360.000.000
|
|
|
Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması
[1]
QAYDALARI
Bakı - 2002
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə müvafiq olaraq hazırlanmış və fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına nağd gətirilməsi və Azərbaycan Respublikasından nağd çıxarılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş “fiziki şəxs olan rezidentlər” (bundan sonra rezidentlər), “fiziki şəxs olan qeyri-rezidentlər” (bundan sonra qeyri-rezidentlər), “müvəkkil banklar”, “valyuta sərvətləri”, o cümlədən, “xarici valyuta”, “xarici valyutada qiymətli kağızlar” və “qiymətli metallar” anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununda şərh edildiyi kimi başa düşülür.
2. Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması
2.1.
Rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.
2.2.
Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən “sərnişin gömrük bəyannaməsi” (Əlavə № 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” (GA - 5 №-li forma, Əlavə №2) ilə rəsmiləşdirilir.
2.3. Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
[2]
Rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına “Sərnişin gömrük bəyannaməsi” (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.
2.4. Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta
sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərlər.
2.5.
Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş “Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında” bank arayışı (Əlavə № 3) əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
[3]
2.6.
Rezidentlər tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.
Həmin məbləğdən 1.000 (bir min) ABŞ dolları ekvivalentinədək gömrük rüsumu ödənilmədən, 1.000 (bir min) ABŞ dolları ekvivalentindən əlavə 9.000 (doqquz min) ABŞ dolları ekvivalentlinədək isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə gömrük rüsumu ödənilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.
[4]
2.7. Xarici ölkələrə xidməti ezamiyyətə gedən rezidentlər, həmin şəxsləri ezamiyyətə göndərən təşkilatlara xidmət göstərən müvəkkil bankların təsdiqedici sənədlərində (ezamiyyə xərclərinin ödənilməsi barədə bank arayışı, Əlavə № 4) göstərilən məbləğlərdə ezamiyyə və nümayəndəlik xərclərinin ödənilməsi üçün xarici valyuta sərvətlərini Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilər.
[5]
3. Qeyri-rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına götürülməsi və Azərbaycan Respublikasından çıxarılması
3.1.
Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.
3.2.
Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən “sərnişin gömrük bəyannaməsi” (Əlavə № 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” (GA - 5 №-li forma, Əlavə № 2) ilə rəsmiləşdirilir.
3.3.
Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
[6]
Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına “Sərnişin gömrük bəyannaməsi” (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.
3.4.
Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin qeyri-rezidentə nağd verilməsini təsdiq edən arayış təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərlər.
3.5.
Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş “Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında” bank arayışı (Əlavə № 3) əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
[7]
3.6.
Qeyri-rezidentlər, onları ezamiyyətə göndərən təşkilatın təsdiqedici sənədlərində (ezam olunma barədə əmrdən çıxarış və ya ezamiyyə vəsiqəsi və ezamiyyə haqqının verilməsi barədə kassa məxaric orderinin qəbzi) göstərilən məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
[8]
3.7.
Qeyri-rezidentlər bu Qaydaların 3.3, 3.4, 3.5 və 3.6 yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, sənəd təqdim edilmədən 1.000 (bir min) ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
[9]
4. Yekun müddəalar
4.1.
Gömrük orqanlarının məsul şəxsləri rezident və qeyri-rezidentlərə bu Qaydaların tələblərindən irəli gələn şərtlərin qeyri-qanuni yollarla əldə edilmiş vəsaitlərin ölkə ərazisindən tranzit daşınmasının məhdudlaşdırılması məqsədi ilə tətbiq olunduğunu izah edirlər.
4.2.
Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta sərvətləri haqqında aylıq məlumatları növbəti ayın 20-dək, gömrük orqanları isə 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə gətirilən valyuta sərvətləri barədə məlumatları 7 gün müddətində müəyyən olunmuş qaydada Milli Banka göndərir.
