AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.06.2021
QEYDİYYAT NÖMRƏSİ
171
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 29 may tarixli 87 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17.06.2021, Nəşr Nömrəsi: 124), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.06.2021, Nəşr nömrəsi: 6 (IV kitab), Maddə nömrəsi: 677)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.06.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202106140171
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.06.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 29 may tarixli 87 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 324) ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 9-cu hissəsi aşağıdakı redaksiyada verilsin:

“9. İnteqrasiya təlimli təhsil müəssisələrinin xüsusi təhsil üzrə tədris proqramlarını uğurla mənimsəyən şəxslər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə həmin müəssisənin ümumtəhsil sinfinə və ya digər ümumi təhsil müəssisələrinə köçürülə bilərlər.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58; 2012, № 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329; 2015, № 12, maddə 1562; 2016, № 7, maddə 1351, № 10, maddə 1717; 2017, № 4, maddə 612, № 12 (II kitab), maddələr 2519, 2535; 2018, № 5, maddə 1144, № 11, maddə 2429; 2019, № 12, maddə 2099; 2020, № 2, maddələr 211, 216, № 3, maddə 350) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 11.2-ci bəndində “medalların” sözü “nişanların” sözü ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 14 iyun 2021-ci il

    № 171

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status