AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
07.12.1999
QEYDİYYAT NÖMRƏSİ
768-IQ
ADI
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 12)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.000.000
360.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə

"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 7 dekabr 1999-cu il
               № 768-IQ

 


 

Azərbaycan Respublikasının
1999-cu il, 7 dekabr tarixli, 768-IQ nömrəli Qanunu ilə

təsdİq edİlmİşdİr

 

 

“Gömrük orqanlarında xidmət haqqında”

 

ƏSASNAMƏ

 

Bu Əsasnamə Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra “gömrük orqanları” adlanacaq) xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

I fəsil

Ümumİ müddəalar

1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. [1]

2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. [2]

Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. [3]

3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.

Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir. [4]

4. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir. [5]

5. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, formada və etibarlıq müddətinə xidməti vəsiqələr verilir. [6]

6. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin, habelə odlu silah və onlar üçün döyüş sursatının siyahısını müəyyən edir.

7. Gömrük orqanlarına xidmətə qəbul olunan vətəndaşlara və gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük orqanının aşağıda göstərilən xüsusi rütbələri verilir (bundan sonra “xüsusi rütbə” adlanacaq):

1) gömrük xidməti giziri; tibb xidməti giziri; [7]

2) gömrük xidməti baş giziri; tibb xidməti baş giziri;

3) gömrük xidməti kiçik leytenantı; tibb xidməti kiçik leytenantı;

4) gömrük xidməti leytenantı; tibb xidməti leytenantı;

5) gömrük xidməti baş leytenantı; tibb xidməti baş leytenantı;

6) gömrük xidməti kapitanı; tibb xidməti kapitanı;

7) gömrük xidməti mayoru; tibb xidməti mayoru;

8) gömrük xidməti polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı;

9) gömrük xidməti polkovniki; tibb xidməti polkovniki;

10) gömrük xidməti general-mayoru; tibb xidməti general-mayoru;

11) gömrük xidməti general-leytenantı;

12) gömrük xidməti general-polkovniki;

13) Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri.

8. Gömrük orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifələr və bu vəzifələrə müvafiq xüsusi rütbələr aşağıdakılara bölünür:

1) kiçik heyət (gömrük xidməti giziri, gömrük xidməti baş giziri; tibb xidməti giziri, tibb xidməti baş giziri); [8]

2) orta rəis heyəti (gömrük xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, gömrük xidməti baş leytenantı, gömrük xidməti kapitanı; tibb xidməti kiçik leytenantı, tibb xidməti leytenantı, tibb xidməti baş leytenantı, tibb xidməti kapitanı);

3) baş rəis heyəti (gömrük xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, gömrük xidməti polkovniki; tibb xidməti mayoru, tibb xidməti polkovnik-leytenantı, tibb xidməti polkovniki);

4) ali rəis heyəti (gömrük xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki, Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri, tibb xidməti general-mayoru).

Gömrük orqanlarının vəzifəli şəxsləri pensiya almaq hüquqi ilə xidmətdən azad edildikdə xüsusi rütbəyə "istefada olan" sözü əlavə olunur.

II fəsil

Gömrük orqanlarında xİdmətə qəbul

9. Gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir. [9]

10. Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar və mənəvi keyfiyyətlərinə görə Azərbaycan Respublikası gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlar gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər. [10]

11. Vətəndaşların gömrük orqanlarında xidmətə qəbulu könüllülük prinsipi, müsabiqə və şəffaflıq əsasında həyata keçirilir.

Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. [11]

12. Vətəndaş gömrük orqanlarına xidmətə qəbul olunarkən aşağıdakı sənədləri təqdim edir:

1) şəxsi ərizə;

2) şəxsiyyətini təsdiq edən sənəd;

3) əmək kitabçası;

4) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;

5) sağlamlığının vəziyyəti haqqında tibbi arayış;

6) tərcümeyi-hal;

7) ata (ana), ər (arvad), oğul (qız), doğma qardaş (doğma bacı), yaxud himayəsində olduğu şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar; [12]

8) hərbi bilet və ya digər hərbi uçot sənədi.

13. Vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul olunarkən, bu Əsasnamənin 12-ci maddəsində nəzərdə tutulmuş sənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır.

14. Yoxlama nəticəsində vətəndaşın gömrük orqanlarına xidmətə qəbul olunmasına maneçilik törədən hallar müəyyən olunduqda, ona gömrük orqanlarına xidmətə qəbul olunmasından imtinanın səbəbləri barəsində bir ay müddətində yazılı formada məlumat verilir.

15. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edilə bilməzlər. [13]

Bir qayda olaraq, müvafiq ali təhsilə malik olmayan, habelə (ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə xidmətə qəbul olunanlar istisna edilməklə) yaşı 30-u keçmiş vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul edilmirlər. [14]

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. [15]

Gömrük orqanlarının kiçik heyət vəzifələrinə xidmətə ən azı tam orta və orta ixtisas təhsilli, orta, baş və ali rəis heyəti vəzifələrinə isə yalnız müvafiq ali təhsilə malik olan şəxslər qəbul edilirlər. [16]

16. Gömrük orqanlarının vəzifəli şəxslərinin:

1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa;

1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;  [17]

2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa;

3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə;

4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə;

5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə;

6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə;

7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə;

8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

17. Gömrük orqanlarında vəzifəyə ilk dəfə təyin edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 6 aya qədər sınaq müddəti müəyyən edilə bilər.

18. Sınaq müddətinin müəyyən edilməsi gömrük orqanına işə qəbula dair əmrdə göstərilir. Sınaq müddəti Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən qısaldıla bilər.

18-1. Gömrük orqanlarına xidmətə qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir. [18]

19. Gömrük orqanının vəzifəli şəxsi sınaq müddətində tutduğu vəzifəyə uyğun olaraq gömrük orqanlarının vəzifəli şəxslərinə aid olan bütün hüquqlardan istifadə edir.

Sınaq müddəti gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarındakı xidmət stajına daxil edilir, xidmət illərinə görə əlavələrin ödənişində və pensiya təyin olunarkən nəzərə alınır.

Sınaq müddəti dövründə sınağın nəticəsi qənaətedici olmadıqda, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.

20. Gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.

Sınağın keçirilməsi qaydası və şərtləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Gömrük orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, o cümlədən əlavə təhsili Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təhsil müəssisəsində, Azərbaycan Respublikasının digər təhsil müəssisələrində, habelə xarici dövlətlərin təhsil müəssisələrində müqavilə əsasında həyata keçirilir. [19]

III fəsil
Xüsusİ rütbələrİn verİlmə qaydası

22. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr fərdi şəkildə, ardıcıl qaydada (bu Əsasnamənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), təhsilləri, olduqları xüsusi rütbədə xidmət müddəti və əmək stajı, tutduqları vəzifədə xüsusi rütbə hədləri, həmçinin bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir. [20]

23. Gömrük orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan xüsusi rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Gömrük orqanlarının kiçik, orta rəis və baş rəis heyəti üçün nəzərdə tutulan və tibb xidməti polkovniki xüsusi rütbələri (gömrük xidməti polkovniki xüsusi rütbəsi də daxil olmaqla) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən verilir. [21]

24. Gömrük orqanlarında bu Əsasnamənin qüvvəyə mindiyi günə kimi xidmət edən gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbәlәrin verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Gömrük orqanlarının vəzifəli şəxsinə növbəti xüsusi rütbə o, ştat üzrə tutduğu vəzifəyə görə nəzərdə tutulmuş rütbəyə uyğun olduqda və əvvəlki xüsusi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir.

26. Kiçik, orta rəis və baş rəis heyəti gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi rütbələrdə xidmət illəri aşağıdakı kimi müəyyən edilir:

gömrük xidməti giziri, tibb xidməti giziri - 5 il;

gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı - 1 il;

gömrük xidməti leytenantı, tibb xidməti leytenantı - 2 il;

gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı - 2 il;

gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 3 il;

gömrük xidməti mayoru, tibb xidməti mayoru - 4 il;

gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 5 il.

Gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti polkovniki, tibb xidməti polkovniki və daha yüksək rütbələr üçün xüsusi rütbələrdə xidmət illəri müəyyən edilmir. [22]

27. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edirlər:

gömrük xidməti giziri, tibb xidməti giziri, gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 50 yaş;

gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 55 yaş;

gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki - 60 yaş.

Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətin orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün son yaş həddi müəyyən edilməmişdir.

Gömrük orqanlarının qadın vəzifəli şəxsləri öz arzuları ilə, bu maddənin birinci hissəsində nəzərdə tutulan müddәtlәrdәn 5 il az olmaqla xidmәt edə bilərlər. [23]

28. Gömrük orqanının vəzifəli şəxsi tibbi cəhətdən yararlı olduqda, bu Əsasnamənin 27-ci maddəsində göstərilən yaş hədləri Azәrbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər müddətə artırıla bilər.

29. Xüsusi şəxsi xidmətlərinə görə gömrük orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə ona verilmiş xüsusi rütbə üçün müəyyən olunmuş xidmət illərinin yarısı keçdikdən sonra, lakin tutduğu vəzifəyə görə ştat üzrə nəzərdə tutulmuş xüsusi rütbədən bir pillə yüksək olmamaq şərti ilə vaxtından əvvəl verilə bilər.

Növbəti xüsusi rütbənin vaxtından əvvəl və gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifə üçün nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı verilməsinə gömrük orqanlarında xidmət müddətində yalnız 2 dəfə yol verilə bilər.

Kiçik heyət vəzifələrində olan gömrük orqanlarının vəzifəli şəxsləri orta və baş rəis heyəti vəzifələrinə təyin olunduqda, onlara mövcud xüsusi rütbədə xidmət müddətindən asılı olmayaraq həmin rəis heyətinin ilk xüsusi rütbəsi verilir. [24]

30. Təhsil müəssisələrinin dinləyiciləri, adyunktları və doktorantları olan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbələr onlar tədrisə başlayandan əvvəl ştat üzrə tutduqları vəzifələrə, təhsil müəssisəsini, adyunkturanı və doktoranturanı bitirdikdən sonra isə onlar ştat üzrə təyin olunduqları vəzifələrə uyğun olaraq verilir.

31. Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbədə xidmət illəri onlara bu rütbənin verildiyi gündən başlayaraq hesablanır.

Növbəti xüsusi rütbədə xidmət illəri əvvəlki xüsusi rütbədə xidmət illəri bitdiyi gündən başlayaraq hesablanır.

32. Gömrük orqanlarının vəzifəli şəxslərinin bu Əsasnamənin 69-cu maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə xidmət müddəti, bərpa olunmuş xüsusi rütbədə xidmət illərinə əlavə edilmir.

Barəsində cinayət işi qaldırılan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbə müvafiq olaraq cinayət işinə bəraət qazandıran əsaslarla xitam verilənə və ya xidməti araşdırma qurtarana qədər verilmir.

33. Gömrük orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbənin verilməsinin əsassız gecikdirilməsi müəyyən olunduqda, həmin şəxsin növbəti xüsusi rütbə alması üçün xidmət illəri onun əvvəlki xüsusi rütbədə xidmət illərinin bitdiyi vaxtdan başlayaraq hesablanır.

34. Gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı, gömrük xidməti mayoru və tibb xidməti mayoru, habelə gömrük xidməti kapitanı, tibb xidməti kapitanı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı xüsusi rütbələri olan gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələri onlar xidməti vəzifələrini yerinə yetirərkən xidməti intizam qaydalarını pozduqlarına görə aşağı salına bilər. [25]

35. Xüsusi rütbənin aşağı salınması haqqında qərar yol verilmiş pozuntular üzrə xidməti araşdırmanı aparmış müvafiq orqanın rəyi əsasında qəbul edilir.

36. Xüsusi rütbəsi aşağı salınmış gömrük orqanının vəzifəli şəxsinin attestasiyasının nəticələri müsbət olduqda o, ştat üzrə tutduğu vəzifədən asılı olmayaraq, öz əvvəlki xüsusi rütbəsinə bərpa olunur.

Bu maddənin birinci hissəsində göstərilmiş gömrük orqanının vəzifəli şəxsinin əvvəlki xüsusi rütbəsinə bərpası məsələsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

37. İntizam tənbehi tətbiq edilmiş gömrük orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə, həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.

38. Xüsusi rütbə gömrük orqanlarının vəzifəli şəxsinə ömürlük verilir və o, yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rütbədən məhrum oluna bilər. [26]

39. Gömrük orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vәzifәlәrә uyğun xüsusi rütbәlәrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

40. Gömrük orqanlarının kiçik heyət, orta rəis heyəti və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vәzifәlәrə uyğun xüsusi rütbәlәrin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

41. Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrə görə əlavələri Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının xüsusi rütbələrə görə müvafiq maaşlarına bərabər müəyyən edilir. [27]

IV fəsil
Gömrük orqanlarında xİdmət

42. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, digər normativ hüquqi aktlarına, habelə bu Əsasnaməyə uyğun olaraq öz səlahiyyətləri daxilində vəzifələr yerinə yetirir və müəyyən hüquqlardan istifadə edirlər.

