AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.02.2002
QEYDİYYAT NÖMRƏSİ
30
ADI
İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2002, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 108)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.02.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında

İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli, 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 20 fevral 2002-ci il
№ 30

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 20 fevral tarixli, 30 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

İşləri yerin altında görülən yeraltı istehsalatların,

şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin
SİYAHISI

Yeraltı dağ-mədən işləri:

Metallurgiya istehsalı üçün qara və əlvan metalların və digər faydalı qazıntı yataqlarının tədqiq edilməsi, çıxarılması, istifadəsi üçün şaxtaların, mədənlərin, tunellərin tikintisi, eləcə də geoloji kəşfiyyatda dağ-mədən hasilatı, nəm və rütubətli şəraitdə yeraltı şaxtaların səthindən dibə qədər olan şaquli və horizontal hissələrin qazılması və dərinləşdirilməsi üzrə iş sahəsi.

260C və daha yüksək temperatur şəraitində olan yeraltı sahə;

istismar olunan və tikilməkdə olan şaxtalarda (mədənlərdə) lağım yolları və geoloji kəşfiyyat işləri aparılan sahə;

iş görülən zaman tərkibi 10% və daha artıq silisium 4-oksiddən ibarət olan filiz və süxurlarda toz yaranan yeraltı iş sahəsi;

bunkerlərin dəmir qəfəsində və hezenkdə və iri daşlar xırdalayan sahə;

buruq qurğusunun iş sahəsi;

dəlikqazma qurğusunun iş sahəsi;

partladıcı qurğu;

lülə dəhlizlərində, şaxta və tunellərdə filiz və süxurlar yuyulan sahə;

fəaliyyətdə olan yeraltı qazmaların qaz və elektrik qaynaq qurğusunun (aparatının) yerləşdiyi sahə;

təmizlənən lülə lağımlarında iş sahəsi;

xırdalayıcı maşının quraşdırıldığı iş sahəsi;

işlənmiş sahələrin dayaqlarla möhkəmləndirilməsində istifadə edilən qurğu;

dağ-mədən kütləsinin doldurulmasında, daşınmasında və boşaldılmasında istifadə olunan maşın və mexanizmlər;

dağ-mədən kütləsi buraxılan iş sahəsi;

fəaliyyətdə olan lülə dəhlizlərində iş sahəsi;

geoloji kəşfiyyat işləri aparan markşeyderlər sahəsi;

dağ-mədən yerlərinin möhkəmləndirilməsində və təmirində istifadə edilən dayaq vuran qurğu;

yükləyici maşınlara xidmət sahəsi;

vaqonçevirici maşının işlədiyi sahə;

dağ-mədən təsərrüfatında istifadə edilən dağ-mədən oyuqaçan kombayn və digər maşınların işlədiyi sahə;

yeraltı işlərdə istifadə edilən konveyer;

yeraltı işlərdə istifadə edilən yükləyici maşınların işlədildiyi sahə;

yer altında yükləyici-çatdırıcı maşınların istifadə olunduqları sahə;

skreper-bucurqadlar istifadə edilən iş sahəsi;

lülə dəhlizlərində filiz və süxurların çıxarılmasında istifadə olunan buldozer;

yer altında istifadə olunan çevirici-çatdırıcı maşınların işlədiyi sahə;

yeraltı işlərdə istifadə olunan ekskavatorların işlədiyi sahə;

yeraltı işlərdə istifadə olunan elektrovozun hərəkət etdiyi sahə;

yer altında istifadə edilən qidalandırıcı (generator) maşının iş sahəsi;

yer altında istifadə edilən çevirici qurğu;

lülə lağımlarında filizin qoparılması və nümunələr götürülən xidmət sahəsi;

yer altında qazma işləri aparılan sahə;

fəaliyyətdə olan lülə dəhlizlərində avtomobil və digər yolların salınması və təmiri aparılan sahə;

skiplərin qəbulunda – boşaldılmasında istifadə olunan lift;

dozatorlara skiplərin yüklənməsində istifadə edilən liftin iş sahəsi;

fəaliyyətdə olan yeraltı lülə dəhlizlərində fəaliyyət göstərən texniki təmir sahəsi;

fəaliyyətdə olan lülə dəhlizlərində elektrik avadanlıqlarının təmir sahəsi;

fəaliyyətdə olan lülə dəhlizlərində elektrik qaynaq sahəsi;

şaxta daxili nəqliyyat və qazıb partlatma işləri aparılan sahə;

yeraltı dağ-mədən təmizləmə, hazırlıq və əsas istehsal işləri üzrə dağ-mədən sahəsi;

yeraltı sahə və şaxtalarda enerji, texniki və geoloji işlər aparılan sahə;

yeraltı su nasoslarının qurulduğu sahə;

havatəmizləyici qurğuların işlədiyi sahə.

