973 - Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında "İnkişaf krediti haqqında saziş"in (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi) təsdiq edilməsi barədə
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
25.08.2005
QEYDİYYAT NÖMRƏSİ
973
ADI
Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında "İnkişaf krediti haqqında saziş"in (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi) təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-08-2005, Nəşr nömrəsi: 197), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2005, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 766)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında Saziş”in (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi) təsdiq edilməsi barədə

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında Saziş”in (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi) təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2005-ci il mayın 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında Saziş” (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi) təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Mərkəzi Bankına və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq İnkişaf Assosiasiyasını xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 avqust 2005-ci il

   № 973

 

KREDİTİN SAYI 4030 AZ

 

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında İnkişaf krediti haqqında

SAZİŞ

(Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi)

Tarix 24 may 2005-ci il

 

Bu Saziş Azərbaycan Respublikası (Borcalan) ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Assosiasiya) arasında 24 may 2005-ci ildə imzalanmışdır.

(A) Borcalanın bu Sazişə İkinci Əlavədə təsvir olunan Layihənin reallığı və prioritetliyini qəbul edərək, bu Layihənin maliyyələşdirilməsinə yardım göstərməyi Assosiasiyadan xahiş etməsini; və Assosiasiyanın, digər məsələlərlə yanaşı, yuxarıda deyilənlərin əsasında Borcalana şərtləri və müddəti bu Sazişlə müəyyənləşdiriləcək kredit ayırmağa razılaşdığını nəzərə alaraq, Tərəflər aşağıdakı razılığa gəlirlər:

Maddə I

Ümumi şərtrər; anlayışlar

 

Bölmə 1.01. Assosiasiyanın 1 yanvar 1985-ci il tarixli “İnkişaf üçün Kredit haqqında Sazişlərə tətbiq olunan Ümumi Şərtlər”in (1 may 2004-cü il tarixli düzəlişlərlə birlikdə) və onlara aşağıda edilmiş dəyişikliklər (Ümumi Şərtlər) bu Sazişin ayrılmaz hissəsini təşkil edir, yəni Ümumi Şərtlərin 6.03(C) bəndində “korrupt və saxtakar” sözləri “korrupt, saxtakar, gizli və məcburi” sözləri ilə əvəz olunur.

Bölmə 1.02. Kontekstdə başqa cür nəzərdə tutulmursa, Ümumi Şərtlərdə tərifi verilmiş bir neçə anlayış orada müəyyənləşdirilmiş mənaya malikdir və aşağıdakı əlavə anlayışlar aşağıdakı mənalara malikdir:

(a) “Azərpoçt” - Borcalanın ərazisində poçt, maliyyə və digər xidmətlərin göstərilməsi üçün Borcalanın rabitə nazirinin 23 sentyabr 1999-cu il tarixli (151 saylı) əmri ilə yaradılmış “Azərpoçt” dövlət müəssisəsidir; və bu müəssisə Azərbaycan Respublikasının “Poçt Rabitəsi haqqında” Qanununun əsasında rabitə və informasiya texnologiyaları nazirinin 7 oktyabr 2004-cü il tarixli əmri ilə (əmr № 122) Milli Poçt Rabitəsi Operatoru təyin edilmişdir;

(b) “Maliyyə Monitorinqi Hesabatı” və ya “MMH” - bu Sazişin 4.02-ci Bölməsinə uyğun olaraq hazırlanmış hər bir hesabatı nəzərdə tutur;

(c) “Mİ” - Borcalanın hər il yanvarın 1-də başlayan və dekabrın 31-də başa çatan maliyyə ilidir;

(d) “AMB” Azərbaycan Milli Bankıdır;

(e) “LƏQ” - AMB Sədrinin 22 mart 2001-ci il tarixli qərarı ilə yaradılmış,

Layihənin ümumi fidusiar və vəsaitlərin idarə olunması məsələləri və Layihənin B Hissəsinin icrası üçün cavabdeh olan layihənin əlaqələndirilməsi qrupudur;

(f) “LƏT” - Layihənin icra qaydalarını və prosedurlarını müəyyənləşdirən, eyni zamanda Assosiasiya və LƏQ arasında razılaşma əsasında vaxtaşırı olaraq dəyişdirilə bilən Layihənin əməliyyat təlimatını nəzərdə tutur;

(g) “Satınalma Planı” - Layihənin həyata keçirilməsinin ilk 18 aylıq (və ya daha uzun müddət) dövrünü əhatə edən Borcalanın 20 oktyabr 2004-cü il tarixli satınalma planı deməkdir. Bu plan Layihənin icrasının növbəti 18 aylıq (və ya daha uzun müddətli) dövrünü əhatə etmək üçün bu Sazişin 3.02-ci Bölməsinin müddəalarına uyğun olaraq vaxtaşırı yeniləşdiriləcək; və (h) “Xüsusi Hesab” - bu Sazişin 2.02-ci Bölməsinin (b) bəndində istinad olunan hesabdır;

(i) “Yardımçı Kredit Sazişləri” - bu Sazişin 3.01-ci Bölməsinin (c) bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi və müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və AMB arasında bağlanılan və mütəmadi olaraq dəyişdirilə bilən sazişlərdir;

(j) “TİQ” - Layihənin A Hissəsinin icrası üçün cavabdeh olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin texniki icra qrupudur.

Maddə II

Kredit

 

Bölmə 2.01. Assosiasiya Borcalana İnkişaf üçün Kredit haqqında Sazişdə müəyyənləşdirilmiş və ya istinad edilən şərtlər və müddət əsasında müxtəlif valyutalarla səkkiz milyon dörd yüz min Xüsusi Borcalma Hüququ (SDR 8400000) ekvivalentində məbləği borc verməyə razılaşır. Bölmə 2.02. (a) Kreditin məbləği Kredit Hesabından bu Sazişin 1-ci Əlavəsinin müddəalarına uyğun olaraq Layihə üçün tələb olunan və Kredit vəsaitləri hesabına maliyyələşdirilməli olan mal və xidmətlərin əsaslandırılmış dəyərinə münasibətdə edilmiş (və ya Assosiasiya belə razılaşarsa, ediləcək) xərclər üçün çıxarıla bilər.

(b) Borcalan, Layihənin məqsədləri üçün, bankda Assosiasiya üçün məqbul olan müddətə və şərtlərlə, o cümlədən qarşılıqlı tələb, müsadirə və həbsin qoyulmasına qarşı zəmanətlər təmin olunmaqla, dollarla ifadə olunmuş xüsusi depozit hesabını aça və saxlaya bilər. Xüsusi Hesaba depozitlər və oradan ödənişlər bu Sazişin 5-ci Əlavəsinin müddəalarına müvafiq şəkildə həyata

keçirilir.

