusun) müvafiq xidmət rəisi

Diviziya (korpus) komandiri

Mərkəzi tabelikdə olan alay (briqada) komandirinə bilavasitə tabe olan xidmətin rəisi

Mərkəzi tabelikdə olan alay (briqada) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növü, idarə, müstəqil şöbə və xidmətinin attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun, növü, komandanı, idarə, müstəqil şöbə və xidmətinin rəisi

Bilavasitə alay (briqada) komandirinə tabe olan xidmət rəisi

Alay (briqada) komandiri

Diviziyanın (korpusun) müvafiq xidmət rəisi, diviziyanın (korpusun) attestasiya komissiyası

Diviziya (korpus) komandiri

Mərkəzi tabelikdə olan alay (briqada) komandirinin müavini

Mərkəzi tabelikdə olan alay (briqada) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növünün, idarə, müstəqil şöbə və xidmətinin attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növü komandanı, idarə, müstəqil şöbə və xidmətinin rəisi

Mərkəzi tabelikdə olan alay (briqada) komandirinin müavini

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, müvafiq qoşun növünün komandanı (rəisi), idarə, müstəqil şöbə və xidmətin rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Alay (briqada) komandiri

Diviziya (korpus) komandiri

Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Bilavasitə diviziya (korpus) komandirinin müavininə tabe olan xidmət, bölmə (şöbə ) rəisi

Diviziya (korpus) komandirinin müvafiq müavini

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq idarə, müstəqil şöbə və xidmətinin, diviziyanın (korpusun) attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Bilavasitə diviziya (korpus) komandirinə tabe olan qoşun növünün, xidmətin rəisi

Diviziya (korpus) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun komandanı, (rəisi), idarə, müstəqil şöbə və xidmətinin rəisi, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarə, müstəqil şöbə, xidmətlərin ümumi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Diviziya (korpus) komandirinin müavini

Diviziya (korpus) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Diviziya (korpus) komandiri

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Ali attestasiya komissiyası

Ali Baş Komandan

Hava hücumundan müdafiə və hərbi-hava qüvvələri qoşunları üzrə

a) Zenit-raket qoşunları və radiotexniki qoşunlar üzrə

Əlahiddə taborda (divizionda) taqım komandiri

Bölük (batareya) komandiri

Əlahiddə taborun (divizionun) attestasiya komissiyası

Əlahiddə tabor (divizion) komandiri

Taqım komandiri

Bölük (batareya) komandiri

Tabor (divizion) komandiri, alayın (briqadanın) attestasiya komissiyası

Alay (briqada) komandiri

Əlahiddə taborda (divizionda) bölük (batareya) komandiri

Əlahiddə tabor (divizion) komandiri

Müvafiq qoşun növünün attestasiya komissiyası

Müvafiq qoşun növünün rəisi

Bölük (batareya) komandiri

Tabor (divizion) komandiri

Alayın (briqadanın) attestasiya komissiyası

Alay (briqada) komandiri

Əlahiddə tabor (divizion) komandiri

Müvafiq qoşun növünün rəisi

Silahlı Qüvvələr növünün attestasiya komissiyası

HHM və HHQ Komandanı

Tabor (divizion) komandiri

Alay (briqada) komandiri

Müvafiq qoşun növünün attestasiya komissiyası

Müvafiq qoşun növünün rəisi

Alay (briqada) komandirinin müavini

Alay (briqada) komandiri

Müvafiq qoşun növünün attestasiya komissiyası

Müvafiq qoşun növünün rəisi

Alay (briqada) komandiri

Müvafiq qoşun növünün rəisi

HHM və HHQ komandanı mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

b) Hərbi Hava Qüvvələri üzrə

Əlahiddə eskadrilyada təyyarəçi-şturman, birinci təyyarəçi, gəmi komandirinin köməkçisi, bort texniki, operator

Gəmi (vertolyot) komandiri

Manqa (dəstə) komandiri, eskadrilyanın attestasiya komissiyası

Əlahiddə eskadrilya komandiri

Təyyarəçi-şturman, birinci təyyarəçi, gəmi komandirinin köməkçisi, bort texniki, operator

Gəmi (vertolyot) komandiri

Manqa (dəstə) komandiri, eskadrilya komandiri, alayın attestasiya komissiyası

Alay komandiri

Əlahiddə eskadrilyada təyyarəçi, böyük təyyərəçi, gəmi (vertolyot) komandiri, təlimatçı-təyyarəçi

