AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.05.2021
QEYDİYYAT NÖMRƏSİ
144
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə” 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli, “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli, “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 12 oktyabr tarixli 229 nömrəli, “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 315 nömrəli və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18.05.2021, Nəşr Nömrəsi: 100), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2021, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 523)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.05.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202105080144
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.05.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə” 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli, “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli, “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 12 oktyabr tarixli 229 nömrəli, “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 315 nömrəli və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 735; 2013, № 7, maddə 887; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın 3.1.4-cü yarımbəndinin dördüncü abzasında “müvafiq standartlara” sözləri “əməyin mühafizəsi norma və qaydalarına” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 740; 2014, № 2, maddə 201, № 7, maddə 944; 2016, № 5, maddə 955, № 12, maddə 2228; 2018, № 2, maddə 337, № 7, maddə 1647, № 8, maddə 1817; 2019, № 12, maddə 2101) ilə təsdiq edilmiş “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2.1-ci yarımbəndi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746; 2014, № 8, maddə 1013; 2017, № 5, maddə 981, № 9, maddə 1752; 2018, № 9, maddə 1921, № 11, maddə 2448, № 12 (II kitab), maddə 2722; 2019, № 1, maddə 161, № 12, maddə 2094; 2020, № 9, maddə 1239; Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2021-ci il 22 aprel tarixli 108 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.15-ci bənddə “dövlət standartlarına və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə” sözləri “texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;

3.2. 3.32-ci bəndin birinci cümləsində “Dövlət standartları ilə markalanma zamanı netto və ya brutto çəkisinin” sözləri “Markalanma zamanı netto və brutto çəkinin göstərilməsi ilə bağlı texniki normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;

3.3. 3.37-ci bəndin birinci abzasında “dövlət standartlarına və ya texniki şərtlərə” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

3.4. 6.9-cu bəndin ikinci abzasında “dövlət standartları, qaydaları və normativlərinin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

3.5. 13.3-cü bəndin birinci abzasında “dövlət standartlarının, texniki və gigiyenik şərtlərin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

3.6. 17.7-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Yükgöndərən daşıyıcıya tezkorlanan yükləri onların keyfiyyətinə və qablaşdırılmasına dair texniki normativ hüquqi aktlarla müəyyən edilən tələblərə cavab verən vəziyyətdə təqdim etməlidir.”;

3.7. 17.8.23-cü yarımbəndin ikinci cümləsində “dövlət standart-larına və sanitariya-gigiyena” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

3.8. 36.1-ci bəndin birinci cümləsində “dövlət standartlarına və texniki şərtlərə” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə, ikinci cümləsində “dövlət standartları” sözləri “texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilsin;

3.9. 41.1.4-cü yarımbənddə “dövlət standartlarına” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1011; 2015, № 5, maddə 644) ilə təsdiq edilmiş “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 2.3-cü bəndindən “standartlarla və” sözləri çıxarılsın və həmin bəndə “normativ” sözündən sonra “hüquqi” sözü əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1379; 2019, № 1, maddə 163, № 7, maddə 1333; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 aprel tarixli 92 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın 3.3-cü bəndində “müəyyən edilmiş” sözləri “beynəlxalq” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddələr 164, 167) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.7-ci bəndində “ölkədaxili və beynəlxalq tələb, standart, norma və prosedurlara” sözləri “beynəlxalq tələb, standart, norma və prosedurlara, Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 8 may 2021-ci il

    № 144

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status