43. Gömrük orqanının vəzifəli şəxsinin aşağıdakı hüquqları vardır:

gömrük orqanında tutduğu vəzifəyə dair hüquq və vəzifələrini müəyyən edən sənədlərlə tanış olmağa;

müəyyən edilmiş qaydada xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədlər almağa;

xidməti vəzifələrini yerinə yetirmək üçün mülkiyyət formasından asılı olmayaraq müəssisələrə getməyə;

xidməti vəzifələrinə uyğun olaraq qərarlar qəbul etməyə və ya onların hazırlanmasında iştirak etməyə;

xidmət illərinə görə, xidmətin nəticələri və ixtisasının səviyyəsi nəzərə alınmaqla, əmək haqqının artırılmasına və gömrük orqanlarında xidmət üzrə irəliləməyə;

şəxsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda öz izahatlarını şəxsi işə əlavə etməyə;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının saxlanılması üçün nəzərdə tutulan vəsaitlər hesabına əlavə təhsil almağa; [28]

xidmət illəri nəzərə alınmaqla pensiya təminatına;

şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsi üçün xidməti araşdırmaların aparılmasını tələb etməyə;

həmkarlar ittifaqlarına birləşməyə;

gömrük orqanlarının vəzifəli şəxslərinin iclaslarında iştirak etməyə;

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etməyə.

Gömrük orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hüquqları da vardır.

44. Gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:

Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək;

fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək;

gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək;

xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq;

gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;

dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.

45. Gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə dair vəzifə borcları vəzifə təlimatları ilə müəyyən edilir.

46. Vəzifə təlimatlarının hazırlanması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

47. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrasına həmçinin aşağıdakılar daxildir:

gömrük orqanlarının rəhbərləri tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən təlimlərdə, toplanışlarda, yarışlarda və digər tədbirlərdə iştirak etmək;

xidmət yerinə getmək və qayıtmaq, xidməti ezamiyyətdə olmaq;

müalicədə olmaq, müalicə yerinə getmək və qayıtmaq;

xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların həyat, sağlamlıq, şərəf və ləyaqətinin qorunması, habelə öz şəxsi təhlükəsizliyinin təminatı üzrə hərəkətlər.

48. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən dövlət nümayəndəsi kimi təmsil olunur və dövlətin mühafizəsi altında olurlar. Qanunla səlahiyyət verilmiş müvafiq orqanlar və vəzifəli şəxslər istisna olmaqla, onların fəaliyyətinə heç kəsin müdaxilə etmək hüququ yoxdur.

49. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə təyin olunması zamanı onların öz əsas ixtisası, yaxud ona yaxın olan ixtisas sahəsi üzrə yenidən hazırlığı aparıla bilər.

50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. [29]

51. Gömrük orqanlarında xidmətə qəbul edilmiş vətəndaşlar ilk xüsusi rütbəni aldıqdan sonra iki aydan gec olmayaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulan məzmunda and içirlər. [30]

Andiçmə mərasimi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

52. Gömrük orqanının vəzifəli şəxsinin həmin gömrük orqanında, həmin yerdə yerləşən digər gömrük orqanına və ya digər yerə xidmətə keçirilməsinə gömrük orqanının vəzifəli şəxsinin razılığı əsasında yol verilir.

53. Gömrük orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər:

1) vəzifəli şəxs yüksək vəzifəyə keçirilməsi;

2) vəzifəli şəxsdən daha məqsədyönlü şəkildə istifadə etmək üçün və ya ailə vəziyyətinə, sağlamlığına və ya yaş həddinə görə digər vəzifəyə keçirilməsi;

3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında ali təhsil müəssisələrinin əyani şöbələrinə qəbul olunmuş və bununla əlaqədar vəzifədən azad edilmiş şәxslәrin, həmin təhsil müəssisələrini bitirdikdən sonra başqa vəzifəyə təyin olunması; [31]

4) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə:

səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda;

attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə;

intizam tənbehi qaydasında. [32]

54. Gömrük orqanının vəzifəli şəxsinin xidmət üzrə başqa işə keçirilməsi, keçirilməyə əsas göstərilməklə əmr ilə rəsmiləşdirilir. Əmr gömrük orqanının vəzifəli şəxsinə imza etdirməklə elan olunur.

55. 15 il və daha çox xidmət illəri olan gömrük orqanlarının vəzifəli şəxsləri ştatların ixtisarı və ya səhhətlərinə görə azmaaşlı vəzifəyə keçirilərkən onların əvvəlki vəzifə maaşları keçirilən vəzifə üzrə saxlanılır. [33]

56. Barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilir.

57. Vəzifədən müvəqqəti kənar edilən gömrük orqanının vəzifəli şəxsinin həmin müddət ərzində əmək haqqı saxlanılmır.

58. Gömrük orqanlarının vəzifəli şəxsləri digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına xidmətə keçirilərkən onların gömrük orqanlarında xidmət illəri göstərilən orqanlarda xidmət illərinə daxil edilir və daşıdıqları rütbələr saxlanılır. [34]

Digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarından gömrük orqanlarına xidmətə qəbul edilmiş vәzifәli şəxslərin həmin orqanlarda xidmət illəri və daşıdıqları rütbәlәr saxlanılır.

Gömrük orqanlarına xidmətə qəbul edilən və ya dövlət qulluğundan gömrük orqanlarına xidmətə keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır. [35]

59. Gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilir.

60. Müharibə dövründə və fövqəladə vəziyyət elan olunan yerlərdə gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətlərinin xüsusiyyətləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

61. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara ezam oluna bilərlər.

62. Gömrük orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara ezam edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

63. Təhsil müəssisələrində gömrük orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktlara müvafiq olaraq həyata keçirilir. [36]

V fəsil
Xİdmətİ İntİzam

64. Gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.

65. Gömrük orqanlarının nümunəvi daxili intizam qaydaları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

66. Xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə və digər nailiyyətlərə görə gömrük orqanlarının vəzifəli şəxslərinə barədə aşağıdakı həvəsləndirmə tədbirləri görülür:

1) təşəkkür elan edilməsi;

2) pul və ya qiymətli əşya verilməsi;

3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının fəxri fərmanı ilə təltif edilməsi;

4) növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi;

5) təltif silahının verilməsi;

6) növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi;

7) tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl geri götürülməsi;

8) döş nişanı ilə təltif edilmə. [37]

67. Təltif silahı ilə mükafatlandırma Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir.

68. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunmasında xüsusi xidmətlərinə, qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı mübarizə, habelə sair fərqlənmələrə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər.

69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:  [38]

1) irad;

2) töhmət;

3) sonuncu xəbərdarlıqla şiddətli töhmət;

4) 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə; [39]

5) xüsusi rütbənin bir pillə aşağı salınması;

6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir);  [40]

7) gömrük orqanlarından xaric etmə;  [41]

8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə.

69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. [42]

70. İntizam tənbehinin qüvvədə olduğu müddətdə gömrük orqanlarının vəzifəli şəxslərinə bu Əsasnamənin 66-cı maddəsində nəzərdə tutulan (7-ci bəndi istisna olmaqla) həvəsləndirmə tədbirləri tətbiq edilə bilməz.

71. İntizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatın tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.

