AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.09.2021
QEYDİYYAT NÖMRƏSİ
273
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarında dəyişiklik edilməsi və “Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında” 2002-ci il 23 mart tarixli 46 nömrəli, “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydaların təsdiq edilməsi haqqında” 2002-ci il 7 noyabr tarixli 175 nömrəli qərarlarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 23.09.2021, Nəşr Nömrəsi: 203), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.09.2021, Nəşr nömrəsi: 9, Maddə nömrəsi: 1072)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.09.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202109200273
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.09.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarında dəyişiklik edilməsi və “Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında” 2002-ci il 23 mart tarixli 46 nömrəli, “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydaların təsdiq edilməsi haqqında” 2002-ci il 7 noyabr tarixli 175 nömrəli qərarlarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 297-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 616 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli və “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyun tarixli 1364 nömrəli Fərmanının 6-cı hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddələr 835, № 5, maddə 1139, № 7 (II kitab), maddə 1638, № 8, maddə 1806, № 10, maddələr 2141, 2162, 2177, № 11, maddələr 2438, 2463, № 12 (II kitab), maddələr 2724, 2733, 2740; 2019, № 1, maddə 159, № 3, maddə 565, № 4, maddələr 763, 781, № 7, maddə 1334; 2021, № 3, maddə 294) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 9.26-cı bəndi ləğv edilsin.

2. “Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 149; 2005, № 6, maddə 546; 2008, № 2, maddə 114; 2016, № 6, maddə 1221, № 11, maddə 1974; 2021, № 3, maddə 282) ləğv edilsin.

3. “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 677; 2005, № 6, maddə 546; 2016, № 7, maddə 1343; 2017, № 4, maddə 610; 2021, № 3, maddə 274) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 20 sentyabr 2021-ci il

     № 273

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status