AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
12.04.2004
QEYDİYYAT NÖMRƏSİ
48
ADI
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2004, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 228)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1.   qüvvədə olan qanunvericilik aktlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.   hüquqi şəxslərin dövlət reyestrinin tərtib edilməsi və aparılması üçün zəruri olan maliyyə və digər vəsaitlərin ayrılmasını təmin etsin;

1.4.     "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü, 12.11-ci və 15.4-cü maddələrinə müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarını, dövlət reyestr kitabının, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və ərizənin formaları, dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi də daxil olmaqla Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; [1]

1.5.   öz səlahiyyətləri daxilində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [2]

2.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.13-cü (hər üç halda) maddəsində, 5.4.10-cu, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.8-ci, 5-1.9-cu, 8-1.2-ci, 13.3-1-ci və 16.2.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [3]

2.2. həmin Qanunun 9.2-1.1-ci və 9.2-2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;

2.3. həmin Qanunun 12.3-cü, 12.11-ci və 15.9.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 2.0.3-cü, 4.6-cı və 5.1-ci maddələrində, 5.6-cı maddəsinin ikinci cümləsində (birinci və ikinci halda), 8.2-ci maddəsinin birinci cümləsində, 8.3-cü maddəsinin birinci cümləsində, 8.4-cü maddəsində, 8.5-ci maddəsinin ikinci cümləsində, 9.2-ci maddəsinin birinci və üçüncü cümlələrində, 11.3.1-ci və 11.3.4-cü maddələrində, 11.4-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 13.1-ci və 15.2-ci maddələrində, 15.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsində, 16.2-ci maddəsinin birinci abzasında, 16.4-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci halda), 16.5-ci maddəsində, 16.7-ci maddəsinin birinci cümləsində, 17-ci maddəsində (birinci halda), 18.1-ci maddəsinin ikinci cümləsində, 20.3-cü maddəsinin birinci cümləsində və 20.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

2.4.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

2.4.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi;

2.4.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi;

2.5. həmin Qanunun 2.0.11-ci, 2.0.13-cü və 2.0.16-cı maddələrində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.4-cü maddəsinin ikinci cümləsində, 5-1.6-cı maddəsinin birinci cümləsində, 7-2.1-ci maddəsində, 7-2.4-cü maddəsinin birinci cümləsində, 9-1.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 9-1.2-ci və 9-1.7-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir; [4]

2.5-1. həmin Qanunun 2.0.13-cü (hər üç halda) maddəsində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.8-ci və 5-1.9-cu maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur; [5]

2.6. həmin Qanunun 5.3.4-cü, 12.12-ci və 15.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər;

2.7. həmin Qanunun 5.4.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir;

2.7-1. həmin Qanunun 5.4.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur; [6]

2.8. həmin Qanunun 6.1.3-cü maddəsinin birinci cümləsində və 7.1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

2.9. həmin Qanunun 7.2-ci maddəsində, 8-1.1-ci maddəsində (birinci halda), 9.2-1-ci maddəsinin birinci abzasında və 13.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər; [7]

2.9-1. həmin Qanunun 13.3-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; [8]

2.10. həmin Qanunun 8-1.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı həyata keçirir;

2.11. həmin Qanunun 9.2-2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;

2.12. həmin Qanunun 11.4-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.13. həmin Qanunun 9-1.7-ci maddəsində (birinci halda) və 12.3-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; [9]

2.13-1. həmin Qanunun 9.2-3-cü maddəsində və 9.2-4-cü maddəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi nəzərdə tutulur; [10]

2.14. həmin Qanunun 16.2.4-cü maddəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

2.14-1. həmin Qanunun 17-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər: [11]

2.14-1.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

2.14-1.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

2.15. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi dövlət qeydiyyatına aldığı qeyri-kommersiya qurumları barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmanın icrası, o cümlədən hüquqi şəxslərin dövlət reyestrinin təşkil edilməsi, onun aparılması və reyestr məlumatlarının dərc olunması ilə bağlı məsələlərin həllini təmin etmək məqsədilə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə yaradılmış bölgə şöbələrinin yerləşdirilməsi, strukturu və ştatlarının say tərkibinə və bununla əlaqədar başqa məsələlərə yenidən baxsın, habelə bu Fərmanın icrası ilə bağlı digər məsələlərin həllini səlahiyyətləri daxilində təmin etsin. [12]

4. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində dövlət qeydiyyatına aldıqları hüquqi şəxslər barədə məlumatlan hüquqi şəxslərin dövlət reyestrini aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin. [13]

5. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

6. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 aprel 2004-cü il

      № 48

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.         9 avqust 2005-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 708)

2.         15 sentyabr 2005-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 801)

3.         16 dekabr 2005-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1103)

4.         12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034)

5.         20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54)

6.         20 yanvar 2012-ci il tarixli 571 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 17, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 6)

7.         27 dekabr 2013-cü il tarixli 62 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1529)

8.         01 fevral 2014-cü il tarixli 96 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 103)

9.         17 mart 2016-cı il tarixli 844 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 mart 2016-cı il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 465)

10.     6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464)

11.     20 oktyabr 2016-cı il tarixli 1078 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 oktyabr 2016-cı il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1078)

12.     31 may 2017-ci il tarixli 1442 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 846)

13.     22 sentyabr 2017-ci il tarixli 1606 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1653)

14.     17 oktyabr 2017-ci il tarixli 1636 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1803)

15.     22 dekabr 2017-ci il tarixli 1751 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2319)

16.     28 dekabr 2018-ci il tarixli 457 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2614)

17.     4 fevral 2019-cu il tarixli 512 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 fevral 2019-cu il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 211)

18.     10 avqust 2020-ci il tarixli 1126 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2020-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1029)

19.     24 noyabr 2020-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1360)

20.     25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362)

21.     29 dekabr 2021-cü il tarixli 1535 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 16 dekabr 2005-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1103) ilə 1.4-cü bənddən ", saxlanmaq üçün təqdim olunan imza nümunələrinin" sözləri çıxarılmışdır.

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 1.4-cü bənddə "və dövlət reyestrindən çıxarışın formaları və ərizənin məzmunu" sözləri ", dövlət reyestrindən çıxarışın və ərizənin formaları" sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 sentyabr 2017-ci il tarixli 1606 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1653) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

2.1 "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.3-cü, 4.6-cı, 5.1-ci, 5.6-cı (ikinci cümlədə birinci və ikinci halda), 8.2-ci, 8.3-cü, 8.4-cü, 8.5-ci, 9.2-ci (birinci və ikinci cümlələrdə), 11.3.1-ci, 11.3.4-cü, 11.4-1-ci (birinci və ikinci cümlələrdə), 12.1-ci, 13.1-ci, 15.2-ci, 15.5-ci, 16.1-cı, 16.2-ci (16.2.4-cü maddə istisna olmaqla), 16.4-cü, 16.5-ci, 16.7-ci, 18.1-ci, 20.3-cü və 20.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 3-cü bəndinin ikinci abzasına və 2003-cü il 23 oktyabr tarixli 947 nömrəli Fərmanının 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.1-1. həmin Qanunun 2.0.11-ci, 2.0.13-cü maddələrində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.4-cü maddəsinin ikinci cümləsində, 5-1.6-cı maddəsinin birinci cümləsində və 12.12-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.1-2. həmin Qanunun 5.4.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir;

2.2. həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, habelə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

2.3. həmin Qanunun 7.1.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.5. hüquqi şəxslərin vahid dövlət reyestri Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən  aparılır;

2.6. hüquqi şəxslərin vahid dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tərəfindən bu Fərmanın 2.1-ci bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların səlahiyyətləri daxilində qeydə alınmış şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etdikləri reyestrlərinin məlumatları əsasında tərtib edilir;

2.7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Tərəfindən  onların səlahiyyətləri daxilində qeydə alınmış şəxslər barəsində tərtib etdikləri reyestrləri hüquqi şəxslərin vahid dövlət reyestrinin tərkib hissəsidir;

2.8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi müəyyən olunmuş qaydada və müddətdə onlar Tərəfindən  qeydiyyata alınmış müvafiq şəxslər barəsində məlumatları hüquqi şəxslərin vahid dövlət reyestrini mərkəzləşdirilmiş qaydada aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə verirlər;

2.9. həmin Qanunun 12.1-ci, 15.2-ci, 15.5-ci, 16.1-ci və 16.4-cü (ikinci cümlədə birinci və ikinci halda), 16.5-ci, 16.7-ci, 17.0-cı (hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrindəki yazıların ləğv edilməsi ilə bağlı), 18.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, habelə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.10. həmin Qanunun 12.3-cü, 12.11-ci, 15.4-cü və 15.9.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.11. həmin Qanunun 12.7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;

