AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.03.2000
QEYDİYYAT NÖMRƏSİ
297
ADI
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2000, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 164)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
030.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

"Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 2000-ci il iyunun 1-dək;

qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 115.6-cı və 119.1-ci maddələrində nəzərdə tutulmuş valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 119.3-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu qaydasını müəyyən etsin;

həmin Məcəllənin 120.2-ci maddəsində nəzərdə tutulmuş övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısını təsdiq etsin;

bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair digər normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 115.5 və 119.3-cü maddələrindən nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası ailə qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyəti hüdudlarında "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci, 115.4-cü (birinci halda), 115.7-ci, 166.3-cü (hər üç halda), 166.4-cü (hər üç halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.2. həmin Məcəllənin 53.3-cü maddəsinin üçüncü cümləsində, 77, 115.6, 116.2, 119.2, 120.2, 142.2, 160.1, 160.2 və 165-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

2.3. həmin Məcəllənin 156.2-ci və 196-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; [3]

[4] 2.4. həmin Məcəllənin 1.4, 1.5, 2.3, 9.1, 9.2, 9.4, 9.5, 16,17, 17.1, 17.2, 17.4, 18, 19.2, 23.1, 23.3, 24.1, 25.3, 44.1, 44.3, 44.5, 65.5, 68.6, 117.1, 118.3, 131.4 (birinci halda), 150.2, 152.2, 156.1, 158.2, 159.1, 159.2, 161.1, 161.2, 162.1, 162.2, 163.1, 163.2, 166.3 (üçüncü halda), 166.4 (ikinci halda), 171, 172.1, 173, 174, 176.1, 176.2, 177, 178.1, 179, 180.1, 182.2, 183 və 185-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri həyata keçirirlər; [5]

2.5. həmin Məcəllənin 1.4, 2.3, 9.1, 9.2, 9.4, 9.5, 44.1, 156.1, 159.1, 171, 172.1, 173, 174-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri də həyata keçirirlər;

2.6. həmin Məcəllənin 158.2, 159.2 və 166.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri də həyata keçirirlər; [6]

[7] 2.7. həmin Məcəllənin 158.3-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətlərinin nümayəndəlikləri, habelə Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri öz səlahiyyətləri daxilində həyata keçirirlər; [8]

2.8. həmin Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

[9] 2.9. həmin Məcəllənin 7, 26.1.1, 26.1.6, 26.2, 44.4, 44.6, 49.4, 51.2, 51.5, 51.6, 53.4, 54.1-54.3, 59.2, 60.3, 61.3, 62.3, 63.3, 66.5, 67.3, 68.3, 68.5, 69.4, 71.2, 72.1, 72.2, 73, 73.1, 73.2, 74.3, 75.5, 96.2, 114.1, 114.2, 114.3, 115.1-115.3, 115.7, 116.4, 122.1, 122.4 (birinci halda), 131.4 (ikinci halda), 134.3, 144.2, 145.2, 145.7, 178.2 və 191.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər; [10]

2.10. həmin Məcəllənin 159.1 və 159.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri həyata keçirirlər;

2.11. həmin Məcəllənin 65.2, 115.4 (ikinci halda), 118.3, 118.5–118.8, 118.9 (hər iki halda), 118.11, 118.12, 118.13 (hər üç halda), 118.14, 118.18, 118.22, 118.23, 119.1, 119.3, 119.5 (hər iki halda), 119.7, 119.8, 119.10, 119-1.1, 122.1, 124.4, 130.2, 130.4 (hər iki halda), 130.5, 131.2, 133, 134.13, 155.5, 178.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; [11]

2.12. həmin Məcəllənin 118.20-ci və 131.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

2.13. həmin Məcəllənin 115.4 115.7-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur. [12]

2.14. həmin Məcəllənin 166.3-cü (birinci və ikinci hallarda) və 166.4-cü (birinci və üçüncü hallarda) maddələrində orqan (qurum) dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur; [13]

2.15. həmin Məcəllənin 51.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları qanunvericiliklə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq nəzərdə tutulur; [14]

2.16. həmin Məcəllənin 166.3 (üçüncü halda) və 166.4 (ikinci halda) maddələrində orqan (qurum) dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri nəzərdə tutulur. [15]

 

Azərbaycan Respublikasının Prezidenti

 Heydər Əlİyev

 

Bakı şəhəri, 6 mart 2000-ci il

№ 297

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 iyul 2002-ci il tarixli 744 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 412)

2.       24 avqust 2002-ci il tarixli 758 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 478)