Bölmə 2.03. Başa çatma tarixi 30 iyun 2009-cu il və ya Assosiasiyanın təyin edəcəyi hər hansı sonrakı tarix olacaqdır. Assosiasiya sonrakı belə tarix barədə Borcalana dərhal məlumat verir.

Bölmə 2.04. (a) Borcalan Assosiasiyaya Kreditin çıxarılmamış əsas məbləği üzrə öhdəlik haqqını vaxtaşırı olaraq hər il iyunun 30-da Assosiasiya tərəfindən təyin olunmuş dərəcə ilə, lakin ildə yarım faizdən çox olmamaq şərtilə (1%-in 1/2-i) ödəyir.

(b) Öhdəlik haqqı aşağıdakı qaydada hesablanır: (i) bu Sazişin tarixindən altmış gün sonrakı tarixdən (hesablama tarixi) Borcalan tərəfindən Kredit Hesabından vəsaitlərin çıxarılacağı və ya kredit hesabının ləğv ediləcəyi müvafiq tarixlərə qədər; və hesablama tarixindən əvvəlki 30 iyun tarixində təyin olunmuş dərəcə ilə və ya yuxarıdakı (a) bəndinə müvafiq olaraq vaxtaşırı olaraq təyin oluna bilən digər dərəcələrlə. Hər il iyunun 30-da təyin olunmuş dərəcə həmin ilin bu Sazişin 2.06-cı Bölməsində göstərilmiş növbəti tarixindən etibarən tətbiq olunur.

(c) Öhdəlik haqqı aşağıdakı kimi ödənilir: (i) Assosiasiyanın əsaslandırılmış şəkildə xahiş edə biləcəyi yerlərdə; (ii) Borcalan tərəfindən və ya onun ərazisində tətbiq olunan heç bir məhdudiyyət olmadan; və (iii) Ümumi Şərtlərin 4.02-ci Bölməsinin məqsədləri üçün bu Sazişdə müəyyənləşdirilmiş valyutada və ya həmin Bölmənin müddəalarına uyğun olaraq vaxtaşırı təyin oluna və ya göstərilə bilən digər belə münasib valyuta və ya valyutalarla.

Bölmə 2.05. Borcalan vaxtaşırı olaraq Assosiasiyaya Kreditin çıxarılmış və ya ödənilməli olan əsas məbləği üzrə ildə sıfır tam yüzdə yetmiş beş faiz (1%-in 3/4 hissəsi) dərəcəsində xidmət haqqı ödəyir.

Bölmə 2.06. Öhdəlik və xidmət haqları hər yarımildə bir dəfə olmaqla hər ilin 15 may və 15 noyabr tarixlərində ödənilir.

Bölmə 2.07. (a) Aşağıdakı (b), (c) və (d) bəndlərinə müvafiq olaraq, Borcalan Kreditin əsas hissəsini yarımillik hissələrlə hər ilin 15 may və 15 noyabr tarixlərində, 15 may 2015-ci ildə başlamaqla və 15 noyabr 2039-cu ildə başa çatdırmaqla ödəyir. 15 noyabr 2024-cü il tarixinədək (bu hissə də daxil olmaqla) ödəniləcək hər bir hissə əsas məbləğin bir tam dörddə bir faizi həcmində (1-1/4%) və bundan sonrakı hər bir hissə əsas məbləğin iki tam ikidə bir faizi (2-1/2%) həcmində olacaqdır.

(b) (i) Borcalanın adambaşına düşən məcmu milli məhsulu (MMM) Assosiasiya tərəfindən müəyyənləşdirilməklə üç ardıcıl il ərzində Assosiasiya tərəfindən onun resurslarına çıxış üzrə müəyyən olunmuş münasiblik səviyyəsindən çox olarsa; və (ii) Bank Borcalanı Bank borcları üçün kreditqabiliyyətli hesab edərsə, Assosiasiya onun İcraçı Direktorları tərəfindən baxıldıqdan və təsdiq olunduqdan sonra və onlar tərəfindən Borcalanın iqtisadiyyatının müfəssəl nəzərdən keçirilməsindən sonra yuxarıdakı (a) bəndində göstərilmiş hissələrin ödənilməsini aşağıdakıları etməklə dəyişə bilər:

(A) Borcalandan Kreditin əsas məbləği ödənilənə qədər ödənilmə vaxtı hələ çatmamış hissələrin iki mislini ödəməyi tələb etməklə; və (B) Borcalandan Kreditin əsas hissəsinin ödənilməsinə Assosiasiya tərəfindən (b) bəndində qeyd olunmuş halın baş verməsi barədə Borcalana bildirişin təqdim olunduğu tarixdən altı ay və ya daha uzun müddətin keçməsindən sonraya təsadüf edən və (a) bəndində istinad olunan ilk yarımillik hissənin ödənilməsi tarixindən başlamağı tələb etməklə, bir şərtlə ki, əsas məbləğin ödənilməsinə başlamaq üçün ən azı beşillik güzəşt müddəti başa çatmış olsun.

(c) Borcalan tərəfindən xahiş olunarsa, Assosiasiya yuxarıda, (b) bəndində istinad olunan düzəlişlərə yenidən baxa və ödəniş hissələrinin qismən və tam artımını nəzərə alaraq Kreditin çıxarılmış və qalmaqda olan əsas hissəsi üzərinə Assosiasiya ilə razılaşdırılmış illik faiz dərəcəsinin ödənilməsini nəzərdə tuta bilər. Lakin bu, Assosiasiyanın fikrincə, ödənişə yuxarıda qeyd olunmuş dəyişikliklərin sayəsində əldə olunmuş qrant elementini dəyişməməlidir.

(d) Əgər yuxarıdakı (b) bəndinin şərtlərinin dəyişdirilməsindən hər an sonra Assosiasiya Borcalanın iqtisadi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini müəyyənləşdirərsə və Borcalan tərəfindən xahiş olunarsa, Assosiasiya (a) bəndində göstərilmiş ödəniş qrafikinə qayıtmaq üçün ödəniş şərtlərinə yenidən düzəlişlər edə bilər.

Bölmə 2.08. Ümumi Şərtlərin 4.02-ci Bölməsinin məqsədləri üçün Amerika Birləşmiş Ştatlarının valyutası təyin olunur.