Yeraltı üsulla civə filizlərinin çıxarılması:

buruq qurğusunun və dəlikqazma maşınının işlədiyi sahə;

partladıcı qurğular istifadə olunan sahə;

yeraltı lülə dəhlizlərində təmizləmə üzrə xidmət sahəsi;

bərkidici materialların yeraltı şaxtaya gətirilməsi və onların saxlanması üzrə iş sahəsi;

mədən yerlərinin möhkəmləndirilməsi, təmiri və dayaqların vurulması üzrə vurulması üzrə xidmət sahəsi;

filiz və süxurların yığımında istifadə olunan yükləyici maşınların iş sahəsi;

skreper bucurqad maşınının iş sahəsi;

yeraltı bunkerlərdə vaqonların əllə boşaldılması;

çeviricilərin və digər qurğuların köməyi ilə vaqonların boşaldılması;

yeraltı vaqonetlərin əllə sürülüb gətirilməsi və aparılması;

yeraltı yolların və avtomobil yollarının salınması və təmiri;

dağ-mədən kütləsinin buraxıldığı yeraltı iş sahəsi;

yer altında istifadə olunan avadanlıqların və elektrik cihazlarının təmir sahəsi;

fəaliyyətdə olan lülə dəhlizlərində istifadə olunan elektrik avadanlıqlarına xidmət sahəsi;

yeraltı üsulla civə fiziki çıxarılan iş sahəsi;

istismar olunan və tikilməkdə olan tunellərə, şaxtalara xüsusi xidmət göstərən geoloji kəşfiyyat sahəsi;

yeraltı bunkerə xidmət sahəsi;

kvars və kvarsitlərin çıxarılmasında və termik qazımada istifadə edilən maşın və mexanizmlər;

yeraltı digər dağ-mədən süxurlarının çıxarılmasında istifadə edən qurğu;

kvars və kvarsitlərin çıxarılmasında şpur qazmasında istifadə edilən qurğu və avadanlıq;

digər dağ-mədən süxurlarının çıxarılmasında dəlik qazmasına xidmət sahəsi;

partladıcı qurğulara xidmət sahəsi;

yeraltı dağ-mədən kütləsinin yüklənməsində istifadə olunan yükləyicilərə xidmət sahəsi;

yeraltı dağ-mədən kütləsinin daşınmasında istifadə olunan avtomobillərə xidmət sahəsi;

asılqanlı kanat yollarına və onların vaqonetlərinə texniki xidmət sahəsi;

filizlərin və faydalı qazıntıların çıxarılmasında yükboşaltma sahəsi;

hidromonitorun qurulduğu və istifadə edildiyi sahə;

mədən vaqonetlərinə və yükünü özüboşaldan avtomobillərə texniki xidmət sahəsi;

tamamlayıcı maşınlar sahəsi;

partlayış işləri aparılan yerə partladıcı materialların çatdırılması ilə məşğul olan dağ-mədən sahəsi;

xırdalayıcı sahə;

qazıb partlatma üsulu ilə kvars və kvarsitlərin çıxarılmasına xidmət edən dağ-mədən sahəsi;

bur və baltaların itilənməsi ilə məşğul olan itiləyici sahə;

hidroqurğulara xidmət göstərən texniki xidmət sahəsi;

dərinliyi 100m-dən çox olan yeraltı tunellərdə xüsusi texniki xidmət sahəsi;

burtaxıcı-dəmirçi və baltataxılan sahə;

akkumulyatorlu mədən lampalarının qidalanması ilə məşğul olan sahə;

filiz çıxarılan üstü örtülü yeraltı lay sahəsi;

yeraltı tunellərdə istifadə edilən buldozer;

filiz və süxurların çıxarılmasında vaqon çevirici qurğu və mexanizm;

