AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.06.2005
QEYDİYYAT NÖMRƏSİ
106
ADI
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2005, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 542)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.06.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
542

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).

1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

Bakı şəhəri, 18 iyun 2005-ci il

                  № 106

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin

 

N İ Z A M N A M Ə S İ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanı (bundan sonra - Fərman) ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılmışdır. [2]

1.2. Cəmiyyətin təşkilati-hüquqi forması: qapalı səhmdar cəmiyyət.

1.3. Cəmiyyətin tam adı: “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti.

1.4. Cəmiyyətin qısaldılmış adı: “AzTV” QSC.

1.5. Cəmiyyətin səhmləri yalnız təsisçilər arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılır. Cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və başqa şəkildə onları əldə etmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.

1.6. Cəmiyyətin iştirakçılarının sayı 50-dən çox olmamalıdır, əks halda o, bir il ərzində açıq səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra iştirakçıların sayının azaldılması qeyd olunan həddə edilməzsə, o, məhkəmə qaydasında ləğv edilməlidir.

1.7. Cəmiyyət öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyır.

1.8. Cəmiyyətin səhmdarları onun öhdəlikləri üçün cavabdeh deyildirlər və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində məsuliyyət daşıyırlar.

1.9. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarmı və bu Nizamnaməni rəhbər tutur.

1.10. Cəmiyyət müstəqil balansa, Azərbaycan Respublikasının adı əks olunmuş möhürə, müvafiq ştamplara, blanklara, bank hesablarına, dövlət qeydiyyatına alınmış əmtəə nişanına (loqotipə) malikdir və başqa atributları vardır.

1.11. Cəmiyyətin hüquqi ünvanı: Az1011, Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, № 1.

1.12. Cəmiyyət qeyri-müəyyən müddətə yaradılmışdır.

 

II. CƏMİYYƏTİN ƏSAS VƏZİFƏLƏRİ

 

2.1. Cəmiyyətin əsas vəzifələri aşağıdakılardır:

2.1.1. dövlətin və cəmiyyətin mənafeyinə yönəlmiş məlumatlandırıcı, maarifləndirici və əyləndirici televiziya və radio proqramlarının hazırlanması, onların Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yayımlanması, televiziya və radio proqramlarının müvafiq ideya-bədii səviyyəsinin təmin edilməsi, cəmiyyətin demokratikləşməsi sahəsində onların təsirinin gücləndirilməsinin həyata keçirilməsi;

2.1.2. peyk, kabel, yerüstü qurğular, internet və s. rabitə vasitələri ilə teleradio siqnallarının yayılması və retranslyasiyası;

2.1.3. mövcud olan peyk, kabel və digər rabitə sistemlərinin istismarı və yenilərinin yaradılması;

2.1.4. yayım zamanı ictimaiyyətin maraqlarının, mədəni və mənəvi dəyərlərin qorunması;

2.1.5. televiziya və radio verilişlərinin inkişafı sahəsində beynəlxalq əlaqələrin yaradılması;

2.1.6. proqramların (verilişlərin) mövzu rəngarəngliyinin təmin edilməsi;

2.1.7. yayım zamanı peşə etikasına riayət edilməsi;

2.1.8. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

 

III. CƏMİYYƏTİN FUNKSİYALARI

 

3.1. Cəmiyyət başlıca vəzifələrinə uyğun olaraq, ona həvalə edilən aşağıdakı funksiyaları həyata keçirir:

3.1.1. Azərbaycan Respublikasının ərazisində öz televiziya və radio verilişlərini təşkil edir;

3.1.2. televiziya və radio proqramlarının yüksək ideya-bədii səviyyəsini təmin edir;

3.1.3. respublikanın və digər regionların həyatında baş verən ən mühüm hadisələr haqqında televiziya və radio tamaşaçıları üçün çəkilişləri və operativ informasiyam, dövlət xadimlərinin, siyasi və ictimai xadimlərin, təsərrüfat rəhbərlərinin, sənaye və kənd təsərrüfatı işçilərinin, elm, mədəniyyət və incəsənət nümayəndələrinin çıxışlarını təşkil edir;

3.1.4. rəsmi dövlət xəbərlərini yayır;

3.1.5. Cəmiyyətin televiziya və radio verilişləri fondu üçün proqramların çəkilişini təşkil edir;

3.1.6. ən yaxşı televiziya və radio proqramlarının, televiziya və radio üçün ən yaxşı ədəbi əsərlərin və musiqi əsərlərinin müsabiqələrini keçirir;

3.1.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qəzetlər, jurnallar, ixtisas ədəbiyyatı və digər çap məhsulları buraxır, sərgilər keçirir;

