Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 12-ci və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddələrində göstərilən müddəaların həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
[2]
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydaları”na əlavə edilmiş “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq rabitə vasitələrinin Siyahısı”nın 3-cü bəndinin 3.1-ci yarımbəndində “mürəkkəblik dərəcəli” sözlərindən sonra “o cümlədən mobil” sözləri əlavə edilsin.
2. “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlər” təsdiq edilsin (əlavə olunur).
2.1. Telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər”ə uyğun olaraq operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində təmin olunsun.
[3]
3. Oğurlanmış və itirilmiş mobil telefonlar və abunəçinin identifikasiya modulu (Sim kartlar və s.) barədə fiziki və hüquqi şəxslərin təqdim etdiyi məlumatların müvafiq bazada cəmləşdirilməsi, ümumiləşdirilməsi və zəruri hallarda əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinə çatdırılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təmin edilsin.
[4]
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin etsin.
[5]
5. Rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin bu qərara uyğunlaşdırılmasını 3 (üç) ay müddətində tam başa çatdırsınlar və bu müddətdən sonra telefon nömrələrinin (sabit, mobil) satışını yalnız bu qərara uyğun həyata keçirsinlər;
[6]
6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu qərarın icrasını nəzarətdə saxlasın.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 7 iyul 2005-ci il
№ 131
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 22 may tarixli 200 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Rabitə müəssisələri (operatorlar)tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan
[7]
ŞƏRTLƏR
1. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən rabitə müəssisələri (operatorlar) (bundan sonra - rabitə müəssisələri), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı aşağıdakı şərtlər təmin edilir:
1.1. fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında bu şərtlərin əlavəsində göstərilən məlumatların əks olunması;
1.2. fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçinin identifıkasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verilməsinə qadağa qoyulmasının əks olunması;
1.3. fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilədə abunəçinin identifıkasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumlarının məlumatlandırılması haqqında müvafiq qeydin olması;
1.4. fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilənin Azərbaycan Respublikasının dövlət dilində olması və həmin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surətinin əlavə olunması;
1.5. mobil operatorların şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasının təmin edilməsi.
|
“Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər”ə əlavə
|
Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan
MƏLUMATLAR
Sıra
№-si
|
Məlumatın növü
|
Vacib olan məlumatların qeydi
|
|
müqavilədə
|
abunəçilərə dair məlumat bazalarında
|
||
1
|
2
|
3
|
4
|
1.
|
Telefon nömrəsi
|
√
|
√
|
2.
|
Abunəçinin Sim kartının nömrəsi
|
√
|
√
|
3.
|
Abunəçinin identifıkasiya modulunun parametrləri (İMSİ və s.)
|
-
|
√
|
4.
|
Mobil telefonun beynəlxalq identifıkasiya nömrəsi (İMEİ)
|
-
|
√
|
5.
|
Telefon nömrəsinin aktivləşdirmə tarixi (nömrənin satışı və məlumat bazasının doldurulması vaxtı)
|
√
|
√
|
6.
|
Abunəçi haqqında məlumatlar:
|
|
|
6.1.
|
abunəçi fiziki şəxs olduqda Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və əcnəbinin sənədi, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsi, əcnəbi vətəndaşın pasportu əsasında abunəçinin (istifadəçinin, məsul şəxsin) soyadı, adı və atasının adı
[8]
|
√
|
√
|
6.1.1.
|
abunəçinin sənədinin adı və nömrəsi
|
√
|
√
|
6.1.2.
|
abunəçinin (Azərbaycan vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış vətəndaşlığı olmayan şəxsin və əcnəbinin) fərdi identifıkasiya nömrəsi (FİN)
[9]
|
√
|
√
|
6.1.3.
|
abunəçinin sənədinin verilmə tarixi
|
√
|
√
|
6.1.4.
|
abunəçinin vətəndaşı olduğu ölkə
|
√
|
√
|
6.1.5.
|
abunəçinin doğulduğu yer
|
√
|
√
|
6.1.6.
|
abunəçinin doğulduğu tarix
|
√
|
√
|
6.1.7.
|
abunəçinin yaşadığı ölkə
|
√
|
√
|
6.1.8.
|
abunəçinin yaşadığı şəhər və ya respublikanın rayonu
|
√
|
√
|
6.1.9.
|
abunəçinin yaşadığı şəhərin rayonu
|
√
|
√
|
6.1.10.
|
abunəçinin yaşadığı qəsəbə və ya kənd
|
√
|
√
|
6.1.11.
|
abunəçinin yaşadığı ünvanın poçt indeksi
|
√
|
√
|
6.1.12.
|
abunəçinin yaşadığı küçə
|
√
|
√
|
6.1.13.
|
abunəçinin yaşadığı kvartal
|
√
|
√
|
6.1.14.
|
abunəçinin yaşadığı ev
|
√
|
√
|
6.1.15.