buxarla işləyən draqa;

dağ-mədən işlərində istifadə edilən konveyer;

filizçıxarma və filiz üstü açma işlərində buxarla işləyən ekskavator;

yeraltı ensiz yolçəkən maşın və mexanizm;

yeraltı geniş yolçəkən maşın;

torpaqsoran ötürücü qurğuların mexaniki avadanlığına xidmət sahəsi;

torpaqsoran, üzən, özü hərəkət etməyən maşın və torpaq sovuran nasos qurğusu;

motovoz;

layayırıcı maşın;

layaçan mexaniki körpünün iş sahəsi;

layaçan kotan;

dağ-mədən kütləsi yüklənən sahə;

qaldırıcı maşın və qurğu:

yoldəyişdirici maşın.

Kimya sahəsi üzrə yeraltı dağ-mədən işləri

yeraltı partladıcı qurğu;

yeraltı dağ mədənində istifadə edilən bərkidici qurğu;

yükləyici qazma qurğusu və maşını;

yükboşaldan qazma qurğusu və maşını;

skreper bucurqadı;

yeraltı şaxta və mədənlərin yuxarı qatlarındakı sahə;

dərinlikdə və kalium fosforiti, boratı filizlər və diatomitli xammal çıxarılan sahə;

yer altında və tuneldə yükləri və boş vaqonları bucurqad kanatına və elektrovoza qoşma sahəsi.

Mərgümüş tərkibli filizlər çıxarılan sahə:

yükləmə-boşaltma sahəsi;

qaz-generator sahəsi;

dəlik qazılan sahə;

digər qazma sahəsi;

zibil və süxurlar toplanan sahə;

əllə və yaxud mexanizmlərin köməyi ilə yüklənmiş və yaxud boş vaqonetlərin mexaniki gətirilib-aparılma sahəsi;

tərkibində 10 faizdən çox sərbəst silisium 4-oksidi olan filiz və süxurlar çıxarılan sahə;

digər yeraltı sahə;

lülə və lağımda əl işləri tətbiq edilən sahə;

boş və yüklənmiş vaqonetləri hərəkətə gətirən mexanizm və qurğu.

Duzlu məhlullar çıxarılan mədən sahələrində:

yeraltı duz mədənlərində istehsalat çıxarları ilə məşğul olan xidmət sahəsi;

qeyri-filizlə hasilat sahəsi;

dəlik qazılan sahə;

partladıcı qurğu;

yardımçı işlər görülən sahə;

müşayiət olunan materialların, bərkidicilərin bütün növlərinin yeraltı mədənə və lülə diblərinə endirilməsində istifadə edilən maşın, mexanizm və qurğu;

xırdalayıcı qurğu;

xırdalama işi aparılan sahə;

daş seçilib yığılan sahə;

qazma sahəsi;

bərkidici qurğu;

ekskavatorlardan istifadə olunan yeraltı sahə;

daşkəsən maşın və qurğu;

daş kəsilən sahə;

daşçapma və qalaqlama maşın və qurğusu;

dağ oyuğu açan maşın və qurğu;

yeraltı elektrovozun və motovozun hərəkət sahəsi;

yeraltı elektrovoz;

şaquli və maili hasilat keçən sahə;

əllə və ya mexanizmlərlə oyuq açılan sahə;

yüklənmiş və boş vaqonların əl ilə diyirlətmə üsulundan istifadə etməklə, hərəkəti təmin edən xidmət sahəsi;

şaxtaların səthindən dibinə qədər olan hissələrində istifadə edilən bərkidici qurğu və mexanizm;

yeraltı qopma və qalaqlama sahəsi;

yer altında xammalı daşınmasında istifadə edilən elektrovoz və motovoz;

yeraltı nəqliyyatda istifadə edilən yol hərəkət xətti boyunca olan sahə;

yeraltı tunel və lağımlarda daş mişarlayan qurğu və mexanizm;

yeraltı sahələrdə istifadə edilən digər texnoloji avadanlıq və qurğu;

yeraltı texnoloji avadanlıqların istifadə edildiyi sahə;

çəlləklər, liftlər və digər yeraltı mexanizmlər üzrə təmir sahəsi;

elektrik avadanlıqlarının daimi yeraltı təmir sahəsi;

yeraltı işlərdə qeyri-filiz materiallarının çıxarıldığı sahə;

