×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
28.10.1999
QEYDİYYAT NÖMRƏSİ
22-4
ADI
Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrini Vahid Tarif İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
193
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Azərbaycan Respublikasının Azərbaycan Respublikası

Azərbaycan Respublikasının                                                      Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi tərəfindən                                                          Əmək və Əhalinin Sosial

08” noyabr 1999-cu il                                                         Müdafiəsi Nazirliyi

tarixdə qeydə almışdır:                                                                  kollegiyasının        

                                                                                                           "28" oktyabr 1999-cu il

qeydiyyat № 193                                                                                     tarixli 22-4 №-li qərarı ilə

                                                                                                          təsdiq edilmişdir

Nazir_____________ S .C. HƏSƏNOVA                                          Nazir___________ Ə. NAĞIYEV

 

 

 

Təhsil sahəsi işçilərinin qulluqçu

 vəzifələrini Vahid Tarif İxtisas Sorğu

 Kitabçasına (hissə 75) əlavələr [1]

 

 

ELMİ KATİB

 

Vəzifə borcu:

Elmi Şuranın iş planının layihəsini hazırlayır. Elmi Şuranın işini və iclasların keçirilməsi təsdiq edilmiş plana uyğun təşkil edir.

Elmi Şuranın iclaslarını hazırlayır iclasda müzakirə olunacaq məsələlərə dair lazımi materialları şuranın üzvlərinə əvvəlcədən çatdırır. Elmi Şurada baxılacaq məsələlərə dair uyğun sənədləri yoxlayıb qəbul edir.

Elmi Şuranın protokollarını tərtib edir və sədrlə birlikdə imzalayır. Həmin protokolların və digər lazımi sənədlərin saxlanılmasını təmin edir.

Ali təhsil (elmi-tədqiqat) müəssisəsinin əsas iş istiqamətlərinin müəyyənləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, əməyin təşkilinin yaxşılaşdırılması üzrə planların və proqramların işlənməsində əlaqələndirməni təmin edir.

Elmi adların verilməsi ilə əlaqədar Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayır.

Elmi ezamiyyədə olan əməkdaşların hesabatlarını müvafiq qaydada qəbul edir.

Respublikanın, eləcə də xarici ölkələrin təhsil müəssislərindən daxil olan elmi işlərə rəylərin yazılmasını təşkil edir.

Elmi Şuranın qərarlarının yerinə yetirilməsinə nəzarət edir.

İlin sonunda Elmi Şuranın işi haqqında hesabat hazırlayır və şuranın sədrinə təqdim edir.

Bilməlidir:

Dövlət və hökumətin elm və təhsilə aid qanunlarını, o cümlədən "Azərbaycan Respublikası Təhsil Qanunu"nu, qərar və sərəncamlarını; Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamə, təlimat, tövsiyə, normativ aktları və digər sənədləri; başqa təşkilat və müəssisələrlə birgə iş yerinə yetirilərkən müqavilənin tərtibi məsələlərini, elmi və elmi-pedaqoji kadrların əməyinin təşkili və elmi-tədqiqat işlərinin idarə edilməsi metodlarını, kargüzarlıq işinin təşkili üzrə rəhbər materialları, əmək mühafizəsi və təhlükəsizlik texnikasının, istehsalat santiriyasının və yanğından mühafizənin qayda və normalarını

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

17-ci dərəcə-elmlər doktoru, professor;

16-cı dərəcə-elmlər namizədi, professor;

15-ci dərəcə-elmlər namizədi, dosent;

14-cü dərəcə-elmlər namizədi, baş müəllim.

 

Xüsusi peşə məktəbində rejim üzrə nəzarətçi

 

Vəzifə borcu:

Peşə məktəbində tərbiyə olunan şagirdlər üçün dərsdən sonra müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir, şagirdlərin daxili davranış qaydalarına riayət etmələrinə nəzarət edir. Davranış qaydaları ilə əlaqədar şagirdlərlə profilaktik iş aparır, şagirdlərin davranış qaydalarında maddi pozuntular yarandığı hallarda məktəbin rəhbərliyinə məlumat verir.

Məktəbdə tərbiyə olunan hər bir şagirdə diqqət və qayğı göstərir. Şagirdlərin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün tədbirlər planının hazırlanmasında iştirak edir.

Hər bir şagirdin psixologiyasına uyğun münasibət yaratmağı bacarmalı və onunla şəxsiyyət kimi davranmalı və cəmiyyətə yararlı insna tərbiyələndirməlidir. Şagirdlərdə əməyə məhəbbət ruhu yaratmalıdır.

Şagirdlər tərəfindən məktəbin bina, qurğu və digər vasitələrinin qorunması onların vaxtından əvvəl sıradana çıxdarılması üzrə tərbiyəvi iş aparır. Müəyyən işlər görülərkən əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinin şagirdlər tərəfindən yerinə yetirilməsinə nəzarət edir.

Qadağan olunmuş əşya və məlumatların şagirdlər tərəfindən əldə edilməsinin və ya onlara verilməsinin, eləcə də onlardan istifadə edilməsinin qarşısını alır.

Bilməlidir:

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, xüsusi peşə məktəbinə dair qərar, göstəriş və təlimatları, şagirdlərlə davranış qaydalarını, tərbiyə üsul və metodlarını, məktəbdə nəzarət etdiyi qrupdakı şagirdlərin ad və soy adını, onların psixologiyasını, fərdi xüsusiyyətlərini, peşə məktəblərində gigiyena və təhlükəsizlik texnikası qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə-orta ixtisas təhsili. ən azı bir il iş stajı;

8-ci dərəcə-orta ixtisas təhsilli, 3 ildən yuxarı iş stajı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

 

QƏRAR

№ 22-4

28 oktyabr 1999-cu il

 

Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçasına (hissə 75) əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə Ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası

 

QƏRARA ALIR:

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası”nın (hissə 75) “Ali məktəblər” bölməsinə “Rejim üzrə nəzarətçi” vəzifələri əlavə edilsin (əlavə olunur).

 

Kollegiyanın sədri                                                              Ə. NAĞIYEV

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status