3.1.8. televiziya və radio proqramlarının, telefilmlərin, ədəbi əsərlərin və musiqi əsərlərinin, televiziya və radio tamaşalarının hazırlanması ilə bağlı yaradıcılıq-istehsal prosesini təmin edir;

3.1.9. televiziya və radio proqramlarının, maliyyə-istehsalat planlarının, Cəmiyyətin televiziya və radio verilişləri fondu üçün yazılışların perspektiv və illik tematik planlarını, televiziya və radiofilmlər çəkilişinin və yazılışının tematik planlarını təsdiq edir;

3.1.10. Cəmiyyətin televiziya və radio proqramlarının qəbulu və verilişi qaydasını müəyyənləşdirir;

3.1.11. televiziya işçilərinin ixtisas xüsusiyyətlərini və tarif kateqoriyalarını müəyyənləşdirir, vəzifə maaşlarmı və mükafatlandırma sistemini hazırlayır və təsdiq edir;

3.1.12. kadr problemləri üzrə əməli və elmi işin əsas istiqamətlərini müəyyənləşdirir, televiziya və radionun kadr sahəsində vəziyyətini təhlil edir;

3.1.13. Cəmiyyət üçün kadr siyasətini peşəkar səriştəlilik səviyyəsinə verilən vahid tələblər əsasında həyata keçirir;

3.1.14. televiziya və radio işçilərinin hazırlığını, təkrar hazırlığım və ixtisasının müntəzəm şəkildə artırılmasını təşkil edir və həyata keçirir;

3.1.15. televiziya və radio proqramları, elmi-metodiki, hüquqi, elmi-texniki informasiya mübadiləsi, Cəmiyyətin verilişlər fondlarının formalaşdırılması məsələlərini müqavilə əsasında həll etmək üçün yerli və xarici yayımçılarla ikitərəfli və çoxtərəfli sazişlər bağlayır;

3.1.16. maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə nail olmaqla, Cəmiyyətin maddi-texniki bazasının daha da inkişafmı təmin edir;

3.1.17. xarici teleradio yayımçıları ilə birgə əməkdaşlığa dair sazişlər, protokollar və digər sənədlər hazırlayır;

3.1.18. müxtəlif fəaliyyət sahəsində müqavilələr bağlayır, teleradio verilişlərinin texniki vasitələrini inkişaf etdirmək sahəsində qabaqcıl təcrübəni öyrənir və tətbiq edir;

3.1.19. Cəmiyyətin maddi-texniki bazasının inkişafına dair təkliflərini hazırlayır;

3.1.20. proqramların yayım üçün hazırlanmasında Qanunda nəzərdə tutulan tələblərə riayət olunmasını təmin edir.

 

IV. CƏMİYYƏTİN HÜQUQLARI

 

4.1. Cəmiyyətin aşağıdakı hüquqları vardır:

4.1.1. televiziya və radio proqramlarının hazırlanması üçün dövlət orqanlarından, ictimai birliklərdən və vəzifəli şəxslərdən zəruri informasiyanın qanunvericilikdə nəzərdə tutulmuş qaydada alınması;

4.1.2. teleradio verilişlərinin çəkilişinin və yazılışının təşkil edilməsi;

4.1.3. ölkədə baş verən ən mühüm hadisələr haqqında televiziya tamaşaçılarına və radio dinləyicilərinə operativ məlumat vermək üçün televiziya və radio verilişləri işçilərinin təbii fəlakət və qəza rayonlarına, mitinqlərə, yığıncaqlara, nümayişlərə, xalq gəzintilərinə və digər kütləvi tədbirlərə ezam edilməsi;

4.14. Cəmiyyətin səlahiyyətinə aid məsələlərə dair tövsiyələrin və izahatların verilməsi;

4.15. proqramların (verilişlərin) hazırlanması, onların audio və video yazılarının çoxaldılması, satılması və icarəyə verilməsi;

4.16. gəlir əldə etmək məqsədilə reklam fəaliyyəti və qanunvericiliklə qadağan olunmayan digər kommersiya fəaliyyəti ilə məşğul olunması, marketinq və sosioloji araşdırmaların aparılması;

4.17. teleradio proqramlarının istehsal edilməsi, surətlərinin çıxarılması, səsləndirilməsi və tirajlanmasının təşkil edilməsi;

4.18. yaratma, satınalma, mübadilə və digər üsullarla proqram, kino, audio, video və digər məhsulların yaradılması ilə bağlı yaradıcı-istehsal prosesinin həyata keçirilməsi və təmin edilməsi;

4.19. bu məhsullara və digər intellektual əmlak obyektləri ilə bağlı müəlliflik hüququ və əlaqəli hüquqların əldə edilməsi;

4.1.10. ölkədə və xaricdə televiziya, kino, audio və video məhsullarının yayımlanması;

