AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.02.2004
QEYDİYYAT NÖMRƏSİ
7
ADI
“Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2004, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 114)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.01.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
330.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddində malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası"nın təsdiq edilməsi haqqında

“Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrası ilə əlaqədar qəbul olunmuş “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [2]

1. “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 4 fevral 2004-cü il

      № 7

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması [3]

 

QAYDASI [4]

 

1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə və “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanına uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına ömürlük müavinətin (bundan sonra - müavinət) təyin olunması və ödənilməsi məsələlərini tənzimləyir. [5]

2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun (bundan sonra – dövlət qulluqçusu) müavinət almaq hüququ vardır. [6]

3. Müavinət almaq hüququ olan şəxs heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt müavinətin təyin edilməsi üçün müvafiq təsdiqedici sənədlər (arayışlar) təqdim etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti müvafiq yerli qurumuna və ya “DOST” mərkəzi müraciət edə bilər. Müavinət təyin edən orqan tərəfindən müavinəti almaq üçün edilən müraciətə 10 iş günü ərzində baxılır. [7]

4. Müavinətin təyin edilməsi üçün şəxsin ərizəsi ilə birlikdə Fondun müvafiq yerli qurumuna və ya “DOST” mərkəzi aşağıdakı təsdiqedici sənədlər təqdim edilməlidir: [8]

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;

əmək kitabçasından çıxarış və ya əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti;

əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışı (əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda); [9]

dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı.

5. Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə, işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir. Bu halda 12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna müavinət faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə bu Qaydaya əsasən hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir.

6. Müavinət ömürlük təyin edilir və bu Qayda ilə onun dayandırılmasına səbəb olan hallar yaranan günədək ödənilir. Müavinət dövlət qulluqçusunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli qurumu tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına hər ay ödənilir. Müavinət müavinət alan şəxsin arzusu ilə onun və ya müvafiq qaydada etibarnamə verilmiş şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən bankdakı hesabına köçürülür. Müavinəti almaq hüququna malik olan şəxsə müraciətdən əvvəlki 3 aydan çox olmayan müddət üçün (işdən çıxdığı gündən tez olmayaraq) müavinət ödənilir. [10]

7. Müavinət alan şəxsin müavinəti aşağıdakı hallarda dayandırılır:

yenidən dövlət qulluğuna qəbul edildikdə;

vəfat etdikdə.

8. Müavinətin ödənilməsinin dayandırılmasına səbəb olan müvafiq hallar barədə müavinəti alan şəxs və ya onun vəfatı ilə əlaqədar ailə üzvlərindən biri 5 gün müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq müvafiq yerli qurumuna və ya “DOST” mərkəzi məlumat verməyə borcludur (yenidən dövlət qulluğuna qəbul edilməsi barədə arayış və ya ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti). [11]

9. Müavinətin dayandırılması halları barədə müavinəti alan şəxs vaxtında məlumat vermədikdə və ya qəsdən düzgün olmayan sənədlər təqdim etdikdə, müavinəti ödəyən qurum tərəfindən artıq ödənilmiş müavinətin məbləği məhkəmə qaydasında geri alınır. [12]

10. Müavinəti alan şəxsin vəfatı ilə əlaqədar alınmamış müavinətin məbləği mülki qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilir.

11. Müavinət müəyyən olunmuş qaydada digər müavinət növlərindən, pensiyadan (dövlət qulluqçularının pensiyasından başqa), ödənişlərdən asılı olmayaraq ödənilir.

12. Xarici dövlətdə olduqları müddətdə Azərbaycan Respublikasının vətəndaşlarının müavinəti onların arzuları ilə Azərbaycan Respublikasının bankında olan şəxsi hesabına və ya həmin şəxslərin öz vəsaitləri hesabına yaşadığı dövlətə köçürülə bilər.

13. Dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanır. [13]

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [14]

 

 

 


 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       24 noyabr 2004-cü il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 969)

2.       14 yanvar 2005-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 51)

3.       20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)

4.       28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325)

5.       5 iyun 2017-ci il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1225)

6.       17 iyul 2018-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2018-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1639)

7.       4 iyun 2019-cu il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2019-cu il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1147)

8.       5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə adında, preambulasında və 1-ci bəndində “və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna” sözləri ilə əvəz edilmişdir.

