AKTIN NÖVÜ
Vergilər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
17.08.1999
QEYDİYYAT NÖMRƏSİ
A-126
ADI
Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında Təlimat
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
186
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Qeydə alınmışdır”

“Qeydə alınmışdır”

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi

 

Qeydiyyat №186

“30” 08 1999-cu il

 

Nazir __________ S. Həsənova

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikası

Baş Dövlət Vergi Müfəttişliyi

Əmr A-126

“17” 08 1999-cu il

 

Rəisin müavini

_______________ M. Namazov

 

“RAZILAŞDIRILMIŞDIR”

AZƏRBAYCAN RESPUBLİKASI

MALİYYƏ NAZİRİNİN

MÜAVİNİ

 

________________ H. ƏSƏDOV

 

TORPAQ VERGİSİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ ÖDƏNİLMƏSİ HAQQINDA

 

TƏLİMAT

 

Torpaq vergisi Azərbaycan Respublikasının 1996-cı il 24 dekabr tarixli “Torpaq vergisi haqqında” Qanununa əsasən alınır.

Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi bu Qanunla, habelə Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir.

 

1. TORPAQ VERGİSİNİN ÖDƏYİCİLƏRİ VƏ TUTULMASI OBYEKTİ

 

1. Torpaq vergisinin ödəyiciləri mülkiyyətinə və istifadəsinə torpaq sahələri verilən hüquqi və fiziki şəxslərdir.

Torpaq vergisinin ödəyiciləri olan hüquqi şəxslər dedikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxslər olan müəssisələr və təşkilatlar və təşkilatlar, onların müstəqil balansa və hesablaşma hesabına malik olan filialları və digər bölmələri, birliklər xarici investisiyalı müəssisələr, xarici hüquqi şəxslər və onların nümayəndəlikləri başa düşülür.

Fiziki şəxslərə isə Azərbaycan Respublikasının vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər aiddir.

Azərbaycan Respublikasının ərazisində başqa dövlətlərin, yaxud Azərbaycan Respublikasının başqa dövlətlərlə birgə ehtiyacları üçün istifadə olunana torpaq sahələrinə görə vergi tutulması dövlətlərarası müqavilələrlə tənzimlənir. Belə müqavilələr olmadıqda torpaq vergisinin tutulması ümumi qaydada həyata keçirilir.

2. Torpaq vergisinin tutulması obyekti hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilmiş torpaq sahələridir. Bu torpaqlara xüsusi olaraq aşağıdakılar daxildir:

Kənd təsərrüfatı fəaliyyətinin (əkinçilik, heyvandarlıq, quşçuluq, bağçılıq, bostançılıq və s. bu kimi) keçirildiyi torpaqlar;

fərdi mənzil tikintisi, bağ evi, qaraj tikintisi və digər tikinti məqsədli torpaqlar;

sənaye, tikinti, nəqliyyat, rabitə, energetika və başqa təyinatlı torpaqlar;

sağlamlıq və istirahət təyinatlı torpaqlar (dövlət mülkiyyətində olan torpaqlardan başqa);

istehsal fəaliyyəti üçün istifadə edilən dövlət, meşə və su fondu torpaqları;

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunun altında yerləşən istehsal fəaliyyətinə cəlb olunmuş torpaqlar.

3. Torpaq vergisi hüquqi və fiziki şəxslərin müəyyən olunmuş qaydada mülkiyyətinə və ya istifadəsinə verilmiş vergiyə cəlb edilən torpaq sahələrinə, o cümlədən tikinti və qurğuların tutduğu torpaq sahələrinə, habelə tikinti və qurğuların saxlanması üçün zəruri olan torpaq sahələrinə, görə tutulur.

4. Tikintiyə xidmət üçün ayrılmış torpaq sahəsi bir neçə hüquqi şəxsin və ya fiziki şəxsin istifadəsində olarsa, onda belə sahənin hər hissəsinə ayrılıqda torpaq vergisi hesablanır. Torpaq sahəsi belə şəxslərin fiziki şəxsin birgə istifadəsində olarsa, onda vergiyə cəlb etmək məqsədi ilə həmin torpaq sahəsi, onların hər birinin mülkiyyətində və sahibliyində olan tikinti sahəsinə mütənasib olaraq bölünür.

Bir neçə hüquqi və ya fiziki şəxsin ümumi mülkiyyətində olan tikintiyə xidmət edən torpaq sahələrinə görə bu mülkiyyətçilərin hər birinə vergi, onların bu tikintidə payına müvafiq hesablanır.