4.1.11. ölkədə və xaricdə müxtəlif növ məlumatların toplanması, mübadiləsi və yayımlanmasının təşkil edilməsi;

4.1.12. özəl məlumat fondlarının formalaşdırılması;

4.1.13. məlumat xarakterli bütün nəşr, audiovizual, kino və digər məhsulların istehsal edilməsi və yayılması;

4.1.14. sərgilərin, hərracların, yarmarka, müsabiqə və festivalların qanunvericiliyə uyğun olaraq keçirilməsi;

4.1.15. innovasiya, təşkilati, vasitəçilik və digər xidmətlərin göstərilməsi;

4.1.16. əsas vəzifə və məqsədlərin həyata keçirilməsi ilə bağlı yardımçı istehsalın təşkil edilməsi;

4.1.17. öz verilişlərinin proqramının dərc edilməsi və ya bu hüququn üçüncü şəxsə verilməsi, dövri mətbu orqanlarının nəşr edilməsi;

4.1.18. strukturun Cəmiyyət üçün ayrılmış vəsait və digər mənbələr hesabına müəyyən edilməsi və dəyişdirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifə maaşlarının və mükafat sisteminin müstəqil şəkildə müəyyən edilməsi, teleradio məhsullarını istehsal edən yaradıcı və texniki işçilərin qonorar və quruluş haqlarının müəyyən edilməsi və ştat cədvəlinin tərtib və təsdiq edilməsi;

4.1.19. maliyyə və istehsalat planlarının müəyyən edilməsi;

4.1.20. texniki, istehsalat və təsərrüfat normativlərinin müəyyən edilməsi;

4.1.21. öz adından müqavilələrin bağlanması;

4.1.22. istehsal etdiyi teleradio məhsulları üçün müəlliflik hüququ və əlaqəli hüquqların əldə edilməsi.

4.2. Cəmiyyət özünün təsərrüfat və digər fəaliyyət növlərini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan qərar qəbul etmək hüququna malikdir.

4.3. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əmlak və qeyri-əmlak əldə etmək hüququna malikdir.

4.4. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmələrdə iddiaçı və cavabdeh qismində çıxış edir.

 

V. CƏMİYYƏTİN GƏLİRLƏRİ, ƏMLAKI VƏ VƏSAİTİ

 

5.1. Cəmiyyətin gəlirləri dövlət büdcəsindən ayrılan vəsaitdən, kommersiya fəaliyyətindən əldə edilən vəsaitlərdən, qrantlardan və qanunvericiliklə qadağan olunmayan fəaliyyət növlərindən əldə edilən digər vəsaitlərdən ibarətdir.

5.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir.

5.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında əks etdirilir.

5.4. Cəmiyyətin Nizamnamə kapitalı 53629196000 (əlli üç milyard altı yüz iyirmi doqquz milyon doxsan altı min) manata bərabər tutulan 536291 (beş yüz otuz altı min iki yüz doxsan bir) ədəd adi səhmlərdir. Hər bir səhmin nominal dəyəri 100000 (yüz min) manatdır.

5.5. Cəmiyyətin bütün səhmləri ilkin mərhələdə dövlətə məxsusdur.

5.6. Cəmiyyətin əmlakının əmələ gəlməsi mənbələri aşağıdakılardır:

5.6.1.  Nizamnamə kapitalına daxil olan əmlak;

5.6.2.  kommersiya və təsərrüfat fəaliyyətindən əldə edilən gəlirlər;

5.6.3.  təsisçilərin pul və maddi payları;

5.6.4.  qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

5.7. Cəmiyyət ehtiyat, sığorta və digər fondlar yaradır. Bu fondların tərkibi, təyinatı, həcmi, maliyyə mənbələri və istifadə qaydaları İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.8.  Nizamnamə kapitalı Cəmiyyətin dövlət tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Cəmiyyətin Nizamnamə kapitalına qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər.

5.9. İkinci və hər növbəti maliyyə ili başa çatarkən Cəmiyyətin xalis aktivlərinin dəyəri Nizamnamə kapitalından az olarsa, Cəmiyyət öz Nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Cəmiyyətin göstərilən aktivlərinin dəyəri Nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdarından az olarsa, Cəmiyyət ləğv edilməlidir.

5.10.  Səhmdar ümumi yığıncağının qərarına əsasən, Cəmiyyət səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə Nizamnamə kapitalını artıra bilər.

5.11.  Cəmiyyətin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilir. [3]

5.12.  Cəmiyyətin Nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən 15 təqvim günü müddətində Cəmiyyət kreditorlara bu barədə yazılı surətdə məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumat aldıqdan sonra 30 təqvim günü müddətində Cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini tələb edə bilər.

5.13.  Cəmiyyət tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması qüvvədə olan qanunvericiliyə müvafiq surətdə həyata keçirilir.