Manqa (dəstə) komandiri

Əlahiddə eskadrilyanın attestasiya komissiyası

Əlahiddə eskadrilyanın komandiri

Təyyarəçi, böyük təyyarəçi, gəmi (vertolyot) komandiri, təlimatçı-təyyarəçi

Manqa (dəstə) komandiri

Eskadrilya komandiri, alayın attestasiya komissiyası

Alay komandiri

Əlahiddə eskadrilya manqa (dəstə) şturmanı

Manqa (dəstə) komandiri

Əlahiddə eskadrilya şturmanı, əlahiddə eskadrilyanın attestasiya komissiyası

Əlahiddə eskadrilya komandiri

Manqa (dəstə) şturmanı

Manqa (dəstə) komandiri

Eskadrilya şturmanı, eskadrilya komandiri, alay attestasiya komissiyası

Alay komandiri

Əlahiddə eskadrilyanın xidmət qrupu rəisi

Əlahiddə eskadrilya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini

Əlahiddə eskadrilyanın attestasiya komissiyası

Əlahiddə eskadrilya komandiri

Xidmət qrupunun rəisi

Eskadrilya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini

Eskadrilya komandiri, alayın mühəndis-aviasiya xidmət i rəisi, alayın attestasiya komissiyası

Alay komandiri

Əlahiddə eskadrilyanın manqa (dəstə) komandiri

Əlahiddə eskadrilya komandiri

HHQ attestasiya komissiyası

Aviasiya rəisi

Manqa (dəstə) komandiri

Eskadrilya komandiri

Alayın (briqadanın) attestasiya komissiyası

Alay (briqada) komandiri

Əlahiddə eskadrilya şturmanı

Əlahiddə eskadrilya komandiri

HHQ Baş şturmanı, HHQ attestasiya komissiyası

Aviasiya rəisi

Eskadrilya şturmanı, alay komandirinin müavini

Eskadrilya komandiri

Alayın böyük şturmanı, alay attestasiya komissiyası, alay komandiri, HHQ Baş şturmanı

Aviasiya rəisi

Əlahiddə eskadrilya komandirinin müavini

Əlahiddə eskadrilya komandiri

HHQ attestasiya komissiyası

Aviasiya rəisi

Eskadrilya komandirinin müavini

Eskadrilya komandiri

Alayın attestasiya komissiyası, alay komandiri

Aviasiya rəisi

Əlahiddə eskadrilyanın komandiri

Aviasiya rəisi

Silahlı Qüvvələr növünün attestasiya komissiyası

HHM və HHQ komandanı

Eskadrilya komandiri

Alay komandiri

HHQ attestasiya komissiyası

HHQ rəisi

Böyük şturman, alay paraşüt-desant xidmətinin rəisi

Alay komandiri

HHQ-nin müvafiq xidmətinin rəisi, HHQ attestasiya komissiyası

HHQ rəisi

Alay komandirinin müavini

Alay komandiri

HHQ attestasiya komissiyası

Aviasiya rəisi

Alay komandiri

Aviasiya rəisi

HHM və HHQ Komandanı, Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

HHM və HHQ İdarə aparatı üzrə

Şöbə (müstəqil bölmə, xidmət) zabiti

Şöbə (müstəqil bölmə, xidmət) rəisi

Şöbənin (müstəqil bölmənin, xidmətin) attestasiya komissiyası

Müvafiq qoşun növünün rəisi HHM və HHQ komandanının müavini

Bilavasitə müvafiq qoşun növü rəisinə, HHM və HHQ komandanının müavininə tabe olan şöbə (müstəqil bölmə, xidmət) rəisi

Müvafiq qoşun növü rəisi, HHM və HHQ komandanının müavini

Silahlı Qüvvələr növünün attestasiya komissiyası

HHM və HHQ Komandanı

Bilavasitə HHM və HHQ komandanına tabe olan şöbə (müstəqil bölmə, xidmət) rəisi

HHM və HHQ Komandanı

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Qoşun növünün rəisi, HHM və HHQ Komandanının müavini

Mərkəzi Attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

 

