AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.12.1993
QEYDİYYAT NÖMRƏSİ
757
ADI
Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu və təsvirinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-12-1993, Nəşr nömrəsi: 23-24, Maddə nömrəsi: 680)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu və təsvirinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 6 dekabr 1993-cü il

                   № 757.

 

 

 

Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının “Şöhrət” ordeninin

STATUTU

 

1. Azərbaycan Respublikasının «Şöhrət» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;

sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;

sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;

elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.

2. “Şöhrət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Şərəf” ordenindən sonra taxılır. [1]

 

 


 

 

Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

 

“Şöhrət” ordeninin təsviri [2]

 

Şöhrət” ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir.

Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərindəŞöhrət” sözü yazılmışdır. Qızılı rəngli lentin yuxarısında 9 mm diametrdə olan səkkizguşəli qızılı rəngli ulduz yerləşir. [3]

Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur. [4]

Orden paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir. [5]

Ordenə paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. [6]

 

“ŞÖHRƏT” ordeni

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141)

2.       19 oktyabr 2007-ci il tarixli 460-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1076)

  1. 30 sentyabr 2013-cü il tarixli 724-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1243)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 oktyabr 2007-ci il tarixli 460-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1076) ilə "Azərbaycan Respublikasının "Şöhrət" ordeninin statutu"nun 2-ci bəndində "Azərbaycan Bayrağı" sözləri "Şərəf" sözü ilə əvəz edilmişdir.

 

[2] 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141) ilə Qanuna əlavə edilmiş “Şöhrət” ordeninin təsviri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

“Şöhrət” ordeninin təsviri

 

“Şöhrət” ordeni qızıldandır, düzgün səkkizguşəli ulduz fonunda ornamentli medalyondan ibarətdir. Qızılı konturlu ulduzun səthinə yaşıl-mavi mina çəkilmişdir. Medalyonun ortasında dairə yerləşdirilmiş, dairənin içərisində mavi minalı fonda açıq yaşıl rəngli, qızılı konturlu dəfnə budaqlarının arasında qızılı rəngli quş təsvir edilmişdir. Medalyonun yuxarı hissəsində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Medalyonun aşağı hissəsində lentin üstündə “Şöhrət” sözü yazılmışdır.

Bütün yazılar və təsvirlər qabarıqdır.

Ulduzun iki əks ucu arasında ordenin ölçüsü 57 mm-dir.

Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib 19 mm enində mavi lentlə birləşən ornamentli iki hissədən ibarətdir.

Qəlibin ölçüsü 54 mmX22 mm-dir.

 

[3] 30 sentyabr 2013-cü il tarixli 724-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1243) ilə ikinci hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[4] 30 sentyabr 2013-cü il tarixli 724-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1243) ilə üçüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilmişdir.

 

[5] 30 sentyabr 2013-cü il tarixli 724-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1243) ilə dördüncü hissədə “ 27 mm x 47,5 mm” sözləri “ 37 mm x 50 mm” sözləri ilə əvəz edilmişdir və hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[6] 30 sentyabr 2013-cü il tarixli 724-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1243) ilə beşinci hissədə “üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm” sözləri “eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status