AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.02.2021
QEYDİYYAT NÖMRƏSİ
40
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 18 mart tarixli 50 nömrəli, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 12 may tarixli 88 nömrəli, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 iyun tarixli 117 nömrəli və “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24-02-2021, Nəşr Nömrəsi: 42), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28.02.2021, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 205)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.02.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202102220040
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.02.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 18 mart tarixli 50 nömrəli, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 12 may tarixli 88 nömrəli, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 iyun tarixli 117 nömrəli və “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 261; 2011, № 9, maddə 858; 2013, № 3, maddə 335, № 10, maddə 1229, № 11, maddə 1464; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 641; 2018, № 11, maddə 2428; 2019, № 3, maddə 537; 2020, № 11, maddə 1412) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.5-ci bəndinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467; 2014, № 4, maddə 450; 2016, № 4, maddə 820, № 6, maddə 1201, № 12, maddə 2239; 2017, № 2, maddə 307; 2018, № 11, maddə 2431; 2019, № 12, maddə 2051; 2020, № 3, maddə 340, № 5, maddə 650) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.7-ci bəndinin ikinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 561; 2012, № 12, maddə 1345; 2014, № 4, maddə 451; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 665, № 12 (II kitab), maddə 2534; 2018, № 11, maddə 2431; 2020, № 3, maddə 341, № 5, maddə 650; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 dekabr tarixli 504 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.8-ci bəndinin ikinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, maddə 56; 2017, № 4, maddə 666; 2018, № 11, maddə 2431; 2019, № 2, maddə 357, № 11, maddə 1863; 2020, № 1, maddə 67) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 1.6-cı bəndinin ikinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 22 fevral 2021-ci il

                       № 40

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status