AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.11.2002
QEYDİYYAT NÖMRƏSİ
175
ADI
Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydaların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2002, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 677)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.11.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydaların təsdiq edilməsi haqqında

Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydaların təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 616 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanması ilə bağlı xərcləri fərdi uçotun tətbiq edilməsi mərhələlərinə uyğun olaraq hər il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin tərtibi zamanı nəzərə alsın. [2]

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 7 noyabr 2002-ci il

№ 175

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 7 noyabr tarixli, 175 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair

 

QAYDALAR

 

I. Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyasi

 

Dövlət sosial sığorta şəhadətnaməsi (bundan sonra - sığorta şəhadətnaməsi) yüksək keyfiyyətli plastik materialdan ibarətdir. [3]

Bu material rütubətə davamlıdır, xüsusi keyfiyyətə malikdir.

Sığorta şəhadətnaməsi şəffaf plastik arasında adı çəkilən materialdan istifadə olunmaqla isti sıxma üsulu ilə hazırlanır. [4]

Sığorta şəhadətnaməsinin qalınlığı 0,80 mm-dir. Küncləri oval formasındadır. [5]

 

II. Dövlət sosial sığorta şəhadətnaməsinin hazırlanması

 

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən dövlət sosial sığorta şəhadətnaməsinin hazırlanmasını və sığorta olunana verilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təmin edir. [6]

Sığorta şəhadətnaməsinin hazırlanması ilə bağlı xərclər məcburi dövlət sosial sığorta haqları vəsaiti hesabına hazırlanır.

Sığorta şəhadətnaməsinin hazırlanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sifariş verilir və xüsusi razılıq (lisenziya) almış şəxs (mətbəə) tərəfindən hazırlanır. [7]

Sığorta şəhadətnaməsinin rekvizitlərinin doldurulması "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun 5.2.1 - 5.2.5-ci maddələrinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. [8]

Saxtalaşdırılmasının qarşısını almaq məqsədi ilə sığorta şəhadətnaməsinin qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır. [9]

Sığorta şəhadətnaməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun anbarında uçotu aparılaraq saxlanılır, Fondun rəhbərinin icazəsi ilə anbardan həmin Fondun yerli orqanlarını təmsil edən təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında təhvil verilir və onlarla qanunvericiliyə uyğun tam maddi məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş şəhadətnamələrin uçotu 006 nömrəli (büdcə idarələrində 004 nömrəli) "Ciddi hesabat blankları" adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlilərinin) uçot kartında (forma №1Q) materialların uçotu qaydasında aparılır. [10]

Qanunvericilikdə nəzərdə tutulmuş hallarda sığorta şəhadətnaməsi dəyişdirildikdə, əvvəlki sığorta şəhadətnamələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları tərəfindən qəbul edilərək, müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mühasibatına təhvil verilir və müəyyən dövrdə mühasibatda yoxlama (təftiş) keçirildikdən sonra mövcud qanunvericiliyə uyğun arxivə təhvil verilir. [11]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 546)

2.       1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)

3.       7 aprel 2017-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 610)

4.       5 mart 2021-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 274)

5.       20 sentyabr 2021-ci il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 sentyabr 2021-ci il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203) ilə ləğv edilmişdir.

 

[2] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə 2-ci hissədə (birinci halda) “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

7 aprel 2017-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 610) ilə 2-ci hissəsində “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 274) ilə 2-ci hissədə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 546) ilə "Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası" bölməsinin birinci abzasda "şəffaf plastik örtük (laminat) arasında yerləşdirilmiş qalın kağız" sözləri "plastik" sözü ilə əvəz edilmişdir.

 

[4] 21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 546) ilə "Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası" bölməsinin ikinci və üçüncü abzaslar çıxarılmışdır.

 

[5] 21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 546) ilə "Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası" bölməsinin dördüncü abzasının birinci cümləsində "0,66" rəqəmi "0,80" rəqəmi ilə, ikinci cümləsində "düzbucaqlı" sözü "oval" sözü ilə əvəz edilmişdir.

 

[6] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydalar”ın II hissəsinin birinci, dördüncü və beşinci abzaslarında ismin müvafiq hallarında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 274) ilə “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydalar”ın II hissəsinin birinci abzasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə, dördüncü və altıncı abzaslarda isə “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 546) ilə "Dövlət sosial sığorta şəhadətnaməsinin hazırlanması" bölməsinin üçüncü abzasda "və xüsusi razılıq (lisenziya) almış şəxs (mətbəə) tərəfindən hazırlanır" sözləri çıxarılmışdır.

 

1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydalar”ın II hissəsinin üçüncü abzasda “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 546) ilə "Dövlət sosial sığorta şəhadətnaməsinin hazırlanması" bölməsinin dördüncü abzas aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Sığorta şəhadətnaməsinin rekvizitləri də həmin mətbəə tәrәfindәn doldurulur. Dövlət Sosial Müdafiə Fondu "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun 5.2.1 - 5.2.5-ci maddələrinə uyğun olaraq rekvizitlərin doldurulması üçün lazımi məlumatların mətbəəyə təqdim olunmasına, mətbəə isə öz növbəsində təqdim olunmuş məlumatlar əsasında sığorta şəhadətnaməsinin rekvizitlərinin dürüst və vaxtında doldurulmasına cavabdehdirlər.

 

[9] 21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 546) ilə "Dövlət sosial sığorta şəhadətnaməsinin hazırlanması" bölməsinin beşinci abzas çıxarılmışdır.

 

[10] 21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 06, maddə 546) ilə "Dövlət sosial sığorta şəhadətnaməsinin hazırlanması" bölməsinin altıncı abzasdan ", Fondun rəhbərinin icazəsi ilə anbardan həmin Fondun yerli orqanlarını təmsil edən təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında təhvil verilir və onlarla qanunvericiliyə uyğun tam maddi məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş şəhadətnamələrin uçotu 006 nömrəli (büdcə idarələrində 004 nömrəli) "Ciddi hesabat blankları" adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlilərin) uçot kartında (forma N2IQ) materialların uçotu qaydasında aparılır" sözləri çıxarılmışdır.

 

[11] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydalar”ın II hissəsinin altıncı abzasda “Fondun” sözü və “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 274) ilə “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydalar”ın II hissəsinin yeddinci abzasında hər iki halda “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə və “orqanları” sözü “qurumları” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status