AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.10.1991
QEYDİYYAT NÖMRƏSİ
230-XII
ADI
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-12-1991, Nəşr nömrəsi: 23, Maddə nömrəsi: 409)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1.    Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunur və Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yaradılır.

2.    Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasını Azərbaycan Respublikasının Alp Soveti Azərbaycan Respublikası xalq deputatlarının 50 nəfərindən ibarət tərkibdə təşkil edir.

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının fəaliyyət qaydası Azərbaycan Respublikası Ali Soveti tərəfindən təsdiq edilən reqlamentlə tənzimlənir.

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının fəaliyyətinə Azərbaycan Respublikası Ali Sovetinin sədri və olun müavinləri rəhbərlik edir.

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının üzvləri daimi fəaliyyət göstərir və onların əvvəlki iş yerlərinə bərpa olunmaq hüququ saxlanılır.

3. Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etmək; Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini müəyyən. etmək; Azərbaycan Respublikası Prezidentinin vəzifədən azad edilməsi haqqında məsələ qaldırmaq; Azərbaycan Respublikası Prezidenti seçkilərinin və Azərbaycan Respublikası xalq deputatları seçkilərinin vaxtını müəyyən etmək; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin seçmək; Azərbaycan Respublikası Prezidentinin təqdimi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetini təşkil etmək hüququ Azərbaycan Respublikası Ali Sovetinin müstəsna səlahiyyəti kimi saxlanılmaqla, keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına verilir.

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikasının Konstitusiyasına Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətində saxlanılmış məsələlər üzrə dəyişikliklər və əlavələr edə bilməz.

4.  Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasının çağırılmasını təklif edə bilər.

5.   Azərbaycan Respublikasının Ali Soveti nə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası daimi komissiyalar yaradırlar.

6.   Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil olmayan Azərbaycan Respublikası xalq deputatları Azərbaycan Respublikasının yeni qanunvericilik orqanı seçilənədək bütün səlahiyyətlərinin saxlayırlar.

7.  Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikasının xalq deputatı olmayan, müxtəlif bilik sahələri üzrə ekspert və mütəxəssisləri öz işinə cəlb edə bilər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil olmayan Azərbaycan Respublikası xalq deputatları Milli Şuranın işində məşvərətçi səs hüququ ilə iştirak edə bilərlər.

 

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

Bakı şəhəri, 30 oktyabr 1991-ci il.

                  № 230—XII.

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status