AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
01.11.2021
QEYDİYYAT NÖMRƏSİ
14
ADI
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 2013-cü il 15 may tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmiş “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.11.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202111010014
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.11.2021
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

№ 14

 

Bakı şəhəri                                                                                            1 noyabr 2021-ci il

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 2013-cü il 15 may tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmiş “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 2013-cü il 15 may tarixli 08 nömrəli qərarı (15 iyul 2014-cü il tarixli 5 nömrəli, 28 iyun 2016-cı il tarixli 6 nömrəli, 16 sentyabr 2020-ci il tarixli 6 nömrəli qərarlarla edilmiş dəyişikliklərlə) ilə təsdiq edilmiş “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın “Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:” bölməsinin 7-ci hissəsi ləğv edilsin.

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.

 

 

Sədr,

iqtisadiyyat naziri

 

Mikayıl Cabbarov

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status