Maddə III

Layihənin icrası

 

Bölmə 3.01. (a) Borcalan Layihənin bu Sazişin 2-ci Əlavəsində göstərilmiş məqsədlərinə sadiqliyini bəyan edir və bu baxımdan Layihəni LƏQ və TİQ vasitəsilə ciddi və effektiv şəkildə və müvafiq inzibati, maliyyə, mühəndis və ekoloji praktikaya uyğun şəkildə həyata keçirir və Layihə üçün tələb olunan vəsaitləri, vasitələri, xidmətləri və digər resursları ehtiyac duyulan kimi təxirəsalınmaz olaraq təmin edir.

(b) Bu Bölmənin (a) bəndinin müddəalarına heç bir məhdudiyyət qoymadan və Borcalanla Assosiasiyanın başqa cür razılaşdığı hallar istisna olmaqla, Bocalan Layihəni LƏT və bu Sazişə Əlavə 4-də müəyyənləşdirilmiş İcra Proqramına uyğun şəkildə həyata keçirir.

(c) Borcalan bu Kreditin vəsaitlərini Borcalanın Maliyyə Nazirliyi və müvafiq olaraq RİTN və AMB arasında bağlanılmış yardımçı kredit sazişləri çərçivəsində, Assosiasiya tərəfindən təsdiq olunmuş şərt və müddətlərdə RİTN və AMB-ə verilməsini təmin edir. RİTN ilə Yardımçı Kredit Sazişinə münasibətdə bu Sazişə aşağıdakılar daxil olmalıdır: RİTN (i) Azərpoçta Layihəni uğurla başa çatdırmaq və milli ödəniş sistemində birbaşa olaraq iştirak etmək üçün zəruri olan idarəetmə muxtariyyətini və cavabdehlik səviyyəsini təmin edir; və (ii) Azərpoçta poçt şəbəkəsi üçün peyk rabitəsinə əsaslanan sistemi yaratmaq və istismar etmək üçün zəruri lisenziyaları almağa imkan yaradır, bir şərtlə ki, sistem texniki parametrlərə cavab versin.

(d) Borcalan Yardımçı Kredit Sazişləri çərçivəsində öz hüquqlarından Borcalanın və Assosiasiyanın maraqlarını qorumaq və Kreditin məqsədlərini yerinə yetirmək üçün istifadə edəcək və Assosiasiyanın başqa cür razılaşdığı hallar istisna olmaqla, Borcalan Yardımçı Kredit Sazişlərini və ya onların hər hansı müddəasını dəyişdirməyəcək, düzəliş etməyəcək, ləğv etməyəcək və ya qüvvəsini dayandırmayacaqdır.

Bölmə 3.02. (a) Assosiasiyanın başqa cür razılaşdığı hallar istisna olmaqla, Layihə üçün tələb olunan və Kredit hesabına maliyyələşdiriləcək mallar, işlər və məsləhət xidmətləri bu Sazişə 3-cü Əlavənin müddəalarına əsasən tənzimlənir və bu müddəalar Satınalmalar Planında daha ətraflı izah oluna bilər.

(b) Borcalan Satınalmalar Planını Assosiasiya üçün məqbul olan texniki tapşırıqlar əsasında yeniləşdirir və yeniləşdirilmiş variantı əvvəlki Satınalmalar Planının hazırlanmasından 12 aydan gec olmamaqla təsdiq olunmaq üçün Assosiasiyaya təqdim edir.

Bölmə 3.03. Ümumi Şərtlərin 9.06-cı Bölməsinin məqsədləri üçün və onları məhdudlaşdırmadan Borcalan:

(a) Assosiasiya üçün məqbul qaydalar əsasında Layihənin gələcək fəaliyyəti barədə plan hazırlayır və Başa Çatma Tarixindən altı (6) aydan və ya Borcalan və Assosiasiya arasında razılaşdırılmış hər hansı sonrakı tarixdən gec olmamaqla Assosiasiyaya təqdim edir; və

(b) Assosiasiyaya sözügedən plan barədə fikir mübadiləsi aparmaq üçün imkan yaradır.

Maddə IV

Maliyyə Şərtləri

 

Bölmə 4.01. (a) Borcalan, LƏQ vasitəsilə, uçot və hesablar da daxil olmaqla maliyyə idarəetmə sisteminə malik olacaq və Assosiasiya üçün məqbul standartları davamlı şəkildə tətbiq etməklə Layihə ilə bağlı əməliyyatları, resursları və xərcləri adekvat olaraq əks etdirmək üçün maliyyə hesabatlarını hazırlayır.

(b) Borcalan, LƏQ vasitəsilə:

(i) bu Bölmənin (a) bəndində istinad olunan maliyyə hesabatlarının hər maliyyə ili üzrə (və ya Assosiasiyanın razılaşdığı digər dövrlər üzrə) Assosiasiya üçün məqbul olan müstəqil auditorlar tərəfindən, Assosiasiya üçün məqbul olan audit standartlarının davamlı olaraq tətbiq olunması yolu ilə audit yoxlamasından keçməsini təmin edir;

(ii) mümkün olan ən tez zamanda, lakin heç bir halda belə bir ilin (və ya Assosiasiyanın razılaşdığı hər hansı dövrün) sonundan altı aydan gec olmamaqla aşağıdakıları Assosiasiyaya təqdim edir: (A) bu Bölmənin (a) bəndində istinad edilən həmin il (və ya Assosiasiyanın razılaşdığı başqa dövr) üzrə audit yoxlamasından keçmiş maliyyə hesabatlarının təsdiq olunmuş nüsxələrini və (B) belə hesabatlar üzrə sözügedən auditorların Assosiasiya üçün məqbul həcmdə və təfərrüatda rəyini; və  (iii) uçot və hesablar, maliyyə hesabatlarının auditi və müvafiq auditorlar barədə Assosiasiyanın vaxtaşırı olaraq əsaslandırılmış şəkildə istəyə biləcəyi bütün əlavə informasiyanı Assosiasiyaya təqdim edir.

(c) Xərclər haqqında Hesabat əsasında Kredit Hesabından çıxarılmış bütün xərclərlə bağlı Borcalan, LƏQ vasitəsilə:

(i) Kredit Hesabından sonuncu vəsait çıxarılmasının baş verdiyi maliyyə ili üzrə (və ya həmin ili əhatə edən) audit hesabatının Assosiasiya tərəfindən alınmasından ən azı bir il sonraya qədər belə xərcləri sübut edən bütün qeydləri (kontraktlar, sifarişlər, qaimələr, qəbzlər, çeklər və digər sənədlər) saxlayır;

(ii) Assosiasiyanın nümayəndələrinə belə qeydləri nəzərdən keçirməyə şərait yaradır; və

(iii) xərclər haqqında hesabatların bu Bölmənin (b) bəndində istinad edilən hər maliyyə ili üzrə (və ya Assosiasiyanın razılaşdığı digər dövrlər üzrə) auditlərə daxil edilməsini təmin edir.

Bölmə 4.02. (a) bu Sazişə 4-cü Əlavənin 1-ci bəndində müəyyənləşdirilmiş Borcalanın layihənin icrası barədə hesabatlar vermək öhdəliyini məhdudlaşdırmadan, Borcalan LƏQ-in forma və mahiyyət etibarilə Assosiasiya üçün məqbul olan maliyyə monitorinqi hesabatını tərtib etməsini və Assosiasiyaya təqdim etməsini təmin edir. Burada:

(i) Layihə çərçivəsində vəsaitlərin mənbələri və istifadəsi həm ümumi olaraq, həm də sözügedən hesabatın əhatə etdiyi dövr üzrə göstərilir; Kredit hesabına təmin olunmuş vəsait ayrıca olaraq qeyd olunur və vəsaitin faktiki və planlaşdırılan istifadəsi arasında fərqlər izah olunur;

(ii) Layihənin icrasında fiziki irəliləyiş həm ümumi olaraq, həm də sözügedən hesabatın əhatə etdiyi dövr üzrə təsvir olunur və Layihənin icrasının faktiki və planlaşdırılan gedişi arasında fərqlər izah olunur; və (iii) sözügedən hesabatın əhatə etdiyi dövrün sonuna Layihə çərçivəsində satınalmaların vəziyyəti müəyyənləşdirilir.

(b) İlk MMH kreditin qüvvəyə minmə tarixindən sonra ilk təqvim rübünün sonundan 45 gündən gec olmayaraq Assosiasiyaya təqdim olunur və Layihə çərçivəsində ilk xərcin baş verməsindən ilk təqvim rübünün sonunadək olan dövrü əhatə edir; bundan sonra hər bir MMH növbəti təqvim rübünün başa çatmasından sonra 45 gündən gec olmamaqla Assosiasiyaya təqdim olunur və həmin təqvim rübünü əhatə edir.

Bölmə 4.03. Borcalan kreditin qüvvəyə minməsindən sonra iki aydan gec olmamaqla yuxarıdakı 4.01-ci Bölməsində qeyd olunmuş auditorları cəlb etməlidir.

Maddə V

Assosiasiyanın müdafiə vasitələri (remediumlar)

 

Bölmə 5.01. Ümumi Şərtlərin 6.02 (1) bəndinə uyğun olaraq aşağıdakı əlavə hal, konkret olaraq, Layihənin Əməliyyat Təlimatının, Assosiasiyanın fikrincə, Layihənin icrasına maddi və ya mənfi təsir göstərəcək dərəcədə dəyişdirilməsi, dayandırılması, ləğv olunması və ya qüvvəsinin dayandırılması müəyyənləşdirilmişdir.

Bölmə 5.02. Ümumi Şərtlərin 7.01 (h) Bölməsinə uyğun olaraq aşağıdakı əlavə hal müəyyənləşdirilmişdir, yəni bu Sazişin 5.01-ci Bölməsində göstərilmiş hal baş vermişdir.

Maddə VI

Qüvvəyə minmə tarixi, xitamvermə

 

Bölmə 6.01. Aşağıdakı hallar Ümumi Şərtlərin 12.01-ci Bölməsinin (b) bəndinin məzmunu çərçivəsində İnkişaf üçün Kredit haqqında Sazişin qüvvəyə minməsinin əlavə şərti kimi müəyyənləşdirilmişdir:

(a) Assosiasiya üçün məqbul olan LƏT-in hazırlanmasının yekunlaşdırılması və müvafiq olaraq LƏQ və TİQ tərəfindən qəbul olunması;

(b) Assosiasiya üçün məqbul olan təlimatlar əsasında LƏQ-in maliyyə menecmenti sisteminin gücləndirilməsi və fəaliyyət göstərməsi;

(c) TİQ-in yaradılması və onun, Assosiasiyanın məqbul hesab etdiyi direktorunun və satınalmalar üzrə mütəxəssisinin təyin olunması;

(d) Borcalan tərəfindən 2004-2006-cı illər üçün ödəniş sistemlərinin inkişafı üzrə milli strategiyanın qəbul olunması; və

(e) Borcalanın Maliyyə Nazirliyi və müvafiq olaraq RİTN və AMB arasında Yardımçı Kredit Sazişlərinin bağlanması.

Bölmə 6.02. Ümumi Şərtlərin 12.04-cü Bölməsinin məqsədləri üçün bu Sazişin imzalanma tarixindən sonra doxsan (90) gün müəyyənləşdirilir.

Maddə VII

Borcalanın nümayəndəsi; ünvanlar

 

Bölmə 7.01. Borcalanın maliyyə naziri Ümumi Şərtlərin 11.03-cü Bölməsinin məqsədləri üçün Borcalanın nümayəndəsi kimi müəyyənləşdirilir.

Bölmə 7.02. Ümumi Şərtlərin 11.01-ci Bölməsinin məqsədləri üçün aşağıdakı ünvanlar müəyyənləşdirilir:

Borcalan üçün:

Maliyyə Nazirliyi

Azərbaycan Respublikası

Bakı AZ1022

Səməd Vurğun küçəsi, 83

Teleks:

142116 BNKSL

Assosiasiya üçün:

İnternational Development Association

1818 H Street, N.W.

Washinqton, D.C. 20433

United States of America

Teleqraf ünvanı:

İNDEVAS

Washinqton, D.C. 64145 (MCİ)

Teleks:

 248423 (MCİ) və ya

Faksmil:

(202)477-6391

 

 

Bunun sübutu olaraq, tərəflər, müvafiq səlahiyyətlərə malik nümayəndələri vasitəsilə, bu Sazişi yuxarıda göstərilmiş gündə və ildə öz adlarından imzalamışlar.