3.       6 dekabr 2002-ci il tarixli 821 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 716)

4.       17 iyun 2003-cü il tarixli 884 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 290)

5.       19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526)

6.       12 dekabr 2006-cı il tarixli 487 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034)

7.       12 mart 2007-ci il tarixli 547 nömrəli Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 226)

8.       23 noyabr 2007-ci il tarixli 657 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1105)

9.       24 may 2010-cu il tarixli 264 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 393)

10.    14 iyul 2010-cu il tarixli 294 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 613)

11.    13 avqust 2010-cu il tarixli 317 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 722)

12.    2 may 2019-cu il tarixli 666 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 5 may 2019-cu il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 818)

13.    23 dekabr 2019-cu il tarixli 887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1930)

14.    12 iyun 2021-ci il tarixli 1350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 565)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 12 iyun 2021-ci il tarixli 1350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 565) ilə 2-ci hissənin ikinci – on beşinci abzaslar müvafiq olaraq 2.2 – 2.15-ci bəndlər hesab edilmişdir və yeni məzmunda 2.1-ci bənd əlavə edilmişdir.

[2] 19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526) ilə 2-ci bəndin ikinci abzasından "165-ci" rəqəmi çıxarılmışdır.

14 iyul 2010-cu il tarixli 294 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 613) ilə 2-ci bəndinin ikinci abzasında 77 rəqəmindən əvvəl 53.3-cü maddəsinin üçüncü cümləsində, sözləri əlavə edilmişdir.

 

23 dekabr 2019-cu il tarixli 887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1930) ilə 2-ci hissənin ikinci abzasından “115.6,” və “119.2,” rəqəmləri çıxarılmışdır.

 

12 iyun 2021-ci il tarixli 1350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə 2.2-ci bənddə Azərbaycan Respublikası Ailə Məcəlləsinin sözləri həmin Məcəllənin sözləri ilə əvəz edilmişdir.

 

[3] 2 may 2019-cu il tarixli 666 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 5 may 2019-cu il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 818) ilə 2-ci hissənin üçüncü abzasında “156.2-ci maddəsində” sözləri “156.2-ci və 196-cı maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[4] 12 dekabr 2006-cı il tarixli 487 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 2-ci bəndin dördüncü abzasda “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları” sözləri “rayon (şəhər) qeydiyyat şöbələri” sözləri ilə əvəz edilmişdir.

12 mart 2007-ci il tarixli 547 nömrəli Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 226) ilə dördüncü abzasda "68.6" rəqəmindən sonra "117.1" rəqəmi əlavə edilsin, "131.4" rəqəmi "131.4 (birinci halda) " sözləri ilə əvəz edilmişdir.

 

[5] 24 avqust 2002-ci il tarixli 758 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 478) ilə 2-ci bəndin dördüncü abzasında "Ədliyyə Nazirliyinin" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri əlavə edilmişdir.

6 dekabr 2002-ci il tarixli 821 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 716) ilə 2-ci bəndin dördüncü abzasında "vətəndaşlıq" sözündən sonra "vəziyyəti" sözü əlavə edilmişdir.

23 noyabr 2007-ci il tarixli 657 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1105) ilə 2-ci bəndinin dördüncü abzasında “17.1- 17.4 rəqəmləri “17.1, 17.2, 17.4 rəqəmləri ilə əvəz edilmişdir.

24 may 2010-cu il tarixli 264 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 393) ilə 2-ci bəndin dördüncü abzasa "163.2," rəqəmindən sonra "166.3 (üçüncü halda), 166.4 (ikinci halda)," sözləri əlavə edilmişdir.

 

23 dekabr 2019-cu il tarixli 887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1930) ilə 2-ci hissənin dördüncü abzasından “118.3, 131.4 (birinci halda),” sözləri çıxarılmışdır.

 

12 iyun 2021-ci il tarixli 1350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə 2.4-cü bənddən 166.3 (üçüncü halda), 166.4 (ikinci halda), sözləri çıxarılmışdır.

 

 

[6] 31 iyul 2002-ci il tarixli 744 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 412) ilə 2-ci bəndə yeni beşinci və altıncı abzaslar əlavə edilmişdir. Bəndin əvvəlki beşinci-yeddinci abzasları müvafiq olaraq yeddinci-doqquzuncu abzaslar hesab edilmişdir.

24 may 2010-cu il tarixli 264 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 393) ilə 2-ci bəndin altıncı abzasda "və 159.2-ci" rəqəmi ",159.2 və 166.2-ci" rəqəmləri ilə əvəz edilmişdir.