Torpaq vergisinin hesablanmasının bu qaydası o vaxt tətbiq edilir ki, Həmin torpaq sahələrinin mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlərdə və yaxud tərəflərin razılığı ilə başqa qaydalar nəzərdə tutulmamış olsun.

 

II. TORPAQ VERGİSİ ÜZRƏ GÜZƏŞTLƏR

 

5. Aşağıdakı torpaqlar vergidən azaddırlar:

a) yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; Bu torpaqlara meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uşaq meydançaları, yollar və s. torpaqlar aid edilir.

b) dövlət mülkiyyətində olan təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə qanunla qorunan ərazilərin təsərrüfat fəaliyyəti üçün qadağan edilmiş torpaqları;

v) istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunun altında yerləşən torpaqlar;

q) dövlət büdcəsinin, yaxud həmkarlar ittifaqı təşkilatının vəsaiti hesabına maliyyələşdirilən mədəniyyət, incəsənət və kinematoqrafiya, təhsil, idman-sağlamlıq kompleksləri və obyektləri (kurort idarələri istisna olmaqla), habelə təbii tarixi və mədəni abidələr;

ğ) kənd təsərrüfatı və meşə təsərrüfatı təmayüllü elmi təşkilatlar və elmi-tədqiqat idarələri, elmi və tədris məqsədləri üçün istifadə edilən torpaq sahələrinə görə;

d) dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar;

Dövlət sərhəd zolaqları torpaqlarına istər sərhəd zolağında, istərsə də onun hüdudlarından kənarda 30-50 metr enində olan torpaq zolaqları, dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə sərhəd qoşunlarının müddətsiz istifadəsi üçün Azərbaycan Respublikasının dövlət sərhədi boyunca verilən 5 metrlik torpaq zolağı, həmçinin gömrük xidmətinin ehtiyacları üçün ayrılmış torpaq sahələri (təsərrüfat fəaliyyəti üçün istifadə olunan torpaqlardan başqa) aid edilir.

 

III. TORPAQ VERGİSİNİN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI

 

6. Torpaq vergisinin dərəcələri Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydada müəyyənləşdirilir. Bununla əlaqədar olaraq Nazirlər Kabineti tərəfindən kənd yerlərində torpaq vergisinin hesablanması üçün 14 may 1997-ci il tarixli 43 nömrəli Qərar qəbul olunmuş və həmin Qərarla torpaq vergisinin hesablanması üçün cədvəl təsdiq edilmişdir (1 saylı əlavə). Göstərilən cədvəl kadastr rayonları və ora daxil olan inzibati rayonlar üzrə torpağın keyfiyyət qruplarını və torpaq vergisinin hesablanması üçün torpağın hər bir hektarının şərti ballarını (əkin, dinc, həyətyanı torpaqlar və çoxillik əkməklər üzrə) nəzərdə tutulmuşdur.

Göstərilən Qərara əsasən torpaq vergisinin dərəcələri torpağı 1 hektarının şərti ballarının 300 manata vurulması qaydası ilə hesablanır.

Biçənəklər, örüşlər və otlaqlar üçün torpağın bir hektarının balları əkin və dinc torpaqlar üçün müəyyənləşdirilmiş balların 1/10 (10 faiz) miqdarında qəbul edilir.

7. Keyfiyyət xarakteristikası müəyyən edilməmiş torpaq sahələrinə görə torpaq vergisini hesablamaq məqsədi üçün, həmin torpaq sahəsinin daxil olduğu inzibati rayon (şəhər) üzrə torpağın orta bonitet balı qəbul edilir.

8. Şəhər və qəsəbələrdə torpaq vergisinin dərəcələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki, Yevlax, Lənkəran, Xankəndi, Əli-Bayramlı, Naftalan şəhərləri, rayon mərkəzləri, rayon tabeçiliyində olan şəhərlər və qəsəbələr üzrə torpaq vergisinin dərəcələri haqqında” 8 iyun 1998-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmişdir (2 saylı əlavə).

Göstərilən dərəcələr şəhər və qəsəbələrdə xalq təsərrüfatı sahələrinin tutduğu torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin və şəhər və qəsəbə yerlərində kənd təsərrüfatı məqsədləri üçün, habelə vətəndaşların bağ sahələri üzrə torpaq sahələrinin bir kvadrat metri üçün müəyyən edilmişdir.

