AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
17.06.2000
QEYDİYYAT NÖMRƏSİ
353
ADI
"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2000, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 432)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddətini və qaydasını müəyyən etsin;

həmin Qanunun 6-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısını müəyyən etsin;

həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısını və həmin müavinətin həcmini müəyyən etsin;

bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüququ aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

öz səlahiyyətləri daxilində "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.2. həmin Qanunun 5-ci maddəsinin birinci və ikinci hissələrində, 6-cı maddəsinin altıncı hissəsində və 15-ci maddəsinin birinci və dördüncü hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

2.3. həmin Qanunun 4-cü maddəsinin birinci hissəsində, 6-cı maddəsinin üçüncü və dördüncü hissələrində, 7-ci maddəsinin birinci hissəsində, 10-cu və 12-ci maddələrində və 13 maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir; [3]

2.4. həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirirlər; [4]

2.5. həmin Qanunun 4-cü maddəsinin birinci hissəsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur. [5]

(Çıxarılıb) [6]

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əlİyev

 

Bakı şəhəri, 17 iyun 2000-ci il
№ 353

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 avqust 2002-ci il tarixli 758 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 478)

2.       23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)

3.       9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 19)

4.       19 aprel 2005-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299)

5.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

6.       20 fevral 2019-cu il tarixli 531 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 230)

7.       12 iyun 2021-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 568)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 iyun 2021-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 568)ilə 2-ci hissənin ikinci – dördüncü abzaslar müvafiq olaraq 2.2 – 2.4-cü bəndlər hesab edilmişdir və yeni məzmunda 2.1-ci bənd əlavə edilmişdir.

 

[2] 12 iyun 2021-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 568)ilə 2.2-ci bənddə Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun sözləri həmin Qanunun sözləri ilə əvəz edilmişdir.

 

[3] 12 iyun 2021-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 568)ilə 2.3-cü bənddən 4-cü maddəsinin birinci hissəsində, sözləri çıxarılmışdır.

 

[4] 24 avqust 2002-ci il tarixli 758 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 478) ilə 2-ci bəndin dördüncü abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilmişdir.

 

9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 19) ilə 2-ci bəndin dördüncü abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.

 

19 aprel 2005-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299) ilə 2-ci bəndin dördüncü abzasından ", Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Hərbi Əks-kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər;

 

6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin dördüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyi,” sözlərindən sonra “Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilmişdir.

 

20 fevral 2019-cu il tarixli 531 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 230) ilə 2-ci hissəsinin dördüncü abzasından “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin abzasda “və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi” sözləri “, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[5] 12 iyun 2021-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 568)ilə yeni məzmunda 2.5-ci bənd əlavə edilmişdir.

 

[6] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 2-ci bəndin beşinci abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 6-cı maddəsinin birinci hissəsində "xüsusi razılıq alan hüquqi və fiziki şəxslər" dedikdə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı"nın 36-cı bəndinə müvafiq olaraq xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslər nəzərdə tutulur.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status