5.14.  Cəmiyyət Nizamnamə kapitalının miqdarını və səhmlərin sayını azaltmaq məqsədilə ümumi yığıncağın qərarına əsasən əvvəl yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə Nizamnamə kapitalı üçün müəyyən edilmiş məbləğin minimal həddindən aşağı olmamalıdır.

5.15.  Aşağıdakı hallarda Cəmiyyət səhmlərinin geri alınmasına dair qərar qəbul edə bilməz:

5.15.1.   Cəmiyyətin Nizamnamə kapitalı tam formalaşmadıqda;

5.15.2.   Cəmiyyətin ləğvi barədə qərar qəbul edildikdə;

5.15.3.   səhmdarların tələbi əsasında onların səhmlərinin yeri alınması başa çatmadıqda.

5.16. Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il müddətində ya təkrarən yerləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə ləğv edilməlidir.

 

VI. CƏMİYYƏTİN SƏHMLƏRİ [4]

 

6.1.   Cəmiyyətin adi və imtiyazlı səhmlər buraxmaq hüququ vardır. İmtiyazlı səhm öz mülkiyyətçilərinə Cəmiyyətin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququ və bu cür səhmlərin buraxılması şərtlərində nəzərdə tutulan digər hüquqları verir. İmtiyazlı səhmlər öz mülkiyyətçilərinə Cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vermir. [5]

6.2.   Səhm blankının (sertifikatının) məcburi rekvizitləri, formasına aid tələblər və digər zəruri tələblər qanunvericiliyə uyğun qaydada müəyyən olunur. [6]

6.3.    Cəmiyyətin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır. Səhmdarlar ildə bir dəfə Cəmiyyətin icra orqanından səhmdarların reyestrinin onlara təqdim edilməsini tələb edə bilərlər. Bu halda Cəmiyyətin icra orqanı reyestri 5 (beş) gün ərzində həmin səhmdara təqdim etməlidir. [7]

6.4.   Səhmin dəyəri əmanətin ödəniş formasından asılı olmayaraq manatla göstərilir.

6.5.   Səhmlər, yaxud onların dəyərində verilən sertifikat yalnız dəyəri tamam ödənildikdən sonra sahiblərinə verilir.

6.6.   Eyni bir səhm bir neçə şəxsə məxsus olduğu halda onların hamısı Cəmiyyət üçün bir səhmdar hesab edilir və onlar öz hüquqlarını nümayəndə vasitəsilə həyata keçirə bilərlər.

6.7.   Cəmiyyətin səhmdarları Cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri Cəmiyyətin Nizamnaməsində satış elan olunduğu tarixdən etibarən 30 (otuz) gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı 30 gün ərzində Cəmiyyət həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Cəmiyyət səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə, bu qiymətin aşağı olmaması şərtilə səhmlər üçüncü şəxs tərəfİndən özgəninkiləşdirilə bilər.

6.8.   Cəmiyyətin səhmləri girov qoyulduqda və sonradan onlara girov saxlayan tərəfindən tutulmalar yönəldiyi halda, bu Nizamnamənin 6.7-ci bəndinin qaydaları tətbiq edilir.

6.9.   Cəmiyyətin səhmləri səhmdar olan fiziki şəxslərin vərəsələrinə və ya hüquqi şəxsin hüquqi varislərinə keçməsinə keçir. Cəmiyyət səhmlərin səhmdarı olan fiziki şəxsin vərəsələrinə və hüquqi şəxsin hüquqi varislərinə keçməsinə razılıq verməkdən imtina etdikdə, bu Nizamnamənin 6.7-ci bəndinin qaydaları tətbiq edilir.

6.10.  Cəmiyyətin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi və ləğvi qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

6.11.   Cəmiyyətin qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

 

VII. SƏHMDARLAR, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

7.1.   Cəmiyyətin səhmdarı Cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyətçisi olan fiziki və ya hüquqi şəxsdir. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar Cəmiyyətə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsilə həyata keçirə bilərlər.

7.2.   Cəmiyyətin adi səhminin mülkiyyətçisinin aşağıdakı hüquqları vardır: [8]

7.2.1.  Cəmiyyətin idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

7.2.2.  qanunvericiliklə müəyyən edilmiş qaydada Cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik maliyyə hesabatları ilə tanış olmaq; [9]

7.2.3.  Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

7.2.4.  Cəmiyyətin səhmdarlarının ümumi yığıncağından gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

7.2.5.  Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək; [10]

7.2.6.  Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

7.2.7.  Cəmiyyətin xalis mənfəətindən dividend almaq;

7.2.8.  Cəmiyyətin fəaliyyətinə xitam verildiyi halda, Cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən sonra hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

7.2.9.  qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

7.3. Cəmiyyətin aşağıdakı məsələlər üzrə qərarlarının qəbul edilməsində imtiyazlı səhm mülkiyyətçisi səs hüququ əldə edir: [11]

7.3.1.   Cəmiyyətin yenidən təşkil edilməsi;

7.3.2.   Cəmiyyətin ləğv edilməsi;

7.3.3.   Səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarını məhdudlaşdıran dəyişiklik və əlavələrin Nizamnamədə edilməsi.