9.      Yaşayış məntəqələrindin kənarda yerləşən sənayenin, tikintinin, nəqliyyatın, rabitənin və xalq təsərrüfatının digər istehsal və xidmət sahələrinin, habelə meşə və su fondunun torpaqların görə (kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaq sahələrindən başqa) torpaq vergisi inzibati rayonun kənd təsərrüfatı təyinatlı torpaqlarına müəyyən edilmiş yüksək vergi dərəcələrini 5 misli miqdarında tutulur.

10.  Fiziki və hüquqi şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra həmin ərazidəki vergi orqanında uçota durmalıdırlar.

11. Torpaq vergisi torpaq barəsində mülkiyyət və torpaqdan istifadə hüququnu təsdiq edən sənədlərə əsasən müəyyən edilir.

Tikililərin və qurğuların yerləşdiyi torpaqlara, onların saxlanması, habelə obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan sahələrə görə torpaq vergisi tutulur.

Hüquqi və fiziki şəxslərin istifadə etdikləri torpaqlar müxtəlif dərəcələrlə vergiyə cəlb edilən torpaq sahələrindən ibarətdirsə, onda torpaq vergisinin ümumi məbləği ayrı-ayrı sahələr üzrə vergiləri cəmləməklə müəyyən edilir.

12. İl ərzində torpaq sahələri bir kadastr qiymət rayonundan çıxarılaraq digərinə aid edildikdə torpaq vergisi növbəti ildən başlayaraq yeni kadastr qiymət rayonu üçün təsdiq edilmiş dərəcələrlə vergiyə cəlb edilir.

İl ərzində yaşayış məntəqəsi başqa kateqoriyalı yaşayış məntəqəsinə aid edildikdə (misal üçün, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada kənd yaşayış məntəqələri qəsəbə yaşayış məntəqələrinə, yaxud qəsəbə yaşayış məntəqələri şəhər yaşayış məntəqələrinə aid edildikdə) torpaq vergisi cari ildə bu yaşayış məntəqələri üçün əvvəl müəyyən edilmiş dərəcələrlə, gələn ildən isə həmin kənd (qəsəbə) yaşayış məntəqəsinin aid edildiyi qəsəbə (şəhər) yaşayış məntəqələri üçün müəyyən olunmuş vergi dərəcələri ilə alınır.

Yaşayış məntəqəsinin tabeçiliyində dəyişiklik edildikdə (misal üçün, kənd və ya qəsəbə öz əraziləri ilə birlikdə inzibati cəhətcə şəhərin tərkibinə aid edildikdə) torpaq vergisi ödəyicilərindən cari ildə bu yaşayış məntəqəsinə əvvəl müəyyən edilmiş dərəcələrlə, gələn ildən isə tabeliyinə verildiyi şəhər yaşayış məntəqəsinin vergi dərəcəsi ilə hesablanıb alınır.

İnzibati ərazi vahidliyinin ləğv edilib onun başqa inzibati ərazi vahidliyinin tərkibinə daxil edilməsi hallarında, ləğv edilmiş inzibati ərazi vahidliyi ərazisində torpaq vergisi yeni dərəcələrlə onun ləğv edildiyi vaxtdan sonrakı ildən başlayaraq hesablanıb alınır.

13.  Hüquqi şəxslər tərəfindən torpaq vergisi bilavasitə onların özləri tərəfindən hesablanıb ödənilir. Vergi torpaq sahələrinin miqdarına və verginin dərəcəsinə əsasın hər il hesablanır.

Torpaq vergisini hüquqi şəxslər torpaq sahələrinin ölçüsünə və verginin dərəcələrinə əsasən hər il hesablayır və mayın 15-dən keç olmayaraq bu təlimata 3 saylı əlavədə göstərilən formada haqq-hesabları dövlət vergi orqanlarına təqdim edirlər.

Yeni ayrılmış torpaq sahələri üzrə verginin haqq-hesabları hüquqi şəxslər tərəfindən həmin torpağın ayrıldığı vaxtdan sonra bir ay ərzində təqdim edilir.

Vergi hüquqi şəxslərin mülkiyyətinə və yaxud istifadəsinə verilmiş hər bir torpaq sahəsi üzrə ayrılıqda, onların yaşayış fondlarının tutduğu torpaqlara görə isə hər ev sahibliyi üzrə ayrılıqda hesablanır.

