AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
14.06.1994
QEYDİYYAT NÖMRƏSİ
817
ADI
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 30-09-1994, Nəşr nömrəsi: 18, Maddə nömrəsi: 244)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.1995
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi

Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikavətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi).

Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. [1]

Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.

Hər bir vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. [2]

Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. [3]

Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. [4]

Maddə 2. Şəxsiyyət vəsiqəsinin növləri [5]

Şəxsiyyət vəsiqəsinin bu növləri vardır:

1)      16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;

2)      16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.

Şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir.

Maddə 3. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar

Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. [6]

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir:

bu maddənin birinci hissəsində göstərilən məlumatlar;

vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;

vətəndaşın doğulduğu yer, yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; [7]

vətəndaşın valideynlərinin soyadı və adı;

vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir);

vətəndaşın uşaqlarının soyadı və adı;

vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır);

şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi;

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar.

Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir.

Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi

Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. [8]

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. [9]

Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir. [10]

Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.

Qeyd: 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. [11]

Maddə 5. Dövlət rüsumu

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir. [12]

Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 (bir) gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.

Maddə 6. Şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması halları

Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. [13]

Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır. [14]

Maddə 7. Şəxsiyyət vəsiqəsinin təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi

Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi müvafiq icra hakimiyyəti orqanına göndərilir. [15]

Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.

Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. [16]

Maddə 8. Bu Qanunun tələblərini pozmağa görə məsuliyyət

Bu Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində) , vəsiqənin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin itirilməsində, qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. [17]

 

Maddə 9. Keçid müddəaları [18]

9.1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının (bundan sonra - 15 yaşı tamam olmamış vətəndaş) fərdi identifikasiya kartının 2022-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da 2018-ci il sentyabrın 1-dən 2022-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi verilir. [19]

9.2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra - qanuni nümayəndəsinin) ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.

9.3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.

9.4. 15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin ikinci hissəsinin altıncı-səkkizinci abzaslarında göstərilən məlumatlar daxil edilmir. [20]

9.5. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 14 iyun 1994-cü il

№ 817

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 fevral 1998-ci il tarixli 432-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 142)

2.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6 maddə 328)

3.       30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

4.       22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1033)

5.       29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4)

6.       11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2010-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 386)

7.       21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

8.       15 noyabr 2011-ci il tarixli 230-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2011-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1086)

9.       30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62)

10.    19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 466)

11.    21 iyun 2013-cü il tarixli 704-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 iyul 2013-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 796)

12.    29 dekabr 2015-ci il tarixli 86-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 fevral 2016-cı il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 2, maddə 198)

13.    1 dekabr 2017-ci il tarixli 911-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2264)

14.    12 oktyabr 2018-ci il tarixli 1285-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1981)

15.    30 oktyabr 2018-ci il tarixli 1304-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2215)

16.    12 iyul 2019-cu il tarixli 1666-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1385)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 1-ci maddənin ikinci və üçüncü hissələr müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilmişdir və yeni məzmunda ikinci və üçüncü hissələr əlavə edilmişdir.

 

[2] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 1-ci maddənin dördüncü hissəsindən “və ya onun qanuni nümayəndəsi” sözləri çıxarılmışdır.

 

[3] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 1-ci maddənin beşinci hissəsindən “və ya vəsiqə sahibinin qanuni nümayəndəsi” sözləri çıxarılmışdır.

 

[4] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 1-ci maddəyə yeni məzmunda altıncı hissə əlavə edilmişdir.

 

[5] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 2-ci maddə ləğv edilmişdir.

 

[6] 13 fevral 1998-ci il tarixli 432-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 142) ilə 3-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı və verilmə tarixi göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın milliyyəti, ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, közlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.

11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2010-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 386) ilə 3-cü maddəsinin birinci hissəsində və verilmə tarixi sözləri , verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti sözləri ilə əvəz edilmişdir.

 

30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 3-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxanda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.

Bu məlumatları şəxsiyyət vəsiqəsinə daxil edən müvafiq dövlət orqanının məsul əməkdaşı bunları öz imzası və gerbli möhürlə təsdiqləyir və məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

 

19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 466) ilə 3-cü maddənin birinci hissəsində “doğulduğu tarix,” sözlərindən sonra “doğulduğu yer,” sözləri əlavə edilmişdir.

 

[7] 19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 466) ilə 3-cü maddənin ikinci hissənin dördüncü abzasından “doğulduğu yer,” sözləri çıxarılmışdır.

 

30 oktyabr 2018-ci il tarixli 1304-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2215) ilə 3-cü maddənin ikinci hissəsinin dördüncü abzasında “gözlərinin rəngi,” sözlərindən sonra “əl-barmaq izləri,” sözləri əlavə edilmişdir.

 

[8] 21 iyun 2013-cü il tarixli 704-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 iyul 2013-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 796) ilə 4-cü maddənin birinci hissəsinin birinci cümləsində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.

