AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.10.2021
QEYDİYYAT NÖMRƏSİ
294
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 22 yanvar tarixli 12 nömrəli, “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 31 yanvar tarixli 17 nömrəli,“Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 5 noyabr tarixli 320 nömrəli və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08.10.2021, Nəşr Nömrəsi: 216), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2021, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1163)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.10.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202110060294
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.10.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 22 yanvar tarixli 12 nömrəli, “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 31 yanvar tarixli 17 nömrəli,“Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 5 noyabr tarixli 320 nömrəli və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 22 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 71; 2016, № 11, maddə 1976; 2019, № 7, maddə 1320; 2021, № 3, maddə 273) ilə təsdiq edilmiş “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsində “və ya “DOST” mərkəzlərinə” sözləri “, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 76; 2016, № 11, maddə 1976; 2019, № 3, maddə 514, № 7, maddə 1320; 2021, № 3, maddə 273) ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz)” sözləri “, “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri ilə əvəz edilsin;

2.2. 2.2-ci və 2.3-cü bəndlərdə “Quruma və ya Mərkəzə” sözləri “Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457; 2015, № 12, maddə 1584; 2016, № 11, maddə 1976; 2019, № 3, maddə 514, № 7, maddə 1318; 2020, № 11, maddə 1410; 2021, № 3, maddə 273) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın 2.2.1.1-ci və 2.4.1-ci yarımbəndlərinin birinci cümlələrində “və ya “DOST” mərkəzlərinə” sözləri “, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə 633, № 10, maddə 1269, № 11, maddə 1411; 2021, № 3, maddələr 281, 287, 289, № 4, maddə 404, № 5, maddə 525) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1.1-ci yarımbənddə və 4.2-ci bənddə “Quruma və ya Mərkəzə” sözləri “Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri ilə əvəz edilsin;

4.2. 3.1-ci bəndə “poçt vasitəsilə” sözlərindən sonra “, habelə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 6 oktyabr 2021-ci il

№ 294

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status