Dağ-mədən şaxtanın açılması:

dağ-mədən şaxtasının açılışında istifadə edilən zərbə koqatlı, fırladıcı, təmizləmə və qazma dəzgahı;

şaxtanın açılışında istifadə edilən pnevmatik alət;

şaxtanın açılışında pnevmatik alətlərdən istifadə olunan sahə;

şaxtalarda kvars və kvarsitlərin hasilatı sahəsi;

pnevmatik alətlə və quru üsul ilə qazılan qeyri-filiz sahəsi;

şaxta açılışında istifadə edilən partladıcı qurğu;

dağ-mədən kütləsinin yüklənməsinə və traktorla, avtomobillərlə, vaqonetlərlə daşınmasına xidmət edən sahə;

şaxtalarda daşın seçilib qablaşdırılması sahəsi;

şaxtanın yararsız laylarında istifadə edilən boşaldıcı qurğu;

şaxtalarda istifadə edilən hidromonitor qurğusu;

partladıcı maddələrin patronlaşdırılması və çatdırılması üzrə xidmət sahəsi;

dağ-mədən hasilatının sıxışdırılmasında istifadə edilən maşın və mexanizm;

dağ-mədən hasilatının sıxışdırıldığı sahə;

daşsındırma sahəsi;

daşsındırmada istifadə edilən qurğu, maşın və mexanizm;

traktor və skreper bucurqadları istifadə olunan sahə;

şaxtalarda istifadə edilən traktor və skreper bucurqadları;

lağımlarda və filizin yaramayan qatlarında yerin döşənməsi və təmiri ilə məşğul olan xidmət sahəsi;

şlak qatını işləyib hazırlayan xidmət sahəsi;

dərinliyi 100 m-dən çox olan tunel və lağımlarda daimi olaraq qazıntı aparılan sahə;

partladıcı maddələr paylayan xidmət sahəsi;

hidrotexniki cihazları, mexaniki avadanlıqları quraşdırma sahəsi;

şaxta və lağımlarda dağ-mədən avadanlıqlarına texniki xidmət sahəsi;

yeraltı qatların tərtibi ilə məşğul olan xidmət sahəsi;

hidromexaniki üsul ilə yeraltı texnoloji avadanlıqları quraşdırma sahəsi;

yeraltı tunellərdə elektrik avadanlıqlarına texniki xidmət sahəsi;

boruların və kalonkaların yonulması ilə məşğul olan texniki sahə;

hidroqurğulara texniki xidmətlə məşğul olan sahə;

yeraltı akkumulyator lampalarına enerji yükləməklə məşğul olan xidmət sahəsi;

yeraltı torpaqsorucu qurğular;

tunel və şaxtalarda istifadə olunan buldozer və ekskavator;

yer altında istifadə edilən buldozer və ekskavator işləyən sahə;

torpaqsorucu üzən, özühərəkətetməyən cihazlar və süxursorucu qurğu;

ekskavator maşınlarına texniki xidmət sahəsi;

daxili yanma və buxar mühərriki ilə işləyən maşın və mexanizm;

daxili yanma və buxar mühərrikli maşın və mexanizmlər istifadə edilən sahə;

dağ-mədən kütləsini yükləyən yükdoldurucu maşın;

yeraltı yoldəyişdirici maşın;

şaquli və maili istiqamətlərdə görülən işlərdə istifadə edilən qaldırıcı maşın;

yeraltı şaquli və maili istiqamətdə iş görülən sahə.

Asbest hasilatı

Yeraltı dağ-mədən işləri:

şpurların qazılmasında istifadə edilən qurğu;

şpur qazılan sahə;

yeraltı parltadıcı qurğular istifadə olunan sahə;

yeraltı yardımçı və köməkçi sahə;

yeraltı bərkidici materialların şaxtaya çatdırılmasına xidmət sahəsi;

yeraltı xüsusi bərkidicilərə xidmət sahəsi;

yeraltı qurğular və onların istifadə olunduqları sahə;

şaxtalarda elektrovoza xidmət sahəsi;

yeraltı qazma qurğusu;

yeraltı yol xəttinə texniki xidmət sahəsi;

şaxtalarda texnoloji avadanlıqlara xidmət sahəsi;

şaxtalarda elektrik avadanlıqlarına xidmət sahəsi.