2.12. həmin  Qanunun 7.2-ci, 12.12-ci, 16.2.2-ci, 16.2.3-cü və 17.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq müvafiq vergi orqanları həyata keçirirlər;

2.12-1. həmin Qanunun 16.2.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, “qurum” dedikdə isə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

2.13. həmin Qanunun 17.1.1-ci və 17.1.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2.14. həmin Qanunun 17.2.1-ci və 17.2.2-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.15. həmin Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirirlər;

2.16. həmin Qanunun 5.3.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, kommersiya qurumlarına münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər.

2.17. həmin Qanunun 11.4-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

 

20 yanvar 2012-ci il tarixli 571 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 17, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 6) ilə 2.1-ci bənddə “2.0.3-cü,” rəqəmlərindən sonra “4.6-cı,” rəqəmləri əlavə edilmişdir, “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 3-cü bəndinin ikinci abzasına və 2003-cü il 23 oktyabr tarixli 947 nömrəli Fərmanının 2-ci bəndinə uyğun olaraq” sözləri çıxarılmışdır və “və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi” sözləri “, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi” sözləri ilə əvəz edilmişdir.

 

12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 2.1-ci bəndində “1997-ci il 7 aprel tarixli 571 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə,” və “, 2002-ci il 24 avqust tarixli 758 nömrəli Fərmanının 8-ci bəndinə” sözləri çıxarılmışdır.

 

12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 2.1-ci bəndində “hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları” sözləri “rayon (şəhər) qeydiyyat şöbələri” sözləri ilə əvəz edilmişdir.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə "10.1-ci,""17.0-cı," rəqəmləri çıxarılmış, "11.3.4-cü," rəqəmindən sonra "12.1-ci," rəqəmi əlavə edilmişdir.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi" sözlərinin əvvəlinə "Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi," sözləri əlavə edilmişdir.

 

01 fevral 2014-cü il tarixli 96 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 103) ilə 2.1-ci bənddə “11.3.4-cü” sözlərindən sonra “, 11.4-1-ci (birinci və ikinci cümlələrdə)” sözləri əlavə edilmişdir.

 

27 dekabr 2013-cü il tarixli 62 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1529) ilə 2.1-ci bənddə “16.1-ci,” sözlərindən sonra “16.2-ci (16.2.4-cü maddə istisna olmaqla),” sözləri əlavə edilmişdir.

 

20 yanvar 2012-ci il tarixli 571 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 17, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 6) ilə 2.1-1-ci bənd əlavə edilmişdir.

 

17 mart 2016-cı il tarixli 844 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 mart 2016-cı il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 465) ilə yeni məzmunda 2.1-2-ci bənd əlavə edilmişdir.

 

15 sentyabr 2005-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 801) ilə 2.2-ci bənd çıxarılmışdır.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 2.4-cü bənd çıxarılmışdır.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 2.5-ci bənd çıxarılmışdır.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 2.6-cı bənd çıxarılmışdır.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 2.7-ci bənd çıxarılmışdır.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 2.8-ci bənd çıxarılmışdır.

 

12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 2.6-2.9-cu bəndlərdə “hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları” sözləri “rayon (şəhər) qeydiyyat şöbələri” sözləri ilə əvəz edilmişdir.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 2.9-cu bənd çıxarılmışdır.

 

31 may 2017-ci il tarixli 1442 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 846) ilə 2.10-cu bənddə “və 15.4-cü” sözləri “, 15.4-cü və 15.9.3-cü” sözləri ilə əvəz edilmişdir.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 2.11-ci bənd çıxarılmışdır.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 2.12-ci bənddə "13.3-cü, 16.2.2-ci və 16.2.3-cü" rəqəmləri "7.2-ci, 12.12-ci, 16.2.2-ci, 16.2.3-cü və 17.2-ci" rəqəmləri ilə əvəz edilmişdir.

 

20 yanvar 2012-ci il tarixli 571 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 17, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 6) ilə 2.12-ci bənddən “12.12-ci,” rəqəmləri çıxarılmışdır.

 

27 dekabr 2013-cü il tarixli 62 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1529) ilə 2.12-ci bənddən “, 16.2.2-ci, 16.2.3-cü” sözləri çıxarılmışdır.