|
abunəçinin yaşadığı mənzil
|
√
|
√
|
6.2.
|
Abunəçi hüquqi şəxs olduqda adı
|
√
|
√
|
6.2.1.
|
hüquqi şəxsin qeydiyyatdan keçdiyi ölkə
|
√
|
√
|
6.2.2.
|
Hüquqi şəxsin ünvanı
|
|
|
6.2.3.
|
Hüquqi şəxsin VÖEN-i
|
√
|
√
|
6.2.4.
|
hüquqi şəxsin bank rekvizitləri (bankın adı, hesablaşma hesabının nömrəsi)
|
√
|
√
|
6.2.5.
|
hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı
|
√
|
√
|
6.2.6.
|
hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin sənədinin nömrəsi
|
√
|
√
|
7.
|
Abunəçinin əlaqə telefonu
(o cümlədən mobil)
|
|
|
8.
|
Abunəçinin elektron poçt ünvanı (əgər varsa)
|
√
|
√
|
9.
|
Dilerin adı və ünvanı
|
√
|
√
|
10.
|
Dilerin kodu
|
-
|
√
|
11.
|
Distribüterin adı və ünvanı
|
√
|
√
|
12.
|
Distribüterin kodu
|
-
|
√
|
13.
|
Müqaviləni qəbul edən şəxsin soyadı, adı, atasının adı və telefon nömrəsi
|
√
|
√
|
14.
|
Müqaviləni qəbul edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi
|
-
|
√
|
Qeyd. Məlumatlar bütün rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən Azərbaycan dilində “UNİCOD”la yazılmalı və təqdim edilməlidir.
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226)
2.
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)
3.
22 may 2015-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 776)
4.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
5.
21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157)
6.
12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763)
7.
4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
22 may 2015-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 776) ilə adına və 2-ci hissəsinə “Rabitə müəssisələri (operatorlar)” sözlərindən sonra “, həmçinin onların diler və distribüterləri” sözləri əlavə edilmişdir.
[2]
14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226) ilə “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir.
22 may 2015-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 776) ilə preambulada “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun 31-1-ci” sözləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci” sözləri ilə əvəz edilmişdir.
[3]
22 may 2015-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 776) ilə yeni məzmunda 2.1-ci hissə əlavə edilmişdir.
21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157) ilə 2.1-ci bəndində, 4-cü və 6-cı hissələrdə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389) ilə 2.1-ci bənddə, 4-cü və 6-cı hissələrdə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[4]
22 may 2015-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 776) ilə 3-cü hissəsində “abonentin” sözü “abunəçinin” sözü ilə əvəz edilmişdir.
[5]
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə 4-cü hissədə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
22 may 2015-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 776) ilə 4-cü hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə nəzərdə tutulması vacib olan məlumatların yazılması qaydalarının qəbul edilməsini, habelə həmin şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin etsin.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə 4-cü hissəsində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.
[6]
22 may 2015-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun 2015-ci il, № 121) ilə yeni məzmunda 5-ci və 6-cı hissələr əlavə edilmişdir.
[7]
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlər”in birinci abzasında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri əvəz edilmişdir.
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlər”ə əlavə - “Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan Məlumatlar”da “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir
22 may 2015-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 776) ilə yeni “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər” yeni redaksiyada təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
7 iyul 2005-ci il tarixli 131 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan
ŞƏRTLƏR
Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən rabitə müəssisələri (operatorlar) (bundan sonra - rabitə müəssisələri) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı aşağıdakı şərtlərin nəzərə alınması Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təmin edilsin:
rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında bu şərtlərin əlavəsində göstərilən məlumatların əks olunması;
rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə istifadə olunan abonentin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının başqa şəxslərə daimi istifadə üçün verilməsinə qadağa qoyulmasının əks olunması;
bağlanılan müqavilədə abonentin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumlarının məlumatlandırılması haqqında müvafiq qeydin olması;
rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilənin bir nüsxəsinin Azərbaycan Respublikasının dövlət dilində olması və həmin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surətinin əlavə olunması.
Rabitə müəssisələri (operatorlar) tərəfindən
rabitə vasitələrinin satışı və istifadəsi
zamanı tələb olunan şərtlərə
ƏLAVƏ
Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və
hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair
məlumat bazalarında nəzərdə tutulması vacib olan
MƏLUMATLAR
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
* Məlumatlar bütün rabitə operatorları tərəfindən məlumat bazalarının ümumi formatından və ümumi lüğətdən istifadə edilməklə, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytından götürülür.
[8]
12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763) ilə “Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan Məlumatlar”ın 6.1-ci bəndinə “sənədi,” sözündən sonra “qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsi,” sözləri əlavə edilmişdir.
[9]
12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763) ilə “Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan Məlumatlar”ın 6.1.2-ci yarımbəndinə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilmişdir.