AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.08.2005
QEYDİYYAT NÖMRƏSİ
277
ADI
"Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-08-2005, Nəşr nömrəsi: 187), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2005, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 709)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.08.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 3.1.10-cu maddəsində nəzərdə tutulmuş telekommunikasiya sahəsində dövlət tənzimləmə funksiyalarının təsərrüfat funksiyalarından ayrılması məqsədilə tədbirlər barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırmanın qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

1.7. həmin Qanunun 13.7-ci maddəsində nəzərdə tutulmuş bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 16.1-ci maddəsində nəzərdə tutulan “səlahiyyətli dövlət hakimiyyəti orqanları”nın siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. həmin Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [2]

1.10. həmin Qanunun 31.5-ci maddəsində nəzərdə tutulmuş universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 35.4-cü maddəsində nəzərdə tutulmuş telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 39.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.13. həmin Qanunun 46.5-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının sərhədyanı ərazilərdə, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza bərpa işlərinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. öz səlahiyyətləri daxilində “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-1-ci, 17.2-ci və 33.1.9-4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [3]

2.2. həmin Qanunun 7.10-cu, 9.6-cı, 13.6-cı, 13.7-ci, 13-1.2-ci, 16.1 ci maddəsinin ikinci cümləsində, 21.2-ci, 31.5-ci, 35.4-cü, 40.3.5-1-ci və 46.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

2.3. həmin Qanunun 7.3-cü, 7.4-cü, 7.7-ci, 7.9-cu, 7.10-cu, 11.2.4-cü, 12.2-ci, 12.3-cü, 12.4-cü, 13.3-cü, 13-1.1-ci (hər iki halda), 14.0-cı, 15.1-ci, 17.1-ci, 17.3-cü, 18.1-ci, 19.3-cü, 20.3-cü, 31.3-cü, 31.3.2-ci, 31.4-cü (hər iki halda),31.7-ci, 33.1.9-2-ci, 40.7-ci, 43.4-cü, 43.5-ci, 53.2-ci və 56.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir; [5]

2.4. həmin Qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirir; [6]

2.5. həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; [7]

2.6. həmin Qanunun 13.2-ci, və 13.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası həyata keçirir; [8]

2.7. həmin Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası öz səlahiyyətləri daxilində həyata keçirir;

2.8. həmin Qanunun 33.1.9-cu və 34.2.5-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Qanunun 21.1-ci maddəsində “dövlət hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və qanunvericiliyə uyğun olaraq xüsusi telekommunikasiya şəbəkəsini yaradan digər dövlət hakimiyyəti orqanları nəzərdə tutulur. [9]

2.10. həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini telekommunikasiya xidmətlərindən istifadəyə münasibətdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası, radiotezliklərdən istifadəyə münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir; [10]

2.11. həmin Qanunun 40.3.5-3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumları həyata keçirir; [11]

2.12. həmin Qanunun 33.1.9-4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; [12]

2.13. həmin Qanunun 7.10-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; [13]

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılsın ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin. [14]

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 avqust 2005-ci il

№ 277

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 may 2006-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 404)

2.       29 noyabr 2006-cı il tarixli 485 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 947)

3.       14 oyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)

4.       14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

5.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 5, maddə 477)

6.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

7.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

8.       16 mart 2017-ci il tarixli 1296 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 374)

9.       16 mart 2017-ci il tarixli 1304 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 382)

10.    3 iyun 2017-ci il tarixli 1450 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1066)

11.    21 iyun 2017-ci il tarixli 1479 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1095)

12.    7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

13.    22 dekabr 2017-ci il tarixli 1754 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2322)

14.    25 iyun 2018-ci il tarixli 147 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1237)

15.    2 iyul 2019-cu il tarixli 767 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1215)

16.    11 avqust 2020-ci il tarixli 1130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1033)

17.    31 may 2022-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 471)

18.    2 avqust 2022-ci il tarixli 1780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163)

19.    26 avqust 2022-ci il tarixli 1834 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 26 avqust 2022-ci il, “Xalq” qəzeti, 27 avqust 2022-ci il, № 183)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 29 noyabr 2006-cı il tarixli 485 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 947) 1.6-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 13.6-cı maddəsində nəzərdə tutulan birdəfəlik və müddətli ödənişlərin təyin olunması, bölüşdürülməsi və istifadəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

[2] 16 may 2006-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 404) ilə 1.9-cu bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş dövlət hakimiyyəti orqanlarında dövriyyəsi məhdudlaşdırılmış informasiyanın mübadiləsi üçün yaradılan xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, bu şəbəkələr vasitəsilə telekommunikasiya xidmətlərinin göstərilməsi, habelə onların idarə olunması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin

 

[3] 2 iyul 2019-cu il tarixli 767 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1215) ilə 2.1-ci bənddə “maddəsində” sözü “ və 33.1.9-4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

11 avqust 2020-ci il tarixli 1130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1033) ilə 2.1-ci bənddə “17.2-ci maddəsində və 33.1.9-4-cü maddələrində” sözləri “7.10-1-ci, 17.2-ci və 33.1.9-4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 may 2006-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 404) ilə . 2.2-ci bənddə “16.1-ci, 21.1-ci” sözləri “21.2-ci” sözləri ilə əvəz edilmişdir.

