AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
01.02.2021
QEYDİYYAT NÖMRƏSİ
1
ADI
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının 2015-ci il 22 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.02.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202102010001
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.02.2021
Azərbaycan Respublikası Iqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının 2015-ci il 22 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

01.02.2021

Qeydiyyat nömrəsi

1

Adı

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının 2015-ci il 22 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.02.2021

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

120.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15202102010001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.02.2021

 

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının 2015-ci il 22 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.

 

 

Sədr,

iqtisadiyyat naziri

 

Mikayıl Cabbarov

 

 


 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 1 fevral 2021-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyasının 2015-ci il 22 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik:

 

1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Hesabat-statistik məlumat ildə dörd dəfə rüblük dövr üçün alınır. Hesabat-statistik məlumatın alınması üçün hesabat dövrü aşağıdakı kimi müəyyən olunur:

2.1.1. birinci rüblük hesabat dövrü – hər ilin 01 yanvar tarixindən 31 mart tarixinə kimi (31 mart daxil olmaqla);

2.1.2. ikinci rüblük hesabat dövrü – hər ilin 01 aprel tarixindən 30 iyun tarixinə kimi (30 iyun daxil olmaqla);

2.1.3. üçüncü rüblük hesabat dövrü – hər ilin 01 iyul tarixindən 30 sentyabr tarixinə kimi (30 sentyabr daxil olmaqla);

2.1.4. dördüncü rüblük hesabat dövrü – hər ilin 01 oktyabr tarixindən 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla).”.

2. 2.3.2-ci yarımbənddə “məhsulların” sözündən sonra “(işlərin, xidmətlərin)” sözləri əlavə edilsin, “texniki xarakteristikası,” sözləri çıxarılsın və “mənşəyi” sözü “mənşə ölkəsi” sözləri ilə əvəz edilsin.

3. 2.3.3-cü yarımbənddə “istehsal (emal) olunmuş məhsulların” sözləri “məhsulların (işlərin, xidmətlərin)” sözləri ilə əvəz edilsin.

4. 2.3.4-cü yarımbənddə “sayı” sözündən sonra “və orta aylıq əmək haqqı” sözləri əlavə edilsin.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status