7.4. Cəmiyyətin səhmdarlarının vəzifələri aşağıdakılardır:

7.4.1.  qanuna əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq;

7.4.2.  səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə mərkəzi depozitara 10 təqvim günü ərzində yazılı bildiriş vermək; [12]

7.4.3.  qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək.

7.5.   Cəmiyyət öz səhmdarlarına bu Nizamnamə, ona edilən əlavə və dəyişikliklərlə tanış olmaq imkanını yaratmalıdır.

7.6.   Səhmdarın tələbi ilə Nizamnamənin surəti ona verilməlidir.

7.7.  Cəmiyyətin səhmdarlarının hüquqlarının müdafiəsi qanunvericiliyə uyğun olaraq təmin edilir.

 

VIII. MƏNFƏƏTİN BÖLÜŞDÜRÜLMƏSİ

 

8.1.  Cəmiyyətin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin Cəmiyyətin maliyyə ili üzrə bölüşdürülməsi Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir.

8.2.  Cəmiyyət dövriyyədə olan səhmlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi yığıncağın qərarına əsasən ildə 1 dəfə dividendlər ödəyə bilər. Cəmiyyətin dividendlərinin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır.

8.3.  Adi səhm üzrə dividend Cəmiyyətin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir.

8.4.  İmtiyazlı səhmlər üzrə dividend Cəmiyyətin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, imtiyazlı səhm mülkiyyətçilərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün Cəmiyyət öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər. [13]

8.5.  Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar Cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.

8.6.  Cəmiyyət adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir.

8.7.  Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.

8.8.  Cəmiyyətin xalis aktivlərinin dəyəri onun Nizamnamə kapitalının miqdarından az olarsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, Cəmiyyət dividendləri elan edə və ödəyə bilməz.

 

IX. Cəmiyyətin ali idarəetmə orqanı [14]

 

9.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

9.2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər fərmana uyğun olaraq həll edilir.

 

X. CƏMİYYƏTİN İCRA ORQANI

 

10.1.  İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarət seçilir. Cəmiyyətin sədri və onun müavinləri tutduqları vəzifəyə görə İdarə Heyətinin üzvləri hesab edilirlər. İdarə Heyətinin sədri onun işinə rəhbərlik edir . [15]

10.2.  İlkin mərhələdə İdarə Heyətinin sədri və müavin(lər)i vəzifəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunurlar. [16]

10.3.  İdarə Heyəti Fərmanla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilən məsələlərdən başqa, Cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələləri həll edir. [17]

10.4.  İdarə Heyəti öz səlahiyyətinə uyğun olaraq:

10.4.1.  İdarə Heyətinin strukturunu formalaşdırır;

10.4.2.  Cəmiyyətin daxili əmək intizamı qaydalarını, ştat vahidlərini, cədvəllərini və əmək müqavilələrini işləyib hazırlayır;

10.4.3.  Cəmiyyətin struktur bölmələri haqqında nizamnamələri və Cəmiyyətin əməkdaşlarının vəzifə təlimatlarını (əmək funksiyalarını) hazırlayır;

10.4.4.  ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların icra olunmasını təmin edir;

10.4.5.  maliyyə vəsaitlərinin cəlb olunması, istifadə edilməsi və qaytarılması üçün qərarlar qəbul edir;

10.4.6.  yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

10.4.7.  Cəmiyyətin adından bu Nizamnamənin 10.4.9-cu və 10.4.10-cu yarımbəndlərinin tələbləri nəzərə alınmaqla müqavilələr bağlayır, etibarnamələr verir, banklarda Cəmiyyətin cari və başqa bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı maliyyə bank sənədləri imzalayır; [18]

10.4.8.  etibarnaməsiz Cəmiyyəti təmsil edir;

10.4.9. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir; [19]

10.4.10. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir. [20]

10.5. Cəmiyyətin İdarə Heyəti aşağıdakıları həyata keçirmək səlahiyyətinə malikdir:

10.5.1.  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı ilə cəmiyyətin idarə, nümayəndəlik və filiallarını yaratmaq və ya ləğv etmək, həmçinin törəmə müəssisələrini (cəmiyyətlərini) yaratmaq, yenidən təşkil və ya ləğv etmək; [21]

10.5.2.  Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin əməkhaqqını müəyyən etmək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə onları vəzifəyə təyin və vəzifədən azad etmək;

10.5.2-1. Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək; [22]

10.5.2-2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər vermək; [23]

10.5.2-3. Cəmiyyətin nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

10.5.3.  Cəmiyyətin dividendləri və onların ödənilməsi qaydaları haqqında səhmdarların ümumi yığıncağında müzakirə edilməsi üçün təkliflər hazırlamaq;

10.5.4.  Cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll etmək.

10.6. Cəmiyyətin icra orqanının üzvlərinin eyni zamanda digər vəzifələr tutmasına qanunvericiliyə zidd olmadığı hallarda yol verilir.