 

27 dekabr 2013-cü il tarixli 62 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1529) ilə 2.12-1-ci bənd əlavə edilmişdir.

 

20 oktyabr 2016-cı il tarixli 1078 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 oktyabr 2016-cı il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1078) ilə 2.12-1-ci bənd yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

2.12-1. həmin Qanunun 16.2.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

 

9 avqust 2005-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 708) ilə 2.13-cü bənddə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi” sözləri əlavə edilmişdir.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 2.13-cü bənddə "17.0.1-ci və 17.0.2-ci" rəqəmləri  "17.1.1-ci və 17.1.2-ci"  rəqəmləri ilə əvəz edilmişdir.

 

6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464) ilə 2.13-cü və 2.14-cü bəndlərində “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə yeni məzmunda 12.14-cü, 12.15-ci 12.16-cı bəndlər əlavə edilmişdir.

 

01 fevral 2014-cü il tarixli 96 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 103) ilə yeni məzmunda 2.17-ci bənd əlavə edilmişdir.

 

[3] 28 dekabr 2018-ci il tarixli 457 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2614) ilə 2.1-ci bənddə “16.2.4-cü maddəsində” sözləri “2.0.13-cü (hər üç halda) maddəsində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.8-ci, 5-1.9-cu və 16.2.4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

24 noyabr 2020-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1360) ilə 2.1-ci bəndə “5-1.9-cu” sözlərindən sonra “, 8-1.2-ci” sözləri əlavə edilmişdir.

25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə 2.1-ci bəndə “5-1.1-ci ” sözlərindən əvvəl “5.4.10-cu,” sözləri əlavə edilmişdir.

29 dekabr 2021-cü il tarixli 1535 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə 2.1-ci bəndə “8-1.2-ci” sözlərindən sonra “, 13.3-1-ci” sözləri əlavə edilmişdir.

 

[4] 17 oktyabr 2017-ci il tarixli 1636 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1803) ilə 2.5-ci bəndində “2.0.13-cü” sözlərindən sonra “və 2.0.16-cı” sözləri əlavə edilmişdir və “və 5-1.6-cı maddəsinin birinci cümləsində” sözləri “, 5-1.6-cı maddəsinin birinci cümləsində, 7-2.1-ci maddəsində və 7-2.4-cü maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2018-ci il tarixli 457 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2614) ilə 2.5-ci bənddən “5-1.1-ci maddəsinin üçüncü cümləsində,” sözləri çıxarılmışdır.

4 fevral 2019-cu il tarixli 512 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 fevral 2019-cu il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 211) ilə 2.5-ci bənddə “və 7-2.4-cü maddəsinin birinci cümləsində” sözləri “, 7-2.4-cü maddəsinin birinci cümləsində, 9-1.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 9-1.2-ci və 9-1.7-ci (ikinci halda) maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[5] 28 dekabr 2018-ci il tarixli 457 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2614) ilə yeni məzmunda 2.5-1-ci bənd əlavə edilmişdir.

 

[6] 25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə yeni məzmunda 2.7-1-ci bənd əlavə edilmişdir.

 

[7] 24 noyabr 2020-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1360) ilə 2.9-cu və 2.10-cu bəndlərdə “8-1-сi” sözləri “8-1.1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[8] 28 dekabr 2018-ci il tarixli 457 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə yeni məzmunda 2.9-1-ci bənd əlavə edilmişdir.

 

[9] 4 fevral 2019-cu il tarixli 512 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 fevral 2019-cu il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 211) ilə 2.13-cü bəndə “Qanunun” sözündən sonra “9-1.7-ci maddəsində (birinci halda) və” sözləri əlavə edilmişdir.

 

[10] 10 avqust 2020-ci il tarixli 1126 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2020-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1029) ilə yeni məzmunda 2.13-1-ci bənd əlavə edilmişdir.

 

[11] 22 dekabr 2017-ci il tarixli 1751 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2319) ilə yeni məzmunda 2.14-1-ci bənd əlavə edilmişdir.

 

[12] 12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 3-cü bənd çıxarılmışdır.

 

[13] 20 fevral 2008-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) ilə 4-cü bənddə "vahid" sözü çıxarılmışdır.

 

22 sentyabr 2017-ci il tarixli 1606 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1653) ilə 4-cü və 5-ci hissələr ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status