Hüquqi şəxslərin vergiyə cəlb edilən torpaq sahələri eyni bir vergi orqanının xidmət etdiyi ərazidə yerləşdikdə vergiyə cəlb edilən bütün obyektlər üzrə bir icmal haqq-hesab təqdim edilə bilər. Bu halda hər bir torpaq sahəsi və ev sahibliyi üzrə sahənin miqdarı, verginin dərəcəsi və verginin miqdarı göstərilməklə cədvəl tərtib edilib vergi haqq-hesabına əlavə edilməlidir. Hüquqi şəxsin vergiyə cəlb edilən torpaq sahələri müxtəlif vergi orqanlarının xidmət etdiyi ərazilərdə yerləşirsə, onda hər bir vergi orqanına, həmin orqanın xidmət etdiyi ərazidə yerləşən sahəyə görə vergi haqq-hesabı təqdim edilir.

14. Vergi haqq-hesablarını dövlət vergi müfəttişliklərinə mərkəzləşdirilmiş qaydada hər bir inzibati rayon üzrə ayrılıqda, vergiyə cəlb edilən obyektləri və kommunikasiya xətləri həmin inzibatı rayonların ərazilərindən keçən aşağıdakı hüquqi şəxslər təqdim edirlər:

Azərbaycan Respublikası Dəmir Yolu İdarəsi - dəmir yollarının, stansiyaların və vağzalların tutduğu torpaqlara görə;

neftin və qazın nəqli üzrə müəssisələr, neft-qazçıxarma birlikləri (idarələri) - balanslarında olan neft və qaz xətlərinə xidmət üçün ayrılmış torpaqlara görə;

mənzil kommunal təsərrüfatı təşkilatları - balanslarında olan dövlət yaşayış fondlarının və qeyri-yaşayış fondlarının tutduğu torpaq sahələrinə görə.

15. Mənzil-tikinti, bağ-tikinti, qaraj-tikinti kooperativləri, bostançılıq, heyvandarlıq və bağçılıq yoldaşlıq cəmiyyətləri bu məqsədlər üçün ayrılmış torpaq sahələrinə görə verginin haqq-hesablarını bu kooperativ və cəmiyyətlərin torpaq sahələrinin yerləşdiyi inzibati rayonların dövlət vergi müfəttişliklərinə təqdim edirlər.

16. Hüquqi və fiziki şəxslərə il ərzində ayrılmış torpaq sahələrinə görə vergi torpağın ayrıldığı vaxtdan sonrakı aydan başlayaraq hesablanır. Torpaq geri alındığı (azaldığı) hallarda verginin alınması torpağın geri alındığı (azaldığı) aydan dayandırılır (azaldılır).

Fiziki şəxslərə torpaq vergisinin hesablanması dövlət vergi xidməti orqanları tərəfindən hər il may ayının 1-dək aparılır və avqustunu 1-dən gec olmayaraq onlara tədiyənin ödənilməsi barədə bildirişlər çatdırılır.

17.  Hüquqi şəxslər və vətəndaşlar tərəfindən hesablanmış vergi bərabər məbləğlərdə 15 sentyabr və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.

18.  Torpaq vergisinin hesablamalarını vaxtında təqdim etməmiş hüquqi şəxslərdən vergi orqanları torpaq sahəsinin ölçüsünə və verginin dərəcələrinə əsasən hesablanmış vergi məbləğinin 110 faizi miqdarında vergi tuturlar. Hesablamalar təqdim edildikdən sonra vergi müəyyən edilmiş qaydada yenidən hesablanır.

19.  Fiziki şəxslərə verilmiş torpaq sahələrinin uçotu şəhər və rayonlar üzrə icra hakimiyyəti orqanlarının, mənzil-kommunal təsərrüfatı, texniki inventarlaşdırma bürosu, Dövlət Əmlak Komitəsi və onun yerli şöbələrinin, icra hakimiyyətinin kənd (qəsəbə) üzrə nümayəndəliyinin məlumatlarına əsasən həyata keçirilir.

20. Torpaq sahələrini (dövlət torpaqları istisna olmaqla) icarəyə götürmüş hüquqi və fiziki şəxslər (icarədarlar) torpaq vergisini ödəyiciləri hesab edilmirlər. İcarəyə verilmiş torpaq sahələrinə görə vergini torpaq mülkiyyətçiləri ödəyirlər.

Hüquqi və fiziki şəxslərin icarə müqavilələriMə əsasən istifadəyə verilmiş yaşayış və qeyri-yaşayış tikintilərinə xidmət edən torpaq sahələrinə görə torpaq vergisi, onları icarəyə verənlərdən alınır.