HHM və HHQ Komandanı

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Ali attestasiya komissiyası

Ali Baş Komandan

Hərbi-dəniz qüvvələri üzrə

2-ci dərəcəli gəmidə qrup komandiri

Döyüş hissəsi komandiri

2-ci dərəcəli gəmi (divizion), briqadanın attestasiya komissiyası

2-ci dərəcəli gəmi (divizion, briqada) komandiri

2-ci dərəcəli gəminin döyüş hissəsinin komandiri

Gəmi komandiri

Divizionun (briqadanın) attestasiya komissiyası

Divizion (briqada) komandiri

2-ci dərəcəli gəmi komandirinin köməkçisi

Gəmi komandiri

Briqadanın attestasiya komissiyası

Briqada komandiri

4-cü dərəcəli gəmi komandiri

Divizion komandiri

Briqadanın attestasiya komissiyası

Briqada komandiri

3-cü dərəcəli gəmi komandiri

Divizion (briqada) komandiri

Briqadanın attestasiya komissiyası

Briqada komandiri

Gəmilər divizionu komandiri

Briqada komandiri

HDQ attestasiya komissiyası

HDQ Komandanı

Bilavasitə HDQ komandanının müvafiq müavininə tabe olan gəmilər divizionu komandiri

HDQ komandanının müvafiq müavini

HDQ attestasiya komissiyası

HDQ komandanı

Bilavasitə HDQ komandanına tabe olan gəmilər divizionu komandiri

HDQ komandanı

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarələrin, müstəqil şöbələrin, xidmətlərin ümumi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

2-ci dərəcəli gəmi komandirinin baş köməkçisi

Gəmi komandiri

Briqadanın attestasiya komissiyası

Briqada komandiri

2-ci dərəcəli gəmi komandiri

Divizion (briqada) komandiri

Briqadanın attestasiya komissiyası, komandası, briqada komandiri

HDQ Komandanı

Briqada komandirinin müavini

Briqada komandiri

HDQ attestasiya komissiyası

HDQ Komandanı

Briqada Komandiri

HDQ Komandanı

Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

HDQ idarəsinin şöbə (müstəqil bölmə, xidmət) zabiti

Şöbə (müstəqil bölmə, xidmət) rəisi

Şöbənin (müstəqil bölmənin, xidmətin) attestasiya komissiyası

HDQ Komandanının müvafiq müavini

Bilavasitə HDQ komandanının müvafiq müavininə tabe olan şöbə (müstəqil bölmə, xidmət) rəisi

HDQ Komandanının müvafiq müavini

HDQ attestasiya komissiyası

HDQ Komandanı

Bilavasitə HDQ komandanına tabe olan şöbə (müstəqil bölmə, xidmət) rəisi

HDQ Komandanı

Bilavasitə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tabe olan idarələrin, müstəqil şöbələrin, xidmətlərin ümumi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

HDQ Komandanının müavini

HDQ Komandanı

Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

HDQ komandanı

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Ali Attestasiya Komissiyası

Ali Baş Komandan

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatı üzrə (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının apparatı tərkibinə daxil olmayan idarələrin (şöbələrin, xidmətlərin) zabitlərin attestasiya sxemi bunun eynidir)

Bölmə zabiti, şöbə bölməsinin (müstəqil şöbə, xidmət) rəisi

Şöbə (müstəqil şöbə, xidmət) rəisi

İdarənin (müstəqil şöbənin, xidmətin) attestasiya komissiyası

İdarə (müstəqil) şöbə, xidmət rəisi

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan şöbə rəisi (idarə rəisinin müavini)

İdarə rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tabe olan idarə, müstəqil şöbə və xidmətlərin ümumi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarənin şöbə rəisi (idarə rəisinin müavini)

İdarə rəisi

Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan qoşun növü komandanı (rəisi) idarə, müstəqil şöbə, xidmət rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan qoşun növü komandanı (rəisi), müstəqil şöbə, xidmət rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Ali Attestasiya Komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Ali Attestasiya Komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