10.7. Cəmiyyətin səhmlərinin 20 (iyirmi) faizinə malik olan səhmdar Cəmiyyətin icra orqanının üzvü seçilə bilməz.

10.8. İdarə Heyətinin qərarlarının çıxarılması qaydasını Cəmiyyətin sədri müəyyən edir.

 

XI. Cəmiyyətdə uçot, hesabat və nəzarət [24]

 

11.1.  Cəmiyyət müstəqil surətdə öz fəaliyyətini planlaşdırır, inkişaf perspektivlərini və sosial inkişafın təmin olunmasının zəruriliyini müəyyən edir.

11.2.  Cəmiyyət öz fəaliyyətinin nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və formada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını, statistik hesabatları və bəyannamələri tərtib edir. [25]

11.3.  Cəmiyyət illik maliyyə hesabatlarını hər il qanunla müəyyən edilmiş qaydada dərc etdirir. [26]

11.4.  Cəmiyyətin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və dekabr ayının 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvar ayının 1-də başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.

11.5. İdarə Heyətinin rəhbəri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. [27]

11.6. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin rəhbəri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər. [28]

 

XII. SIĞORTALANMA

 

12.1.  Cəmiyyətin əmlakının, istehsal, maliyyə və digər risklərinin sığortası Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığorta nəzərdə tutulmamışdırsa, onun öz mülahizəsinə əsasən həyata keçirilir.

12.2.  Cəmiyyətin işçilərinin sosial sığortası və təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

 

XIII. VERGİLƏRİN ÖDƏNİLMƏSİ

 

Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vergilər ödəyir.

 

XIV. CƏMİYYƏTİN YENİDƏN TƏŞKİLİ LƏĞV OLUNMASI

 

Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Cəmiyyətin yenidən təşkili və ləğv olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir. [29]

 

XV. DİGƏR ŞƏRTLƏR

 

15.1.   Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən digər məsələlər Cəmiyyətin ümumi yığıncağının qərarları və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənir.

15.2.   Bu Nizamnamənin müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil edərsə, belə halda Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları tətbiq edilir.

(Nizamnamənin dəyişdirilməsi, ona əlavələr olunması) həmin dəyişikliklər və əlavələrin imzalandığı gündən qüvvəyə minir.

 

Qeyd. Bu nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [30]


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 noyabr 2006-cı il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 1003)

2.       6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22)

3.       20 iyun 2013-cü il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 iyun 2013-cü il, № 135; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 761)

4.       22 dekabr 2015-ci il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 dekabr 2015-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1594)

5.       25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613)

6.       29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227)

7.       23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449)

8.       11 aprel 2019-cu il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 755)

9.       19 may 2020-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 654)

10.    26 fevral 2022-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 185)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 26 fevral 2022-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 185) ilə yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir.

 

[2] 29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 1.1-ci bəndə “Fərmanı” sözündən sonra “(bundan sonra - Fərman)” sözləri əlavə edilmişdir.

 

[3] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.11-ci bənddə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri  ilə əvəz edilmişdir.

 

[4] 29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin VI və VII hissələr ləğv edilmişdir.

 

[5] 25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.1-ci bəndin ikinci və üçüncü cümlələrində “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilmişdir.

 

[6] 25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.2-ci və 6.5-ci bəndlər ləğv edilmişdir.

 

[7] 25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.3-cü bəndin birinci cümləsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Adlı səhm sahiblərinin sayı 20-dən çox olmadığı halda reyestr Cəmiyyət tərəfindən aparıla bilər, digər hallarda reyestrin aparılması qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestr saxlayıcısına həvalə edilməlidir.

 

[8] 25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 7.2-ci bənddə “sahibi olan səhmdarın” sözləri “mülkiyyətçisinin” sözü ilə əvəz edilmişdir.

 

[9] 20 iyun 2013-cü il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 iyun 2013-cü il, № 135; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 761) ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 7.2.2-ci yarımbənddə "illik hesabatı və mühasibat balansı" sözləri "illik maliyyə hesabatları" sözləri ilə əvəz edilmişdir.

 

[10] 22 dekabr 2015-ci il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 dekabr 2015-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1594) ilə 7.2.5-ci yarımbəndə “Cəmiyyətin” sözündən əvvəl “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.