Yaşayış və qeyri-yaşayış tikintilərinin bir hissəsi hüquqi şəxslərə və vətəndaşlara icarəyə verildikdə də, onlara xidmət edən torpaq sahələrinə görə vergi, həmçinin icarə verənlərdən alınır.

 

IV. VERGİ TUTULMASINA YENİDƏN BAXILMASI VƏ BUNUNLA ƏLAQƏDAR OLARAQ ƏLAVƏ HESABLANMIŞ, VƏ AZALDILMIŞ VERGİ MƏBLƏĞLƏRİNİN ÖDƏNİLMƏSİ QAYDASI

 

21. Torpaq vergisinə vaxtında cəlb olunmamış ödəyicilər ən çoxu axırıncı iki il üçün vergini ödəməyə cəlb edilirlər.

Torpaq vergisi vaxtında tutulmamış ödəyicilərdən ən çoxu axırıncı iki il üçün vergi tutulur. Verginin düzgün tutulmamasına ən çoxu axırıncı iki il üçün yenidən baxılır.

Belə hallarda əlavə hesablanmış vergi məbləğləri aşağıdakı müddətlərdə ödənilir.

- cari ilə görə əlavə hesablanmış vergi məbləğləri ödəniş müddətləri üzrə bərabər hissələrdə, əgər ödəniş müddətlərinin çatmasına 15 gündən az vaxt qalmışdırsa, onda müvafiq məbləğin ödənilməsi barədə tədiyyəçilərə bildirişin çatdırıldığı vaxtdan 15 gündən tez olmamaqla;

- bütün ödəniş müddətləri keçdikdən sonra cari il üçün və yaxud əvvəlki illər üçün hesablanmış məbləğlər bərabər hissələrlə iki müddətdə; vergi hesablandıqdan (tədiyyə bildirişi çatdırıldıqdan) sonra bir ay ərzində və birinci ödəniş müddətindən sonra bir ay ərzində:

Torpaq sahəsinin həcminin düzgün müəyyən edilməməsi və s. ilə əlaqədar olaraq vergi məbləği yenidən hesablanıb ödənildikdə və əlavə vəsaitlər hesablandıqdan da ödəniş müddətləri bu qaydada müəyyən edilməlidir.

22. Güzəşt hüququnun əmələ kəlməsi və digər səbəblərlə əlaqədar olaraq əvvəlcə hesablanmış vergi məbləği azaldıla bilər. Belə hallarda, vergiyə cəlb edilməyə yenidən baxıldıqda və ya vergi ödəyicilərinin güzəşt hüquqi əmələ gəldikdə, ilin əvvəlindən hesablanmış verginin azaldılmalı olan məbləği bərabər hisslərlə ödəniş müddətləri üzrə çıxılmalıdır. Əgər vergi məbləği, verginin azalması gününədək ötən müddət ərzində birinci ödəniş müddəti üzrə tam ödənilmişdirsə, onda bu müddətə azaldılma məbləği ikinci ödəniş müddətindən çıxılır. Bu müddət üzrə ödənilmiş penya məbləği, verginin ilkin məbləğinin azaldılmasına düşən hissəsinə müvafiq qaydada azaldılır, artıq ödənilmiş penya növbəti ödəniş müddəti üzrə verginin ödənilməsinə yönəldilir.

Verginin azaldılması vaxtına kimi hər iki ödəniş müddəti keçmiş və vergi tam ödənilmişdirsə, artıq ödənilmiş vergi məbləği ödəyiciyə qaytarılır, ödəyicinin digər vergilər üzrə qalığı olduqda isə həmin qalığın ödənilməsinə zaçot edilir.

 

V. TORPAQ VERGİSİ HAQQ-HESABLARININ YOXLANILMASI QAYDASI

 

23.   Torpaq vergisinin haqq-hesabları dövlət vergi müfəttişlikləri tərəfindən verginin ödəyiciləri olan müəssisə(ı idarə və təşkilatlarda müfəttişliyin rəhbərləri tərəfindən müəyyən olunmuş müddətlərdə sənədli qaydada yoxlanılır.

24.   Torpaq vergisi haqq-hesablarının sənədli yoxlanılmasından qabaq, onların komeral yoxlaması aparılır. Komeral yoxlama hör bir vergi haqq-hesabı üzrə, onlar daxil olduqca həyata keçirilir. Haqq-hesabların tərkibində yol verilə bilən səhvləri aşkara çıxarmaq məqsədilə torpaq sahələri haqqında məlumatların əvvəlki ildə müqayisədə artıb-azalması səbəbləri, vergi dərəcələrinin düzgün tətbiq edilməsi və verginin hesablanması, ödənilmə müddətləri üzrə verginin düzgün bölünməsi və s. aydınlaşdırılır.

Vergi dərəcələrinin düzgün tətbiq edilməsi, yaxud tədiyyələrin hesablanması və müddətlər üzrə bölünməsində hesab səhvlərinə yol verilməsi faktları aşkar edildikdə vergi haqq-hesablarında müvafiq düzəlişlər edilərək onlar drüstləşdirilir. Bununla əlaqədar olaraq haqq-hesablara a edilmiş bütün düzəlişlər vergi müfəttişləri tərəfindən imzalanmalı və hüquqi şəxslərə bildirilməlidir. Eyni zamanda, şəxsi hesabın açılması məqsədi ilə vergi haqq-hesabı müfəttişliyin uçot işlərini aparan işçisinə verilməlidir.

25. Torpaq vergisinin hesablanmasının düzgünlüyü mülkiyyət və yaxud istifadə hüququnu təsdiq edən sənədlərə, habelə yer quruluşu planlarına və torpaqların sahələri haqqında məlumatlar əks etdirilən digər sənədlərə əsasən yoxlanılır.

Yoxlama zamanı müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilə bilən digər obyektlər üzrə vergi dərəcələrinin düzgün tətbiq edilib-edilmədiyi aydınlaşdırılmalıdır.

Mənzil fondlarının, digər tikinti və qurğuların tutduğu torpaq sahələrinin vergi haqq-hesabına tam daxil edilməsini müəyyən etmək məqsədi ilə bu tikinti və qurğuların ilkin uçot məlumatlarına əsasən (inventarizasiya siyahısı, vərəqələr, kitablar, 01 №-li “əsas vəsaitlər” hesabının dövriyyə cədvəli), onların olması və yeri müəyyən edilməli və həmin hesabda olan torpaq sahələrini həcmi uçot məlumatları ilə müqayisə olunmalıdır.

26. Yoxlama başa çatdıqdan sonra aşkar edilmiş bütün pozuntular göstərilməklə akt tərtib edilir, əlavə hesablanmış və ya azaldılmış məbləğlər, habelə “Dövlət Vergi Xidməti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş maliyyə sanksiyaları ətraflı əks etdirilir və onların ödənilməsi müddətləri göstərilir. Aktın surəti hüquqi şəxslərə, əlavə hesablanmış və ya azaldılmış vergi məbləğlərinin haqq-hesabı, ödəyicilərin şəxsi hesabında müvafiq qeydiyyat aparılması üçün uçot üzrə işçiyə təqdim edilir.

 

VI. ÖDƏYİCİLƏRİN MƏSULİYYƏTİ

 

27. Hüquqi şəxslərin rəhbərləri hüquqi şəxslərə verilmiş torpaq sahələrinə görə torpaq vergisinin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyırlar.

Dövlət vergi müfəttişlikləri vergi ödəyicilərinin uçotunu aparır, verginin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarəti təmin edirlər.

28. Müəyyən olunmuş müddətlərdə vergi ödənilmədikdə hər gecikmiş gün üçün qalıq məbləğlərindən 0,1 faiz miqdarında penya hesablanır.

29. “Torpaq Vergisi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasında təqsiri olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

VII. TORPAĞA GÖRƏ VERGİNİN BÜDCƏYƏ DAXİL OLMASI

 

30.  Torpaq vergisindən toplanan vəsait dövlət büdcəsinə daxil olur.

31.  Hüquqi şəxslərin torpaq vergisi üzrə büdcə ilə haqq-hesablaşmaları №-li “Büdcə ilə hesablaşmalar” hesabında “torpaq vergisi üzrə hesablaşmalar” adlı ayrıca sub hesabında aparılır.

Müəyyən olunmuş qaydada hesablanmış torpaq vergisi 68 №-li balans hesabının krediti, məhsul (iş, xidmət) istehsalına məsrəflərin və istehsalla bağlı olmayan xərclərin uçotuna dair hesabların debeti üzrə əks etdirilir.

Büdcəyə ödənilmiş məbləği 68 №-li hesabın debeti və 51 №-li “hesablaşma hesabı” hesabının krediti üzrə əks etdirilir.