 

[7] 12 dekabr 2006-cı il tarixli 487 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 2-ci bəndin yeddinci abzasda “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları” sözləri “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri” sözləri ilə əvəz edilmişdir.

 

[8] 6 dekabr 2002-ci il tarixli 821 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 716) ilə 2-ci bəndə yeni yeddinci abzas əlavə edilmişdir. Bəndin əvvəlki yeddinci-doqquzuncu abzasları müvafiq olaraq səkkizinci-onuncu abzaslar hesab edilmişdir.

 

[9] 12 mart 2007-ci il tarixli 547 nömrəli Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 226) ilə doqquzuncu abzasda "114.1-114.3" rəqəmləri " 114.1, 114.2 (birinci halda) " sözləri ilə, "115.4" rəqəmi "115.4 (birinci halda)" sözləri ilə, "122.4 (övladlığa götürənlər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda bu maddədə tələb olunan rəy Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Övladlığa Götürmə Məsələləri Komissiyası ilə razılaşdırılmalıdır)" sözləri " 122.4 (birinci halda), 131.4 (ikinci halda)" sözləri ilə əvəz edilmişdir, "118.1," rəqəmi çıxarılmışdır.

 

[10] 17 iyun 2003-cü il tarixli 884 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 290) ilə 2-ci bəndin doqquzuncu abzasından "133" rəqəmi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

 

23 dekabr 2019-cu il tarixli 887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1930) ilə 2-ci hissənin doqquzuncu abzasında “114.2 ( birinci halda)” sözləri “114.2, 114.3” rəqəmləri ilə, “115.4 (birinci halda)” sözləri 115.3 rəqəmləri ilə əvəz edilmişdir və həmin abzasdan “ 115.7” rəqəmləri, “122.1, 122.4 (birinci halda), 131.4 (ikinci halda), 134.3,” sözləri və “,178.2” rəqəmləri çıxarılmışdır.

 

[11] 12 mart 2007-ci il tarixli 547 nömrəli Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 226) ilə on birinci abzas yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

həmin Məcəllənin 133-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər.

 

12 mart 2007-ci il tarixli 547 nömrəli Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 226) ilə yeni məzmunda on ikincion üçüncü abzaslar əlavə edilmişdir.

 

23 dekabr 2019-cu il tarixli 887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1930) ilə on birinci, on ikinci və on üçüncü abzaslar yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

həmin Məcəllənin 133-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda) və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü hallarda) həyata keçirirlər;

həmin Məcəllənin 114.2 (ikinci halda), 115.4 (ikinci halda), 117.7, 118.8,  122.4 (ikinci halda), 131.2, 131.4 (üçüncü halda), 134.13, 155.5-ci maddələrində və 118.3-cü maddəsində (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir;

həmin Məcəllənin 114.3, 118.1, 131.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda) və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü hallarda) həyata keçirirlər;

 

[12] 12 iyun 2021-ci il tarixli 1350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə 2.13-cü bənddə (birinci halda), sözləri sözü ilə, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sözləri orqan (qurum) dedikdə sözləri ilə, həyata keçirirlər sözləri nəzərdə tutulur sözləri ilə əvəz edilmişdir və həmin bəndə Təhsil Nazirliyi” sözlərindən sonra , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözləri əlavə edilmişdir.

 

[13] 24 may 2010-cu il tarixli 264 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 393) ilə 2-ci bəndə on dördüncü abzas əlavə edilmişdir.

 

12 iyun 2021-ci il tarixli 1350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə 2.14-cü bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.14. həmin Məcəllənin 166.3 (birinci və ikinci halda) və 166.4-cü (birinci və üçüncü halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

[14] 13 avqust 2010-cu il tarixli 317 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 722) ilə 2-ci bəndinin on dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin bəndə on beşinci abzas əlavə edilmişdir.

 

12 iyun 2021-ci il tarixli 1350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə 2.15-ci bənddə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini sözləri orqan (qurum) dedikdə sözləri ilə və həyata keçirirlər sözləri nəzərdə tutulur sözləri ilə əvəz edilmişdir və həmin bəndə İdman Nazirliyi, sözlərindən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sözləri əlavə edilmişdir.

 

[15] 13 avqust 2010-cu il tarixli 317 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 722) ilə 2-ci bəndinin on dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin bəndə on beşinci abzas əlavə edilmişdir.

 

12 iyun 2021-ci il tarixli 1350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə 2.15-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni  məzmunda 2.16-cı bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status