AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.06.2005
QEYDİYYAT NÖMRƏSİ
246
ADI
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2005, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 483)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Depozit Sistemi haqqında” Əsasnamənin 3.10-cu bəndinin “m” yarımbəndindən “- rəqəmli” sözü çıxarılsın.

2. Müəyyən edilsin ki:

2.1. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.14-cü, 8-ci, 9.1-ci, 9.3-cü, 9.4-cü, 9.6-cı, 9.7-ci, 16.0.3- cü, 17.1.3-cü, 17.3.7-ci, 17.3.8-ci, 17.3.9-cu, 19.2-ci, 19.4-cü, 19.5-ci, 31.4- cü, 33.1-ci, 33.2-ci, 33.3-cü (33.3.3-cü maddədə müəyyən edilmiş məsələlər istisna olmaqla) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;

2.2. həmin Qanunun 33.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini 33.3.3-cü maddədə müəyyən edilmiş məsələlərə münasibətdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər. [2]

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 iyun 2005-ci il

  № 246

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

2.       3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

3.       5 aprel 2017-ci il tarixli 1320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 aprel 2017-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 534)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 aprel 2017-ci il tarixli 1320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 aprel 2017-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 534) ilə ləğv edilmişdir.

 

[2] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2.1-ci və 2.2-ci bəndlərində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 2.2-ci bəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status