AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
12.02.2004
QEYDİYYAT NÖMRƏSİ
27
ADI
Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2004, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 65)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə

Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI [1]

 

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2003-cü il 2 yanvar tarixli 834 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə ilə qərara alıram:

1. "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2004-cü il
    № 27

 

 

Azərbaycan Respublikası Prezidentinin

12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması

 

QAYDALARI

1. Ümumİ müddəalar

1.1. Bu qaydalar "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2003-cü il 2 yanvar tarixli 834 nömrəli Fərmanına və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

1.2. Bu qaydalar Azərbaycan Respublikasının hüquqi şəxslər tərəfindən qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) (bundan sonra - müqavilə (qərar)) qeydiyyata alınmasını tənzimləyir.

1.3. Müqavilələrin (qərarların) qeydiyyata alınması qeyri-kommersiya hüquqi şəxslərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir. [2]

1.4. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə bilməz. [3]

1.5. Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təşkilatlar və qurumlar yalnız xarici ölkələrin hüquqi və fiziki şəxslərdən qrantın alınması (verilməsi) haqqında müqavilə (qərar) qeydiyyata alındıqdan sonra həmin qrantları istifadə və onlar üzrə əməliyyatlar apara bilərlər.

II. Müqavİlələrİn (qərarların) qeydİyyata alınması

2.1. Müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir ay müddətində müqavilənin (qərarın) surəti qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının qeyri-kommersiya hüquqi şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, dini təşkilatlar və qurumlar Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, kommersiya hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ərazi ilə müraciət etməlidirlər. [4]

Əriziyə müqavilələrin (qərarın) notarial qaydada təsdiq olunmuş surəti əlavə olunur.

2.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi ərazi və müqavilə (qərar) təqdim edildiyi andan bir həftə ərzində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi şəxsə bildiriş verir. [5]

Bildirişdə aşağıdakılar qeyd edilir.

donorun adı;

resipiyentin adı;

qrantın məqsədi;

qrantın məbləği

müqavilənin (qərarın) qeydiyyat tarixi.

Müqavilənin (qərarın) qeydiyyatı illər üzrə tərtib edilən qeydiyyat kitabında bu iş üçün məsul olan mütəxəssis tərəfindən aparılır.

2.3. Müqavilələrin (qərarın) qeydiyyat məlumatları açıqdır və hər bir şəxs həmin məlumatlarla tanış ola, müvafiq arayışlar əldə edə bilər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi aidiyyəti üzrə Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən verilmiş və alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrinə ümumiləşdirilmiş məlumat verməlidirlər. [6]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 dekabr 2009-cu il tarixli 200 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 988)

2.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 477)

3.       24 iyul 2014-cü il tarixli 240 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 822)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 iyul 2014-cü il tarixli 240 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 822) ilə ləğv edilmişdir.

 

[2] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 477) ilə “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın 1.3-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2009-cu il tarixli 200 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 988) ilə Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın 1.4-cü bəndi aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.4. Müqavilələrin və ya qərarların qeydiyyatdan keçirilməsi bir qayda olaraq həmin qrantın istifadə edilməsi və onlara dair bank əməliyyatlarının aparılması üçün mütləq şərt hesab edilə bilməz.

 

[4] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 477) ilə “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın 2.1-ci bəndinin birinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 477) ilə “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın 2.2-ci bəndinin birinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[6] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 477) ilə “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın 2.3-cü bəndinin ikinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status