Dağ-mədən işlərinin açılması:

mədən yataqlarını axtarmaq üçün qazılan lülələrdə iş sahəsi;

şpur qazan qurğular;

partladıcı qurğular;

dağ-mədən kütləsinin daşınıb aparılmasında istifadə edilən avtomobillər;

əl ilə ağır dəmir çəkiclə süxurların böyük hissələri parçalanan sahə;

əl ilə süxurların böyük hissələrinin parçalanmasında istifadə edilən ağır alətlər (toxmaqlar);

dağ-mədəndə qazma sahəsi;

tunel və şaxtalarda istifadə edilən qaldırıcı maşın və mexanizm;

ekskavatorun istifadə olunduğu sahə;

elektrovozun istifadə olunduğu sahə;

yoldəyişdirici maşınların istifadə olunduğu sahə;

motovozun istifadə edildiyi sahə;

bilavasitə yeraltı işlərdə istifadə edilən buldozer;

şaxtalarda dəmir yolu nəqliyyatının hərəkətinə texniki xidmət sahəsi;

filizlərin növləri ayrılması ilə məşğul olan sahə;

dağ-mədən nəqliyyat avadanlıqlarının təmir sahəsi;

filizlərin və asbestin qəbul sahəsi;

texnoloji dağ-mədən avadanlıqlarına texniki xidmət sahəsi;

texnoloji dağ-mədən elektrik avadanlıqlarına texniki xidmət sahəsi;

şaxtalarda siqnalizasiya, mərkəzləşdirmə və blokirovka cihazlarına texniki xidmət sahəsi.

Metropolitenlərin, tunellərin və digər yeraltı tikililərin

(qurğuların) inşası və yenidən qurulması:

şaxtalarda və tunellərdə armatur hazırlanan sahə;

şaxtalarda yeraltı beton hazırlanan sahə;

şaxtalarda yeraltı şpur qazılan sahə;

şaxtalarda partladıcı qurğu;

şaxtalarda avtomobillərə xidmət sahəsi;

tunellərdə dağ-mədən izolyasiya sahəsi;

şaxta və tunellərdə dağ-mədən bərkidiciləri sahəsi;

yer altında istifadə edilən bucurqadlara xidmət sahəsi;

şaxta və tunellərdə qazma qurğusu;

şaxta və tunellərdə buldozerlər istifadə olunan sahə;

şaxta və tunellərdə istifadə edilən nasos qurğusu;

şaxta və tunellərdə yük vuran maşınlardan istifadə edilən sahə;

yeraltı özüyeriyən maşın;

yeraltı özüyeriyən maşınlardan istifadə olunan sahə;

yer altında “kor” gövdədə məşğul olan qaldırıcı maşın;

şaxtada və tunellərdə istifadə edilən qaldırıcı səyyar qurğu;

şaxta və tunellərdə istifadə olunan səyyar qaldırıcı maşınlara xidmət sahəsi;

şaxta və tunel tikintisində istifadə edilən keçid qazma kompleks maşın və mexanizmlər;

şaxta və tunel lağımlarında istifadə edilən birçalovlu ekskavator;

şaxta və tunellərdə istifadə edilən skreper bucurqadlara xidmət sahəsi;

şaxta və tunellərdə ventilyasiya qurğuları istifadə edilən sahə;

tunel və şaxtalarda istifadə edilən qazma maşınları;

tunellərdə partlayıcı materiallar saxlanan sahə;

şaxta və tunellərdə istifadə edilən transportyor;

şaxta və tunellərdə transportyorlar istifadə edilən sahə;

şaxta və tunellərdə partlayıcı materiallar saxlanan sahə;

şaxta tikintilərində və onlara bərabər işlərdə istifadə edilən texniki vasitələrə xidmət sahəsi;

şaxta tikintilərində və onlara bərabər işlərdə istifadə edilən elektrik avadanlıqlarına elektrik xidməti sahəsi;

