AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.06.1992
QEYDİYYAT NÖMRƏSİ
826
ADI
“Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi” fəxri adının verilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-06-1992, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 429)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi” fəxri adının verilməsi haqqında

“Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi” fəxri adının verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Respublika təbiətinin mühafizəsi sahəsində uzun illər səmərəli işlədiklərinə görə aşağıdakılara “Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi” fəxri adı verilsin:

Əliyev Adıgözəl Rəsul oğlu—Lənkəran rayonlararası təbiəti mühafizə komitəsinin meşə və flora mühafizəsi üzrə inspektoru,

İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz)—“Azərbaycan təbiəti” jurnalının baş redaktoru,

Məmmədov Əli Şahbaz oğlu—Pirqulu dövlət qoruğunun sabiq direktoru, hazırda Şamaxı rayonu İcra hakimiyyəti başçısı,

Məmmədov Hüseyn Ələsgər oğlu—Əli Bayramlı rayonlararası təbiəti mühafizə komitəsinin Sabirabad rayonu üzrə inspektoru,

Məcidov Yüzasif Əli Həsən oğlu—Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi qoruqlar, ovçuluq təsərrüfatları və faunanın mühafizəsi idarəsinin baş mütəxəssisi,

Rəhimov Ədalət Vilayət oğlu—Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komissiyası sədrinin müavini,

Hacızadə Bahar Rəşid qızı—respublika Yaşıllar hərəkatının idarə heyətinin üzvü, Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı,

Həsənov Fikrət Məsim oğlu—Gəncə rayonlararası təbiəti mühafizə komitəsinin atmosfer havasının mühafizəsi üzrə baş inspektoru,

Camalov Salman Əli oğlu—Sumqayıt şəhər təbiəti mühafizə komitəsinin su ehtiyatlarının qorunması şöbəsinin rəisi.

 

Azərbaycan  Respublikası   Prezidentinin  səlahiyyətini  həyata  keçirən

Azərbaycan  Respublikası  Ali  Sovetinin  sədri

İ.   QƏMBƏROV.

 

Bakı şəhəri, 4 iyun 1992-ci il.

                 № 826.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status