Gömrük orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

72. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə - müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər. [43]

73. İntizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelә törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında iş üzrə icraat vaxtı bu müddətdə daxil edilmir. [44]

74. İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə, tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir.

75. Gömrük orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi, əgər altı ay müddətində ona yeni intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur.

76. İntizam tənbehi tətbiq edilmiş gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər.

77. Həvəsləndirmə tədbirləri və intizam tənbehləri birbaşa rəislər tərəfindən onların səlahiyyətləri daxilində tətbiq olunur.

Birbaşa rəislər gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət üzrə, o cümlədən müvəqqəti olaraq tabe olduqları rəislərdir.

78. Həvəsləndirmə tədbirlərini və intizam tənbehi tətbiq etmək hüquqları olan şəxslərin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Gömrük orqanının vəzifəli şəxsinə onun birbaşa rəisinin səlahiyyətlərinə daxil olmayan həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək lazım gələrsə, bu zaman Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı qarşısında həmin rəis tərəfindən vəsatət qaldırılır.

79. Gömrük orqanlarının rəisləri həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinin tətbiqi üzrə onlara verilmiş səlahiyyətləri aşarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

VI fəsil
Gömrük orqanlarında xİdmətİn şərtlərİ

80. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.

81. Xidmət şəraitindən asılı olaraq gömrük orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Belə vəzifəli şəxslərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

82. Müstəsna hallarda gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada iş vaxtından artıq işlərə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işə cəlb oluna bilərlər. [45]

Belə hallarda onların əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

83. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada boş vəzifəni müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər.

84. Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən məzuniyyətlər verilir:

1) hər il verilən əsas məzuniyyət;

2) əlavə məzuniyyətlər;

3) sosial məzuniyyətlər;

4) təhsil almaqla və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

5) ödənişsiz məzuniyyət.

Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.

85. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə illik əsas məzuniyyət verilir.

86. Xidmətin birinci ili üçün gömrük orqanlarının vəzifəli şəxslərinin əsas məzuniyyət hüququ onların xidmətə daxil olduqları andan etibarən 6 ay xidmətdən sonra əmələ gəlir.

Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ilinin istənilən vaxtında, məzuniyyətlərin verilməsi növbəsinə müvafiq surətdə verilə bilər.

87. Gömrük orqanlarının vəzifəli şəxslərinin keçirilmiş məzuniyyətini növbəti xidmət ili üçün verilən əsas məzuniyyətlə birləşdirmək olar.

88. Xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan gömrük orqanının vəzifəli şəxsi məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma müvafiq əmrlə rəsmiləşdirilir. Belə halda məzuniyyətdən geri çağırılan vəzifəli şəxsə işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilir. [46]

89. Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda gömrük orqanlarında xidmət illərinə görə ödənişli əlavə mәzuniyyәt verilir:

1) 5 ildən 10 ilədək xidmət illərinə görə - 3 təqvim günü;

2) 10 ildən 15 ilədək xidmət illərinə görə - 5 təqvim günü;

3) 15 ildən 20 ilədək xidmət illərinə görə - 10 təqvim günü;

4) 20 il və daha çox xidmət illərinə görə - 15 təqvim günü.

90. Gömrük orqanının vəzifəli şəxsinin arzusu ilə əlavə məzuniyyət əsas məzuniyyətlə cəmlənərək birlikdə verilə bilər.

91. Gömrük orqanının vəzifəli şəxsi müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 85-ci maddəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. [47]

92. Gömrük orqanlarının vəzifəli şəxslərinə sosial, yaradıcılıq və təhsil, habelə ödənişsiz məzuniyyətlərin verilmə qaydası və onların müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

93. Gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. [48]

94. Gömrük orqanlarının vəzifəli şəxslərinə hər il onların aylıq əmək haqqının iki qat həcmində maddi yardım göstərilə bilər.

95. Gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlarla tənzimlənir. [49]

96. Gömrük orqanlarının rəhbərləri xidmətdə fərqlənməyə, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə görə gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına əmək haqqı fondu daxilində 50 faiz həcmində əlavələr təyin edə bilərlər.

Verilən tapşırıqların yerinə yetirilməməsi, işin keyfiyyətinin aşağı düşməsi və habelə xidməti intizamın pozulması halları zamanı bu əlavələr götürülə və ya azaldıla bilər.

97. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı xidmətdə əldə etdikləri nailiyyətlərə görə gömrük orqanlarının vəzifəli şəxslərinə onların vəzifə maaşlarının 25 faizi həcmində əlavələr müəyyən edə bilər.

98. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı ilə gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti olaraq verilən geyim formasının əvəzinə, onların dəyəri məbləğində pul kompensasiyasının ödənilməsinə yol verilir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [50]

99. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda fasiləsiz xidmət illərinə görə əlavələr Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə görə verilən haqqın məbləğlərinə bərabər müəyyən edilir. [51]

100. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [52]

101. Gömrük orqanlarının vəzifəli şəxslərinin sosial-məişət və tibbi təminatı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının vəsaiti hesabına həyata keçirilir.

102. Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar, həmçinin gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailələrinə tibb müəssisələrində tibbi komissiyalar tərəfindən tibbi xidmətin göstərilməsi kompensasiya əsasında həyata keçirilir və çəkilən xərclər Azərbaycan Respublikasının gömrük işin aparan icra hakimiyyəti orqanı tərəfindən ödənilir.

103. Gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. [53]

104. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar gömrük orqanının vəzifəli şəxsi həlak olduqda (vəfat etdikdə), xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, əmlakına zərər vurulduqda ona birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir. [54]

105. Ali təhsil müəssisələrində təhsilini qiyabi formada davam etdirən gömrük orqanlarının vəzifəli şəxslərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştlər verilir. [55]

106. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin gömrük orqanlarının tibb müəssisələrində, eləcə də Azərbaycan Respublikasının digər hüquq mühafizə orqanlarının tibbi müəssisələrində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük sisteminin müvafiq fondunun vəsaitləri hesabına tibbi təminat almaq hüquqları vardır.

107. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət etdikləri və ya yaşadıqları yerlərdə Azərbaycan Respublikasının gömrük sisteminin tibb müəssisələri olmadığı hallarda onlara və onların ailələrinə dövlət tibb müəssisələrində tibbi yardım göstərilir.

108. Müalicəyə sərf olunan vəsaitlər tibb müəssisələrinə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının vəsaiti hesabına ödənilir. [56]

109. Gömrük orqanının vəzifəli şəxsinə sanatoriya-kurort yollayışının qiymətinin 75 faizi, onun hər bir ailə üzvü üçün isə yollayışın qiymətinin 50 faizinə qədər məbləğdə pul kompensasiyası ödənilir.

Gömrük orqanlarının vəzifəli şəxsləri hər il əsas məzuniyyətə çıxarkən onlara biraylıq əməkhaqqı həcmində müavinət ödənilir.  [57]

110. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquq mühafizə orqanları üçün nəzərdə tutulmuş qaydada mənzillə, habelə müraciət etdikdə mənzil telefonu ilə təmin olunurlar.