 

30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 4-cü maddənin birinci hissəsində “və ya onun qanuni nümayəndəsinin” sözləri (hər iki halda) və “16 yaşına çatmış vətəndaşın” sözləri çıxarılmışdır və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 466) ilə 4-cü maddədə “, doğum şəhadətnaməsi, fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları” sözləri “və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[9] 22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1033) ilə 4-cü maddənin ikinci hissəsində "şəxsiyyət vəsiqəsini" sözlərindən sonra "sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində" sözləri əlavə edilmişdir.

 

30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 4-cü maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.

 

[10] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 4-cü maddəyə yeni məzmunda üçüncü və dördüncü hissələr əlavə edilmişdir.

 

[11] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 4-cü maddəyə yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

[12] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

16 yaşına çatmış vətəndaşlara şəxsiyyət vəsiqəsi ilk dəfə verilərkən minimum əmək haqqının bir misli məbləğində dövlət rüsumu alınır

30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 5-ci maddənin ikinci, üçüncü və dördüncü hissələri çıxarılmışdır.

 

30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 5-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir.

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar sahibinin təqsiri olmadan təhrif edilərsə, yaxud şəxsiyyət vəsiqəsi vətəndaşın təqsiri olmadan itərsə və ya yararsız hala düşərsə dövlət rüsumu alınmadan şəxsiyyət vəsiqəsi onu verən orqan tərəfindən dəyişdirilir.

Vətəndaş 25, 35 və 50 yaşına çatdıqda, həmçinin onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu maddənin birinci hissəsində müəyyənləşdirilmiş məbləğin yarısı miqdarında, dövlət rüsumu alınır.

Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsi üçün minimum əmək haqqının iki misli məbləğində dövlət rüsumu alınır.

 

[13] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 6-cı maddəsinin birinci hissəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 466) ilə 6-cı maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun yaşadığı yerin hərbi komissarlığı, hərbi təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə müvafiq dövlət orqanına göndərir.

 

[14] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6 maddə 328) ilə 6-cı maddənin ikinci hissəsinin birinci cümləsində "azadlıqdan məhrum edilməyə məhkum olunmuş yaxud mütləq əməyə cəlb edilməklə azadlıqdan məhrum olunmağa şərti" sözləri "azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya" sözləri ilə, "məhkəmə qərarlarını" sözləri "cəzanı" sözü ilə əvəz edilmişdir.

15 noyabr 2011-ci il tarixli 230-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2011-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1086) ilə 6-cı maddəsinin ikinci hissəsindən “azadlığın məhdudlaşdırılması,” sözləri çıxarılmışdır.

21 iyun 2013-cü il tarixli 704-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 iyul 2013-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 796) ilə 6-cı maddənin ikinci hissəsində “həbsəalma qəti-imkan tədbiri” sözləri “həbs və ona alternativ qətimkan tədbirləri” sözləri ilə əvəz edilmişdir.

12 oktyabr 2018-ci il tarixli 1285-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1981) ilə 6-cı maddənin ikinci hissəsinin birinci cümləsində “və ona alternativ” sözləri “, ev dustaqlığı və ya girov” sözləri ilə əvəz edilmişdir.

 

[15] 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 7-ci maddəsinin birinci hissəsində "vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına " sözləri "vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana "  sözləri ilə əvəz edilmişdir.

19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 466) ilə 7-ci maddənin birinci hissəsində “onu vermiş müvafiq dövlət orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilmişdir.

 

[16] 22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1033) ilə 7-ci maddədə maddənin adında "verilməsi" sözündən sonra "və qüvvədən düşmüş hesab edilməsi" sözləri əlavə edilmişdir, yeni məzmunda üçüncü hissə əlavə edilmişdir;

 

[17] 1 dekabr 2017-ci il tarixli 911-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2264) ilə 8-ci maddədən “itirilməsində, qəsdən korlanmasında,” sözləri çıxarılmışdır.

 

30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 62) ilə 8-ci maddədə “verilməsində (dəyişdirilməsində)” sözlərindən sonra “, vəsiqənin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində” sözləri əlavə edilmişdir.

 

[18] 29 dekabr 2015-ci il tarixli 86-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 fevral 2016-cı il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 2, maddə 198) ilə yeni məzmunda 9-cu maddə əlavə edilmişdir.

 

[19] 12 iyul 2019-cu il tarixli 1666-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1385) ilə 9.1-ci maddədə “2020-ci” sözləri (hər iki halda) “2022-ci” sözləri ilə əvəz edilmişdir.

 

[20] 19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 466) ilə 3-cü maddənin ikinci hissənin dördüncü abzasından “doğulduğu yer,” sözləri çıxarılmışdır.

 

30 oktyabr 2018-ci il tarixli 1304-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2215) ilə 9.4-cü maddədə “vətəndaşa” sözü “vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status