AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.12.1993
QEYDİYYAT NÖMRƏSİ
756
ADI
Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-12-1993, Nəşr nömrəsi: 23-24, Maddə nömrəsi: 679)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutu və təsviri təsdiq edilsin, (əlavə olunur).

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 6 dekabr 1993-cü il

       756.

 

 

Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin

STATUTU

 

1. Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;

hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;

respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;

dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

2. “Azərbaycan Bayrağı” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Şah İsmayıl” ordenindən sonra taxılır.

 

 


 

 

Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

 

“Azərbaycan Bayrağıordeninin təsviri [1]

 

“Azərbaycan Bayrağı” ordeni iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altdakı ulduz ağ və göy rəngli mina ilə örtülmüşdür. [2]

Üstdəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür.

Arxa tərəfi hamar səthlidir, ortasında “Azərbaycan Bayrağı” sözləri yazılmışdır, ondan aşağıda ordenin seriyası və nömrəsi həkk olunmuşdur. [3]

Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 37 mm x 50 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir. [4]

Ordenə paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. [5]

 

“AZƏRBAYCAN BAYRAĞI” ordeni

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141)

  1. 30 sentyabr 2013-cü il tarixli 723-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1242)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141) ilə Qanuna əlavə edilmiş “Azərbaycan Bayrağı” ordeninin təsviri” yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

“Azərbaycan Bayrağıordeninin təsviri

 

“Azərbaycan Bayrağı” ordeni qızıldan və gümüşdəndir, qızılı konturlu və mavi minalı düzgün səkkizguşəli ulduzdan ibarətdir. Ulduz növbə ilə dörd dairəvi və dörd iti bucaqlı sağanağa dirənən gümüşü şüaların fonunda təsvir edilmişdir. Səkkizguşəli ulduzun ortasında göstərilən sağanaqlara paralel qızılı ornamentli lent Azərbaycan Respublikasının Dövlət bayrağının təsvirini əhatəyə almışdır. Bayrağın təsvirinə mavi, qırmızı və açıq yaşıl rəngli, ayparanın və səkkizguşəli ulduzun təsvirinə ağ mina çəkilmişdir.

Ulduzun iki əks ucu arasında ordenin ölçüsü 57 mm-dir.

Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib 19 mm enində mavi lentlə birləşən ornamentli iki hissədən ibarətdir.

Qəlibin ölçüsü 54 mmX22 mm-dir.

 

[2] 30 sentyabr 2013-cü il tarixli 723-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1242) ilə birinci hissədə “ağ, üstdəki ulduz isə göy” sözləri “ağ və göy rəngli” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 sentyabr 2013-cü il tarixli 723-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1242) ilə üçüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilmişdir.

 

[4] 30 sentyabr 2013-cü il tarixli 723-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1242) ilə dördüncü hissədə “ 27 mm x 47,5 mm” sözləri “ 37 mm x 50 mm” sözləri ilə əvəz edilmişdir və hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[5] 30 sentyabr 2013-cü il tarixli 723-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1242) ilə beşinci hissədə “üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm” sözləri “eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status