111. (Çıxarılıb) [58]

112. (Çıxarılıb) [59]

113. Gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. [60]

VII fəsil
Gömrük orqanlarının vəzİfəlİ şəxslərİnİn attestasİyası VƏ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ [61]

114. Kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilir.

Attestasiya zamanı hər bir gömrük orqanının vəzifəli şəxsinin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərmək üçün namizədlərin ehtiyatı aşkar edilir.

Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. [62]

Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [63]

115. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər. Hər bir gömrük orqanının vəzifəli şəxsinin beş ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər. [64]

Attestasiya olunan gömrük orqanının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. [65]

Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

116. Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi üçün Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının nəzdində attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının tərkibi və səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

Attestasiya komissiyası öz fəaliyyətini bu Əsasnaməyə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan attestasiya komissiyası haqqında Əsasnaməyə uyğun olaraq təşkil edir.

117. Attestasiya komissiyası kollegial orqandır. O, azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır.

118. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır.

119. Attestasiya komissiyası bütün baxılan məsələlər üzrə əsaslandırılmış qiymət verir və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təsdiqinə təqdim edir. [66]

Attestasiya komissiyası gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun gəldiyi və ya uyğun gəlmədiyi, habelə işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəldiyi haqqında 3 (üç) qiymətdən yalnız birini verir. Bununla yanaşı, attestasiya komissiyası bu qiymətində gömrük orqanının vəzifəli şəxsinin başqa vəzifədə istifadə edilməsinin məqsədəmüvafiqliyi barədə tövsiyә verə bilər. [67]

VIII fəsil
Gömrük orqanlarının vəzİfəlİ şəxslərİnİn xİdmətİnə xİtam verİlməsİ üçün əsaslar

120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər:

1) öz təşəbbüsü ilə;

2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə;

3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə;

4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə;

5) vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə;

6) müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina edərsə;

7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda;

8) gömrük orqanlarından xaric edildikdə;

9) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda;

10) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə.

11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; [68]

12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;

13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda. [69]

Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsalara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. [70]

121. Gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvәqqәti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir.

122. Gömrük orqanlarında pensiya almaq hüququ ilə xidmətlərinə xitam verilmiş gömrük orqanlarının vəzifəli şəxslərinə geyim formasını daşımağa icazə verilir.

123. Gömrük orqanlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı sürətdə xəbərdar etməlidir.

124. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara vəzifə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət verilir və bu məbləğdən vergi tutulmur. [71]

125. 15 il və daha çox xidmət illəri olan gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətlərinə yaş həddinə, səhhətlərinə və ya təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar xitam verildikdə, onlara xidmətlərinə xitam verildikdən sonra 5 il müddətində aylıq vəzifə maaşının qırx faizi miqdarında aylıq müavinət verilir.

15 ildən artıq müddətin hər ili üçün aylıq müavinət aylıq vəzifə maaşının üç faizi miqdarında artırılır. [72]

126. Bu Əsasnamənin 125-ci maddəsində göstərilən əsaslarla xidmətlərinə xitam verilmiş və 15 ildən az xidmət illəri olan gömrük orqanlarının vəzifəli şəxslərinə xidmətlərinə xitam verildikdən sonra 1 il müddətində aylıq vəzifə maaşı məbləğində aylıq müavinət verilir. [73]

IX fəsil
Gömrük orqanlarının vəzİfəlİ şəxslərİnİn gömrük orqanlarında xİdmətə və vəzİfəyə bərpa edİlməsİ

127. Gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.

128. Gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır.

Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.

129. Gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında vəzifəyə bərpa edilməsi barədə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və (və ya) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı dərhal icra olunmalıdır. [74]

130. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir.

X fəsil
Yekun müddəalar

131. Gömrük orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilmiş mənbələrdən yaranan gömrük sisteminin büdcədənkənar inkişaf fondu və dövlət büdcəsi ilə nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir.

132. Öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar həlak olan vəfat edən, yaxud xidməti başa vurduqdan sonra gömrük orqanlarında xidmət zamanı aldıqları xəsarət (yaralanma, travma, kontuziya) və xəstəlik nəticəsində vəfat edən, həmçinin 20 il və daha çox (təqvim ili hesabı ilə) xidmət etmiş gömrük orqanlarının vəzifəli şəxslərinin dəfni və bununla əlaqədar xərclər Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən aparılır. [75]

133. Gömrük orqanlarında xidməti tənzimləyən normativ hüquqi aktların pozulmasına görə gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

2.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

3.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

4.       4 mart 2005-ci il tarixli 851-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 274)

5.       28 iyun 2005-ci il tarixli 969-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 590)

6.       10 oktyabr 2006-cı il tarixli 158-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 926)

7.       22 dekabr 2006-cı il tarixli 211-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 1)

8.       16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)

9.       19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)

10.    1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155)

11.    2 iyun 2008-ci il tarixli 622-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 696)

12.    2 iyun 2008-ci il tarixli 616-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 694)

13.    28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399)

14.    26 may 2009-cu il tarixli 823-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 406)

15.    01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 75)

16.    1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)

17.    5 mart 2010-cu il tarixli 969-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 273)

18.    22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599)

19.    21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”  qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

20.    01 oktyabr 2012-ci il tarixli 429-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1041)

21.    28 dekabr 2012-ci il tarixli 529-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 fevral 2013-cü il, № 27; “Azərbaycan” qəzeti, 10 fevral 2013-cü il, № 31; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 93)

22.    29 dekabr 2015-ci il tarixli 79-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 fevral 2016-cı il, № 41; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 192)

23.    31 may 2017-ci il tarixli 688-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1255)

24.    30 oktyabr 2018-ci il tarixli 1318-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2474)

25.    29 dekabr 2020-ci il tarixli 244-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 10)

26.    23 aprel 2021-ci il tarixli 304-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 544)

27.    09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 902)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddədə “dövlət xidmətinin” sözləri “dövlət qulluğunun” sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 oktyabr 2018-ci il tarixli 1318-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2474) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-ci maddəsinin ikinci hissəsinə “müddəaları” sözündən sonra “, həmçinin həmin Qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilmişdir.

 

[3] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə 2-ci maddəyə yeni məzmunda ikinci, üçüncü və dördüncü hissələr əlavə edilmişdir.

 

[4] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə 3-cü maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[5] 28 dekabr 2012-ci il tarixli 529-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 fevral 2013-cü il, № 27; “Azərbaycan” qəzeti, 10 fevral 2013-cü il, № 31; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 93) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 4-cü maddəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Geyim formasını, fərqlənmə nişanlarını və onların təchizat normasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, onun daşınma qaydasını isə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

 

[6] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 5-ci maddədə “müəyyən olunmuş nümunə əsasında” sözləri “Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, formada və etibarlıq müddətinə” sözləri ilə əvəz edilmişdir.