hərbi təhsil müəssisələri üzrə

Kursant taqımı komandiri

Kursant bölüyü komandiri

Kursant taboru komandiri, məktəbin attestasiya komissiyası

Məktəb rəisi

Kursant bölüyü komandiri

Kursant taboru komandiri

Məktəbin attestasiya komissiyası

Məktəb rəisi

Kursant taboru komandiri

Məktəb rəisinin müavini

Məktəbin attestasiya komissiyası

Məktəb rəisi

Müəllim, baş müəllim, kafedra rəisinin müavini

Kafedra rəisi

Məktəbin (hərbi akademiyanın) attestasiya komissiyası

Məktəb (hərbi akademiya) rəisi

Kafedra rəisi

Fakültə rəisi

Məktəbin (hərbi akademiyanın) attestasiya komissiyası

Məktəb (hərbi akademiya) rəisi

Fakültə rəisi

Məktəb (hərbi akademiya) rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarə, müstəqil şöbə və xidmətlərin ümumi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Məktəb rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Mülki təhsil müəssisələrinin hərbi kafedraları (şöbələri, bölmələri) üzrə

Müəllim, baş müəllim

Hərbi kafedranın şöbə rəisi (hərbi kafedra rəisi)

Hərbi kafedra rəisi Silahlı Qüvvələr növünün müvafiq qoşun növünün, xidmətin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqaanının attestasiya komissiyası

Silahlı Qüvvələr növünün (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının) müvafiq qoşun növünün komandanı (rəisi)

Tədris hissə rəisi, şöbə rəisi, kafedra rəisinin müavini

Hərbi kafedra rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növünün (xidmətinin) attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növü xidməti komandanı (rəisi)

Motoatıcı qoşunlar, hərbi tərcüməçilik və xüsusi təyinatlı mühəndis texniki profilləri üzrə hərbi kafedra (şöbə, bölmə) rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

Qoşun növləri, xüsusi qoşunlar və xidmətlər profilləri üzrə hərbi kafedra (şöbə, bölmə) rəisi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qoşun növü, xidməti rəisi

Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

HHM və HHQ Hərbi Dəniz Qüvvələri hərbi kafedrası (şöbəsi, bölməsi) rəisi

Müvafiq Silahlı Qüvvələr növünün komandanı

Mərkəzi attestasiya komissiyası

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

 

Qeyd:

1. Diviziya (korpus) və yuxarı müvafiq qurumlar «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməni, bu Nümunəvi sxemi və yuxarı müvafiq qurumların işləyib hazırladığı sxemi rəhbər tutaraq attestasiya vərəqələrinin tərtibi, baxılması və təsdiqinin təfsilatı sxemini hazırlayırlar. Bu sxemlər müvafiq komandanlar, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və əldə rəhbər tutmaq üçün qoşunlara göndərilir.

2. Silahlı Qüvvələrin, qoşun növlərinin müvafiq qurumları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının idarə, müstəqil şöbə və xidmət rəisləri, mərkəzi tabelikdə olan və onların bilavasitə komplektləşdirdikləri idarə, şöbə, xidmət, hərbi hissə və müəssisələr üzrə, diviziyaların (korpusların) komplektləşdirdikləri vəzifələr istisna olmaqla, müfəssəl attestasiya sxemi işləyib hazırlayırlar. Bu sxemlər korpuslara (diviziyalara) göndərilmir.

3. Tutduğu vəzifəyə uyğunsuzluq, aşağı vəzifəyə keçirilmə zərurəti, yaxud ehtiyata buraxılma (yaşa və səhhətə görə buraxılanlardan başqa) rəyləri (qərarları) olan attestasiya vərəqələri attestasiya olunanları vəzifəyə təyin etmək nomenklaturasına aid olan rəis tərəfindən təsdiq olunur.

 

 


 

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə
11 saylı əlavə

 

Attestasiya vərəqəsi

(ilk zabit hərbi rütbəsi verilməsi üçün)

 

İlk hərbi rütbə verilməsinə təqdim edilən _____________________________________________

__________________________________________________________________________________

(hərbi rütbəsi, soyadı, adı və atasının adı, məzunu olduğu

__________________________________________________________________________________

təhsil müəssisəsi, yaxud tutduğu vəzifə və hərbi hissə)

__________________________________________________________________________________

(hansı rütbəyə və hansı əsaslarla təqdim olunması göstərilir)

Təvəllüdü _______________ Doğulduğu yer ___________________________________________

Milliyyəti _________________________________________________________________________

Hansı ildən Silahlı Qüvvələr sırasındadır _____________________________________________

Təhsili: ___________________________________________________________________________

Mülki ____________________________________________________________________________

(təhsil müəssisəsinin adı və onu bitirdiyi il)

 

I. Attestasiyanın mətni

 

________________________________________________________________ tədris müddəti olan ___________________________________________________________________________________

(hərbi təhsil müəssisəsinin, fakültənin, kursun adı ixtisas üzrə)

_______________________________ №-li HUİ ilə aşağıdakı qiymətlərlə ________________ ___________________________________________________________________________________

(əsas tədris fənlərinin adı və onların hər birinə görə aldığı qiymət göstərilir)

Dövlət imtahanlarını _____________________________________________________________ __________________________________________________________________ qiymətlərlə verib.

