AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.07.2021
QEYDİYYAT NÖMRƏSİ
204
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2005-ci il 14 iyul tarixli 136 nömrəli, “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2019-cu il 4 sentyabr tarixli 381 nömrəli və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişləri üzrə rəhbər komitələrin SOCAR tərəfindən formalaşdırılması ilə bağlı bəzi məsələlər barədə” 2020-ci il 12 avqust tarixli 292 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15.07.2021, Nəşr Nömrəsi: 146), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.07.2021, Nəşr nömrəsi: 7, Maddə nömrəsi: 866)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202107130204
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.07.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2005-ci il 14 iyul tarixli 136 nömrəli, “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2019-cu il 4 sentyabr tarixli 381 nömrəli və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişləri üzrə rəhbər komitələrin SOCAR tərəfindən formalaşdırılması ilə bağlı bəzi məsələlər barədə” 2020-ci il 12 avqust tarixli 292 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 iyul tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 669, № 11, maddə 1076; 2006, № 1, maddə 59; 2007, № 8, maddə 854; 2009, № 10, maddə 846; 2015, № 12, maddə 1591) ilə təsdiq edilmiş “Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları”nın 2-ci hissəsinə “Bu Qaydalar” sözlərindən sonra “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət şirkətləri və müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri istisna olmaqla,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 sentyabr tarixli 381 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1535) ilə təsdiq edilmiş “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.8-ci bəndə “orqanlarıdır” sözündən sonra “(qurumlarıdır)” sözü əlavə edilsin;

2.2. 1.8.1-1.8.3-cü yarımbəndlərdə “və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi” sözləri “, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və idarəetməsinə verilmiş dövlət şirkətləri və müəssisələri, dövlətin payı olan təsərrüfat cəmiyyətlərinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi” sözləri ilə əvəz edilsin;

2.3. 3.2-ci bənddə “və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri “, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və idarəetməsinə verilmiş dövlət şirkətləri və müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişləri üzrə rəhbər komitələrin SOCAR tərəfindən formalaşdırılması ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 avqust tarixli 292 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1109) 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. Azərbaycan İnvestisiya Holdinqi”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 13 iyul 2021-ci il

    № 204

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status