 

[7] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin  7-ci maddənin 1-ci bəndində “gömrük xidməti giziri;” sözlərindən sonra “tibb xidməti giziri;” sözləri, 2-ci bəndində “gömrük xidməti baş giziri;” sözlərindən sonra “tibb xidməti baş giziri;” sözləri, 3-cü bəndində “gömrük xidməti kiçik leytenantı;” sözlərindən sonra “tibb xidməti kiçik leytenantı;” sözləri, 4-cü bəndində “gömrük xidməti leytenantı;” sözlərindən sonra “tibb xidməti leytenantı;” sözləri, 5-ci bəndində “gömrük xidməti baş leytenantı;” sözlərindən sonra “tibb xidməti baş leytenantı;” sözləri, 6-cı bəndində “gömrük xidməti kapitanı;” sözlərindən sonra “tibb xidməti kapitanı;” sözləri, 7-ci bəndində “gömrük xidməti mayoru;” sözlərindən sonra “tibb xidməti mayoru;” sözləri, 8-ci bəndində “gömrük xidməti polkovnik-leytenantı;” sözlərindən sonra “tibb xidməti polkovnik-leytenantı;” sözləri, 9-cu bəndində “gömrük xidməti polkovniki;” sözlərindən sonra “tibb xidməti polkovniki;” sözləri və 10-cu bəndində “gömrük xidməti general-mayoru;” sözlərindən sonra “tibb xidməti general-mayoru;” sözləri əlavə edilmişdir.

 

[8] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 8-ci maddənin birinci hissəsinin 1-ci bəndində “gömrük xidməti baş giziri” sözlərindən sonra “; tibb xidməti giziri, tibb xidməti baş giziri” sözləri, 2-ci bəndində “gömrük xidməti kapitanı” sözlərindən sonra “; tibb xidməti kiçik leytenantı, tibb xidməti leytenantı, tibb xidməti baş leytenantı, tibb xidməti kapitanı” sözləri, 3-cü bəndində “gömrük xidməti polkovniki” sözlərindən sonra “; tibb xidməti mayoru, tibb xidməti polkovnik-leytenantı, tibb xidməti polkovniki” sözləri və 4-cü bəndində “gömrük xidməti general-mayoru” sözlərindən sonra “, tibb xidməti general-mayoru” sözləri əlavə edilmişdir.

 

[9] 2 iyun 2008-ci il tarixli 616-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 694) ilə "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 9-cu maddəsində "etikaya" sözü "etik davranış qaydalarına" sözləri ilə əvəz edilmişdir.

 

[10] 28 aprel 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137) ilə "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu maddədə “yerinə yetirə” sözlərindən sonra “və Azərbaycan Respublikasının dövlət dilini sərbəst” sözləri əlavə edilmişdir.

 

[11] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 11-ci maddədə “prinsipi” sözündən sonra “, müsabiqə və şəffaflıq” sözləri və həmin maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[12] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin  12-ci maddənin 7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda 8-ci bənd əlavə edilmişdir.

 

[13] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 15-ci maddədə birinci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Vətəndaş aşağıdakı hallarda gömrük orqanlarında xidmətə qəbul oluna və ya xidmət edə bilməz:

1) həkim-tibb komissiyasının rəyi əsasında sağlamlığı təsdiq olunmadıqda;

2) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

3) üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

 

[14] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 15-ci maddədə ikinci hissədən “müvafiq ali təhsilə malik olmayan, habelə (ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə xidmətə qəbul olunanlar istisna edilməklə)” sözləri çıxarılmışdır.

 

[15] 22 dekabr 2006-cı il tarixli 211-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 1) ilə 15-ci maddəsinə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[16] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 15-ci maddədə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

 

[17] 10 oktyabr 2006-cı il tarixli 158-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 926) ilə 16-cı maddəyə yeni məzmunda 1-1-ci bənd əlavə edilmişdir.

 

[18] 09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 902) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə yeni məzmunda 18-1-ci maddə əlavə edilmişdir.

 

[19] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 21-ci maddədə “, yenidən hazırlanması və ixtisaslarının artırılması” sözləri “, o cümlədən əlavə təhsili” sözləri ilə, “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

 

[20] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 22-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr onların tutduqları vəzifəyə uyğun olaraq verilir.

Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən xüsusi rütbələr ilkin və növbətilərə bölünürlər.

 

[21] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin  23-cü maddənin birinci cümləsində “xidməti general-mayoru və ondan yuxarı” sözləri “orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan” sözləri ilə və ikinci cümləsində “xüsusi rütbələr” sözləri “və tibb xidməti polkovniki xüsusi rütbələri” sözləri ilə əvəz edilmişdir.

 

[22] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 26-cı maddənin birinci hissəsinin ikinci abzasında “gömrük xidməti giziri” sözlərindən sonra “, tibb xidməti giziri” sözləri, üçüncü abzasında “gömrük xidməti kiçik leytenantı” sözlərindən sonra “, tibb xidməti kiçik leytenantı” sözləri, dördüncü abzasında “gömrük xidməti leytenantı” sözlərindən sonra “, tibb xidməti leytenantı” sözləri, beşinci abzasında “gömrük xidməti baş leytenantı” sözlərindən sonra “, tibb xidməti baş leytenantı” sözləri, altıncı abzasında “gömrük xidməti kapitanı” sözlərindən sonra “, tibb xidməti kapitanı” sözləri, yeddinci abzasında “gömrük xidməti mayoru” sözlərindən sonra “, tibb xidməti mayoru” sözləri, səkkizinci abzasında “gömrük xidməti polkovnik-leytenantı” sözlərindən sonra “, tibb xidməti polkovnik-leytenantı” sözləri əlavə edilmişdir və ikinci hissəsində “gömrük xidməti polkovniki” sözləri “tibb xidməti baş giziri, gömrük xidməti polkovniki, tibb xidməti polkovniki” sözləri ilə əvəz edilmişdir.

 

[23] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 27-ci maddənin birinci hissəsinin ikinci abzasında “gömrük xidməti giziri, gömrük xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, gömrük xidməti baş leytenantı, gömrük xidməti kapitanı” sözləri “gömrük xidməti giziri, tibb xidməti giziri, gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti kapitanı, tibb xidməti kapitanı” sözləri ilə, üçüncü abzasında “gömrük xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı” sözləri “gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı” sözləri ilə və dördüncü abzasında “gömrük xidməti polkovniki, gömrük xidməti general-mayoru” sözləri “gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru  sözləri ilə əvəz edilmişdir.

