AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.03.2021
QEYDİYYAT NÖMRƏSİ
53
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə” 2005-ci il 24 iyun tarixli 120 nömrəli, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 22 noyabr tarixli 213 nömrəli, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 18 yanvar tarixli 17 nömrəli, “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 mart tarixli 62 nömrəli, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11.03.2021, Nəşr Nömrəsi: 54), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2021, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 272)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.03.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202103050053
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.03.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə” 2005-ci il 24 iyun tarixli 120 nömrəli, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 22 noyabr tarixli 213 nömrəli, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 18 yanvar tarixli 17 nömrəli, “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 mart tarixli 62 nömrəli, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 556; 2006, № 9, maddə 822) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”nin 9-cu hissəsində “məşğulluq xidməti orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1073; 2007, № 12, maddə 1344; 2008, № 8, maddə 787; 2011, № 5, maddə 449; 2016, № 9, maddə 1585; 2019, № 7, maddə 1320; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 noyabr tarixli 459 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına” sözləri ilə əvəz edilsin;

2.2. 3.1-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 17 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 48; 2016, № 11, maddə 1976; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 noyabr tarixli 471 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissədə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına” sözləri ilə əvəz edilsin;

3.2. 5-ci hissədə “orqanlarda” sözü “orqan və qurumlarda” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 290; 2010, № 2, maddə 162; 2015, № 7, maddə 879; 2020, № 10, maddə 1290) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın 7.4-cü bəndində “məşğulluq xidməti orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 62; 2008, № 2, maddə 130; 2016, № 11, maddə 1976; 2017, № 5, maddə 1003; 2019, № 3, maddə 515, № 7, maddə 1320) ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 7-ci hissəsində (hər iki halda) “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbələri” sözləri “yerli qurumları” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 5 mart 2021-ci il

    № 53

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status