AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2019
QEYDİYYAT NÖMRƏSİ
518
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 15 fevral tarixli 32 nömrəli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2008-ci il 13 iyun tarixli 135 nömrəli, “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” 2008-ci il 19 iyun tarixli 139 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydalarının təsdiq edilməsi barədə” 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2098)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.12.2019

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 15 fevral tarixli 32 nömrəli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2008-ci il 13 iyun tarixli 135 nömrəli, “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” 2008-ci il 19 iyun tarixli 139 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydalarının təsdiq edilməsi barədə” 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə və “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 896 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, № 7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201, № 6, maddə 736, № 8, maddə 1004; 2015, № 1, maddə 60, № 5, maddə 675, № 6, maddə 795, № 8, maddə 968, № 10, maddə 1237, № 12, maddə 1577; 2016, № 5, maddə 955, № 6, maddə 1190, № 12, maddə 2238; 2017, № 3, maddə 507, № 8, maddə 1602, № 12 (II kitab), maddə 2495; 2018, № 4, maddə 821, № 10, maddə 2161; 2019, № 5, maddə 972, № 6, maddə 1166) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adı aşağıdakı redaksiyada verilsin:

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyinin verilməsi ilə bağlı əlavə tədbirlər barədə”;

1.2. 1-4-cü, 6-cı, 6-1-ci və 12-ci hissələr ləğv edilsin;

1.3. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin əsaslandırılmış sifarişi əsasında hər il dövlət büdcəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə istehsalçılar üçün plastik kartların üç ildən bir hazırlanmasına və onlara göstərilən bank xidmətlərinə görə müvafiq məbləğdə vəsaitin ayrılmasını təmin etsin.”.

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 135 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 587; 2015, № 8, maddə 970) 5-ci hissəsi ləğv edilsin.

3. “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 139 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 591; 2014, № 2, maddə 201; 2015, № 2, maddə 227; 2016, № 5, maddə 955) 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“1.3. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin dördüncü hissəsinin icrası məqsədilə hər il 15 iyun tarixinədək növbəti il üçün orijinal, superelit və elit toxumların istehsalı kvotalarının təsdiq edilməsi barədə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təklif versin;”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1682; 2015, № 11, maddə 1416; 2016, № 6, maddə 1217; 2017, № 10, maddə 1927; 2018, № 1, maddə 139) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nın 3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.1.3. “Elektron kənd təsərrüfatı” informasiya sistemi;”.

5. Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 30 dekabr 2019-cu il

№518

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status