AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.12.1993
QEYDİYYAT NÖMRƏSİ
755
ADI
Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-12-1993, Nəşr nömrəsi: 23-24, Maddə nömrəsi: 678)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 6 dekabr 1993-cü il.

                    № 755.


 

Azərbaycan Respublikasının 1993-cü il

6 dekabr tarixli 755 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin

STATUTU

 

1. Azərbaycan Respublikasının ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər.

2. “Şah İsmayıl” ordeni aşağıdakılara görə verilir:

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

görkəmli sərkərdəlik fəaliyyətinə görə;

respublikada fövqəladə halların nəticələrinin arddan qaldırılmasında xüsusi xidmətlərinə görə.

3. “Şah İsmayıl” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “İstiqlal” ordenindən sonra taxılır.

 


 

Azərbaycan Respublikasının 1993-cü il

6 dekabr tarixli 755 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin təsviri [1]

Maddə 1. Ordenin ümumi təsviri

Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni (bundan sonra - orden) biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.

Maddə 2. Ordenin ön tərəfi

Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca “Şah İsmayıl” sözləri yazılmışdır.

Maddə 3. Ordenin arxa tərəfi

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.0. Təltif dəstinə aşağıdakılar daxildir:

4.0.1. boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm , digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden;

4.0.2. paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm , digəri isə 2 mm enində qızılı zolaqlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilmişdir;

4.0.3. paltara bərkidilmək üçün elementi olan, xara lentə uyğun, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli qırmızı rəngli dairəvi element vardır.

 


“ŞAH İSMAYIL” ordeni [2]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141)
  2. 18 dekabr 2015-ci il tarixli 64-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 yanvar 2016-cı il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 31)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141) ilə Qanuna əlavə edilmiş “Şah İsmayıl” ordeninin təsviri” yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

“Şah İsmayıl” ordeninin təsviri

“Şah İsmayıl” ordeni qızıldan və gümüşdəndir, qızıl tilli ornamentli dairə şəklindədir. Dairənin üstündəki qalxanın ortasında mavi fonda Şah İsmayılın şəkli çəkilmişdir. Qalxan gümüşdəndir, aşağı hissəsində “Şah İsmayıl” sözləri yazılmışdır. Qalxan çarpazlanmış gümüş qılıncın, təbərzinin və toppuzun üstündədir.

Bütün yazılar və təsvirlər qabarıqdır.

Ordenin hündürlüyü 57 mm , eni 43 mm-dir.

Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib tünd qırmızı lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin eni 19 mm-dir.

Qəlibin ölçüsü 54 mmX22 mm-dir.

 

18 dekabr 2015-ci il tarixli 64-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 yanvar 2016-cı il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 31) ilə “Şah İsmayıl” ordeninin təsviri” yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

“Şah İsmayıl” ordeninin təsviri

 

“Şah İsmayıl” ordeni düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir.

Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir.

Arxa tərəfi hamar səthlidir, ortasında “Şah İsmayıl” yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;

paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;

paltara bərkidilmək üçün elementi olan, qırmızı çalarlı, üzərində alov simvolu təsvir edilmiş, ölçüsü 27 mm x 9 mm olan qəlib.

 

[2] 18 dekabr 2015-ci il tarixli 64-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 yanvar 2016-cı il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 31) ilə “Şah İsmayıl” ordeninin eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status