AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.04.1999
QEYDİYYAT NÖMRƏSİ
66
ADI
Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-1999, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 273)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında

Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Hərbi qulluqçuların dövlətə vurduğu ziyana görə maddi məsuliyyət haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 757 №-li Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Hərbi əmlakın ayrı-ayrı növlərinin oğurluğu, israfçılığı və ya çıtışmazlığı nəticəsində, inzibati və cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq dəyən ziyana görə maddi məsuliyyətin həddi həmin əmlakın dəyərinin 2 - 10 misli qədər müəyyən edilsin.

Hərbi əmlakın ayrı-ayrı növlərinin siyahısını, dəyərinin ödəniş misli göstərilməklə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti , Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi birlikdə təsdiq etsinlər. [1]

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 12 aprel 1999-cu il

                   № 66

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342)

2.       19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 903)

3.       24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

4.       11 dekabr 2012-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1366)

5.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342) ilə "Hərbi qulluqçuların dövlətə vurduğu ziyana görə maddi məsuliyyət haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66 nömrəli qərarının ikinci abzasına "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra "Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.

 

19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 903) ilə "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66 nömrəli qərarının ikinci abzasında "Dövlət Sərhəd Xidməti" sözlərindən sonra ", Ədliyyə Nazirliyi" sözləri əlavə edilmişdir.

 

24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə ikinci abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra ", Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilmişdir.

 

11 dekabr 2012-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1366) ilə ikinci hissəsində “Dövlət Sərhəd Xidməti” sözlərindən sonra “, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri əlavə edilmişdir.

 

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə üçüncü hissəsində “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status