 

[11] 25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 7.3-cü bənddə “sahibi” sözü “mülkiyyətçisi” sözü ilə əvəz edilmişdir.

 

[12] 25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 7.4.2-ci yarımbənddə “reyestr saxlayıcısına” sözləri “mərkəzi depozitara” sözləri ilə əvəz edilmişdir.

 

[13] 25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 8.4-cü bəndin birinci cümləsində “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilmişdir.

 

[14] 20 iyun 2013-cü il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 iyun 2013-cü il, № 135; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 761) ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 9.1.4-cü yarımbənddə "illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını" sözləri "illik maliyyə hesabatlarını" sözləri ilə əvəz edilmişdir.

 

25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 9.1.6-cı yarımbənddə “istiqraz vərəqələrinin” sözləri “istiqrazların” sözü ilə əvəz edilmişdir.

 

22 dekabr 2015-ci il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 dekabr 2015-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1594) ilə 9.1.11-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 9.1.12-ci yarımbənd əlavə edilmişdir.

 

25 fevral 2016-cı il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 613) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 9.10-cu bənddə, 9.11-ci bəndin üçüncü cümləsində və 9.12-ci bəndin ikinci cümləsində “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilmişdir.

 

6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22) ilə təsdiq edilmiş "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 5.11-ci və 9.13-cü bəndlərindən "Prezidenti yanında" sözləri çıxarılmışdır.

 

29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin IX hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

IX. SƏHMDARLARIN ÜMUMİ YIĞINCAĞI

 

9.1. Səhmdarların ümumi yığıncağı Cəmiyyətin ali idarəetmə orqanıdır və səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

9.1.1.    Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, tərtib olunmuş planları təsdiq etmək;

9.1.2.    Cəmiyyətin Nizamnaməsində dəyişikliklər etmək haqqında qərar qəbul etmək;

9.1.3.    Cəmiyyətin Nizamnamə kapitalının həcmini dəyişdirmək haqqında qərar qəbul etmək, Nizamnamə kapitalının dəyişdirilməsi formalarını müəyyənləşdirmək, səhmlərin geri alınmasının birja vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, səhmlərin səhmdarlardan geri alınması zamanı səhmin qiymətini müəyyən etmək;

9.1.4.    Cəmiyyətin illik maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək;

9.1.5.    mənfəətin bölüşdürülməsini və zərərin ödənilməsi qaydalarını müəyyən etmək, diviendlərin verilməsi haqqında qərar qəbul etmək və dividendin həcmini müəyyən etmək;

9.1.6.    istiqrazların buraxılması, alınması, satılması və növləri haqqında qərar qəbul etmək;

9.1.7.    Cəmiyyətin yenidən təşkili, ləğvi və ləğvetmə komissiyasının yaradılması haqqında qərar qəbul etmək;

9.1.8.    pul olmayan əmlakın dəyərini müəyyən etmək;

9.1.9.    Cəmiyyətin struktur bölmələrinin nizamnaməsini təsdiq etmək;

9.1.10.     Cəmiyyətin icra orqanı tərəfindən Cəmiyyətin maraqlarına zidd qəbul edilmiş qərarları ləğv etmək və yeni qərarlar qəbul etmək;

9.1.11.     Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;

9.1.12. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək.

9.2.    Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər.

9.3.    Səhmdarların illik ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır.

9.4.    Səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq Cəmiyyətin İdarə Heyəti tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir.

9.5.    Səhmdarlara və ya nominal saxlayıcılara illik ümumi yığıncağın keçirilməsi barədə 45 gün qalmış yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.

9.6.    Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir:

9.6.1.    Cəmiyyətin adı və olduğu yer;

9.6.2.    səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı;

9.6.3.    səhmdarların ümumi yığıncağının gündəliyi;

9.6.4.    səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası.

9.7.    Səhmdarların növbədənkənar ümumi yığıncağı Cəmiyyətin icra orqanının təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin 10 faizinə malik olan səhmdarların yazılı tələbi ilə çağırılır.

9.8.    Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır.

9.9.    Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir:

9.9.1.         3 iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin etməlidir;

9.9.2. 5 iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir;

9.9.3.         30 gündən tez, 45 gündən gec olmayaraq, səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir.

9.10.    Səhmdarların ümumi yığıncağında səsli səhmlərin 60 faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

9.11.    Səhmdarların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq bu Nizamnamənin 9.9-cu bəndində müəyyən edilmiş qaydada yenidən çağırılmalıdır. Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan ümumi yığıncaq səsli səhmlərin 40 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir.

9.12.    Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq bu Nizamnamənin 9.9-cu bəndində müəyyən edilmiş qaydada gündəlik dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq səsli səhmlərin 25 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir.