 

 


Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında təlimata

 

1 saylı Əlavə

 

 

Torpaq vergisinin hesablanması üçün torpaqların qiymətləndirilməsi

 

C Ə D V Ə L İ

(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 14 may tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmişdir)

 

Kadastr qiymət rayonları və ona daxil olan inzibati rayonlar

Keyfiyyət qrupları

Torpaq vergisinin hesablanması üçün torpaqların 1 hektarının şərti balları

Əkin, dinc və həyətyanı torpaqları

Çoxillik əkmələr

1. Muğan-salyan

(Salyan, Saatlı, Sabirabad, Biləsuvar, İmişli, Neftçala rayonları, Hacıqabul rayonunun Kürqırağı düzən hissəsi)

 

2. Mil-Qarabağ

(Bərdə, Ağcabədi, Beyləqan, Tərtər rayonları, Ağdam, Goranboy, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonu ərazisinin düzə torpaqları)

 

3. Aran-Şirvan

(Zərdab, Kürdəmir, Ucar, Yevlax, Ağdaş, rayonları, Ağsu və Göyçay rayonlarının düzən torpaqları)

 

 

4. Abşeron-Qobustan

(Abşeron rayonu, Hacıqabul rayonunun Nəvahi-Atbulaq massivi, Xızı rayonunun düzən torpaqları və Siyəzən rayonunun Liman gölünə qədər olan düzən torpaqları)

 

5. Dəvəçi-Xaçmaz

(Xaçmaz rayonu, Dəvəçi, Siyəzən, Quba və Qusar rayonlarının düzər torpaqları)

 

 

6. Qonaqkənd-Qusar

(Qusar, Quba, Dəvəçi, Siyəzən və Xızı rayonlarının dağ torpaqları)

 

 

7. Dağ-Şirvan

(Şamaxı, Qobustan, İsmayıllı rayonları Ağsu və Göyçay rayonlarının dağ torpaqları)

 

 

8. Şəki-Zaqatala

(Şəki, Zaqatala, Oğuz, Qax, Qəbələ və Balakən rayonlarının dağ torpaqları)

 

 

9. Qanıx-Əyriçay

(Şəki, Zaqatala, Qax, Oğuz, Balakən və Qəbələ rayonlarının düzən torpaqları

 

 

10. Gəncə-Qazax

(Samux rayonu, Şəmkir, Xanlar, Tovuz, Ağstafa və Qazax rayonlarının düzən larının düzən torpaqları)

 

11. Daşkəsən-Gədəbəy

(Gədəbəy, Daşkəsən rayonları, Goranboy, Xanlar, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının dağ torpaqları )

 

 

12. Araz-Boyu

(Zəngilan, Fizuli və Cəbrayıl rayonlarının düzən torpaqları)

 

 

13. Dağ-Qarabağ

(Şuşa, Xocalı rayonları, Xocavənd, Fizuli, Cəbrayıl, Ağdam rayonlarının və keçmiş Ağdərə rayonu ərazisinin dağ torpaqları)

 

14. Laçın-Qubadlı

(Kəlbəcər, Laçın, Qubadlı rayonları, Zəngilan rayonunun dağ torpaqları) dağ torpaqları)

 

 

15. Lerik-Yardımlı

(Lerik, Yardımlı rayonları, Masallı, Lənkəran, Astara və Cəlilabad rayonlarının dağ torpaqları)

 

 

16. Lənkəran-Astara

(Lənkəran, Astara və Masallı rayonlarının düzən torpaqları)

 

 

17. Cəlilabad

(Cəlilabad rayonunun düzə torpaqları)

 

 

 

 

18. Şərur-Ordubad

(Şərur, Sədərək, Babək, Ordubad, Culfa rayonlarının düzən torpaqları

 

 

19. Şahbuz-Paraqaçay

(Şahbuz rayonu, Şərur, Sədərək, Babək, Ordubad və Culfa rayonlarının dağ torpaqları)

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

I

II

III

IV

 

 

I

II

III

IV

 

I

II

III

IV

 

140

80

20

10

 

175

115

65

40

 

110

35

20

10

 

80

30

20

10

 

 

150

110

45

20

 

40

20

10

5

 

80

30

20

10

 

200

150

90

25

 

180

115

50

15

 

90

40

10

5

 

80

30

10

5

 

70

35

15

10

 

45

25

15

10

 

55

35

20

10

 

20

15

5

2

 

150

70

30

15

 

105

90

60

-

 

 

45

25

10

5

 

12

6

3

1

-

-

-

-

 

135

110

80

-

 

-

-

-

-

-

295

230

180

150

 

 

175

135

90

65

 

45

40

30

20

 

340

260

230

110

 

220

105

40

25

 

270

210

120

-

 

390

340

245

-

 

-

-

-

-

 

550

400

310

230

 

400

345

210

190

 

-

-

-

-

 

215

160

105

70

 

300

230

175

105

 

310

270

165

-

 

 

-

-

-

-

 

-

-

-

-

 

 

Qeyd: 1. Biçənəklər, örüşlər və otlaqlar üçün torpaqların 1 hektarının balları əkin və dinc torpaqlar üçün müəyyənləşdirilmiş balların 1/10 miqdarında qəbul edilir.