 

[24] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 29-cu maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[25] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 34-cü maddədə “gömrük xidməti polkovnik-leytenantı və gömrük xidməti mayoru, habelə gömrük xidməti kapitanı, gömrük xidməti baş leytenantı, gömrük xidməti leytenantı” sözləri “tibb xidməti polkovniki, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı, gömrük xidməti mayoru və tibb xidməti mayoru, habelə gömrük xidməti kapitanı, tibb xidməti kapitanı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı” sözləri ilə əvəz edilmişdir.

 

[26] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 38-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Gömrük orqanlarının vəzifəli şəxsləri, habelə istefada olan vəzifəli şəxslər törətdikləri cinayətə görə ancaq məhkəmənin qərarı ilə xüsusi rütbədən məhrum edilə bilərlər.

 

[27] 28 iyun 2005-ci il tarixli 969-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 590) ilə Əsasnamənin 41-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

41. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilir:

Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri - minimum əmək haqqı məbləğinin otuz misli miqdarında;

gömrük xidməti general-polkovniki - minimum əmək haqqı məbləğinin iyirmi səkkiz misli miqdarında;

gömrük xidməti general-leytenantı - minimum əmək haqqı məbləğinin iyirmi altı misli miqdarında;

gömrük xidməti general-mayoru - minimum əmək haqqı məbləğinin iyirmi dörd misli miqdarında;

gömrük xidməti-polkovniki - minimum əmək haqqı məbləğinin iyirmi iki misli miqdarında;

gömrük xidməti polkovnik-leytenantı - minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında;

gömrük xidməti mayoru - minimum əmək haqqı məbləğinin on səkkiz misli miqdarında;

gömrük xidməti kapitanı - minimum əmək haqqı məbləğinin on altı misli miqdarında;

gömrük xidməti baş leytenantı - minimum əmək haqqı məbləğinin on dörd misli miqdarında;

gömrük xidməti leytenantı - minimum əmək haqqı məbləğinin on iki misli miqdarında;

gömrük xidməti kiçik leytenantı - minimum əmək haqqı məbləğinin on misli miqdarında;

gömrük xidməti baş giziri - minimum əmək haqqı məbləğinin səkkiz misli miqdarında;

gömrük xidməti giziri - minimum əmək haqqı məbləğinin altı misli miqdarında.

 

22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 41-ci maddədə “rütbələr üzrə maaşları” sözləri “rütbələrə görə əlavələri” sözləri ilə əvəz edilmişdir.

 

[28] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 43-cü maddənin birinci hissəsinin səkkizinci abzasında “öz ixtisasını artırmağa və təkmilləşdirməyə” sözləri “əlavə təhsil almağa” sözləri ilə əvəz edilmişdir

 

 

[29] 10 oktyabr 2006-cı il tarixli 158-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 926) ilə 50-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

50. Təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş gömrük orqanının vəzifəli şəxsi 3 ay müddətinə, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əmək haqqı saxlanılmaqla həmin orqanın sәrәncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin xəstə, növbəti və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Müstəsna hallarda bu müddət Azərbaycan Respublikasının gömrük işini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər.

 

[30] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 51-ci maddənin birinci hissəsində “ilkin” sözü “ilk” sözləri ilə əvəz edilmişdir.

 

[31] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 53-cü maddənin 3-cü bəndində “ali məktəblərin” sözləri “ali təhsil müəssisələrinin” sözləri ilə, “tədris” sözü “təhsil” sözü ilə əvəz  edilmişdir

 

[32] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 53-cü maddənin 3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda 4-cü bənd əlavə edilmişdir.

 

[33] 5 mart 2010-cu il tarixli 969-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 273) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 55-ci maddəsi çıxarılmışdır.

 

[34] 01 oktyabr 2012-ci il tarixli 429-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1041) ilə 58-ci maddəsinin birinci və ikinci hissələrində “hüquq mühafizə” sözlərindən sonra “, o cümlədən fövqəladə hallar” sözləri əlavə edilmişdir.

 

[35] 09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 902) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 58-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[36] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 63-cü maddə çıxarılmışdır.

 

[37] 4 mart 2005-ci il tarixli 851-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 274) ilə Əsasnamənin 66-cı maddəsinə 8-ci bənd əlavə edilmişdir.

 

[38] 10 oktyabr 2006-cı il tarixli 158-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 926) ilə 69-cu maddədə, birinci abzas yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Gömrük orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:

 

[39] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 69-cu maddənin 4-cü bəndindən “6 ay müddətinə” sözləri çıxarılmışdır, 7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda 8-cü bənd əlavə edilmişdir.

 

[40]   10 oktyabr 2006-cı il tarixli 158-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 926) ilə  6-cı bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

6) gömrük orqanlarında xidmətinə xitam verilmə.

 

[41] 10 oktyabr 2006-cı il tarixli 158-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 926) ilə  yeni məzmunda 7-ci bənd əlavə edilmişdir.

 

[42] 10 oktyabr 2006-cı il tarixli 158-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 926) ilə  Əsasnaməyə yeni məzmunda 69-1-ci maddə əlavə edilmişdir.

 

[43] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə Əsasnamənin 72-ci maddəsində "hüquq pozuntusu barədə" sözləri "xəta haqqında" sözləri ilə əvəz edilmişdir.

 

[44] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə Əsasnamənin 73-cü maddəsində "hüquq pozuntusu işi" sözləri "xəta haqqında iş" sözləri ilə əvəz edilmişdir.

 

[45] 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 82-ci maddəsinin birinci hissəsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir.

1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə 82-ci maddənin birinci hissəsində iş günü hesab edilməyən bayram və istirahət günlərindəsözləri istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə sözləri ilə əvəz edilmişdir.

 

[46] 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə 88-ci maddənin üçüncü cümləsində vəzifəli şəxsə sözlərindən sonra işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və sözləri əlavə edilmişdir.

 

[47] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin  91-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Əsas məzuniyyətdən istifadə etməmiş gömrük orqanının vəzifəli şəxsinin işdən çıxması hallarından başqa, məzuniyyətin pul ilə əvəz edilməsinə yol verilmir.

[48] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 93-cü maddədə “xüsusi rütbələr üzrə maaşlardan, 5 ildən artıq qüsursuz xidmətə görə, xarici dili bilməyə” sözləri “xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə” sözləri ilə əvəz edilmişdir.

 

[49] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə Əsasnamənin 95-ci maddəsindən "həddi məhdudlaşdırılmamaqla" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq həddi məhdudlaşdırılmamaqla pul mükafatları verilə bilər.

29 dekabr 2020-ci il tarixli 244-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 10) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 95-ci maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

95. Gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pul mükafatları verilə bilər.

 

[50] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə Əsasnamənin 98-ci maddəsinin ikinci hissəsinin əvvəlinə "Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən" sözləri əlavə edilmişdir.