9.13.    Bu Nizamnamənin 9.12-ci bəndinə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məlumat verərək, yetərsaydan asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların Cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır.

9.14.    Səhmdarlar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

9.15.    Səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilməklə, yazılı sənəd vasitəsilə səsvermədə qiyabi iştirak edə bilər.

9.16.    Qiyabi səsvermədə iştirak edən səhmdarın yazılı sənədi iclasın sədri tərəfindən yığıncaq iştirakçılarına elan edilir və ümumi yığıncağın protokolunda bu məsələ öz əksini tapır.

9.17.    Səhm bir neçə şəxsin ümumi birgə mülkiyyətində olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti onun mülkiyyətçilərinin birinə və ya onların ümumi nümayəndəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada həvalə edilir.

9.18.   Səhmdarların ümumi yığıncağında səsvermə "birsəsli səhm - bir səsdir" prinsipi əsasında həyata keçirilir.

9.19.   Səhmdarların ümumi yığıncağının qərarı ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.

9.20.   Səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edilə bilməz.

9.21.   Ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarlar 15 təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir.

9.22.   Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər.

9.23.    Səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra 3 iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir.

9.24.    Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.

 

[15] 30 noyabr 2006-cı il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 1003) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi ”nin 10.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

10.1.   Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik sədr, onun üç müavinindən ibarət olan İdarə Heyəti tərəfindən həyata keçirilir. İdarə Heyətinin sədri onun işinə rəhbərlik edir.

 

[16] 29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin X hissənin 10.2-ci bənddən “İlkin mərhələdə” sözləri çıxarılmışdır.

 

[17] 29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin X hissənin 10.3-cü bəndə “İdarə Heyəti” sözlərindən sonra “Fərmanla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə” sözləri əlavə edilmişdir.

 

[18] 22 dekabr 2015-ci il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 dekabr 2015-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1594) ilə 10.4.7-ci yarımbənddə “bütün növ” sözləri “bu Nizamnamənin 10.4.9-cu və 10.4.10-cu yarımbəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir.

 

[19] 22 dekabr 2015-ci il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 dekabr 2015-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1594) ilə 10.4.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 10.4.9-cu yarımbənd əlavə edilmişdir.

 

[20] 29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin X hissəyə yeni məzmunda 10.4.10-cu yarımbənd əlavə edilmişdir.

 

[21] 29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin X hissənin 10.5.1-ci və 10.5.2-ci yarımbəndlər yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

10.5.1. hüquqi şəxslər, filiallar və nümayəndəliklər təsis etmək;

10.5.2. Cəmiyyətin təsis etdiyi hüquqi şəxslərin, filialların və nümayəndəliklərin vəzifəli şəxslərini təyin etmək və onların əməkhaqqını müəyyən etmək;

 

26 fevral 2022-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 185) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nın 10.5.1-ci yarımbəndində Əmlak Məsələləri Dövlət Komitəsinin sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sözləri ilə əvəz edilmişdir.

 

[22] 29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin X hissəyə yeni məzmunda 10.5.2-1 - 10.5.2-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[23] 19 may 2020-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 654) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 10.5.2-2-ci yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.

 

[24] 22 dekabr 2015-ci il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 dekabr 2015-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1594) ilə XI hissənin adı yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

CƏMİYYƏTİN İŞİNİN PLANLAŞDIRILMASI, UÇOTU VƏ HESABATI

 

[25] 20 iyun 2013-cü il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 iyun 2013-cü il, № 135; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 761) ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 11.2-ci bənddə "və əməliyyat uçotu, statistik hesabat aparır, balans və bəyannamə" sözləri "uçotunu aparır, maliyyə hesabatlarını, statistik hesabatları və bəyannamələri" sözləri ilə əvəz edilmişdir.

 

[26] 20 iyun 2013-cü il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 iyun 2013-cü il, № 135; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 761) ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 11.3-cü bənd yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

11.3. Cəmiyyət illik hesabatım və mühasibat balansını hər il kütləvi informasiya vasitələrində dərc etdirir.

 

[27] 22 dekabr 2015-ci il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 dekabr 2015-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1594) ilə yeni məzmunda 11.5-ci bənd əlavə edilmişdir.

 

[28] 11 aprel 2019-cu il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 755) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə yeni məzmunda 11.6-cı bənd əlavə edilmişdir.

 

[29] 29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin XIV hissənin birinci cümləsi ikinci cümlə hesab edilmişdir və həmin hissəyə yeni məzmunda birinci cümlə əlavə edilmişdir.

 

[30] 29 iyun 2016-cı il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1227) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 15.2-ci bənddən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

26 fevral 2022-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 185) ilə “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nın “Qeyd” hissəsi ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status