şaxtadaxili nəqliyyat dispetçer sahəsi;

dağ-mədən dispetçer sahəsi;

yeraltı partlayıcı materialların anbarlarında texniki xidmət sahəsi;

yer altında, metroda təhlükəsizlik texnikası, texnoloji proseslərə, buruqpartladıcı işlərə, ventilyasiya, yeraltı nəqliyyata texniki nəzarət sahəsi;

yeraltı şəraitdə sazlama və sınaq sahəsi;

yeraltı işlərdə, şaxtalarda, mədənlərdə geoloji axtarışlar aparan xidmət sahəsi;

markşeyderlər sahəsi;

yeraltı suboşaltma, rabitə və hava təsərrüfatı sahəsi;

dağ-mədən istehsalat sahəsi;

dağ-mədən nəzarət sahəsi;

yeraltı dağ-mədən üzrə mexaniki sahə;

qaldırıcı qurğu və mexanizm;

yeraltı qazma sahəsi;

tunellərdə plyonka çəkən izoləedici sahə;

tunellərdə məhlulötürücü sahə;

torpaqların dondurulması üzrə soyuducu qurğu;

dərinlikdə iş aparan qazma sahəsi;

tunellərdə lüləətraflı dəstəkçilər sahəsi;

neftin, ozokeritin şaxta üsulu ilə çıxarılmasında yeraltı işlər;

daimi yeraltı işlərə cəlb edilən tikinti, istehsal, texniki təmir və xidmət sahəsi;

ozokeritin və asvaltinin çıxarılmasında istifadə edilən qurğu .

Mənzil-kommunal təsərrüfatı:

yeraltı kanalizasiya qurğusu;

yeraltı kanalizasiya qurğularına texniki xidmət sahəsi;

yer altında 3 metrdən aşağı dərinlikdə yerləşdirilmiş su və kanalizasiya stansiyalarına xidmət sahəsi;

yeraltı qurğuların, filtrlərin və texnoloji avadanlığın yuyulma sahəsi;

yeraltı qəza – bərpa işləri və şəbəkənin istismar sahəsi;

yeraltı su kəmərlərinin təmiri üzrə xidmət sahəsi;

yeraltı nasos – çirkab stansiyalarında təmizləyici qurğu;

yeraltı kanalizasiya stansiyalarında elektrik avadanlıqlarına texniki xidmət sahəsi.

Meliorasiya və su təsərrüfatı:

qapalı drenaj şəbəkələrinin müşahidə lülələrində, nasos stansiyalarının suqəbuledici şaxtalarında, su tutarlarındakı suburaxıcı qurğularda, qalereyalarda və tunellərdə texniki xidmət sahəsi.

Dəmir yolu nəqliyyatı:

uzunluğu 0,5 km-dən artıq olan tunellərin daxilində tikinti-təmir sahəsi;

tuneldaxili yolların təmir sahəsi;

uzunluğu 0,5 km-dən artıq olan tunellərdə daimi fəaliyyətdə olan xətlərə xidmət göstərən texniki xidmət sahəsi;

tunellərdə parovoz və teplovoz vasitəsi ilə qatarın hərəkətini istiqamətləndirən xüsusi texniki nəzarət sahəsi;

tunellərdə elektrik qatarlarının hərəkətini nizamlayan sahə.

Metropoliten:

tunel tikililəri avadanlıqlarına xidmət sahəsi;

tunellərdə drenaj qurğularına xidmət sahəsi;

tunellərdə Zumpf aqreqatlarına xidmət sahəsi;

tunellərdə istifadə edilən yuyucu maşın;

tunellərdə istifadə edilən kompressor qurğusu;

tunellərdə istifadə edilən şpalvuran maşın;

tunellərdə istifadə edilən daxili yanma mühərrikli kompressor;

tunellərdə istifadə edilən səyyar elektrik kompressoru;

tunellərdə istifadə edilən səyyar elektrik stansiyası;

tunellərdə istifadə edilən betonqatışdırıcı maşın;

metropolitendə təsərrüfat qatarlarını hərəkətə gətirən motovoza xidmət sahəsi;

yol ayrıcı postuna xidmət sahəsi;

metropolitendə mərmərləyici, üzçəkən – pardaxlayıcı sahə;

yollara və süni qurğulara nəzarət edən xidmət sahəsi;

metroda defektoskop arabasının hərəkətetmə sahəsi;

tunellərdə istifadə edilən Zumpf aqreqatı;

tunellərdə kabel şəbəkələrinin quraşdırılması ilə məşğul olan sahə;