 

Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Assosiasiyası Səlahiyyətli nümayəndə Səlahiyyətli nümayəndə

ƏLAVƏ 1

Kredit vəsaitlərinin istifadəsi

1. Aşağıdakı cədvəldə Kredit vəsaitləri hesabına maliyyələşdiriləcək bəndlər, Kredit vəsaitlərindən hər bir Kateqoriyaya ayrılacaq vəsait və hər bir Kateqoriyada maliyyələşdiriləcək xərclərin faizi göstərilir:

 

Kateqoriya

Ayrılmış kreditin məbləği

(SDR ekvivalenti ilə)

 

Xərclərin maliyyələşdirmə

faizi

 

(1) Mallar

 

Xarici xərclərin 100%-i yerli xərclərin 100%-i (yerli istehsal) və yerli bazardan alınmış digər malların dəyərinin 80%-i

 

 

(a) Hissə üçün

 

6600000

 

(b) Hissə B üçün

 

530000

 

(2) Məsləhət xidmətləri

 

Borcalanın ərazisində yaşayan

fərdi məsləhətçilərin xidmətləri üçün yerli xərclərin 75%-i,

 

(a) Hissə üçün

770000

(b) Hissə B üçün

100000

Borcalanın ərazisində yerləşən məsləhət firmalarının

xidmətləri üçün yerli xərclərin 95%-i və digər fərdi məsləhətçilərin və məsləhət

firmalarının xidmətləri üçün xarici xərclərin 85%-i

 

 

 

(c) Hissə C üçün

 

 

 

200000

 

(3) Təlim

 

100%

 

(a) Hissə A üçün

 

100000

 

(b) Hissə B üçün

 

20000

 

(c) Hissə C üçün

 

50000

(4) Artan əməliyyat xərcləri

 

30000 90%

 

C ə m i

 

8400000

 

2. Bu Əlavənin məqsədləri üçün:

(a) “xarici xərclər” - Borcalanın ərazisi istisna olmaqla, bütün digər ölkələrin ərazisindən təchiz olunmuş mallar və ya xidmətlər üçün Borcalanın valyutası istisna olmaqla, bütün digər valyutalarla çəkilmiş xərclər deməkdir;

(b) “yerli xərclər” - Borcalanın ərazisindən təchiz olunmuş mallar və ya xidmətlər üçün Borcalanın valyutası ilə çəkilmiş xərclər deməkdir;

(c) “təlim” - Layihə çərçivəsində təlim fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xərclər, o cümlədən təlim kurslarının haqları, yerli təlimatçıların və təlim alanların yol və ezamiyyə xərcləri, tanışlıq səfərləri və seminarlar, obyektlərin və avadanlığın icarəsi, təlim materialları və digər ləvazimatlar üçün xərclər deməkdir; və

(d) “artan əməliyyat xərcləri” - Layihənin icrasının gedişində LƏQ-in və Azərpoçt TİQ-in layihənin idarə olunması hesabına rabitə, binalar, nəşriyyat və çap, ofisin icarəsi, istismar və ləvazimat, ofisin təhlükəsizlik sistemləri, avtomobillərin istifadəsi və istismarı, nəqliyyat və yerlərə səfərlər, LƏQ-in və Azərpoçt TİQ-in əməkdaşlarının layihə menecmenti sahəsində təlimləndirilməsi və Assosiasiyanın razılaşdığı digər xərclər deməkdir; və

3. Yuxarıdakı 1-ci bəndin müddəalarından asılı olmayaraq, bu Sazişdən əvvəl edilmiş xərclər üzrə ödənişlərə münasibətdə vəsaitin çıxarılmasına icazə verilmir.

4. Assosiasiya aşağıdakı kontraktlar üzrə xərclərə münasibətdə vəsaitin Kredit Hesabından xərclər haqqında hesabatlar əsasında çıxarılmasını tələb edə bilər: (a) hər bir kontrakt üzrə dəyəri 100000 ABŞ dolları ekvivalentindən aşağı olan mallar və işlər üzrə; milli müsabiqəli şoppinq metodu üzrə alınmış ilk üç kontrakt və şoppinq metodu üzrə alınmış ilk beş kontrakt istisna olmaqla; (b) hər bir kontrakt üzrə dəyəri 25000 ABŞ dolları ekvivalentindən aşağı olan fərdi məsləhət kontraktları üçün; (c) hər bir kontrakt üzrə dəyəri 50000 ABŞ dolları ekvivalentindən aşağı olan məsləhət firmaları ilə kontraktlar üçün; (d) təlim üçün; və (e) artan əməliyyat xərcləri üçün. Bütün hallarda bu, Assosiasiyanın Borcalana məlumat verəcəyi şərtlər əsasında və müddətdə edilir.

 

ƏLAVƏ 2

Layihənin təsviri

Layihənin məqsədləri kənd yerlərində əhaliyə maliyyə xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması və maliyyə arxitekturasının təkmilləşdirilməsi yolu ilə Borcalanın yoxsulluğun azaldılması strategiyasının və regional inkişaf və qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi islahat proqramlarının həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir.

Layihə aşağıdakı hissələrdən ibarətdir. Bu hissələr aşağıdakı məqsədlərə nail olmaq üçün Borcalan və Assosiasiya arasında mütəmadi olaraq razılaşdırılan dəyişikliklərə məruz qala bilər:

Hissə A:

Kənd yerlərində ödəniş sisteminə çıxışın təkmilləşdirilməsi və digər əsas maliyyə xidmətlərindən istifadə olunması imkanlarının genişləndirilməsi məqsədilə Azərpoçtun maliyyə və digər biznes xidmətləri göstərmək imkanlarının gücləndirilməsi, o cümlədən malların, məsləhət xidmətlərinin və təlimin təmin olunması yolu ilə onun regional və yerli şöbələrinin bir-birilə əlaqələndirilməsi.

Hissə B:

Malların, məsləhət xidmətinin və təlimin təmin olunması yolu ilə Assosiasiya üçün məqbul olan milli ödəniş sistemi strategiyasının həyata keçirilməsi üçün institusional və texniki potensialın gücləndirilməsi.

Hissə C:

Layihə fəaliyyətinin effektiv həyata keçirilməsi məqsədilə LƏQ-ə və TİQə yardım göstərmək üçün texniki yardımın, təlimin, audit xidmətlərinin və malların təmin olunması.

***

Layihənin 31 dekabr 2008-ci ilədək başa çatması nəzərdə tutulur.

