AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
22.12.2020
QEYDİYYAT NÖMRƏSİ
8
ADI
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il 30 aprel tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evləri haqqında Nümunəvi Əsasnamə”də və 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.01.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202012220008
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.01.2021
Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il 30 aprel tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evləri haqqında Nümunəvi Əsasnamə”də və 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

22.12.2020

Qeydiyyat nömrəsi

8

Adı

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il 30 aprel tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evləri haqqında Nümunəvi Əsasnamə”də və 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

09.01.2021

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

020.020.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15202012220008

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

08.01.2021

 

 

“Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2014-cü il 17 mart tarixli 128 nömrəli, “Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında” 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 may tarixli 713 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 avqust tarixli 1136 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il 30 aprel tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evləri haqqında Nümunəvi Əsasnamə”də və 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətindəAzərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.

 

Sədr,

iqtisadiyyat naziri

Mikayıl Cabbarov

 


 

 

Azərbaycan Respublikası

İqtisadiyyat Nazirliyinin Kollegiyasının

2020-ci il 22 dekabr tarixli 8 nömrəli

Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il 30 aprel tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evləri haqqında Nümunəvi Əsasnamə”də və 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik:

 

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il 30 aprel tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evləri haqqında Nümunəvi Əsasnamə”yə əlavə - “KOB evlərində iş və xidmət qaydası” üzrə:

1.1. 10-cu hissənin ikinci abzasında “əlillər və sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

1.2. 22-ci hissənin ikinci cümləsində “əlillər” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”nin 2.0.3-cü və 3.0.13-cü yarımbəndlərində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status