17 iyul 2018-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2018-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1639) ilə qərarın adında, preambulasında və 1-ci hissədə “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilmişdir.

5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə qərarın adında və 1-ci hissəsində “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə preambulada “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilmişdir, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş” sözləri çıxarılmışdır və “stajına” sözündən sonra “(15 il)” sözləri əlavə edilmişdir.

 

[3] 17 iyul 2018-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2018-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1639) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın adında və 1-ci hissədə (hər iki halda) “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilmişdir.

5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın adında və 2-ci hissəsində (ikinci halda) “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilmişdir.

 

[4] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə “Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”na aşağıdakı əlavələr və dəyişikliklər edilmişdir, adında və 1-ci bənddə hər iki halda “və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna” sözləri ilə əvəz edilmişdir.

 

[5] 5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 1-ci hissəsində hər iki halda “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilmişdir, birinci halda “stajına” sözündən sonra “(15 il)” sözləri əlavə edilmişdir, birinci halda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş” sözləri çıxarılmışdır.

 

[6] 14 yanvar 2005-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 51) ilə “Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 2-ci bəndində “icra hakimiyyəti orqanlarında” sözləri “icra” sözü ilə əvəz edilmişdir.

 

20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 2-ci bənddə “və ya əlilliyinə görə dövlət orqanından könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna” sözləri ilə əvəz edilmişdir.

 

17 iyul 2018-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2018-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1639) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 2-ci hissədə “qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilmişdir.

 

[7] 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325) ilə 3-cü hissənin birinci cümləsində “aidiyyəti rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti şəhər, rayon şöbəsinə” sözləri ilə əvəz edilmişdir.

4 iyun 2019-cu il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2019-cu il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1147) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 3-cü hissəsinin birinci cümləsinə, 4-cü hissəsinin birinci abzasına və 8-ci hissəsinə ismin müvafiq hallarında “şəhər, rayon şöbəsi” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzi” sözləri əlavə edilmişdir.

5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nda 3-cü hissənin birinci cümləsində “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə, “şəhər, rayon şöbəsinə” sözləri “müvafiq yerli qurumuna” sözləri ilə əvəz edilmişdir və həmin cümləyə “Fondunun” sözündən sonra “(bundan sonra – Fond)” sözləri əlavə edilmişdir.

 

[8] 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325) ilə 4-cü hissənin birinci abzasında “rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə” sözləri ilə əvəz edilmişdir.

5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 4-cü hissəsinin birinci abzasında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi” sözləri “Fondun müvafiq yerli qurumu” sözləri ilə əvəz edilmişdir.

 

[9] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 4-cü bəndin üçüncü abzasında “əlillik” sözündən sonra “və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri, “əlilliyinə” sözündən sonra isə “və ya sağlamlıq imkanlarının məhdudluğuna” sözləri əlavə edilmişdir.

5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın dördüncü abzasında (hər iki halda) “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilmişdir.

 

[10] 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325) ilə 6-cı hissənin ikinci cümləsində “Nazirliyinin rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi” sözləri “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi” sözləri ilə əvəz edilmişdir.

5 iyun 2017-ci il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1225) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 6-cı hissəsinin üçüncü cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Müavinət alan şəxsin arzusu ilə müavinət onun Azərbaycan Respublikası bankında şəxsi hesabına köçürülə və müvafiq qaydada etibarnamə verilmiş şəxsə verilə bilər.

 

5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 6-cı hissəsinin ikinci cümləsində “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbəsi” sözləri “müvafiq yerli qurumu” sözləri ilə əvəz edilmişdir.

 

[11] 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325) ilə 8-ci hissədə “müvafiq rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinə” sözləri ilə əvəz edilmişdir.

5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 8-ci hissəsində “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbəsinə” sözləri “müvafiq yerli qurumuna” sözləri ilə əvəz edilmişdir.

 

[12] 5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 9-cu hissəsində “orqan” sözü “qurum” sözü ilə əvəz edilmişdir.

 

[13] 24 noyabr 2004-cü il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 969) ilə “Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 13-cü bəndi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

13. Dövlət qulluqçusunun minimum vəzifə maaşının məbləği dəyişərsə, onun ömürlük müavinəti müavinətin hesablandığı anda müəyyənləşdirilmiş maaşın həcmindəki dəyişikliklərə uyğun olaraq yenidən hesablanır.

 

[14] 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325) ilə 13-cü hissənin mətnindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status