AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
24.06.2005
QEYDİYYAT NÖMRƏSİ
953-IIQ
ADI
Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 24-07-2005, Nəşr nömrəsi: 169), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2005, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 582)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.07.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Abrıx kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Abrıx kənd inzibati ərazi vahidi yaradılsın.

Həzrə kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Həzrə kənd inzibati ərazi vahidi yaradılsın.

Kiçik Əmili kəndi Zalam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kiçik Əmili kənd inzibati ərazi vahidi yaradılsın.

Qaradeyin kəndi Kürd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qaradeyin kənd inzibati ərazi vahidi yaradılsın.

Məmmədağalı kəndi Seyidqışlaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Məmmədağalı kənd inzibati ərazi vahidi yaradılsın.

Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılsın.

Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılsın.

Yengicə kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Yengicə kənd inzibati ərazi vahidi yaradılsın.

Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılsın.

Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilsin, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılsın.

Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilsin, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılsın.

Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilsin, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2005-ci il

№ 953-IIQ

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status