AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.03.2021
QEYDİYYAT NÖMRƏSİ
72
ADI
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20.03.2021, Nəşr Nömrəsi: 62), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2021, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 291)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.04.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202103190072
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.03.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 dekabr tarixli 484 nömrəli, 8 dekabr tarixli 488 nömrəli, 25 dekabr tarixli 511 nömrəli, 2021-ci il 16 yanvar tarixli 9 nömrəli, 29 yanvar tarixli 23 nömrəli və 3 mart tarixli 48 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə “1 aprel” sözləri “1 iyun” sözləri ilə əvəz edilsin;

2.2. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.1.15. 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək, 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək, 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək, 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək, 1 may saat 00:00-dan 3 may saat 06:00-dək, 8 may saat 00:00-dan 10 may saat 06:00-dək, 15 may saat 00:00-dan 17 may saat 06:00-dək, 22 may saat 00:00-dan 24 may saat 06:00-dək, 29 may saat 00:00-dan 31 may saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.”.

3. Bu Qərar 2021-ci il 1 aprel saat 06:00-dan qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 19 mart 2021-ci il

    № 72

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status