AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
24.12.1999
QEYDİYYAT NÖMRƏSİ
232
ADI
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-1999, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 712)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədilə ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

müvafiq qanunvericilik aktlarının “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 39-cu maddəsinə uyğun olaraq prokurorluğun maddi-texniki təminatı və maliyyələşdirilməsi məsələlərini həll etsin;

öz səlahiyyətləri daxilində bu Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Prokurorluğuna tapşırılsın ki, iki ay müddətində:

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq Baş Prokurorluğun strukturuna və ştat vahidlərinin ümumi sayına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq prokurorluq işçilərinin ixtisas imtahanlarının keçirilməsi qaydalarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 41-ci maddəsinə uyğun olaraq prokurorluğun rəsmi embleminin, prokurorluq işçilərinin xüsusi geyim formasının və xidməti vəsiqəsinin təsvirinə dair Qanun layihələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 42-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla prokurorluğun statistik hesabatının vahid formasını hazırlasın və statistik hesabatların aparılmasının vahid qaydalarını müəyən etsin;

öz səlahiyyətləri daxilində bu Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Nəzərə alınsın ki:

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin birinci, ikinci və üçüncü hissələrinin, 27-ci maddəsinin ikinci hissəsinin, 28-ci maddəsinin birinci hissəsinin, 29-cu maddəsinin üçüncü hissəsinin və 45-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi qüvvəyə mindikdən sonra tətbiq olunacaqdır.

4. Müəyyən edilsin ki:

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsinin birinci və ikinci hissələrində, 39-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

həmin Qanunun 20-ci maddəsinin altıncı hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; [2]

həmin Qanunun 35-ci maddəsinin səkkizinci hissəsində göstərilmiş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Gömrük Komitəsi nəzərdə tutulur; [3]

həmin Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Dövlət Statistika Komitəsi həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 24 dekabr 1999-cu il

                 № 232

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 iyul 2014-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 iyul 2014-cü il, № 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 817)

2.       20 oktyabr 2016-cı il tarixli 1080 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2016-cı il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1639)

3.       20 fevral 2019-cu il tarixli 531 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 230)

  1. 7 may 2021-ci il tarixli 1333 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 may 2021-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 440)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 iyul 2014-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 iyul 2014-cü il, № 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 817) ilə 4-cü hissənin ikinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilmişdir və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

20 oktyabr 2016-cı il tarixli 1080 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2016-cı il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1639) ilə 4-cü hissəsinin ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir.

7 may 2021-ci il tarixli 1333 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 may 2021-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 440) ilə 4-cü hissənin ikinci abzasında “hissələrində” sözündən sonra “, 39-cu maddəsinin beşinci hissəsində” sözləri əlavə edilmişdir.

 

[2] 20 oktyabr 2016-cı il tarixli 1080 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2016-cı il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1639) ilə 4-cü hissəsinin üçüncü və dördüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilmişdir və yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.

 

[3] 24 iyul 2014-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 iyul 2014-cü il, № 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 817) ilə 4-cü hissənin üçüncü abzasında “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

 

20 fevral 2019-cu il tarixli 531 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 230) ilə 4-cü hissəsinin dördüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status