AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.05.2004
QEYDİYYAT NÖMRƏSİ
652-IIQD
ADI
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2004, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 507)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
080.000.000
100.000.000
220.000.000
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikli

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq  edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57; Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 598-IIQD nömrəli Qanunu) 21-ci maddəsinin 1-ci bəndinin "d" yarımbəndi çıxarılsın.

II. "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsaslan haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 406, № 16, maddə 706; 1993-cü il, № 5, maddə 133; 1994-cü il, № 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 1999-cu il, № 3, maddə 164, № 4, maddə 215, № 5, maddə 286; 2001-ci il, № 3, maddə 147, № 12, maddə 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 463; 2004-cü il, № 2, maddə 57) 28-ci maddəsinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

a)     birinci hissədə "orta əmək haqqının" sözlərindən sonra "ən azı" sözləri əlavə edilsin;

b)    üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Hərbi tədris müəssisələrinə qəbul imtahanlarını vermək üçün vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənişsiz məzuniyyətlər verilir.".  [1]

III.  "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378, № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217, № 7, maddə 395; 2001-ci il, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddələr 244, 246, № 12, maddə 706; Azərbaycan Respublikasının 2004-cü il 9 mart tarixli 603-IIQD nömrəli Qanunu) 29-cu maddəsinin səkkizinci hissəsinin birinci cümləsi çıxarılsın.

IV.  "Minimum istehlak büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 19, maddə 849) 10-cu maddəsində "qanunla" sözü "Müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri ilə əvəz edilsin.

V.     “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddələr 282, 293; 2001-ci il, № 12, maddə 731; 2003-cü il, № 10, maddə 539) 3-cü maddəsinin ikinci hissəsinin dördüncü abzasından "müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur" sözləri çıxarılsın.

VI. "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 451; 1999-cu il, № 5, maddə 293; 2001-ci il, № 12, maddələr 731, 736) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 6-cı maddədə:

a)    8-ci bəndin ikinci cümləsindən "azı 45 təqvim günü müddətində" sözləri çıxarılsın;

b)   11-ci bənd aşağıdakı redaksiyada verilsin:

"İşçilərin sayının və ya ştatının ixtisarı zamanı kollektiv müqavilənin və ya əmək müqaviləsinin (kontraktın) şərtləri ilə müəyyən olunmuş qaydada əmək münasibətlərini saxlamaq".

2. 12-ci maddənin 9-cu bəndinin birinci cümləsində "hamiləlik və doğuş üçün 90 günlük məzuniyyət verilir" sözləri "və hamiləliyə və doğuşa görə qanunvericiliklə müəyyən edilmiş məzuniyyət verilir" sözləri ilə əvəz edilsin.

VII. "Statistika haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 486; 2002-ci il, № 12, maddə 706; 2003-cü il, № 1, maddə 4; 2004-cü il, № 2, maddə 57; Azərbaycan Respublikasının 2004-cü il 9 mart tarixli 603-IIQD nömrəli Qanunu) 6-cı maddəsinin 6-cı bəndində "ətraf mühitin mühafizəsi sahəsində" sözlərindən sonra "və əməyin mühafizəsi üzrə" sözləri əlavə edilsin.

VIII. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 497; 1999-cu ü, № 5, maddə 285; 2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003-cü il, № 6, maddə 256) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 15-ci maddədə:

a)   maddənin adı aşağıdakı redaksiyada verilsin:

" M a d d ə 15. Peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların, yaşı 18-dən az olan işçilərin sağlamlığının qorunması hüququ";

b)   maddəyə aşağıdakı redaksiyada üçüncü hissə əlavə edilsin:

"Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.".

2.     56-cı maddənin birinci hissəsində "əmək müqaviləsində (sazişində)" sözləri "əmək müqaviləsində (kontraktda)" sözləri ilə əvəz edilsin.

IX. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 484; 2001-ci il, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328; 2004-cü il, № 2, maddə 57; Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 598-IIQD nömrəli Qanunu) 9-cu maddəsinin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.".

X. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2004-cü il

№ 652-IIQD

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 56)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 

 



[1] 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 56) 54-cü maddəsi  ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status