Diplom layihəsini _________________________________________________________ mövzuda ______________________________________________________________ qiymətlə yerinə yetirib.

İmtahan (ixtisas) komissiyasının qərarı ilə verilib _______________________________________ _____________________________________________________________ ixtisası (ixtisas dərəcəsi)

Attestasiya üzrə nəticə _____________________________________________________________

(attestasiya edənin soyadı, imzası, vəzifəsi və hərbi rütbəsi)

«_____» _____________ 200 ____ il

M.Y.

II. Böyük rəislərin rəyləri

___________________________________________________________________________________ ___________________________________________________________________________________

III. Attestasiya vərəqəsini təsdiq edənin qərarı

___________________________________________________________________________________ ___________________________________________________________________________________

(attestasiya edənin vəzifəsi, hərbi rütbəsi, soyadı və imzası)

«_____» _____________ 200 ____ il

M.Y.

«_____» ___________________ 200 ____ il tarixli ________ №-li əmrlə __________________ hərbi rütbəsi və şəxsi nömrə _____________________________ verilib.

Attestasiya vərəqəsi ilə tanış oldum _______________________________________________

(attestasiya olunanın imzası)

«_____» _____________________ 200 _____ il

 


 

Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 12 saylı əlavə

 

Mərkəzi attestasiya komissiyalarında baxılıb

müzakirə edilməli attestasiyaların
Siyahısı

 

Silahlı Qüvvələr növü komandanlarının müavinləri;

bilavasitə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tabe olan qoşun növlərinin, idarələrin, müstəqil şöbələrin və xidmətlərin rəisləri;

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan şöbə rəislərinin, idarə rəisləri müavinlərinin;

diviziya, korpus komandiri müavinlərinin;

alay (briqada), gəmilər briqadası komandirlərinin;

akademiya, hərbi məktəb rəislərinin;

mülki təhsil müəssisələrinin hərbi kafedra (şöbə bölmə) rəislərinin.

Qeyd: Mərkəzi attestasiya komissiyalarında başqa vəzifələr daşıyan zabitlərin attestasiyalarına da baxıla bilər.

 


 

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə

13 saylı əlavə

 

 

 

Attestasiya komissiyası iclasının
Protokolu

_____________________________________________________________________________

(hərbi hissə, idarə, müəssisə, məktəb, birləşmə, birlik,

_____________________________________________________________________________

 

_____________________________________________________________________________

yaxud Silahlı Qüvvələr növlərinin hissələri)

Komissiyanın sədri ___________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, soyadı və inisialı)

Komissiyanın katibi __________________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, soyadı və inisialı)

 

Sıra №

Kimin attestasiya vərəqəsinə baxılır (attestasiya olunanın hərbi rütbəsi, soyadı, adı, atasının adı və vəzifəsi)

Komissiya attestasiyaya görə hansı rəyi vermişdir

Doldurulma nümunəsi

1.

Kapitan Nağıyev Paşa Nağı oğlu, 1-ci tank taborunun 2-ci tank bölüyü komandiri

Tank bölüyü komandiri vəzifəsinə uyğundur.

Tank taboru qərargahının rəisi vəzifəsinə irəli çəkilməyə layiqdir

2.

Mayor Vahabov İsmayıl Vidadi oğlu, 1-ci tank taboru qərargahının rəisi

Tank taboru qərargahının rəisi vəzifəsinə uyğundur. Hərbi akademiyaya oxumağa göndərilməyə layiqdir.

 

Qeyd: Protokolun sonunda attestasiya komissiyasının iclasına çağırılmış zabitlərin hərbi rütbələri və soyadları göstərilir.

 

Attestasiya komissiyasının sədri

 

polkovnik-leytenant

Muradov

Attestasiya komissiyasının üzvləri: