×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
03.03.2005
QEYDİYYAT NÖMRƏSİ
05
ADI
Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-03-2005, Nəşr nömrəsi: 02-03)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.04.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
3118
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Dövlət qeydiyyatına alınmışdır

“Dövlət qeydiyyatına alınmışdır.”

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat №-3118

“18” mart 2005-ci il

 

Nazir ______________F.Məmmədov

 

“Təsdiq edirəm”

Azərbaycan Respublikasının

Milli Bankının İdarə Heyəti

Protokol №-05

“03” mart 2005-ci il

İdarə Heyətinin

sədri _______________ E.Rüstəmov

 

 

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması

QAYDALARI [1]

 

1. Ümumi müddəalar

1.1.  Bu Qaydalar “ Azərbaycan Respublikasının Milli Bankı haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və pulların saxtakarlıq əlamətlərini, onların saxta olub-olmamasını və səthi tam olmayan əskinasların səthini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının bank sistemində pulların ekspertizasının təşkili və aparılması qaydalarını müəyyən edir.

1.2.  Azərbaycan Respublikasının Milli Bankı (bundan sonra - Milli Bank) milli pul nişanlarının həqiqiliyi (saxta olub olmaması) və səthi tam olmayan əskinasların səthi, xarici pul nişanlarında isə saxtakarlıq əlamətləri haqqında ekspert rəyini verir.

1.3.  Milli Bank:

1.3.1.  həqiqiliyi şübhə doğuran və səthi tam olmayan milli pul nişanlarının;

1.3.2. xarici valyuta ilə əməliyyat aparmaq hüququ olan bankların, Azərbaycan Respublikasının müvafiq dövlət və digər səlahiyyətli orqanlarının təqdim etdikləri və Milli Bank tərəfindən milli valyutaya nisbətən rəsmi məzənnələri müəyyənləşdirilən xarici valyuta əskinaslarında saxtakarlıq əlamətlərini müəyyən etmək məqsədi ilə onların ekspertizasını təşkil edir.

1.4.  Banklar səthi tam olmayan milli pul nişanlarının səthini və həqiqiliyi şübhə doğuran pul nişanlarında saxtakarlıq əlamətlərini müəyyən etmək məqsədi ilə onların ekspertizasını keçirir.

1.5.  Ekspertizanın aparılması üçün minimal texniki tələblərə cavab verən zəruri avadanlıq və cihazların siyahısı Milli Bank tərəfindən müəyyənləşdirilir və bu barədə banklara məlumat verilir.

2. Anlayışlar

2.1.  Pulların ekspertizası - xüsusi avadanlıq və vasitələrdən istifadə etməklə pul nişanlarının səthinin, qüsurlu, saxtakarlıq əlamətlərinin və saxta olub-olmamasının müəyyən edilməsi.

2.2.  Nümunə - ödəniş vasitəsi olmayan, tədavülə buraxılmayan, istehsalçı tərəfindən emitentin sifarişinə əsasən hazırlanmış, üzərində xüsusi qeydiyyatı olan pul nişanları.

2.3.  Qüsurlu pullar - istehsal prosesində Milli Bankın hər bir nominal üçün müəyyən etdiyi parametrlərdən fərqlənən və ya hər hansı dəyişikliyə (vizual görünüşü, ölçüləri və s.) məruz qalan pullar.

2.4.  Saxta pullar - istehsal və hazırlanma üsulundan asılı olmayaraq bank-emitent tərəfindən tədavülə buraxılmış pul nişanlarını imitasiya edən (oxşadan, bənzədən), həqiqi pul nişanlarının hissələrindən istifadə edilərək hazırlanmış (yapışdırılmış) və ya həqiqi pul nişanlarının nominalının və digər parametrlərinin dəyişdirilməsi nəticəsində düzəldilmiş pullar.

2.5.  Tədavülə yararlı olan pullar:

2.5.1.   həqiqiliyinə şübhə olmayan;

2.5.2.  dizaynına və ölçülərinə görə Milli Bankın müəyyən etdiyi standartlara uyğun olan (əskinasların ölçüləri standartdan 1-2 mm fərqlənə bilər);

2.5.3.  səthi tam və bütöv olan;

2.5.4.  nominalı aydın və tam müəyyən edilən;

2.5.5.  vizual görünüşünü itirməyən;

2.5.6.  qüsurlu olmayan.

2.6.  Tədavülə yararsız olan pullar - bu Qaydaların 2.5-ci bəndində göstərilən əlamətlərə uyğun olmayan pullar.

3.  Banklarda pulların ilkin ekspertizasının təşkili və aparılması

3.1.  Banklarda səthi tam olmayan milli pul nişanlarının və həqiqiliyi şübhə doğuran pulların saxtakarlıq əlamətlərinin müəyyən edilməsi məqsədi ilə ilkin ekspertiza aparılır.

3.2.  Sayılma və çeşidlənmə zamanı tədavülə yararsız və həqiqiliyi şübhə doğuran pul nişanları aşkar edildikdə onları:

3.2.1.  müştəriyə qaytarmaq;

3.2.2.  tədavülə buraxmaq;

3.2.3.  məhv etmək;

3.2.4.  tədavülə yararsız və ya saxta olması barəsində pul nişanlarının üzərində ştamp vurmaq və ya hər hansı bir fiziki dəyişiklik etmək (yazılı işarə qoymaq, kəsmək, cırmaq, deşik açmaq və s.) qadağan olunur.

3.3.  Banklar məhdudiyyət qoyulmadan tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini saxlamış milli pul nişanlarmı qəbul etməli və dəyişdirməlidir.

3.4.  Banklar bir neçə hissədən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanları hissələrinin eyni əskinasa məxsus olmasını müəyyənləşdirmək məqsədilə bu Qaydaların 3.7-ci və 3.8-ci bəndlərinə müvafiq olaraq qəbul edir və Milli Banka ekspertizaya təqdim edirlər. Ekspertiza rəyi müsbət olduqda pul nişanlarının dəyəri ödənilir.

3.5.  Səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur (Əlavə №-1, 2, 3).

3.6.  Əskinasların saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir:

3.6.1.  zədələnmiş əskinasın saxlanılan hissələri damalı cədvəlin üzərinə qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır və perimetr boyu qırmızı qələmlə konturu çəkilir;

3.6.2.  konturun daxilində qalan tam damalar sayılır, konturun xətti ilə kəsilmiş damaların sayı yarı bölünüb tam damaların sayı ilə toplanılır. Alınan damaların sayı 120 - dən az olmadıqda əskinasın nominal dəyəri ödənilir.

3.7.  Fiziki və hüquqi şəxslər milli pul nişanlarını ekspertizadan keçirmək məqsədi ilə onları banklara, Milli Banka və ya onun qurumlarına əlavə haqq ödəmədən təqdim edə bilərlər.

3.8.  Ekspertiza üçün pullar fiziki və hüquqi şəxslərdən ərizə əsasında (Əlavə №-4) qəbul edilir. Ərizə üç nüsxədən ibarət tərtib edilir. Onun bir nüsxəsi müvafiq qeydlə müştəriyə qaytarılır, biri kassa sənədlərində saxlanılır, biri isə pul nişanı ilə birlikdə ekspertiza üçün Milli Banka və ya onun qurumlarına təqdim edilir.

3.9.  Banklar aşkar etdiyi səthi müəyyənləşdirə bilinməyən, bir neçə hissədən ibarət olan səthinin 100%-ni saxlamış, həqiqiliyi şübhə doğuran, ekspertiza üçün qəbul etdiyi milli pul nişanlarmı (ərizənin bir nüsxəsi ilə birlikdə) üç iş günündən gec olmayaraq Milli Banka və ya onun qurumlarına ərizə ilə (Əlavə №-5) təqdim edirlər.

3.10.  Qüsurlu pullar yalnız bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini saxladıqda nominal dəyəri ödənilir. Pulların qüsurlu olub-olmaması Milli Bank tərəfindən müəyyən edilir.

3.11.  Müvəkkil banklar zədələnmiş xarici valyuta pul nişanlarım dəyişdirə bilərlər.

4.  Milli Bankda və onun qurumlarında pulların ekspertizasının təşkili və aparılması

4.1.  Milli Bank tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanlarım qəbul edir və dəyişdirir. Hissələrin eyni əskinasa məxsus olması yalnız Milli Bank tərəfindən müəyyən edilir.

4.2.  Milli Bankın struktur bölmələrində və qurumlarında hüquqi və fiziki şəxslərdən ekspertiza üçün qəbul edilmiş və çeşidlənmə zamanı aşkar edilmiş həqiqiliyi şübhə doğuran və səthi tam olmayan milli pul nişanların ekspertizası təşkil edilir.

4.3.  Həqiqiliyi şübhə doğuran milli pul nişanlarının ekspertizası keçirildikdə onlarda mühafizə elementlərinə görə saxtakarlıq əlamətləri müəyyən edilir və ekspertiza aktı tərtib edilir (Əlavə №-7). Aktın bir nüsxəsi kassa sənədlərində saxlanılır, bir nüsxəsi isə pul nişanı ilə birlikdə həqiqiliyi barədə rəy verilmək üçün bu Qaydaların 4.8-ci bəndində göstərilmiş qaydada Milli Bankın müvafiq struktur bölməsinə təqdim edilir.

4.4.  Səthi tam olmayan əskinasın səthi bu Qaydaların 3.5-ci və 3.6-cı bəndlərinə uyğun müəyyən edilir.

4.5.  Ekspertizası keçirilmiş səthi tam olmayan əskinasın dəyəri ödənildikdə, onun üzərinə “DƏYƏRİ ÖDƏNİLİB” ştampı vurulur.

4.6.  Səthi tam olmayan əskinasların saxlanılmış hissəsi səthinin 60%-dən az olduqda onun üzərinə “TƏDAVÜLƏ YARARSIZDIR. DƏYƏRİ ÖDƏNİLMİR” ştampı vurulur, üç nüsxədən ibarət akt tərtib olunur (Əlavə №-6) və dəyəri ödənilmir. Aktın bir nüsxəsi pulu təqdim edən tərəfə verilir, digər nüsxəsi isə kassa sənədlərində saxlanılır.

4.7.  Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən əskinaslar akt və doldurulmuş damalı cədvəllə birlikdə saxlanılmaq üçün Milli Bankın müvafiq struktur bölməsinə təqdim edilir.

4.8.  Milli Bankın struktur bölmələri və qurumları tərəfindən həqiqiliyi şübhə doğuran, səthi tam olmayan və dəqiq müəyyənləşdirilə bilinməyən milli pul nişanları ərizə ilə (Əlavə №-5) son ekspertiza üçün Milli Banka təqdim edilir.

5.  Milli Bankda pulların son ekspertizasının təşkili və aparılması

5.1.  Milli Bankda pulların son ekspertizasını Milli Bankın mərkəzi aparatının müvafiq struktur bölməsi həyata keçirir, həqiqiliyi (saxta olub olmaması) və ödənilməsi barəsində son ekspert rəyini verir.

5.2.  Ekspert rəyinin verilməsi üçün daxil olmuş pulların ekspertizası on iş günündən gec olmayaraq keçirilir və müvafiq ekspertiza aktı tərtib edilir. Xüsusi hallarda (pulların dəqiq ekspertizasını keçirmək üçün lazımi texniki avadanlıqların və cihazların olmadığı və ya pulların istehsalçıya göndərilməsi zərurəti yarandığı hallarda) pulları ekspertiza üçün təqdim edənə yazılı şəkildə məlumat verməklə bu müddət artırıla bilər.

5.3.  Ekspertizanın nəticəsi pulları təqdim edənə bildirilir və müvafiq qaydada ekspertiza aktı göndərilir. Ekspertizadan keçirilmiş dəyəri ödənilməmiş pullar müvafiq qaydada Milli Bankda saxlanılır.

5.4.  Pulun ekspertizası nəticəsində onun nominal dəyərinin ödənilməməsi barəsində rəy verildikdə, müvafiq aktın bir nüsxəsi pulları təqdim edənə göndərilir, iki nüsxəsi isə Milli Bankda saxlanılır.

5.5.  Səthi tam olmayan əskinasın təqdim olunduğu hissəsinin səthinin 60%-dən az olması müəyyən edildikdə, əskinasın üzərinə “TƏDAVÜLƏ YARARSIZDIR. DƏYƏRİ ÖDƏNİLMİR” ştampı vurulur, müvafiq qaydada ekspertiza aktı tərtib olunur (Əlavə №-6) və bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.

5.6.  Həqiqiliyi şübhə doğuran pulların ekspertizası zamanı onların saxta və ya həqiqi olması müəyyən edilir. Ekspertiza zamanı həqiqi pulların mühafizə elementlərinin mövcudluğu, pullar saxta olduqda isə onların hər bir mühafizə elementləri üzrə imitasiya olunması faktları və həqiqi mühafizə elementlərindən fərqləri müəyyən edilir. Ekspertizanın nəticəsi üzrə akt tərtib olunur (Əlavə №-8).

5.7.  Ekspertiza nəticəsində pulun həqiqi olması müəyyən edildikdə, o aktla birlikdə pulu təqdim edənə qaytarılır.

5.8.  Həqiqiliyi şübhə doğuran pulların saxta olduğu müəyyən edildikdə əskinasların üzərinə “SAXTA” yazısı olan ştamp vurulur, sikkələr isə müvafiq qaydada nişanlanır (deşilir, kəsilir və s.).

5.9.  Saxta pullar ekspertiza aktı ilə birlikdə hüquq-mühafizə orqanlarına göndərilir.

5.10. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüldükdən sonra qaytarılmış saxta pullar müvafiq qaydada Milli Bankda saxlanılır.

5.11.  Saxta pulların məhv edilməsi barədə qərar müvafiq struktur bölmənin təqdimatı əsasında Milli Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə pullar Milli Bankın İdarə Heyəti tərəfindən təyin edilən komissiya tərəfindən məhv edilir.

6.  Xarici valyutaların (əskinasların) ekspertizası

6.1.  Milli Bank bu Qaydaların 1.3-cü bəndinə müvafiq olaraq yalnız həqiqiliyi şübhə doğuran xarici əskinasları banklardan və müvafiq dövlət və digər səlahiyyətli orqanlardan ekspertiza üçün qəbul edir.

6.2.  Ekspertiza onun keçirildiyi tarixə müvafiq əskinasların Milli Banka məlum olan saxtalaşdırma əlamətləri barədə məlumatlara və bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərinə müvafiq olaraq aparılır və nəticəsi barədə ekspertiza aktı tərtib olunur (Əlavə №-9).

6.3.  Xarici valyuta eskinasında saxtalaşdırma əlamətləri müəyyən edildikdə, əskinas aktla birlikdə təqdim edənə qaytarılır.

6.4. Xarici valyuta əskinasında saxtalaşdırma əlamətləri müəyyən edildikdə əskinasın üzərinə “SAXTALAŞDIRMA ƏLAMƏTLƏRİ” yazısı olan ştamp vurulur və bu Qaydaların 5.9-cu bəndinə müvafiq tədbir görülür.

7. Yekun müddəalar

7.l  Milli Bank ekspertizası keçirilən milli və xarici pulların seriya və nömrələrinin mərkəzləşdirilmiş uçotunun aparılmasını təşkil edir.

7.2  Bu Qaydalar 1 aprel 2005-ci ildən qüvvəyə minir.

 

 

 


Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №-1

 

 

 

1, 5, 10, 50,100, 250, 500 və 1 000 nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı

 

 

 

C Ə D V Ə L №-1

 

 

 

 

 

 

             1      2      3      4      5      6     7      8      9    10

 

1

 

 

2

 

3

 

4

 

5

 

 

 

 

 

 

 

 

 

 

 

5

 

4

 

3

 

2

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                          10     9      8      7      6     5      4      3     2      1

 

 

 

 


Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №-2

 

 

 

 

 

10 000 nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı

 

 

CƏDVƏL №-2

 

 

 

 

 

          1      2      3      4      5      6     7      8      9    10

 

1

 

 

2

 

3

 

4

 

5

 

 

 

 

 

 

 

 

 

 

 

5

 

4

 

3

 

2

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                          10     9      8      7      6     5      4      3     2      1

 

 

 

 


Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №-3

 

 

 

 

50 000 nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı

 

 

CƏDVƏL №-3

 

 

 

 

 

 

          1      2      3      4      5      6     7      8      9    10

 

1

 

 

2

 

3

 

4

 

5

 

 

 

 

 

 

 

 

 

 

 

5

 

4

 

3

 

2

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                          10     9      8      7      6     5      4      3     2      1

 

 

 

 


Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №-4

 

 

_______________________________________

Pulları ekspertiza üçün qəbul edən bank,

_______________________________________

Milli Bankın struktur bölməsi və ya qurumu

_______________________________________

 

 

 

Pulların ekspertizaya təqdim edilməsi barədə

ƏRİZƏ

 

 

Pulları təqdim edən _______________________________________________________________

Hüquqi şəxsin rekvizitləri (fiziki şəxs olduqda isə səxsiyyəti təsdiq edən sənədin rekvizitləri)

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

Pulların siyahısı (əlavə siyahı şəklində təqdim edilə bilər)

 

 

Nominal   Seriya №-si

1.

2.

3.

 

Ümumi məbləği

 

 

Təqdim edən                               ______________________               _________

              S.A.A.                                      imza

 

 

Qəbul edən                                  ______________________               _________

   S.A.A.                                     imza

 

 

 

Tarix _______

 

 

 


Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №-5

 

      Azərbaycan Respublikası

Milli Bankının

       _______________________

       _______________________

 

 

Ə R İ Z Ə

 

__________________________________________________________ milli valyuta pul nişanları

       həqiqiliyi şubhəli olan və/və ya səthi müəyyənləşdirilə bilinməyən

 

ekspertiza üçün göndərilir.

Pul nişanları Milli Bankın ___________________    __________________vasitəsi ilə göndərilir.

                                                    (MB struktur bölməsi)

Pullar aşağıdakı siyahı üzrə (əlavə tərtib olunmuş şəkildə təqdim edilə bilər) cəmi

_________________________________ məbləğində əlavə edilir.

                   (rəqəm və sözlə)

 

 

Nominal                          Seriya №-

1.

2.

3.

 

Məbləğ

 

Pulu təhvil verən __________________________________________________________________

               Hüquqi şəxsin rekvizitləri (fiziki şəxs olduqda isə səxsiyyəti təsdiq edən sənədin rekvizitləri)

 

Pulların ekspertizaya təqdim edilməsinin səbəbləri ____________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

 

Rəhbər                                         ________________

Baş mühasib                                ________________

Kassa müdiri                               ________________

 

 

Tarix ___________

 

 

 


Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №-6

 

 

Əskinasın səthini təyin etmək üçün __ №-li ekspertiza AKTI

 

Əskinasın nominalı

Seriya nömrəsi                                                                ______________

Əskinas _________ hissədən ibarətdir

Hissələri ______________ əskinaslara məxsusdur

                    eyni və ya fərqli

Tam örtülmüş damaların sayı                                       _________________

                                                                                                                                        ədədlə

Tam örtülməmiş damaların sayı                                               _________________

            ədədlə

 

Əskinasın saxlanılan hissəsinin

ümumi sahəsi (% ilə)                                                      _________________

 

 

RƏY

 

 

“Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydalarının” 3.5 və 3.6 bəndlərinə əsasən əskinasın nominal dəyəri _________.

 

Əlavə ______ damalı cədvəl ( 1 səhifə)

 

Xəzinədar (ekspert)

 

  Kassa müdiri (şöbə rəisi)

 

 

 

 


Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №-7

 

 

Milli pul nişanlarının saxtakarlıq əlamətləri barədə ___№-li ekspertiza AKTI

 

 

 

_____________                                                                                      ________

 

 

Pul nişanının növü                     -

Nominal                                      -

Seriya nömrəsi                            -

Ölçüsü                                         -

 

 

Ümumi təsvir və texniki xüsusiyyətləri

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

Müəyyən edilmiş saxtakarlıq əlamətləri

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

 

NƏTİCƏ

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

Xəzinədar (ekspert)

 

Kassa müdiri (şöbə rəisi)

 

 

 

 

 

 


Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №-8

 

 

Millipul nişanlarının həqiqiliyi barədə

 

__ №-li ekspertiza AKTI

_____________                                                                                      ________

 

 

 

Pul nişanının növü                     -

Nominal                                      -

Seriya nömrəsi                            -

Ölçüsü                                         -

 

 

 

Ümumi təsvir və texniki xüsusiyyətləri

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

Mühafizə elementləri

Kağızın mühafizə elementləri _______________________________________________________

_________________________________________________________________________________

Çap mühafizə elementləri __________________________________________________________

_________________________________________________________________________________

Digər mühafizə elementləri ________________________________________________________

 

NƏTİCƏ

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

RƏY

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

Ekspert

 

Şöbə rəisi

 

 

 

 

 


Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №-9

 

 

Xarici valyuta əskinaslarında saxtakarlıq əlamətləri barədə __№-li ekspertiza AKTI

 

_____________                                                                                      ________

 

 

Valyutanın növü                        -

Emitenti                                       -

Nominalı                                     -

Seriya nömrəsi                            -

Ölçüsü                                         -

 

 

Ümumi təsvir və texniki xüsusiyyətləri

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

Mühafizə elementləri

Kağızın mühafizə elementləri _______________________________________________________

_________________________________________________________________________________

Çap mühafizə elementləri __________________________________________________________

_________________________________________________________________________________

Digər mühafizə elementlər _________________________________________________________

_________________________________________________________________________________

 

 

NƏTİCƏ

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

RƏY

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

Ekspert

 

Şöbə rəisi

 

 

 

 

 

 

Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması Qaydalarına Əlavə 10

1 Manat nominallı əskinazın sahəsinə bərabər olan 200 damalı

CƏDVƏL 4

                                1          2         3         4          5           6           7          8        9          10

 

1

 

2

 

3

 

4

 

5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bank sistemində pulların                                                      ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə 11

5 Manat nominallı əskinazm sahəsinə bərabər olan 200 damalı

CƏDVƏL 5

                               12345678910     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bank sistemində pulların   ekspertizasının təşkili və aparılması Qaydalarına Əlavə №12

10 Manat nominalh əskinazın sahəsinə bərabər olan 200 damalı

CƏDVƏL 6

123456789 10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bank sistemində pulların               ekspertizasının təşkili və aparılması Qaydalarına Əlavə 13

20 Manat nominallı əskinazın sahəsinə bərabər olan 200 damalı

CƏDVƏL 7

 12345678910

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bank sistemində pulların

ekspertizasının təşkili və aparılması

Qaydalarına Əlavə №14

50 Manat nominallı əskinazın sahəsinə bərabər olan 200 damalı

CƏDVƏL 8

                          123456789        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                      

 

 

                                                                                                                                    

                                                                                                                                                                               

 

 

Bank sistemində pulların                                                                                                                                                          ekspertizasının təşkili və aparılması Qaydalarına Əlavə 15

100 Manat nominallı əskinazın sahəsinə bərabər olan 200 damalı

CƏDVƏL 9

  123456789         10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 dekabr 2005-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Milli Bankının Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 12)

2.       18 may 2020-ci il tarixli 23/1 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Qərarı

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 23 dekabr 2005-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Milli Bankının Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 12) ilə "Bank sistemində pulların  ekspertizasının təşkili və aparılması  Qaydaları”na Əlavə  №10,  Əlavə №11, Əlavə 12 ,Əlavə 13, Əlavə 14 və Əlavə 15 əlavə edilmişdir.

18 may 2020-ci il tarixli 23/1 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Qərarı ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status