 

ƏLAVƏ 3

 

Satınalma

 

Bölmə I . Ümumi

A. Bütün mallar və xidmətlər (məsləhət xidmətlərindən başqa) Dünya Bankı tərəfindən 2004-cü ilin mayında dərc olunmuş “BYİB borcları və BİA kreditləri çərçivəsində satınalmalar üçün Təlimat”ın (Satınalmalar haqqında Təlimat) I bölməsinin tələblərinə və bu Əlavənin tələblərinə uyğun şəkildə satın alınacaqdır. Əgər Borcalan hər hansı satınalma və ya inspeksiya agentini

cəlb edərsə, o zaman o, Satınalmalar haqqında Təlimatın 3.10 və 3.11-ci bölmələrinin tələblərinə əməl olunmasını təmin edir.

B. Bütün məsləhətçi xidmətləri Dünya Bankı tərəfindən 2004-cü ilin may ayında dərc olunmuş “Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi haqqında Təlimat”ın (Məsləhətçilər haqqında Təlimat) I fəslinin 3.15-3.20-ci bəndlərinin, IV fəslinin və ona 2-ci Əlavənin tələblərinə və bu Əlavənin müddəalarına uyğun şəkildə satın alınacaqdır.

Bölmə II . Malların və xidmətlərin (məsləhət xidmətlərindən başqa) alınmasının xüsusi metodları

A. Beynəlxalq müsabiqəli tender.

Bu Bölmənin B hissəsində başqa cür nəzərdə tutulmayıbsa, müqavilələr Satınalmalar haqqında Təlimatın II fəslinin tələblərinə uyğun olaraq beynəlxalq müsabiqəli tender və aşağıdakı əlavə prosedurlar əsasında bağlanılmalıdır:

1. Daxili preferensiya. Satınalmalar haqqında Təlimatı 2.55 və 2.56-cı bəndlərində və onun 2-ci Əlavəsində nəzərdə tutulmuş təkliflərin qiymətləndirilməsi zamanı yerli preferensiya müddəası Borcalanın ərazisində istehsal olunmuş mallara tətbiq olunur.

B. Digər satınalma prosedurları

1. Məhdud beynəlxalq tender. Assosiasiyanın da razılaşdığı kimi, yalnız məhdud sayda malgöndərəndən alınması mümkün olan mallar, qiymətindən asılı olmayaraq, Satınalmalar haqqında Təlimatın 3.1 və 3.2-ci bəndlərinin müddəalarına uyğun olaraq məhdud beynəlxalq tender əsasında bağlanan kontraktlar vasitəsilə satın alına bilər.

2. Milli Müsabiqəli Tender. Hər bir kontrakt üzrə dəyəri 100 000 ABŞ dollarından aşağı qiymətləndirilən mallar və işlər Satınalmalar haqqında Təlimatın 3.1, 3.3, 3.4, 3.14 və 3.15-ci bəndlərinə və aşağıdakı əlavə müddəalara uyğun olaraq milli müsabiqəli tender əsasında bağlanılan kontraktlar əsasında satın alına bilər:

(i) Tender iştirakçısının milliyyəti və/və ya malların mənşəyi ilə bağlı heç bir məhdudiyyət tətbiq olunmur;

(ii) Sadə malların və işlərin satın alınması üçün ilkin ixtisas prosedurlarından istifadə olunmur və bu prosedur yalnız iri işləri əhatə edən layihələr üçün istifadə olunur;

(iii) Dövlətin və ya dövlət rəsmisinin istənilən həcmdə paya malik olduğu qurumlar Hökumət üçün tenderdə iştirak etməyə dəvət olunmurlar, yalnız onların hüquqi və maliyyə baxımından muxtar olduğu və kommersiya hüququ əsasında fəaliyyət göstərdiyi sübut oluna bildiyi hallar istisna olunur;

(iv) Məhsulların və ya əmək qüvvəsinin mənşəyi əsasında heç bir milli preferensiyaya yol verilmir;

(v) Birgə müəssisədə iştirak edən tərəfdaşlar öz öhdəlikləri üzrə birgə məsuliyyət daşıyırlar;

(vi) Tender sənədlərinin alınması üçün iddiaçılardan “iştirak haqqı” tələb olunmur. Tətbiq oluna bilən yeganə haqq tender sənədlərinin surətinin çıxarılması xərclərinə bərabərdir.

(vii) Tender təkliflərinin qiymətləndirilməsi zamanı, təkliflərin dəyəri satınalan təşkilat tərəfindən hesablanmış qiymətlərdən əhəmiyyətli dərəcədə fərqlənərsə, təklifin dəyərinin mövcud büdcədən çox olduğu hallar istisna olmaqla, onlar rədd oluna bilməz;

(viii) Assosiasiyanın ilkin razılığı olmadığı təqdirdə tender yenidən keçirilə bilməz;

(ix) Müddəti 18 aydan artıq olan iş kontraktlarında qiymətlərin korreksiyası mexanizmi göstərilməlidir.

İcra müddətində kontraktın həcminə və şərtlərinə hər hansı dəyişiklik üçün Assosiasiyanın ilkin razılığı olmalıdır.

3. Şoppinq. Hər bir kontrakt üzrə dəyəri 100000 ABŞ dolları ekvivalentindən aşağı qiymətləndirilən mallar və dəyəri 50000 ABŞ dolları ekvivalentindən aşağı qiymətləndirilən işlər Təlimatın 3.1 və 3.5-ci bəndlərinə uyğun olaraq şoppinq prosedurları əsasında bağlanılan kontraktlar yolu ilə satın alına bilər.

4. Birbaşa kontrakt. Assosiasiyanın fikrincə, Birbaşa Kontrakt metodunun tələblərinə cavab verən mallar sözügedən satınalma metodu əsasında satın alına bilər.

Bölmə III . Məsləhət xidmətlərinin satın alınması üçün xüsusi metodlar

A. Keyfiyyət və dəyər əsasında seçmə. Bu bölmənin B Hissəsində başqa cür nəzərdə tutulmayıbsa, məsləhət xidmətləri Məsləhətçilər haqqında Təlimatın II Fəslinə uyğun olaraq keyfiyyət və dəyər əsasında bağlanan kontraktlarla satın alınır: Məsləhətçilər haqqında Təlimatın 2.7-ci bəndinin məqsədləri üçün hər bir kontrakt üzrə dəyəri 100000 ABŞ dollarından aşağı qiymətləndirilən xidmətlər üçün məsləhətçilərin qısa siyahısı tamamilə milli məsləhətçilərdən ibarət ola bilər.

B. Digər prosedurlar

1. Ən aşağı dəyər əsasında seçmə. Audit xidmətləri Məsləhətçilər haqqında Təlimatın 3.1 və 3.6-cı bəndlərinə uyğun olaraq, ən aşağı dəyərli təklif əsasında bağlanılmış kontraktlar yolu ilə satın alına bilər.