 

[51] 28 iyun 2005-ci il tarixli 969-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 590) ilə Əsasnamənin 99-cu maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

99. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:

1) 5 ildən 10 ilədək - minimum əmək haqqı məbləğinin on iki misli miqdarında;

2) 10 ildən 15 ilədək - minimum əmək haqqı məbləğinin on altı misli miqdarında;

3) 15 ildən 20 ilədək - minimum əmək haqqı məbləğinin on səkkiz misli miqdarında;

4) 20 ildən 25 ilədək - minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında;

5) 25 ildən yuxarı - minimum əmək haqqı məbləğinin iyirmi beş misli miqdarında.

 

 

22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 99-cu maddədə “orqanlarda” sözündən sonra “fasiləsiz” sözü əlavə edilmişdir və “və hesablanması qaydasına uyğun olaraq ödənilir” sözləri “bərabər müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.

 

[52] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 100-cü maddə yeni redaksiya verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Xidmət illərinə görə əlavələrin verilmə qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

[53] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin 103-cü maddə yeni redaksiya verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət tərəfindən icbari şəxsi sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

[54] 26 may 2009-cu il tarixli 823-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 406) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 104-cü maddəsində “həlak olduqda” sözlərindən sonra “(vəfat etdikdə)” sözləri əlavə edilmişdir, “habelə sonrakı peşə fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edən bədən xəsarəti və digər bədən xəsarəti” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir.

 

[55] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 105-ci maddədə “Ali məktəblərin axşam və qiyabi şöbələrində təhsilini” sözləri “Ali təhsil müəssisələrində təhsilini qiyabi formada” sözləri ilə əvəz edilmişdir.

 

[56] 23 aprel 2021-ci il tarixli 304-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 544) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 108-ci maddəsində səhiyyə sözü tibb sözü ilə əvəz edilmişdir.

 

[57] 10 oktyabr 2006-cı il tarixli 158-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 926) ilə  109-cu maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Gömrük orqanının vəzifəli şəxsinə hər il məzuniyyətə çıxdığı zaman minimum əmək haqqının on misli miqdarında, arvadına (ərinə) və hər bir həddi buluğa çatmamış ailə üzvlərinə isə minimum əmək haqqının beş misli miqdarında pul kompensasiyası ödənilir.

 

[58] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə Əsasnamənin 111-ci maddəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

111. Gömrük orqanlarının vəzifəli şəxslərinin öz xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar əldə etdikləri gəlirlərdən gəlir vergilərinin tutulması hüquq mühafizə orqanları üçün müəyyən edilən şərtlərlə və qaydalarla həyata keçirilir.

 

[59] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə Əsasnamənin 112-ci maddəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

112. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəsiqələrini təqdim etməklə, Azərbaycan Respublikasının bütün ərazisində şəhərdaxili, şəhərətrafı nəqliyyat vasitələrindən (taksi istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdirlər.

 

[60] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinin birinci hissəsində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə, ikinci hissəsində “Azərbaycan Respublikasının gömrük işini aparan” sözləri “müvafiq” sözü ilə əvəz edilmişdir.

 

[61] 1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155) ilə VII fəslin adında "attestasiyası" sözündən sonra "və fəaliyyətinin qiymətləndirilməsi" sözləri əlavə edilmişdir.

 

[62] 1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155) ilə 114-cü maddənin üçüncü hissəsi dördüncü hissə hesab edilmişdir və maddəyə üçüncü hissə əlavə edilmişdir.

 

[63] 31 may 2017-ci il tarixli 688-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1255) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 114-cü maddəsinin dördüncü hissəsində “Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilmişdir.

 

[64] 29 dekabr 2015-ci il tarixli 79-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 fevral 2016-cı il, № 41; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 192) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də 115-ci maddədə “üç ildə bir dəfədən çox olmayaraq” sözləri “beş ildə bir dəfədən çox olmayaraq” sözləri ilə əvəz edilmişdir.

[65] 29 dekabr 2015-ci il tarixli 79-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 fevral 2016-cı il, № 41; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 192) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də 115-ci maddəyə yeni məzmunda ikinci və üçüncü hissələr əlavə edilmişdir.

[66] 29 dekabr 2015-ci il tarixli 79-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 fevral 2016-cı il, № 41; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 192) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də 119-cu maddənin birinci hissəsində “qərar qəbul edir” sözləri “qiymət verir” sözləri ilə, ikinci hissənin ikinci cümləsində və 120-ci maddənin birinci hissəsinin 7-ci bəndində isə ismin müvafiq hallarında verilmiş “qərar” sözü ismin müvafiq hallarında “qiymət” sözü ilə əvəz edilmişdir.

[67] 29 dekabr 2015-ci il tarixli 79-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 fevral 2016-cı il, № 41; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 192) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də 119-cu maddənin ikinci hissəsinin birinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiya deyilirdi:

Attestasiya komissiyası gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir.

[68] 10 oktyabr 2006-cı il tarixli 158-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 926) ilə  120-ci maddədə,  birinci hissənin 8-ci bəndi yeni redaksiyada verilmişdir, birinci hissəyə yeni məzmunda 11-ci bənd əlavə edilmişdir, ikinci hissədə “ 4-10-cu bəndlərində” sözləri “4-11-ci bəndlərində” sözləri ilə əvəz edilmişdir.

 

[69] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin  120-ci maddənin birinci hissənin 11-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda 12-ci və 13-cü bəndlər əlavə edilmişdir.

 

[70] 22 iyun 2010-cu il tarixli 1046-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 599) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”nin  120-ci maddənin ikinci hissədə “4-11-ci” sözləri “4-13-cü” sözləri ilə əvəz edilmişdir.

 

[71] 29 dekabr 2020-ci il tarixli 244-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 10) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 124-cü maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

124. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara xidmət illərindən asılı olaraq aşağıda göstərilən miqdarda birdəfəlik müavinət verilir;

1) 10 ilə qədər - aylıq vəzifə maaşının 5 mislində;

2) 10 ildən 15 ilə qədər - aylıq vəzifə maaşının 10 mislində;

3) 15 ildən 20 ilə qədər - aylıq vəzifə maaşının 15 mislində;

4) 20 ildən yuxarı - aylıq vəzifə maaşının 20 mislində.

Xidmət dövründə dövlət təltifləri olan gömrük orqanlarının vəzifəli şəxslərinə verilən birdəfəlik müavinətin məbləği iki aylıq vəzifə maaşı miqdarında artırılır.

 

[72] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə Əsasnamənin 125-ci maddəsi çıxarılmışdır.

 

[73] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə Əsasnamənin 126-cı maddəsi çıxarılmışdır.

 

[74] 01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 75) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 129-cu bəndində “və (və ya) məhkəmənin” sözləri “qərarı və (və ya) məhkəmənin qanuni qüvvəyə minmiş” sözləri ilə əvəz edilmişdir.

 

[75] 2 iyun 2008-ci il tarixli 622-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 696) ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 132-ci maddəsində “həlak olan” sözlərindən sonra mötərizədə “vəfat edən” sözləri əlavə edilsin, “yaralanma, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) ” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status