AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.09.2021
QEYDİYYAT NÖMRƏSİ
286
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə” 2001-ci il 3 may tarixli 87 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Ekoloji təhsil və maarifləndirilmə üzrə Sahələrarası Komissiyanın yaradılması və Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2003-cü il 22 sentyabr tarixli 120 nömrəli, “Kurortlar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2009-cu il 8 yanvar tarixli 6 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 5 nömrəli və “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında” 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01.10.2021, Nəşr Nömrəsi: 210), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.09.2021, Nəşr nömrəsi: 9, Maddə nömrəsi: 1085)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.10.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202109280286
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.10.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə” 2001-ci il 3 may tarixli 87 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Ekoloji təhsil və maarifləndirilmə üzrə Sahələrarası Komissiyanın yaradılması və Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2003-cü il 22 sentyabr tarixli 120 nömrəli, “Kurortlar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2009-cu il 8 yanvar tarixli 6 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 5 nömrəli və “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında” 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 8 iyul tarixli 148 nömrəli, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 296 nömrəli, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 17 iyun tarixli 353 nömrəli, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 367 nömrəli, “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə” 2000-ci il 13 noyabr tarixli 419 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 may tarixli 697 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1353 nömrəli Fərmanının 9-cu hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 3 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 337; 2003, № 6, maddə 342; 2004, № 10, maddə 871; 2016, № 9, maddə 1585; 2020, № 11, maddə 1417) ilə təsdiq edilmiş “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”nın 1-ci hissəsinə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözlərindən əvvəl “Səhiyyə Nazirliyinin,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 315; 2005, № 3, maddə 255; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2017, № 4, maddə 629, № 10, maddə 1910, № 12 (II kitab), maddə 2518; 2018, № 5, maddə 1150, № 11, maddə 2458; 2020, № 2, maddə 216, № 10, maddə 1300) ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin 49-cu hissəsinin ikinci cümləsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 sentyabr tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 528; 2006, № 7, maddə 647; 2014, № 1, maddə 69, № 6, maddə 736; 2016, № 5, maddə 955; 2019, № 3, maddə 529) ilə təsdiq edilmiş “Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiya haqqında Əsasnamə”nin 4.2-ci bəndindən “səhiyyə,” sözü çıxarılsın və həmin bəndə “habelə” sözündən sonra “tibb müəssisələrinin,” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 27, № 3, maddə 200) ilə təsdiq edilmiş “Kurortlar haqqında Nümunəvi Əsasnamə”nin 5.4-cü bəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 66; 2016, № 7, maddə 1343; 2019, № 12, maddə 2049; 2020, № 11, maddə 1410, № 12 (V kitab), maddə 1618; 2021, № 3, maddə 273) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na Əlavə - “Elektron anketin forması”nın 20-ci hissəsinə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63; 2021, № 4, maddə 395, № 5, maddə 505) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə Əlavə - “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nin 2.7.254-cü yarımbəndində “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 sentyabr 2021-ci il

№ 286

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status