4.3. Valyuta sərvətlərinin ölkə ərazisindən çıxarılması üçün gömrük rüsumları müvafiq ərazi gömrük orqanlarına ödənilir.
[10]
4.4. Bu Qaydaların müddəalarını pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
4.5. Bu Qaydalar “
10
”
aprel 2002-ci il tarixdən qüvvəyə minir.
4. Mallar haqqında məlumat:
4.1 3.2-3.11 maddələrində göstərilən mallar haqqında məlumat
|
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
4.2. Nəqliyyat vasitəsi haqqında məlumat:
|
Bəyannamədə yanlış məlumat göstərməklə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyacağım mənə məlumdur
“____”___________200 -il Şəxsin imzası_____________
Xidməti qeydlər:
M.Y.
Arayışın tərtib olunması qaydaları
1.
Arayış Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətləri hesabdan nağd verilərkən, bank tərəfindən müştəriyə təqdim olunmalıdır.
2.
Arayış əvvəllər köçürülmüş xarici valyuta qiymətlilərindən bir dəfəyə 50.000 ABŞ dollarınadək ekvivalentdə məbləğin Azərbaycan Respublikası ərazisindən nağd çıxarılması üçün əsas sayıla bilər.
3.
Arayış 2 nüsxədə tərtib edilir:
o 1-ci nüsxə (əsli) müştəriyə verilir,
o 2-ci nüsxə (surət) kassa-məxaric sənədləri ilə birlikdə günün sənədlərinə tikilir.
Əlavə № 4
|
Valyuta qiymətliləri ölkə ərazisindən çıxarılarkən
sərhəd gömrük orqanlarına təqdim edilməlidir
“_____”___________ ______ il
Ezamiyyə xərclərinin ödənilməsi barədə
BANK ARAYIŞI
ezam olunmuş şəxsin adı və soyadı
| N |
vətəndaşlıqı pasportun nömrəsi verilmə tarixi və müddəti
adı: VÖEN №
ezamiyyə edən müəssisənin, təşkilatın, idarənin rekvizitləri
ezam olunduğu ölkə
ezam olunma barədə əmrin tarixi:________________________ №-si________________
Ezamiyyə hesabatına əsasən verilmiş ezamiyyə haqqının məbləği (rəqəmlə və sözlə):_________
_____________________________________________________________________________________
Təşkilatın rəhbəri:________________ Bankın rəhbəri______________________
İmza İmza
![]() |
|||
![]() |
|||
Qeyd: Ezamiyyə xərci müəssisə tərəfindən ödənildiyi halda kassa-məxaric orderinin surəti banka təqdim olunmalıdır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03)
2.
03 mart 2016-cı il tarixli 16/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının Qərarı
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
03 mart 2016-cı il tarixli 16/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının Qərarı ilə ləğv edilmişdir.
[2]
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03) ilə 2.3-cü bənddən "heç bir rüsum ödənilmədən" sözləri çıxarılmışdır.
[3]
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03) ilə 2.5-ci bənddən "heç bir rüsum ödənilmədən" sözləri çıxarılmışdır.
[4]
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03) ilə 2.6-cı bəndin ikinci abzası çıxarılmışdır.
[5]
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03) ilə 2.7-ci bənddə "gömrük rüsumu ödənilmədən" sözləri çıxarılmışdır.
[6]
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03) ilə 3.3-cü bənddən "heç bir rüsum ödənilmədən" sözləri çıxarılmışdır.
[7]
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03) ilə 3.5-ci bənddən "heç bir rüsum ödənilmədən" sözləri çıxarılmışdır.
[8]
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03) ilə 3.6-cı bənddə "gömrük rüsumu ödənilmədən" sözləri çıxarılmışdır.
[9]
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03) ilə 3.7-ci bənddə "gömrük rüsumu ödənilmədən" sözləri çıxarılmışdır.
[10]
18 fevral 2008-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 01-02-03) ilə 4.3-cü bənd çıxarılmışdır.