metropoliten tunellərdə işıqlandırma və işıqlandırıcı şəbəkələr;

elektrik qüvvə və şəbəkələri və avadanlığı;

metropolitendə dispetçer avadanlığına və teleavtomatikaya, eləcə də elektrik avadanlıqlarına təmir xidməti sahəsi;

metroda rabitənin, elektriksiqnalizasiya, mərkəzləşdirilmiş blokirovka qurğularına xidmət sahəsi;

yeraltı geofiziki iş sahəsi;

tunellərdə daimi olaraq işləyən nasos qurğularına xidmət sahəsi;

metropolitenin stansiya və tunel avadanlıqlarına təmir xidməti sahəsi;

yer altında yerləşən dizel və elektrik stansiyalarına xidmət sahəsi;

elektrik monitoru və elektrik avadanlığının təmir sahəsi;

metropolitendə elektrik qatarlarına xidmət sahəsi;

tunellərdə və metropolitendə istifadə edilən eskalatora xidmət sahəsi;

tunellərdə yolayıran postlara xidmət sahəsi;

daima tunel işlərində istifadə edilən taxta məmulatları hazırlayan sahə;

civə düzləndiriciləri otağına və stansiyalarına xidmət sahəsi;

tunel tikintilərində istifadə olunan avadanlıqların təmir sahəsi;

daimi olaraq tunel və kollektorlara xidmət sahəsi;

tunellərdə xətt məntəqələrinə və metropoliten nəqliyyat vasitələrinə texniki xidmət sahəsi;

metropolitenin stansiyalarına və tunel avadanlıqlarına xidmət sahəsi;

metropolitenlərin və tunellərin metal konstruksiyalarına xidmət və onlara texniki qulluq sahəsi;

tunel işlərində istifadə edilən elektrik avadanlıqlarına xidmət sahəsi;

tunel və metropolitenlərdə istifadə edilən elektrik avadanlığı və qurğusu;

daimi olaraq metropolitendə və tunellərdə istifadə edilən eskalatora xidmət sahəsi;

tunellərdə və keçidlərdə eskalatorların əsaslı təmiri ilə daimi məşğul olan xidmət sahəsi;

tunellərdə istifadə edilən qaz qaynaq aparatı və qurğusu;

tunellərdə və metropolitendə istifadə edilən elektrik qaynaq aparatı;

metropolitendə və tunellərdə təcili texniki xidmət sahəsi;

tunel və kollektorlarda yığışdırıcı sahə;

kabellərin lehimlənməsi sahəsi;

metropolitendə istifadə edilən elektrik işarəvermə və avtobloklaşdırma (I və AB) xidmət sahəsi;

tunellərdə fəaliyyətdə olan işarəvermə və avtobloklaşdırma (I və AB) və rabitə qurğularına daimi texniki xidmət sahəsi;

tunel işlərində istifadə edilən dartı yarımstansiyalarının elektrik avadanlıqlarının təmir sahəsi;

daimi tunel işlərində istifadə olunan kabel şəbəkələri üzrə quraşdırıcılar sahəsi;

tuneldə və işıqlandırıcı şəbəkələr üzrə elektrik quraşdırıcıları sahəsi;

tuneldə elektrik qüvvə şəbəkələrinə və elektrik avadanlıqlarına xidmət sahəsi;

mərkəzlə daimi əlaqə saxlayan stansiyaya xidmət göstərən sahə;

metropoliten qatarlarının qəbulu və yola salınması üzrə xidmət sahəsi;

metropolitenin deposu üzrə elektrik xidməti sahəsi;

yeraltı dizel elektrik stansiyası;

yeraltı dartı və elektrik cərəyanının azaldıcı yarımstansiyası;

tunellərdə kabel, kontakt və işıqlandırma qurğu və avadanlığı;

yer altında fəaliyyətdə olan işarəvermə və avtobloklaşdırma (I və AB) və xüsusi rabitə qurğusu;

daimi olaraq tunellərdə istifadə edilən ekskavator və digər mexanizmlər;

yeraltı sanitar – texniki avadanlıqlara xidmət sahəsi;

tunel işlərində daimi istifadə edilən eskalatorlara təmir xidməti sahəsi;

tunel yarımstansiyalarında civədüzləndirici qurğu.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status