2. Şəhər və qəsəbələrin torpaq sahələrinə bu cədvəl tətbiq edilmir.

 

 

 


Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında təlimata

 

2 saylı Əlavə

 

Bakı, Gəncə Sumqayıt, Naxçıvan, Şəki, Yevlax, Lənkəran, Xankəndi, Mingəçevir, Əli-Bayramlı, Naftalan şəhərləri, rayon mərkəzləri, rayon tabeçiliyində olan şəhərlər və qəsəbələr üzrə torpaq vergisinin

 

DƏRƏCƏLƏ

 

(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 8 iyun tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmişdir)

Torpaq sahələrinin bir kvadrat metrinə görə

 

(manatla)

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar

Yaşayış fondlarının, həyətyanı sahələrin tutduğu və kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqlar

Vətəndaşların baş sahələrinin tutduğu torpaqlar

1. Bakı şəhərində

2. Gəncə, Sumqayıt şəhərlərində

3. Naxçıvan, Şəki, Yevlax, Lənkəran, Xankəndi, Mingəçevir Əli-Bayramlı və Naftalan şəhərlərində

4. Rayon mərkəzlərində

5. Rayon tabeçiliyində olan şəhərlərdə və qəsəbələrdə

 

250

200

 

 

120

100

 

50

 

25

20

 

 

12

10

 

5

20

16

 

 

10

8

 

4

 

Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərinin qəsəbələri istisna olmaqla.

 

 

 

 


KİMƏ __________                                                                 Torpaq vergisinin müəyyən edilməsi və

____________________________                                        ödənilməsi haqqında təlimata

(rayon (şəhər) üzrə dövlət vergi                                   

müfəttişliyinin adı)                                                           

3 saylı Əlavə

 

_____________________________________________________________________ 199______ il üçün

torpaq vergisinin

 

 

HAQQ-HESABI

 

Torpaq Sahələri

Keyfiyyət qrupları üzrə şərti ballar

Torpağın sahəsi

ha; kv.m

Verginin dərəcəsi

qr. 2x300 man

Verginin məbləği

min man

1

2

3

4

5

1. Əkin, dinc və həyətyanı torpaqları:

 a) I keyfiyyət qruplu

 b) II keyfiyyət qruplu

 v) III keyfiyyət qruplu

 q) IV keyfiyyət qruplu

2. Çoxillik əkmələr:

 a) I keyfiyyət qruplu

 b) II keyfiyyət qruplu

 v) III keyfiyyət qruplu

 q) IV keyfiyyət qruplu

3. Biçənək, örüş və otlaqlar

4. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar

5. Yaşayış fondlarının, həyətyanı sahələrin tutduğu və kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqlar

5. Yekunu:

6. Ödəniş müddətləri üzrə

 a) sentyabrın 15-dək

 b) noyabrın 15-dək

 

 

 

 

 

 

 

Müəssisənin rəhbəri:

Baş mühasib:

 

 

 


Q E Y D:

Haqq-hesab torpaq sahəsinin olduğu yer üzrə dövlət vergi müfəttişliyinə hər il mayın 15-dək təqdim edilir.

 

MÜFƏTTİŞLİYİN İŞÇİLƏRİNİN QEYDLƏRİ VƏ İRADLARI:

 

1. İlkin yoxlama nəticəsində aşağıdakı düzəlişlər edilmişdir:

                                                                                                                                                           

                                                                                                                                                           

                                                                                                                                                           

 

            ” __________________________ 199     -cu il

                        (ilkin yoxlama tarixi)     

                  _________________________________ imza

                        (İşçinin vəzifəsi, adı və soyadı)

 

2. Bu haqq-hesab üzrə tədiyəçinin şəxsi hesabına hesablanmışdır.

                                                                                                                                                           

                                                                                                                                                           

           

                    ” _________________ 199 –cu il

                            (yazılma tarixi)

 

                                    uçot üzrə işçi _______________________ imza

                                                            (vəzifəsi, soyadı və adı)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status