2. Məsləhətçinin kvalifikasiyası əsasında seçmə. Hər bir kontrakt üzrə dəyəri 100000 ABŞ dolları ekvivalentindən aşağı qiymətləndirilən xidmətlər Məsləhətçilər haqqında Təlimatın 3.1, 3.7 və 3.8-ci bəndlərinə uyğun olaraq bağlanmış kontraktlar əsasında satın alına bilər.

3. Yeganə mənbədən seçmə. Məsləhətçilər üzrə Təlimatın yeganə mənbədən seçmə haqqında 3.10-cu bəndinin tələblərinə cavab verən tapşırıqlar üzrə xidmətlər Bankın ilkin razılığı ilə Məsləhətçilər üzrə Təlimatın 3.9-3.13-cü bəndlərinə uyğun olaraq satın alına bilər.

4. Fərdi məsləhətçilər. Məsləhətçilər üçün Təlimatın 5.1-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş tələblərə cavab verən tapşırıqlar üzrə xidmətlər Məsləhətçilər üçün Təlimatın 5.2 və 5.3-cü bəndlərinin müddəalarına uyğun olaraq fərdi məsləhətçilərlə bağlanılmış kontraktlar yolu ilə satın alına bilər. Məsləhətçilər haqqında Təlimatın 5.4-cü bəndində təsvir olunmuş hallarda belə kontraktlar həmin 5.4-cü bəndin müddəalarına müvafiq olaraq və Assosiasiyanın əvvəlcədən təsdiqi əsasında yeganə mənbədən satınalma metodu ilə fərdi məsləhətçi ilə bağlana bilər.

Bölmə IV . Satınalma barədə qərarlara Assosiasiya tərəfindən baxılması

Satınalma Planında Assosiasiyanın öncədən baxmasının tələb olunduğu kontraktlar müəyyənləşdirilir. Bütün digər kontraktlar Assosiasiya tərəfindən Sonradan Baxma prosedurlarına məruz qalır.

 

ƏLAVƏ 4

İcra Proqramı

1. Borcalan:

(a) Layihənin Assosiasiya üçün məqbul olan göstəricilərə uyğun olaraq həyata keçirilməsinin və Layihənin məqsədlərinə nail olunmasının monitorinq və qiymətləndirilməsinə şərait yaratmaq üçün adekvat siyasətlər və prosedurlar tətbiq edir;

(b) Bu Bölmənin (a) bəndinə uyğun olaraq həyata keçirilmiş monitorinq və qiymətləndirmə fəaliyyətinin nəticələrini özündə əks etdirən hesabatı Assosiasiya üçün məqbul olan texniki tapşırıqlara uyğun olaraq hazırlayır və 31 dekabr 2006-cı il tarixində və ya onun ərəfəsində Assosiasiyaya təqdim edir.

Bu hesabatda sözügedən hesabatın hazırlanmasına qədər olan müddətdə Layihənin həyata keçirilməsində əldə olunmuş irəliləyiş əks olunur və hesabatdan sonrakı dövrdə Layihənin effektiv şəkildə həyata keçirilməsini və onun məqsədlərinə nail olunmasını təmin etmək üçün tövsiyə olunmuş tədbirlər göstərilir; və

(c) 31 mart 2007-ci ilədək və ya Assosiasiyanın müəyyənləşdirəcəyi hər hansı sonrakı tarixədək bu Bölmənin (b) bəndində qeyd olunmuş hesabatı Assosiasiya ilə birlikdə nəzərdən keçirir və bundan sonra sözügedən hesabatın nəticələri və tövsiyələri, habelə Assosiasiyanın bu məsələ ilə bağlı rəyi əsasında Layihənin effektiv tamamlanması və onun məqsədlərinə nail olunması üçün zəruri olan bütün tədbirləri həyata keçirir.

2. Borcalan Layihənin başa çatmasınadək LƏQ-i və TİQ-i Assosiasiyanın məqbul hesab etdiyi resurslarla, işçilərlə, səlahiyyətlərlə və funksiyalarla təmin edir.

 

ƏLAVƏ 5

Xüsusi hesab

1. Bu Əlavənin məqsədləri üçün:

(a) “Qanuni Kateqoriyalar” termini bu Sazişə 1-ci Əlavənin 1-ci bəndindəki cədvəldə müəyyənləşdirilmiş (1)-(4)-cü kateqoriyaları nəzərdə tutur;

(b) “Qanuni xərclər” termini Layihə üçün tələb olunan və bu Sazişə 1-ci Əlavənin müddəalarına uyğun olaraq müntəzəm şəkildə qanuni kateqoriyalara yönəldilən Kredit vəsaitləri hesabına maliyyələşdirilməli olan malların və xidmətlərin əsaslandırılmış dəyərinə münasibətdə edilmiş xərcləri nəzərdə tutur; və

(c) “İcazə verilmiş ayırma” bu Əlavənin 3 (a) bəndinə uyğun olaraq Kredit Hesabından çıxarılaraq Xüsusi Hesabda yerləşdiriləcək 500000 ABŞ dolları ekvivalenti məbləğində vəsaiti nəzərdə tutur. Lakin Assosiasiya başqa cür müəyyənləşdirməzsə, Kredit Hesabından çıxarılan məbləğ üstəgəl Ümumi Şərtlərin 5.02-ci Bölməsinin şərtlərinə uyğun olaraq Assosiasiyanın üzərinə götürdüyü bütün xüsusi öhdəliklərin ümumi məbləği birlikdə SDR 3000000-a çatanadək icazə verilmiş ayırma 250000 ABŞ dolları ilə məhdudlaşdırılacaq.

2. Xüsusi Hesabdan ödənişlər müstəsna olaraq, qanuni xərclər üçün bu Əlavənin müddəalarına uyğun olaraq həyata keçirilir.

3. Xüsusi Hesabın müvafiq qaydada açılması haqqında qənaətbəxş sübut Assosiasiya tərəfindən alındıqdan sonra İcazə verilmiş ayırma və Xüsusi Hesabı bərpa etmək üçün sonrakı ayırmalar aşağıdakı kimi həyata keçirilir:

 (a) İcazə verilən ayırmanı çıxarmaq üçün Borcalan ümumi dəyəri icazə verilmiş ayırmadan çox olmayan məbləğdə və ya məbləğlərdə vəsaiti Xüsusi Hesabda yerləşdirmək üçün Assosiasiyaya müraciət və ya müraciətlər edir.

