AKTIN NÖVÜ
Mərkəzi bankının qərarı
QƏBUL EDİLDİYİ TARİX
30.06.2021
QEYDİYYAT NÖMRƏSİ
19/1
ADI
Azəbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202106300191
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.07.2021

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin

 

QƏRARI

 

№ 19/1

 

Bakı şəhəri

30 iyun 2021-ci il

 

Azəbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın III hissəsinin 3-cü bəndinə uyğun olaraq koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının bank sektoruna ehtimal olunan mənfi təsirlərinin azaldılmasına yönəldilmiş requlyativ güzəşt və tələblərin tətbiq edilməsi məqsədilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri

Elman Rüstəmov


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 19/1

 

30 iyun 2021-ci il

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü və 6.1-ci bəndlərdə “01 iyul 2021-ci il” sözləri “01 yanvar 2022-ci il” sözləri ilə əvəz edilsin;

2. 5-ci hissədə “01 iyul 2021-ci il” sözləri “01 oktyabr 2021-ci il” sözləri ilə əvəz edilsin.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status