Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.4-cü və 1.7-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 iyun 2005-ci il
№ 120
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 24 iyun tarixli 120 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi
QAYDASI VƏ MƏBLƏĞİ
1. Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması aşağıdakı mənbələr hesabına həyata keçirilir:
1.1.
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında yaradılan dövlət və səfərbərlik ehtiyatları;
[1]
1.2.
Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti;
1.3.
qanunvericiliklə müəyyən edilmiş digər mənbələr.
2.
Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması məqsədilə dövlət və səfərbərlik ehtiyatları fövqəladə vəziyyətin proqnozlaşdırılan növləri və ölçülərinə, onların aradan qaldırılması üçün aparılacaq işlərin nəzərdə tutulan həcminə əsasən, eləcə də fövqəladə vəziyyətin aradan qaldırılması üçün mövcud qüvvə və vasitələrdən maksimum dərəcədə istifadə olunması şərtilə yaradılır.
[2]
3.
Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması məqsədilə yaradılan dövlət və səfərbərlik ehtiyatları insanların bilavasitə həyatına və sağlamlığına qarşı yönəldilmiş təhlükənin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, zərərçəkmiş vətəndaşların müvəqqəti yaşayış və qidalanma məntəqələrinin təşkili və saxlanılması, zərərçəkmiş vətəndaşlara birdəfəlik maddi yardımın göstərilməsi və zərərçəkmiş əhalinin həyat fəaliyyətinin təmin olunması ilə bağlı digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün istifadə edilir.
4.
Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) tərəfindən müəyyənləşdirilmiş sosial ödənişlər və kompensasiyalar natura və ya pul formasında ödənilə bilər.
5.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) sosial ödənişlərin, kompensasiyaların ödənilməsinə, maddi yardıma, sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi ilə bağlı vəsaitə, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsinə tələbatı təsdiqedici sənədlərlə birlikdə müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
6.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanının (mərkəzi idarəetmə orqanının) pul vəsaitinə və maddi yardıma olan tələbatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə göndərilir.
[3]
7.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məbləği müəyyən edilmiş pul kompensasiyalarının vətəndaşların adına müvəqqəti yaşadığı ərazi üzrə açılmış bank hesabına, sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi ilə bağlı və fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması üçün müəyyən edilmiş vəsaitin Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanının (mərkəzi idarəetmə orqanının) bankdakı müvafiq hesablarına, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi üçün büdcədən ayrılmış vəsaitin isə müvafiq təşkilatların bankdakı hesablarına köçürülməsini təmin edir.
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş dövlət və səfərbərlik ehtiyatlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanına (mərkəzi idarəetmə orqanına) ayrılmasını təmin edir.
[4]
8.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) ayrılmış vəsaitin xərclənməsinə və dövlət və səfərbərlik ehtiyatlarının istifadəsinə dair hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
9.
Fövqəladə hallar şəraitində müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülmüş zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən müvafiq işlə təmin edilirlər, bu mümkün olmadıqda isə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əlavə tədbirlər həyata keçirilir.
[5]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
2.
5 mart 2021-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 272)
3.
31 may 2022-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 577)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”nin 1.1-ci bəndində “Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsində” sözləri “Fövqəladə Hallar Nazirliyində” sözləri ilə əvəz edilmişdir.
31 may 2022-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 577) ilə “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”nin 1.1-ci bəndində “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində” sözləri “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” sözləri ilə, “dövlət material ehtiyatları” sözləri “dövlət və səfərbərlik ehtiyatları” sözləri ilə əvəz edilmişdir.
[2]
31 may 2022-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 577) ilə “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”nin 2-ci, 3-cü və 8-ci hissələrində ismin müvafiq hallarında “material ehtiyatları” sözləri ismin müvafiq hallarında “dövlət və səfərbərlik ehtiyatları” sözləri ilə əvəz edilmişdir.
[3]
13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”nin 6-cı bəndindən “Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinə” sözləri “Fövqəladə Hallar Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.
31 may 2022-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 577) ilə “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”nin 6-cı hissəsində “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə” sözləri ilə əvəz edilmişdir.
[4]
13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”nin -ci bəndinin ikinci abzasında “Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
31 may 2022-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 577) ilə “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”nin 7-ci hissənin ikinci abzasında “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə” sözləri ilə, “material ehtiyatlarının” sözləri “dövlət və səfərbərlik ehtiyatlarının” sözləri ilə əvəz edilmişdir.
[5]
5 mart 2021-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 272) ilə “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”nin 9-cu hissəsində “məşğulluq xidməti orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri” sözləri ilə əvəz edilmişdir.