Belə müraciətin və ya müraciətlərin əsasında Assosiasiya, Borcalanın adından, xahiş olunmuş məbləği və ya məbləğləri Kredit Hesabından çıxarır və Xüsusi Hesabda yerləşdirir.

(b) (i) Xüsusi Hesabın bərpa olunması üçün Borcalan Xüsusi Hesabda depozit yerləşdirilməsi barədə müraciətləri Assosiasiyaya onun müəyyənləşdirdiyi intervalla təqdim edir.

(ii) Belə müraciəti etməzdən əvvəl və ya onun edilməsi zamanı Borcalan bu Əlavənin 4-cü bəndinin müddəalarına uyğun olaraq ödənişləri təsdiq edən tələb olunan zəruri sənədləri və digər sübutları Assosiasiyaya təqdim etməlidir.

Belə bir müraciətin əsasında Assosiasiya, Borcalanın adından, Borcalanın xahiş etdiyi və həmin sənədlər və digər sübutlarla qanuni xərclər üçün Xüsusi Hesabdan ödənildiyi sübut olunmuş məbləği Kredit Hesabından çıxarır və Xüsusi Hesabda yerləşdirir. Bütün belə depozitlər Assosiasiya tərəfindən Kredit Hesabından qanuni kateqoriyalar üzrə və sözügedən sənədlərlə və digər sübutlarla əsaslandırılmış müvafiq ekvivalent məbləğlərdə çıxarılır.

4. Borcalanın Xüsusi Hesabdan etdiyi hər bir ödəniş üçün Borcalan Assosiasiyaya onun əsaslandırılmış olaraq xahiş etdiyi vaxtlarda belə ödənişlərin müstəsna olaraq qanuni xərclər üçün edildiyini təsdiq etmək üçün sənədləri və digər sübutları təqdim edir.

5. Bu Əlavənin 3-cü bəndinin tələblərindən asılı olmayaraq Assosiasiya aşağıdakı hallarda Xüsusi Hesaba depozitlər yerləşdirmir:

(a) əgər hər hansı vaxtda Assosiasiya müəyyənləşdirərsə ki, Ümumi Şərtlərin V maddəsi və bu Sazişin 2.02-ci Bölməsinin (a) bəndinə uyğun olaraq bundan sonra vəsaitin çıxarılması Borcalan tərəfindən birbaşa olaraq Kredit Hesabından aparılmalıdır;

(b) əgər Borcalan bu Sazişin 4.01-ci Bölməsinin (b) (ii) bəndində müəyyənləşdirilmiş müddətdə Assosiasiyaya həmin bəndə uyğun olaraq Xüsusi Hesabın uçotunun və hesablarının auditi ilə bağlı audit hesabatlarını təqdim etməmişdirsə;

(c) əgər hər hansı vaxtda Assosiasiya Ümumi Şərtlərin 6.02-ci Bölməsinin müddəalarına uyğun olaraq, Borcalanın Kredit Hesabından vəsait çıxarmaq hüququnu tam və ya qismən dayandırmaq niyyəti barədə Borcalana məlumat verərsə; və ya

(d) Kreditin qanuni kateqoriyalar üçün ayrılmış, lakin hesabdan çıxarılmamış məbləği minus Ümumi Şərtlərin 5.02-ci Bölməsinə müvafiq olaraq Layihə ilə bağlı Assosiasiyanın öz üzərinə götürdüyü xüsusi öhdəliklərin ümumi məbləği icazə verilmiş ayırmanın məbləğinin iki mislinə bərabər olduğu halda.

Bundan sonra Kreditin qanuni kateqoriyalara ayrılmış, lakin hesabdan çıxarılmamış qalan məbləğinin Kredit Hesabından çıxarılması Assosiasiyanın Borcalana məlumat verməklə müəyyənləşdirəcəyi prosedurlara uyğun şəkildə aparılacaqdır. Vəsaitin bundan sonra çıxarılması yalnız o zaman mümkün olacaq ki, Assosiasiya Xüsusi Hesabda depozitləşdirilmiş qalıq məbləğinin yalnız qanuni xərclər üçün istifadə olunmasına əminlik hasil etsin.

6. (a) Hər hansı vaxtda Assosiasiya müəyyənləşdirərsə ki, Xüsusi Hesabdan ödəniş: (i) bu Əlavənin 2-ci bəndinə uyğun olaraq qanuni hesab olunmayan xərclər üçün və ya qanuni olmayan məbləğlərdə edilmişdir; və ya (ii) Assosiasiyaya təqdim edilmiş sübutlarla əsaslandırılmamışdır, bu zaman Borcalan Assosiasiyanın bildirişini aldıqdan dərhal sonra: (A) Assosiasiyanın xahiş edə biləcəyi əlavə sübutu təqdim edir; və ya (B) ödəniş məbləğinə və ya onun qanuni olmayan və ya əsaslandırılmamış hissəsinə bərabər olan məbləği Xüsusi Hesabda yerləşdirir (və ya Assosiasiya xahiş edirsə, ona qaytarır). Assosiasiya başqa cür müəyyənləşdirməzsə, Borcalan belə sübutları təqdim etməyənə qədər və ya vəsaiti depozitləşdirməyənə və ya qaytarmayana qədər BİA Xüsusi Hesaba heç bir yeni depozit qoymur.

(b) Hər hansı vaxtda Assosiasiya müəyyənləşdirərsə ki, Xüsusi Hesabda qalan vəsait qanuni xərcləri ödəmək üçün əlavə ödənişlər tələb olunmayacaq,

Borcalan Assosiasiyanın müraciəti əsasında belə qalan vəsaiti dərhal Assosiasiyaya qaytarır.

(c) Borcalan, Assosiasiyaya bildirməklə, Xüsusi Hesabda yerləşdirilmiş vəsaiti bütünlüklə və ya qismən Assosiasiyaya qaytara bilər.

(d) Bu Əlavənin 6 (a), (b) və (c) bəndlərinə uyğun olaraq Assosiasiyaya qaytarılmış vəsaitlər sonrakı istifadə və ya bu Sazişin, o cümlədən Ümumi Şərtlərin müvafiq müddəalarına uyğun olaraq ləğv olunmaq üçün Kredit Hesabına yerləşdirilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

  1. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə 2-ci bəndində "Milli Bankına" sözləri "Mərkəzi Bankına" sözləri ilə əvəz edilmişdir.

2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2-ci hissədə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status