21 iyun 2017-ci il tarixli 1479 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1095) ilə 2.2-ci bənddə “35.4-cü” sözlərindən sonra “, 40.3.5-1-ci” sözləri əlavə edilmişdir.

16 mart 2017-ci il tarixli 1296 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 374) ilə 2.2-ci bəndə “13.7-ci,” sözlərindən sonra “13-1.2-ci,” sözləri əlavə edilmişdir.

22 dekabr 2017-ci il tarixli 1754 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2322) ilə 2.2-ci bəndində “Qanunun” sözündən sonra “7.10-cu,” sözləri əlavə edilmişdir.

25 iyun 2018-ci il tarixli 147 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1237) ilə 2.2-ci bəndinə “13-1.2-ci,” sözlərindən sonra “16.1 ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

 

[5] 16 may 2006-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 404) ilə 2.3-cü bənddə “7.9-cu,” sözlərindən sonra “7.10-cu,” sözləri əlavə edilmişdir, həmin bənddən “33.1.9-cu, 34.2.6-cı,” sözləri çıxarılmışdır.

 

29 noyabr 2006-cı il tarixli 485 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 947) ilə 2.3-cü bəndində “31.7-ci” sözlərindən əvvəl “31.4-cü (hər iki halda),” sözləri əlavə edilmişdir.

 

16 mart 2017-ci il tarixli 1296 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 374) ilə 2.3-cü bəndə “13.3-cü,” sözlərindən sonra “13-1.1-ci (hər iki halda),” sözləri əlavə edilmişdir və həmin bənddə “40.7-ci” sözləri “33.1.9-2-ci, 40.7-ci, 43.4-cü, 43.5-ci” sözləri ilə əvəz edilmişdir.

 

22 dekabr 2017-ci il tarixli 1754 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2322) ilə 2.3-cü bəndindən “7.10-cu,” sözləri çıxarılmışdır.

 

[6] 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 2.4-cü bəndində «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.

 

3 iyun 2017-ci il tarixli 1450 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1066) ilə 2.4-cü bəndindən “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və” və “öz səlahiyyətləri daxilində” sözləri çıxarılmışdır və həmin bənddə “həyata keçirirlər” sözləri “həyata keçirir” sözləri ilə əvəz edilmişdir.

 

[7] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 5, maddə 477) ilə 2.5-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2.5-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[8] 16 may 2006-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 404) ilə .6-cı bənddə “, 13.5-ci və 13.7-ci” sözləri “və 13.5-ci” sözləri ilə əvəz edilmişdir.

 

[9] 16 may 2006-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 404) ilə 2.9-cu bənddə “21.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə” sözləri “21.1-ci maddəsində “dövlət hakimiyyəti orqanları” dedikdə” sözləri ilə, “digər icra hakimiyyəti orqanları” sözləri “digər dövlət hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir.

 

16 mart 2017-ci il tarixli 1304 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 382) ilə 2.9-cu bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Müdafiə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilmişdir.

 

[10] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 2.10-cu bənd əlavə edilmişdir.

26 avqust 2022-ci il tarixli 1834 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 26 avqust 2022-ci il, “Xalq” qəzeti, 27 avqust 2022-ci il, № 183) ilə 2.10-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi

2.10. həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;

 

[11] 21 iyun 2017-ci il tarixli 1479 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1095) ilə 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənməklə yeni məzmunda 2.11-ci bənd əlavə edilmişdir.

 

[12] 2 iyul 2019-cu il tarixli 767 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1215) ilə 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.12-ci bənd əlavə edilmişdir.

2 avqust 2022-ci il tarixli 1780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163) ilə 2.12-ci bəndində “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilmişdir.

 

[13] 11 avqust 2020-ci il tarixli 1130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1033) ilə 2.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.13-cü bənd əlavə edilmişdir.

 

[14] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.8-ci bəndlərində və 3-cü hissəsində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 2.3-2.5-ci, 2.8-ci bəndlərinə və 3-cü hissəsinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

31 may 2022-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 471) ilə 2.3 – 2.5-ci, 2.8-ci, 2.13-cü bəndlərdə və 3-cü hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status